Dintəlimi
İslami təhsil və öyrənmə platforması. Kitablar oxuyun, imtahanlar verin və biliklərinizi artırın.
Müsabiqə
Ramazan Tövsiyələri kitabından müsabiqə təşkil olunacaq
1-ci Mərhələ
30 Test sual
Fevralın 25-i
2-ci Mərhələ
Hüzuri imtahan
20 sual (15 test, 5 yazılı)
Martın 25-i
İnsanın həyatındakı iki paralel yol dedikdə nə nəzərdə tutulur?
Aşağıdakı ayə kimin dilindən nəql edilib? " Nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi tövsiyə etdi".
Təqvanın əksi və ziddi nədir?
Təqvanın ictimai təsirini qısa şəkildə açıqlayın.
Quranla ünsiyyətdə olmaq dedikdə nə nəzərdə tutulur? Qısa şəkildə açıqlayın.
Allaha yaxınlaşmaq üçün ən əsas məsələ nədən ibarətdir?
İslam cəmiyyətində sağlam mühitin qorunması dedikdə nə nəzərdə tutulur?
Təkəbbürün mənfi nəticələri nədən ibarətdir?
Süleyman peyğəmbərin (ə) quranda qeyd edilən hekayəsindəki təkid edilən ən önəmli nüans nədən ibarətdir?
Hansı növ oruc insanda Təqvanın yaranmasına səbəb olur?
Həzrət Əli (ə) Fitr bayramının xütbəsində müsəlmanlara xitab edərək, nə buyurdu?
Kitabda " Qədr gecəsi min aydan xeyirlidir" ayəsi necə izah edilir?
Kitabın " Ülvi bəndəlik məqamı" başlığında, " Bəndəliyin mənası" necə açıqlanır?
Mənəvi həzz deyəndə nə nəzərdə tutulur?
"Gözəl həyat"-ın mənası nədən ibarətdir?
Gündə beş dəfə namaz qılıb, eyni dua və zikr cümlələrini təkrar etməyimiz nə üçündür?
Əgər insan özü ilə məşğul olub, mənəvi xəstəliklərini müalicə etməyə başlamasa, nə baş verəcək?
Özünüislah etməyin ən mühim şərti nədir? Qısa şəkildə açıqlayın.
Müxlis ilə Müxləsin fərqi nədir?
İxlas nə deməkdir?
Duanın xüsusi qaydalarından biri nədən ibarətdir?
İmam Səccadın (ə) bu duasından nə başa düşülür? " İlahi, Mənimlə mənim Sənə davamlı itaətimə mane olan günahlarım arasında ayrılıq sal".
Dua barədə iki baxış nədən ibarətdir?
Nə üçün Allah quranda dəvənin yaradılışını xatırladaraq, " Məgər onlar dəvənin necə yaradıldığına baxmırlar" deyə buyurur?
Ramazan ayının əsas məqsədi nədir? Qısa şəkildə açıqlayın.
Əgər xalqın təqvası olsa və əksinə, təqvası olmasa nə baş verər?
İmam Əlinin (ə) İmam Həsən və Hüseynə (ə) etdiyi nəsihətinin üçüncü cümləsi nə idi?
Müəllifin fikrinə görə, imam Əlinin (ə) " İşinizdə nizam-intizamlı olmağı tövsiyə edirəm" cümləsindən məqsəd nədir?
Həzrət Əlinin (ə) buyurduğu cümlənin mənası nədir? " Məbada başqaları qurana əməl etməkdə sizdən qabağa keçsinlər!".
İmam Əlidən (ə) nəql edilən hədisə əsasən, Allahın oruc tutan kişi və qadına verəcəyi ən kiçik mükafat nədən ibarətdir?
İmam Səccadın (ə) öz duasında Allahdan istədiyi üçüncü şey nə idi? Qısa şəkildə açıqlayın.
Ramazan ayının saatlarının ən yaxşı və dəyərli azuqəsi nədən ibarətdir?
Nə üçün oruc tutmaq nəfsin təmizlənməsində böyük rol oynayır?
Peyğəmbər (s) düzgün dua etməyən şəxsə necə dua etməsini öyrətdi?
Hansı səbəbə görə Peyğəmbər (s) dua barədə," Dua ibadətin məğzidir" deyə buyurur?
Şücaətli şəxs haqqı görüb, dərk etdikdən sonra nə edir?
İmam Əlinin (ə) ən yaxın dostu, şagirdi, əmisioğlu, onun (ə) həqini tərəfdarı və sirdaşı olan Abdullah ibni Abbas yanlışlıqla səhvə yol verdiyi vaxt, İmam Əli (ə) ona hansı ismarıcı göndərdi?
Fitr bayramı hansı ciddi qərar qəbul etmək günüdür?
Əgər insan Allahdan günahların əfv olunmasını istəsə və Allah da onun günahları bağışlasa, insanın həyatında hansı dəyişiklik baş verər?
Günah insana mənəvi cəhətdən mənfi təsir göstərməkdən əlavə, başqa hansı mənfi təsir göstərir?
Paxıllıq, hərislik və qəzəb insana neçə növ təsir göstərir?
Allahın bağışlanma nemətini əldə etmək istəyiriksə, hansı xüsusiyyətdən uzaq durmalıyıq?
Quran Terminolojiyasında Qəflətin əksi nədir?
Ən Uca və Kamil insanın xüsusiyyəti hansıdır?
Bütün dünya, onun sərvətləri və bu aləmdə insanın vücudunda əmanət qoyulan bütün enerjilər hansı xarakteri daşıyır?
Fitr bə Qurban bayramları barədə nəql edilənlərdən ümumilikdə nə məlum olur?
Ramazan ayının bərəkətinin təsir etdiyi ilk həqiqət nədən ibarətdir?
Mənəvi məsələlərdə Tərbiyə neçə istiqamətdə aparılmalıdır?
Peyəmbər (s) buyurur ki, " Bu ayda Sizin nəfəsiniz zikr, yuxunuz ibadətdir". Yuxu necə ibadət sayıla bilər?
İmam Əli (ə) Ruhun orucu barədə nə buyurur?
Ramazan ayının əməllərinin Dörd mühim Ünsürü dedikdə nə nəzərdə tutulur?
Xalqların bədbəxtliklərə düçar olmasının səbəbi nədir?
İmam Əli (ə) insanların evindən çıxıb, Fitr namazını qıldıqları yerə tərəf hərəkət etdikləri zaman, onların nəyi xatırlamalarını istəyir?
Allah dərgahına edilən dua, insanın duasının qəbul olmasından əlavə, hansı müsbət təsirlərə malikdir?
Müəllifin fikrinə görə, dua hansı qanunlar çərçivəsində həyata keçir?
Aşağıdakı cümlə hansı ibadət zamanı deyilir? "Allahım, Səndən əməlisaleh bəndələrinin istədiyi şeylərin ən yaxşısını istəyirəm və ixlaslı bəndələrinin Sənə sığındığı şeylərdən Sənə sığınıram".
Bütün vacib göstərişlər, günahlardan çəkinmək və müstəhəb əməllər nə üçündür?
Orucun Üç mərhələsi hansılardı? Qısa olaraq açıqlayın.
Quranda işlənən "Səkinət" sözünün qısa mənası nədir?
İmam Sadiq (ə) imam Əlini (ə) tərifləyərkən, əvvəlcə Əlinin (ə) haqqında hansı cümləni buyurur?
İslam dünyasında İnkişaf və Tərəqqiyə səbəb olan iki amil hansılardı?
Ramazan ayının ən böyük dərsi nədən ibarətdir?
Nizam-intizam dedikdə nə nəzərdə tutulur?
İmam Əli (ə) qəlblərin bir-birinə yaxınlaşmasında, aradakı münasibətlərin düzəlməsini tövsiyə edərkən, nəyi nəzərdə tuturdu?
"Maun" surəsinin təfsirinə əsasən, dini inkar etməyin nişanələrindən biri nədən ibarətdir?
Hər bir xalq və cəmiyyət hansı xüsusiyyətlərə malik olsa, daxili və xarici düşmənlər onlara qalib gələ bilməz?
Quran oxumaq neçə hissədən ibarətdir və onlardan ən önəmlisi hansıdır?
Bərəkətli Ramazan ayının Fitr bayramı ilə sona çatmasının dərin və ibrətamiz mənası nədən ibarətdir?
Orucun hansı əsas xüsusiyyətinə gör,ə hədislərdə Oruc " Cəhənnəm odu qarşısında Sipər" kimi tanıtdırılır?
Aşağıdakı ayənin batini mənası nədir? " Yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər, əslində od yeyirlər".
Qurandakı Qiyamət barədə nazil olan ayələr, ümumi olaraq hansı mənalarda işlənilir?
"Əbəsə" surəsində " Üzü gülən və Şad olan" şəxslərdən məqsəd kimlərdir? "O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcək".
Müəlifin fikrinə görə, aşağıdakı ayənin mənası nədir? " Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun".
Uşaqların tərbiyəsində necə davranmaq lazımdır?
İmam Əli (ə) buyurur: İman ən aydın yol və ən işıqlı çıraqdır". İmamın (ə) cümləsindəki "İman" sözündən məqsədi, hansı imandır?
Gəncliyin böyük sərmayəsi nədir?
İmam Əlinin (ə) kəlamında imanın dörd sütunu hansılardı?
Haqq yoldan sapmaların çoxu nədən qaynaqlanır?
Ruhi yorğunluğa düçar olmamaq üçün nə etmək lazımdır?
Duanın insana olan Faydalarından 5-ni yazın.
Duanın qəbul olma şərtləri hansılardı?
Hansı dəlilə əsasən Məsum imamlardan (ə) nəql edilmiş dualar ən yaxşı dualardı?
Duanın ən böyük nağd faydası nədir?
Allahdan bağışlanma diləməyin mənası nədir?
"Üç növ günah"-dan məqsəd hansı günahlardı?
Ramazan ayını digər aylardan üstün edən cəhətlər hansılardı?
Adətən hər bir insanın və ya toplumun hansı xüsusiyyətləri böyük faciələrin yaranmasına səbəb olur?
İslam dininə görə iqtisadi korrupsiya neçə cəhətdən inkişafa mane olur?
Əvvəldən axıra kimi bütün peyğəmbərlərin (ə) tərbiyə metodu və səylərinin əsas məqsədi nədən ibarət olub?
Müəllif gənclərə təkidlə hansı duaların tərcüməsini oxumağı tövsiyə edir?
Hədislərdə gündə ən azı neçə quran ayəsinin oxunması bir meyar kimi göstərilir və müəllifin fikrinə görə həmin miqdar oxunmasa da, gün ərzində ən azı neçə ayə oxumaq lazımdır?
Hansı Ayətullah ömrünün son günlərində Quranı əzbərləyib?
Kitabın müəllifi Quran barədə öhdəmizə düşən vəzifələri izah edərkən, quranı necə oxumağı tövsiyə edir?
Peyğəmbərin (s) xütbəsi zamanı İmam Əli (ə) ondan (s) soruşur ki, "Ramazan ayının ən üstün əməli hansıdır?", Peyğəmbər (s) ona nə cavab verir?
Hədislərdə duaların ən yaxşısı, yaxud duaların ən üstünü hansı əməl tanıtdırılır?
İlahi hökm və vaciblər içərisindən hansı birinin sona çatdığı hədd yoxdur?
Əgər Allahın xatırlanması bizim qəlbimizə hakim olsa, nə baş verəcək?
Möminlərin üç çox mühim və çətin məsuliyyəti hansılardı?
Səbrin üç sahəsi hansılardan ibarətdir?
İmam Əli (ə) beş ilə yaxın islam torpaqlarına hakim oldu. Hakimiyyət illərində onun yerinə yetirdiyi davamlı işlərdən biri hansı olub?
Mükafatlar