İslam dini həyatın bütün sahələrində olduğu kimi tə’lim və təhsil sahəsində də bə’zi qayda-qanunlar müəyyən etmişdir. Onlardan bə’zisi müəllimin tədrisinə, bə’zisi şagirdin əxlaq və davranışına, bə’zisi də şagirdlə müəllimin qarşılıqlı münasibətinə aiddir.

Növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq. Lakin hər şeydən öncə diqqətinizi islamın elm sahiblərinə verdiyi qiymətə cəlb edirik.

QUR’AN IN ELM VƏ ALİMLƏRƏ VERDİYİ QİYMƏT

1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk ne’mətin məhz elm olmasını buyurur.

«[Ya Peyğəmbər! Qur’ani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!

O, insan ı laxtalanm ış qandan yaratd ı .

[Ya Pey ğə mb ə r!] Oxu! S ə nin R ə bbin ə n b ö y ü k K ə r ə m sahibidir!

O R ə bbin ki, q ə l ə ml ə [yazma ğı ] ö yr ə tdi.

O R ə bbin ki, insana bilm ə dikl ə rini ö yr ə tdi».( Яlяq-1-5.)

2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.

«...Allah da sizd ə n iman g ə tir ə nl ə rin v ə [x ü susil ə ] elm b ə x ş edilmi ş kims ə l ə rin d ə r ə c ə l ə rini ucalts ı n...»( Mцcadilя-11.)

3. Hikmət sahiblərinə böyük ne’mət nəsib olmuşdur.

«...Kim ə hikm ə t b ə x ş edilmi ş s ə , ona ç oxlu xeyir ( ə b ə di s ə ad ə t) verilmi ş dir...» ( Bяqяrя-269.)

Hikmətə nail olmaq üçün vasitələrdən biri də elm və agahlıq əldə etməkdir.

4. Qur’an nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:

a) İman; «...Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfində ndir...» (Ali-Ыmran-7.)

b) Tövhid; «Allah Özündən başqa heç bir tanrı olmadığına ş ahiddir...» (Ali-Ыmran-18.)

v) Allah qorxusundan qəm-qüssə; «Ondan əvvəl elmə çatmış kəslər yanlarında Qur’an oxunduğu zaman üzü ü stə səcdəy ə qapanarlar.» Ыsra-107-109.)

q) Təvazökarlıq; yuxarıdakı ayələrdə bu haqda qeyd olundu.

d) Qorxu. «...Allahdan Öz bəndələ ri içərisində ancaq alimlər qorxar...» ( Fatir-28.)

PEY ĞƏMBƏR(S) KƏLAMINDA ELM VƏ ALİMİN DƏYƏRİ

1. «Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.»

2. «Ümmətimin alimləri Bəni-Israil peyğəmbərləri ilə bərabərdirlər».

3. «Alimlər peyğəmbərlərin varisləridir».

4. «Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər».

5. «Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin tə’lim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir».

6. «Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər».

7. «Həqiqətən, yer üzünün alimləri göydəki ulduzlara bənzərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdığı işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar».

8. «Allah-taala Ibrahimə (ə) vəhy edərək buyurdu: «Ey Ibrahim! Həqiqətən, Mən Özüm aliməm, alimləri də sevirəm».

9. «Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır».

10. «Alimlərin məqamı abid və pərhizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olması bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bid’ətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bid’ətin qarşısını məhz alimlər alarlar».

11. «Min abidin mövcud olmasına dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır».

12. «Allah-taala dinini öyrənmək üçün sə’y edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər».

13. «Qiyamət günü üç dəstə şəfaət edər: Peyğəmbərlər, alimlər və şəhidlər».

14. «Ən gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da tə’lim etsin».

15. «Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar».

16. «Alimin üzünə nəzər salmaq ibadətdir».

17. «Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur».

PEY ĞƏMBƏR (S) KƏLAMINDA TƏLƏBƏYƏ VERİLƏN QİYMƏT

1. «Elm öyrənmək hər bir müsəlmana vacibdir».

2. «Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir».

3. «Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər».

4. «Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Tələbənin elm əldə etmək üçün atdığı hər bir addım bir illik ibadətin savabı qədərdir. Onun hər bir qədəmi müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə ayaq basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar cəhənnəm odundan nicat verən kəslərdir».

5. «Elmə yiyələnənlər sanki gündüzləri oruc tutub gecələri ibadətlə keçirirlər. Elmdən nəisə öyrənmək onun üçün Əbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir».

6. «Elm məqsədilə evindən xaric olan şəxs qayıdanadək Allah yolunda olar».

7. «Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzər».

8. «Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar».

9. «İslamın dirçəlişinə səbəb olan və elmə yiyələnən şəxslərlə Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar».

10. «Mələklər tələbələrin əldə etdikləri elmə razılıq əlaməti olaraq qanadlarını onların ayaqları altına salarlar».

11. «Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala cənnətin yollarından birinə hidayət edər».

12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bə’zilərinin ibadət, bə’zilərinin də elm öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm». Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir».

DƏRSİN XÜLASƏSİ

İslam dinində elm və biliyə böyük qiymət verilir. Belə ki, Qur’ani-Kərim bəşəriyyətə bəxş olunan ən böyük ne’mətin elm olduğunu bildirir. Peyğəmbər (s) də özünün hikmətli kəlamlarında bu məsələyə xüsusi diqqət yetirmiş və elmin böyük əhəmiyyət daşıdığını bildirmişdir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Qur’anda işarə olunan elm sahiblərinin xüsusiyyətlərini sadalayıb buna aid olan ayələri əzbərləyin.

2. Peyğəmbər (s) alimin hansı məqama layiq olduğunu buyurur?

3. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə kimlərin cəhənnəm odundan nicat tapacağına işarə olunur?

4. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə nəyə görə alimlər abid və zahidlərdən üstün hesab olunurlar?

Ə HLİ-BEYTDƏN (Ə) NƏQL OLUNMUŞ HƏDİSLƏRDƏ ELM VƏ ALİMİN DƏYƏRİ

1. Əli (ə) buyurur: «Ey camaat! Agah olun ki, dininizi yalnız elmə yiyələnməklə kamil edə bilərsiniz. Elmə yiyələnmək, sizin üçün var-dövlət əldə etməkdən daha vacibdir. Çünki, var-dövlət sizin üçün bölünmüş və hər birinizin qisməti əvvəlcədən müəyyənləşdirilmişdir. Allah onu sizin aranızda ədalətlə bölmüş və siz ona vəfalısınız. Lakin elm öz sahiblərinin yanında qorunub saxlanılır və sizlərə əmr olunmuşdur ki, onu elm sahiblərindən əldə edəsiniz. Elə isə elm əldə etməyə çalışın».

2. Başqa bir hədisdə buyurur: «Elmin var-dövlətdən yeddi üstünlüyü vardır:

a) Elm peyğəmbərlərin, var-dövlət isə fir’onların mirasıdır.

b) Elm verməklə azalmaz, var-dövlət isə azalıb qurtarar.

v) Var-dövləti qorumaq lazımdır, elm isə öz sahibinin qoruyucusudur.

q) Elm insanla birlikdə kəfənlənir (yə’ni insanla birlikdə Allahın məhzərinə çağırılır), var-dövlət isə bu dünyada qalır.

d) Var-dövləti həm kafir, həm də mö’minlər əldə edərlər, həqiqi elmə isə yalnız mö’minlər yiyələnərlər.

ğ) Dini məsələlərdə insanlar var-dövlətə deyil, alimlərə ehtiyac duyur.

e) Elm insana sirat körpüsünü keçməkdə kömək edər, var-dövlət isə buna mane olar (yə’ni, var-dövlət sahibi əldə etdiyi sərvət üçün məhşərdə Allah-taalaya hesab verməli olduğuna görə dayanmalı olur).

3. «Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir».

4. «Elm ən gözəl mirasdır».

«Elm mö’minlərin itirdiyi şeydir».

5. İmam Zeynəlabidin (ə) buyurur: «Əgər camaat elmə yiyələnməyin nə olduğunu bilsəydi, bütün cəfa və çətinliklərə razı olub onun ardınca gedərdi. Allah-taala Danyal peyğəmbərə vəhy edərək buyurmuşdur:

«Mənim nəzərimdə insanların ən pisi o kəsdir ki, alimlərə qarşı e’tinasızlıq edib onların tutduğu yolu getmir. Bəndələrimdən ən sevimlisi isə böyük savaba nail olmaq istəyən alimlərin davamçıları olan pərhizkarlardır. Onların ünsiyyətdə olduğu şəxslər alim və hikmət sahibləridir».

6. İmam Baqir (ə) buyurur: «Kim insanların hidayət olması üçün elminin yalnız bir fəslini tə’lim edərsə, ona əməl etmiş şəxslərin savabını qazanar. Onların haqdan uzaq üçün azacıq fəaliyyət göstərənlər isə həmin şəxslər qədər günaha batmış olarlar».

7. «Sizlərdən elmə yiyələnənlərin hər biri elm ardınca gedən tələbələrin savabına nail olar. Elə isə elmi onun həqiqi sahiblərindən öyrənin, alimlər sizlərə tə’lim etdikləri kimi, siz də müsəlman bacı və qardaşlarınıza tə’lim edin».

8. Əbu Nəsir İmam Sadiqdən (ə) bu hədisi nəql edir: «Başqasına xeyirxah işləri öyrədən şəxs həmin işə əməl etmiş kəslərin savabını qazanmış olar». Əbu Nəsir deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Əgər bir başqasına öyrətsə, yenə də savab qazanmış olur?» Buyurdu: «Əgər bütün insanları öyrətsə, yenə də həmin savabı qazanmış olur». Soruşdum: «Dünyasını dəyişsə də?» Buyurdu: «Bəli, dünyasını dəyişsə də».

AL İMİN ABİDDƏN ÜSTÜNLÜYÜ

Peyğəmbər (s) və Mə’sum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən, alimlərinsə abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur:

«Elm ibadətdən daha üstündür».

2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq, zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir».

3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».

4. «Allah-taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».

5. «Gecənin qaranlığında ay öz nuru ilə ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».

6. «Allahı tanıyan şəxsin bir rük’ət namazı nadan insanın min rük’ət namazından daha üstündür».

7. Əli (ə) buyurur: «Bir şəxsin həkimanə söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır».

8. İmam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır».

9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür».

M Ə’SUM İMAMLARIN(Ə) ELMƏ YİYƏLƏNMƏYƏ DAİR MÜNASİBƏTLƏRİ

Əvvəlki iki dərsimizdə Peyğəmbər (s) və Mə’sum imamlardan (ə) elmin əhəmiyyət və fəzilətinə dair nəql olunmuş bir çox hədis və rəvayətlərin, həmçinin onların alimlərə necə böyük qiymət verdiklərinin şahidi olduq. Lakin belə bir sual meydana gələ bilər ki, görəsən Əhli-beyt (ə) bütün alim və elmə meyl göstərən şəxslər barəsində eyni fikirdədirmi? Həmçinin onların hamısını böyük bir fəzilət və tə’rifə layiq bilmişlərmi? Başqa sözlə desək, elmin hər hansı sahəsində olursa olsun, təhsil alan bütün tələbələr və ya şəxslər rəvayətlərdə qeyd olunan fəzilətlərə yiyələnə bilərlərmi?

Cavabında deyirik:

Elmin bütün sahələri olduqca zəruri və vacib məsələlərdəndir. Lakin elmin bütün sahələrinə yiyələnmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdən olsa da, alimlərin fəziləti haqda nəql olunmuş rəvayətlərdə yalnız din alimləri nəzərdə tutulur.

Bu haqda nəql olunmuş rəvayətlərə diqqət yetirin:

1. «Alimlərin ölümü islam dininə elə bir xəsarət vurur ki, aylar-illər ötüb keçməsinə baxmayaraq, onların yeri həmişə boş görünür».

2. «And olsun Allaha! Bir alimə [elmə] dözmək İblis üçün min abidə [ibadətinə] dözməkdən daha ağırdır. Çünki abidlər yalnız özlərini, alimlər isə başqalarını düşünərlər».

3. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub adamların bir nəfərin ətrafına toplaşdığını görür. Peyğəmbər (s) onun kim olduğunu soruşduqda: Əllamədir - deyərək cavab verirlər. Soruşdu: «Hansı elmlərə yiyələnib?» Deyirlər: «Cahiliyyət dövründə yazılmış şe’r və baş vermiş əhvalatları, habelə ərəb qəbilələrinin ulu əcdadları haqda dərin mə’lumatlara malikdir». Buyurur: «Onun bildikləri nə kimsəyə xeyir verir, nə də ki, onun bilmədikləri kimsəyə zərər vurmur. Elm üç şeydən ibarətdir: Əqidə əsasları, əxlaq və şəriət».

4. İmam Cə’fər Sadiq (ə) buyurur: «Həqiqətən, də alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar. Onların miras qoyduqları şeylər hikmətamiz hədislərdir. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur. Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki hər bir zəmanədə biz Əhli-beytin (ə) adil alimləri olur ki, onlar hədislərimizi təhrif edən və tam fərqli olaraq mə’nalandıran nadan və cahillərlə mübarizə edərlər».

DƏRSİN XÜLASƏSİ

Peyğəmbər (s) və Əhli-beyt (ə) elm və alimə böyük qiymət verərək, elm öyrənməyin hər bir müsəlmana vacib olduğunu tə’kid etmiş və onları bu işə sövq etmişlər. İslam dini elmi ibadətdən və alimi abiddən daha fəzilətli hesab edir, bütün elmlərlə yanaşı din elminə xüsusi diqqət yetirir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Əli (ə) nə üçün elm öyrənməyi, var-dövlət əldə etməkdən vacib hesab edir?

2. Əli (ə) elmlə var-dövlət arasında hansı fərqləri görür?

3. Dərsdə qeyd olunan rəvayətlərdən istifadə edərək, deyin görək nə üçün alimlər abidlərdən daha fəzilətli hesab olunurlar?

4. İslam dini bütün elmləri eyni səviyyədə dəyərləndirirmi?