Evlənmək tarix boyu bütün millətlər arasında müxtəlif adət-ən’ənlər çərçivəsində mövcud olmuş və olmaqdadır. Ərlə arvad, uşaqlarla valideyn arasında bərqərar olunan qarşılıqlı münasibətlərdə müəyyən hüquq və qanunlar tə’yin edilmiş və bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Bu və növbəti dərslərimizdə islamın evlənməyə olan münasibəti və evlənmənin islam nöqteyi-nəzərindən dəyər və əhəmiyyəti haqda söhbət açacağıq.

İ SLAMIN EVLƏNMƏYƏ VERDİYİ DƏYƏR

Evlənməyin islam dinində xüsusi mövqeyi vardır. Belə ki, ailənin qurulması din və mə’nəviyyatın təkamülünə səbəb olan ən başlıca amil hesab olunur. Peyğəmbər (s) və onun sadiq davamçıları olan mə’sum imamlar (ə) və əməlisaleh mö’minlər daim müsəlmanları ruh və mə’nəviyyata müsbət tə’sir göstərən bu gözəl adət-ən’ənəyə sövq etmişlər. Evlənmək islam nöqteyi-nəzərindən müstəhəb və bə’zi hallarda zəruri məsələlərdən hesab olunur. Misal olaraq burada bir neçə ayəni gətiririk:

«Sizin üçü n onlarla ü nsiyy ə t ed ə siniz dey ə ö z cinsinizd ə n z ö vc ə l ə r x ə lq etm ə si, aran ı zda dostluq, sevgi, m ə rh ə m ə t yaratmas ı da Onun q ü dr ə t ə lam ə tl ə rind ə ndir. H ə qiq ə t ə n, bunda [bu yarad ı l ış da] d üşü n ə n bir q ö vm üçü n ibr ə tl ə r vard ı r».

Başqa bir ayədə Allah-taala mö’minləri evlənməyə əmr edir:

«[Ey m ö ’minl ə r!] Aran ı zda olan subay ki ş il ə ri v ə ə rsiz qad ı nlar ı , ə m ə lisaleh [yaxud evl ə nm ə y ə qabil] k ö l ə v ə cariy ə l ə rinizi evl ə ndirin». ( Nur-32)

Peyğəmbər (s) buyurur: «Evlənmək mənim sünnəmdəndir. Kim mənim sünnəmdən üz çevirsə, məndən deyil».

Başqa bir hədisdə buyurur: «Mənim sünnəmdən üz çevirən şəxs məndən deyil. Bilin ki, mənim sünnəmdən biri də evlənməkdir. Elə isə məni sevən şəxslər sünnəmə əməl etsinlər.»

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: «Yoxsulluqdan qorxaraq evlənməyən şəxslər bizdən deyillər».

«Yoxsulluqdan qorxaraq evlənməyən şəxslər Allaha qarşı bədgüman olmuşlar».

«Ümmətimin ən yaxşı şəxsləri o kəslərdir ki, evlənib ailə qurmuş olsunlar. Bundan boyun qaçıran şəxslər isə ümmətimin ən pis kəsləridir».

«Sizin ən pisiniz subay olanınızdır. Evli adamın iki rük’ət namazı, subay şəxsin yetmiş rük’ət namazından daha yaxşıdır».

«Dünyasını dəyişənlər içərisində ən pis şəxslər evlənməyənlərinizdir».

«Evli adamın yatması, Allah yanında subay bir şəxsin gecələri ibadətlə keçirməsindən daha yaxşıdır».

«Ailə quran şəxslər dinlərinin yarısını qorumuş olurlar. Elə isə dininizin qalan hissəsinin qorunması üçün pərhizkar və təqvalı olun».

«Hər bir şəxs gəcliyinin oğlan çağında ailə qurduqda Şeytan nalə çəkərək deyər: Vay halıma! O, dinin yarısını məndən qorumuşdur».

«Hər kim ailə qurarsa, ibadətlərinin savabının yarısı ona verilmiş olur».

«Allahın hüzuruna pak və təmiz getmək istəyənlər, Onun görüşünə ailə qurduqdan sonra getsinlər».

EVL ƏNMƏYİN MÜSBƏT XÜSUSİYYƏTLƏRİ

Qur’an və nəql olunmuş rəvayətlərdə evlənməyin dəyər və əhəmiyyəti ilə tanış olduqdan sonra söhbətimizi ailə qurmağın müsbət xüsusiyyətləri və insan həyatındakı tə’sirləri haqda davam etdiririk. İslam alimləri bunun bir çox müsbət nəticələrindən danışmışlar. Qur’an ayələrinə istinad edərək burada onlardan bir neçəsini gətiririk:

1. Evlənməyin ilkin və ən başlıca nəticələrindən biri nəslin artımı və davam etməsidir. Bəşəriyyətin yaşaması üçün Allah-taala bu batini qüvvəni kişi ilə qadının ixtiyarına qoymuşdur ki, onlar öz istək və iradəsi ilə bu təbiət qanununu həyata keçirsinlər.

Fürqan surəsinin 74-cü ayəsində Allah-taala, övladı insanın gözünün nuru adlandırır:

«...Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan [sənə itaət etməklə bizi sevindirib] gözümüzün işığı [bəbəyi] olacaq övladlar ehsan buyur...»

Yaşı ötmüş həzrət Zəkəriyya nəslinin davamı üçün Allah-taaladan (ad və şərəfini qoruya biləcək) varis bəxş etməsini diləyir:

«[Ya Məhəmməd!] Zəkəriyyanı da yada sal! Bir vaxt o: Pərvərdigara! Məni tək [kimsəsiz, varissiz] buraxma. Sən varislərin ən yaxşısısan!-deyə yalvarıb Rəbbinə dua etmişdi.

Biz Z ə k ə riyyan ı n duas ı n ı q ə bul buyurduq, ona Y ə hyan ı b ə x ş etdik...»( Яnbiya 89-90.)

Başqa bir ayədə buyurulur:

«[Ya Məhəmməd!] Bu, sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!

Z ə k ə riyya, R ə bbin ə gizlinc ə dua edib yalvard ığı zaman

Bel ə demi ş di: P ə rv ə rdigara! Art ı q s ü m ü y ü m sustam ış , ba şı m a ğ appaq a ğ arm ış d ı r. P ə rv ə rdigara! S ə n ə dua etm ə kl ə he ç vaxt na ü mid olmam ış am. [N ə dua etmi şə ms ə , q ə bul olunmu ş dur].

M ə n ö z ü md ə n sonra g ə l ə n qohum- ə qr ə bamdan [yerim ə k e çə c ə k ə mio ğ lanlar ı m ı n v ə dig ə r v ə r ə s ə l ə rimin m ə sl ə kimi l ə yaq ə tl ə davam etdirm ə y ə c ə yind ə n] qorxuram. Z ö vc ə m d ə ki, do ğ mur. Buna g ö r ə d ə m ə n ə Ö z d ə rgah ı ndan bir o ğ ul b ə x ş et».( Mяryяm 2-5.)

Deməli, ailə qurmaqda ən başlıca məqsədlərdən biri də əməli-saleh övladlar dünyaya gətirməklə nəslin qorunub saxlanılmasıdır.

2. Həya və iffətin qorunması

Təqva və pərhizkarlığa nail olmaq və Şeytani vəsvəsələrdən qorunmağı ailə qurmağın ikinci səmərsi hesab etmək olar. Nəql olunmuş rəvayətlərdən belə qənaətə gəlmək olur ki, şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hisslərinə mənfi tə’sir göstərir. Əli (ə) bu haqda buyurur: «İblisin [insanları özünə çəkməkdə] qəzəb və qadından böyük ipi yoxdur».

İmam Sadiq (ə) buyurur: «İblisin qəzəb və qadından qüdrətli ordusu yoxdur».

Lakin bu iki şeydən daha güclüsü hər bir insanda az və çoxluğundan asılı olmayaraq və büruzə verilməsi hər zaman mümkün olan şəhvət hissidir. Çünki zəif və gücsüz insanlar başqalarına qarşı çox az hallarda öz qəzəblərini büruzə verə bilirlər. Bunun üçün də şəhvət, Şeytanın ən güclü cazibə qüvvəsi heab olunur. O, bu yolla Allah bəndələrini haqq yoldan uzaqlaşdırıb uçuruma doğru sürükləyir. Bütün bunları nəzərə alaraq islam, kişilərin onlara məhrəm olmayan qadınlarla təklikdə olmasını yasaq edir. Çünki belə bir şəraitdə şeytani vəsvəsələrə münasib fürsət yaranmış olur. Deməli, ailə qurduqda şeytani vəsvəsələrin qarşısına böyük sədd çəkilir. Çünki ailə qurmaqla Şeytanın insanları haqq yoldan uzaqlaşdırmağa heç bir macalı olmur. Bunun üçün də nəql olunmuş rəvayətlərdə ailə qurmuş gənclərin dinlərinin yarısını qoruduqları və Şeytanın nalə çəkərək «imanını məndən qoruya bildi!» dediyinə toxunulur.

3. Ailə qurmağın digər müsbət nəticələrindən biri də insanda mə’nəvi rahatlığın yaranmasıdır. Çünki təklik insan üçün yorucu və getdikcə dözülməz olur. Bunun üçün də o, özü ilə həmsöhbət və dərdlərini bölüşdürə biləcək həyat yoldaşı tapmağa can atır. Yorucu təklik həyatı eyni zamanda insanın ruhi sarsıntısına səbəb olduğu üçün ibadətlərinin lazımınca yerinə yetirilməsinə mane olur. Bunun üçün də hər bir insan mə’nəviyyatının güclənməsi və ruhunun rahatlıq tapması üçün istirahət və aram həyata ehtiyac duyur. Ailə qurduqda isə insan bütün bunlara nail olur. Buna görə də Allah-taala Rum surəsinin 21-ci ayəsində, bəşəriyyətin ailə qurmasını Öz əlamət və nişanələrindən olduğunu bildirir və insan üçün həyat yoldaşı yaratmasının səbəbini belə izah edir:

«Sizin üçü n onlarla ü nsiyy ə t ed ə siniz dey ə ö z cinsind ə n z ö vc ə l ə r x ə lq etm ə si, aran ı zda dostluq, sevgi v ə m ə rh ə m ə t yaratmas ı da Onun q ü dr ə t ə lam ə tl ə rind ə ndir...»

4. Ailə qurmaqla hər iki tərəf yeni müştərək həyat tərzinə qədəm qoymuş olur. Fikir və düşüncələr, zehni məşğuliyyətlər azalır və insan özündə bir növ mə’nəvi rahatlıq hiss etməyə başlayır. Çünki subay şəxs özünün həm ev, həm də evdən xaric işlərinin öhdəsindən gəlmək məcburiyyətində qalır. Ailə qurduqda isə bütün bu işlər ərlə-arvadın arasında bölünür və hər birinin həyat tərzində müəyyən rahatlıq yaranır. Diqqət yetirmək lazımdır ki, Allah-taala evlilərin ehtiyaclarını tə’min edəcəyinə dair verdiyi və’dəni subay şəxslərə verməmişdir. Deməli, belə bir şəraitdə onlar mə’nəvi saflığa və gündəlik ibadətlərinə daha çox diqqət yetirirlər.

5. Evlənmək yüksək əxlaqi xüsusiyyətlərə yiyələnməkdə və nəfsani istəklərlə mübarizədə ən başlıca yollardan biri hesab olunur. Nəql olunmuş bir çox rəvayətlərdə ailənin maddi ehtiyaclarının tə’min olunması, övlad və həyat yoldaşının hüququnu qorumaq, təsadüfi hallarda onların xoşagəlməz rəftar və davranışlarına səbr etmək və s. nəfs ilə mübarizə olduğu xatırladılır və bütün bunların müqabilində təqva sahiblərinin böyük savaba nail olacaqlarına və’də verilir.

Peyğəmbər (s) bu haqda buyurur: «Ailəsinin maddi ehtiyaclarını tə’min edən şəxslər sanki Allah yolunda cihad etmiş olurlar».

Bununla yanaşı, müsəlman əxlaq alimləri belə bir fikirdədirlər ki, ailə qurmaqla istər kişi, istərsə də qadın ruhi təkamülə və bunun da nəticəsi olaraq əbədi səadətə nail ola bilərlər. Başqa sözlə desək, Allah-taala kişi ilə qadını kamil yaratmamış, kişidə olan müsbət xüsusiyyətləri qadında, qadında olan müsbət xüsusiyyətləri isə kişidə qərar verməmişdir. Onları kamilliyyə aparan və kamil insan olmalarına səbəb olacaq şey varsa, o da onların ailə qurmalarıdır.

DƏRSİN XÜLASƏSİ

İslam nöqteyi-nəzərindən ailə qurmaqla kişi ilə qadın bir-birinə dayaq olaraq özlərinin əxlaq və mə’nəviyyatını daha da gücləndirə bilərlər. Eyni zamanda islam, ailə qurmaqla hər bir müsəlmanın dininin yarısını qoruduğunu hesab edir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Qur’an, həyat yoldaşını nə üçün ilahi əlamət və nişanələrdən hesab edir?

2. Peyğəmbər (s) ümmətinin subay təbəqəsi haqda nə buyurur?

3. Ailə qurmağın müsbət nəticələrini ixtisarla bəyan edin.

4. Əli (ə) Şeytanın insanları haqq yoldan uzaqlaşdıracaq şeylərin hansına daha çox diqqət yetirir?

5. Peyğəmbər (s), ailəsinin maddi ehtiyaclarını tə’min edən şəxsləri kimlərlə müqayisə edir?