Tərcümə :

Onlar üçün şəhər əhalisini örnək göstər , Allahın elçiləri oraya doğru gedən zaman (13). Biz onlara iki nəfər elçi göndərdik , ancaq ikisini inkar etdilər . Bu iki elçini üçüncü elçi ilə qüvvətləndirdik onlar dedilər : « Biz sizə ( Allah tərəfindən ) göndərilmiş elçilərik » (14). ( Onlar isə Peyğəmbərin cavabında ) dedilər : « Siz bizim kimi insanlarsınız Rəhman Allah heç bir şey nazil etməmişdir . Siz ancaq yalan deyirsiniz » (15). ( Elçilər ) dedilər : « Rəbbimiz sizin üçün göndərilmiş olduğumuzu bilir (16). bizim borcumuz aydın bir təbliğdən başqa bir şey deyildir » (17).

Dedilər : « Biz sizi uğursuz sanırıq . Əgər dediklərinizdən əl çəkməzsinizsə sizi daşlayacağıq bizdən sizə acı bir əzab toxunacaqdır » (18).

Elçilər dedilər : « Uğursuzluğunuz sizinlə birlikdədir .» ( Sizin özünüzdədir ). « Əgər düz fikirləşsəniz siz həddini aşmış bir tayfasınız .» (19)

Təfsir :

«Şəhər əhalisi»nin sərgüzəşti onlar üçün ibrət və örnəkdir.

Quranda, İslam Peyğəmbərinin nübüvvəti, sadiq möminlər və bütpərəst müşriklər barədə olan bəhslərdə keçmiş ümmətlərin sərgüzəştlərindən söhbət açılmışdır. Bu ayədən başlayaraq (18-ci ayəyədək olan hissədə Allah peyğəmbərlərinin bir neçəsinin başına gələn hədisləri açıqlamışdır. Bu peyğəmbərlər müşrik, bütpərəst və «əshabül-qəryə» (şəhər əhalisi) adı ilə məşhur olmuş insanları hidayət etmək üçün göndərilmişdir. Həmin camaat isə peyğəmbərləri danaraq onların əleyhinə qiyam etmiş və axırda isə şiddətli bir əzaba düçar olmuşlar. Bunları deməkdə məqsəd Məkkənin müşriklərinə xəbərdarlıq etmək, Peyğəmbər (s) və azsaylı möminlərə isə təsəlli verməkdir. Çünki Quranın qəlbi olan bu surədəki sərgüzəşt eyni ilə islamın ilkin möminlərinin sərgüzəştinə bənzəyir.

Əvvəl Allah buyurur: «Onlar üçün şəhər əhalisini örnək göstər, Allahın elçiləri oraya dogru gedən zaman»

«Qəryə» əslində camaatın cəm olub yaşadığı yerə deyilir. Bəzi hallarda isə insanların özünə də «qəryə» deyilir. Beləliklə də «qəryə» sözü həm şəhər və həm də kəndlərə şamil edilir. Bu günkü fars dilində «qəryə» sözünün «kənd» mənasında işlənməsinə baxmayaraq ərəb dilində və eləcə də «Quran»ın özündə dəfələrlə «Misir» və «Məkkə» kimi mühüm şəhərlərə də « qəryə» deyilmişdir.

Bu şəhərin hansı şəhər olması haqda müxtəlif mülahizələr var. Təfsirçilər arasında ən məhşur mülahizə budur ki, o şəhər Şamatın «Əntakiyyə» şəhəridir. Bu şəhər keçmiş Romanın ən məşhur və möhtəşəm şəhərlərindən biri idi. İndi isə bu şəhər coğrafi mövqe nəzərindən Türkiyənin şəhərlərindəndir. Bu barədə ətraflı məlumatı incəliklər mövzusunda verəcəyik. Yuxarıdakı ayələrdən məlum olur ki, həmin şəhərin əhalisi bütpərəst olmuş və Allah elçiləri isə bütpərəstliklə mübarizə edərək onları tövhidə dəvət etmişlər.

«Quran» bu hadisəni üstü örtülü dedikdən sonra macəranı şərh edərək belə buyurur: «Biz onlara iki nəfər elçi göndərdik, ancaq onlar ikisini də inkar etdilər. Bu iki elçini üçüncü elçi ilə qüvvətləndirdik. Və onlar da dedilər: Biz sizə (Allah tərəfindən) göndərilmişik.

Bu minvalla Peyğəmbərlərdən üçü (ikisi qabaqcadan, üçüncü isə onların ardınca) azğın camaata göndərildi.

Bu Peyğəmbər lərin kim olmaları barəsində təfsirçilər arasında ixtilaf var. Bəzi təfsirçilər qabaqcadan göndərilən iki nəfəri «Şəmun» və «Yuhənna», üçüncünü isə «Pavel» bilmişlər. Bəziləri isə onlar üçün başqa adlarla xatırlamışlar.

Təfsirçilərdən bəziləri bu elçilərin birbaşa Allah tərəfindən, bəziləri isə onların İsa (ə)-ın tərəfindən göndərilməsini bəyan edirlər. (İsanın (ə) elçiləri olsalar da yenə bir vasitə ilə Allaha nisbət verilirlər). Ayənin zahirindən birinci təfsir nəzərə çarpır. Ancaq iki təfsirin nəticəsində heç bir fərq yoxdur.

«Quran» bütpərəslərin Peyğəmbərlərə etdikləri etirazı belə izah edir: «Siz bizim kimi adi insanlarsınız. Rəhman Allah heç bir şey nazil etməmişdir. Siz ancaq yalan deyirsiniz».

Belə bəhanə, bütün müşrik insanların Allah peyğəmbərlərinin dəvəti qarşısında gətirdikləri bəhanədir.

Onların əqidəsi bu idi ki, əgər Allah tərəfindən peyğəmbər gəlməlidirsə gərək mələk olsun. Bizim kimi insanlardan peyğəmbər olmaz. Bu bəhanə ilə peyğəmbərləri yalançı hesab edirdilər. Bir halda ki, bəlkə özləri də bütün tarix boyu gələn p

eyğəmbərlərin Adəm nəslindən olmasını bilirdilər. O cümlədən, peyğəmbər olmasını hamı bilən İbrahim peyğəmbər Adəm nəslindən idi. Bundan əlavə insanın dərd və müşkülatını ancaq insan bilər və mələklər insanın bu çətinliklərini aradan qaldıra bilməz.

Ayədə Allah-ın «Rəhman» sifətinə çox diqqət yetirilmişdir. Səbəbi budur ki, müşriklərin cavabı onların öz sözlərində gizlənmişdir. (Yəni onlar peyğəmbərləri danan zaman özləri də belə deyirlər: «Rəhman Allah heç bir şey nazil etməmişdir». Buna görə də, necə ola bilər rəhməti bütün aləmə ümumi olan Allah insanları hidayət etmək üçün onlara peyğəmbər göndərməsin ?

Bu barədə daha başqa bir ehtimalda budur ki, onlar (müşriklər) Allahın «Rəhman» sifəti ilə bəhanə gətirərək demək istəyirlər ki, peyğəmbərlərin gəlməsi və vəzifələrinin müəyyən olunması ilə Allah onları çətinliyə salmaq istəmir və onları azad buraxmışdır. Bu müşriklərin məntiqsiz və heç bir əsası olmayan fikirləridir.

Allahın elçiləri onların cavabından məyus olmayıb, öz risalətlərini davam etdirmiş və onların cavabında belə demişlər:-«Dedilər: Rəbbimiz sizin üçün göndərilmiş olduğumuzu bilir. Və bizim borcumuz aydın bir təbliğdən başqa bir şey deyildir».

Elçilər öz peyğəmbərliklərini ancaq sübutsuz iddia ilə bəyan etməmiş və təkcə and içməklə kifayətlənməmişlər. Əksinə onlar öz peyğəmbərliklərini isbat etmək üçün möcüzələr də göstərmişlər. Necə ki, bu mətləb (aydın bir təbliğ) ibarəsindən də başa düşülür. Əks təqdirdə onların təbliğinə «bəlağun - mubin» demək olmaz. Ona görə ki, «bəlağun mubin» həqiqəti (peyğəmbərlərin Allah tərəfindən gəlməsini) hamıya çatdırmalıdır. Həqiqəti hamıya çatdırmaq isə məhz aydın dəlillər və möcüzə göstərməklə mümkündür.

Bəzi rəvayətlərdə göstərilmişdir ki, bu elçilər də Həzrəti İsa (ə) kimi əlacsız xəstələrə (Allahın əmri ilə) şəfa vermişlər.

Ancaq bu bədbəxtlər aydın dəlil və möcüzələrin qarşısında yenə də təslim olmadılar. Əksinə, öz düşmənçiliklərini artıraraq peyğəmbərləri hədələyib qorxudurdular. «Quran»da bu barədə buyurur:

«Dedilər: -Biz sizi uğursuz sanırıq».

Ola bilsin peyğəmbərlərin gəlmələrilə birlikdə müşriklər günahlarının əsərində və ya Allah tərəfdən xəbərdarlıq olaraq bəzi çətinliklərlə üzləşmişlə. Necə ki bəzi təfsirçilərin dediyinə görə bu qövmün yaşadığı yerdə bir müddət yağmursuzluq oldu. Ancaq bu çətinlik onlara ibrət olmamış, əksinə buna səbəb peyğəmbərlərin gəlişini hesab etmişlər.

Bunlarla kifayətlənməyib öz çirkin planlarını peyğəmbərlərə açıb söylədilər:

«Əgər dediklərinizdən əl çəkməsəniz sizi daşlayacağıq və bizdən sizə acınacaqlı bir əzab toxunacaq».

«Acınacaqlı bir əzab» («əzabun əlim») barədə təfsirçilər arasında iki nəzəriyyə vardır. Birinci nəzəriyyə budur ki, acınacaqlı əzabda məqsəd elə daşlanmağın özüdür. İkinci birincidən fərqli olaraq acınacaqlı əzabı daşlamaqdan da şiddətli bir əzab mənasına təfsir etmişlər.

İkinci nəzər zehnə daha münasib gəlir. Çünki, ən pis və acınacaqlı əzablardan biri olan daşlanmaq bəzi hallarda ölümlə nəticələnmir. Mümkündür «acınacaqlı əzab»dan məqsəd bu olsun ki. müşriklər peyğəmbərləri o qədər daş-qalaq edəcəklər ki, onların ölümü ilə nəticələnsin, ya da başqa işgəncələrlə də onlara əzab verəcəklərlə. Necə ki, bunlardan qabaqkı peyğəmbərlərin qövmü onların gözünə qızdırılmış dəmir salmaq, boğazlarına qaynar qurğuşun tökmək vasitəsilə onlara işgəncələr verirdilər.

Bəzi təfsirçilər bu barədə daha bir başqa təfsir vermişlər. Bu təfsirçilər daşlamağı cismani, acınacaql əzabı isə ruhi və mənəvi əzab bilmişlər.

Ancaq bundan qabaqkı təfsir həqiqətə daha uyğundur.

Həqiqətən batil, zülm və fəsadın tərəfdarlarının əllərində heç bir sübut olmadıqda hədə-qorxuya əl atırdılar. Ancaq bunu bilmirdilər ki, «Allah» yolunu gedən insanlar heç vaxt bu hədə-qorxunun müqabilində təslim olmayacaq, əksinə öz təbliğlərini daha da gücləndirəcəklər. Peyğəmbərlər öz təbliğlərinə başlamazdan qabaq hər şeydən əl çəkmiş, bu yolda canlarından keçməyə belə hazır olmuşlar.

Müşriklərin bu inkarının qarşısında peyğəmbərlərin cavabı bu oldu:

«(Peyğəmbərlər) Dedilər: uğursuzluğunuz sizinlə birlikdədir (sizin özünüzdədir) əgər düz fikirləşsəniz». Əgər sizə bədbəxtlik üz veribsə və Tanrının nemətləri sizdən üz döndəribsə, bunun səbəbini bizim gəlişimizdə yox, özünüzdə və gördüyünüz günahlardan bilin. Siz bütpərəstlik və nəfsinizə itaət etməklə özünüzü bədbəxt və ilahi nemətlərdən məhrum etmisiniz.

Bəzi təfsirçilər «əin zükkirtüm» (əgər düz fikirləşsəniz) cümləsinə müstəqil və ayrı bir məna vermişlər. Bu təfsirçilər deyirlər: Bu ibarənin mənası budur ki, əgər peyğəmbərlər gəlib siz müşrikləri düz yola dəvət etsələr cavabında onları qorxudub vücudlarını uğursuzmu sanmalısınız? Onlar sizlərə nur, hidayət, xeyir və bərəkət müjdə verirlər. Bu cür xidmətin cavabı onları qorxudub nalayiq söz deməkdirmi ?

Peyğəmbərlər sözlərinin sonunda bu azğın qövmü belə adlandırmışlar :

«Siz həddini aşmış bir tayfasınız»

Sizin əsas dərdiniz sizin azğınlığınız və həddinizi aşmanızdır.

Tövhiddən üz döndərib bütpərəstliyə tərəf addım atmanızın, taleyinizin bədbəxtliyə düçar olmasının, xeyrxah insanların xeyirlərinin əvəzində onlara pislik edib onları qorxutmanızın səbəbi haqqdan üz döndərməniz, israfkarlığınız, günahlar dəryasındaqərq olmanız və həddinizi aşmanızdır.

Bu Peyğəmbərlərin macərası barədə əlavə məlumatları və eləcə də bu hadisənin harada baş verməsini bundan sonra gələn ayələrin təfsrində deyəcəyik.