Tərcümə :

Bir kişi şəhərin ən uzaq yerindən qaça - qaça gəlib , dedi : « Ey mənim tayfam , elçilərə itaət edin (20). Sizdən heç bir muzd istəməyənlərə tabe olun . Onlar doğru yolda olanlardırlar (21). Mən üçün məni yaradan « Allah » a tapınmayım ? Siz ona doğru qayıdacaqsınız (22). « Allah » dan başqa tanrılar seçim ?, bir halda ki , Rəhman ( Allah ) mənə bir zərər yetirmək istəyəndə , onların şəfaətinin mənə bir xeyri olmaz məni qurtara bilməzlər ? (23) . O vəziyyətdə isə mən açıq bir sapqınlığın ( azğınlığın ) içərisində olaram (24). Məi sizin « Rəbb » inizə inandım . Məni dinləyin » (25). ( Onu şəhid etdilər ). Ona - Cənnətə gir - dedyildi . O da dedi : « Kaş mənim tayfam biləydi (26). Ki , məni « Rəbb » im bağışladı məni əzizlənənlər zümrəsinə daxil etdi ».(27) Ondan sonra onun qövmünün üstünə göydən heç bir qoşun göndərmədik , göndərəcək deyildik (28). ( Ancaq onlara ) tək bir qorxunc bağırtı kifayət oldu ; dərhal hamısı öldü (29). Vay olsun bu bəndələrə ki , onlara istehza etmədikləri bir Peyğəmbər göndərilmədi (30).

Təfsir :

Canından keçmiş mücahid.

İndi təfsir edəcəyimiz ayələrdə indiyə qədər söhbət etdiyimiz Allah peğəmbərlərinin dastanının daha bir hissəsi açıqlanmışdır. Bu hissədə söhbət o vaxtın saysız-hesabsız müşriklərinin müqabilində olan azsaylı möminlərdən və onların bu peyğəmbərləri axır nəfəslərinə kimi müdafiə etmələrindən gedir.

Əvvəlcə belə buyurur:

«Bir kişi şəhərin ən uzaq yerindən qaça-qaça gəlib, dedi: « Ey mənim tayfam, elçilərə itaət edin.»

Təfsirçilərin çoxu bu kişinin adını «Həbibi-Nəccar» demişlər. O peyğəmbərlərlə ilk görüşdə, onların haqq olmalarını bilmiş və onları peyğəmbər kimi qəbul etmişdir. Bu yolun qabaqcıl möminlərindən olmuşdur. Müşriklərin şəhərin mərkəzində peyğəmbərlərin əleyhinə qiyam etməsi xəbəri buna çatdıqda o artıq sakit oturmağı məslhət görməyib, tələsik halda şəhərin mərkəzinə gəlib peyğəmbərlərə müdafiədə əlindən gələni əsirgəmədi. Onun qaça-qaça, tələsik halda gəlməsi (yəsa-tələsik) sözündən də istifadə olunur. Şəhərdə vəziyyət o yerə çatmışdı ki, müşriklər bu peyğəmbərləri öldürmək qəsdinə durmuşdular.

Ayədə Həbibi-Nəccarın adı gətirilməmiş və onun adının əvəzinə (kişi) sözündən istifadə edilmişdir. Bu sözü (qeyri-müəyyən) nəkərə gətirməkdən məqsəd onun adi, əlində heç bir iqtidarı olmayan və öz yolunda tək-tənha olmasını bəyan etməkdədir. Həqiqətdə isə onun nur və iman hərarəti ilə elə qızışmışdı ki, tövhid yolunda mübarizə edənlərin qarşısına çıxan çətinliklərə baxmadan o, mübarizə meydanına qədəm basdı. O, öz gördüyü işi ilə İslam Peyğəmbərinin dövründəkiçox az olan möminlərə örnək oldu. Möminlər bildilər ki, hətta bir nəfər mömin də məsuliyyət daşıyır və sakit oturmaq onun üçün düzgün deyil.

«Şəhərin uzaq nöqtəsi» (əqsəl mədinəti ) ibarəsindən başqa düşülür ki, bu elçilərin sorağı şəhərin ucqar yerlərinə də gedib çatmış və onları qəbul etməyə hazır olan qəlblərdə öz təsirini qoymuşdur. Bundan əlavəbu ibarədən başa düşülür ki, şəhərin ucqar nöqtələri məzlum insanların mərkəzi olmuş və onları asanlıqla yola gətirmək olar. Ancaq şəhərin mərkəzi isə rifah cəhətdən təminatı əla vəziyyətdə olanların yeri, onları yola gətirmək isə bir o qədər də asan iş deyildir.

«Ey mənim tayfam» ibarəsi isə bunu anladır ki, Həbibi-Nəccar qövmünə ürəyi yanarlıq etmiş və onun bu dəvətində heç bir şəxsi mənfəət yoxdur.

İndi görək bu mömin və mücahid insan öz qövmünü hansı yolla və necə haqqa tərəf dəvət edir ?

O, əvvəl belə deyir:

«Sizdən heç bir muzd istəməyən insanlara itaət edin».

Muzd istəməmək onların doğru demələrinin birinci nişanəsidir. Bununla məlum olur ki, onlar öz dəvətlərində maddi mənfəət güdmür, müşriklərdən heç bir cah-cəlal, hətta heç təşəkkür də belə istəmirlər. Bu xüsusiyyət bütün peyğəmbərlərdə olub onların ixlas nişanələrindən sayılmış və Quran ayələrində bu məsələ dəfələrlə vurğulanmışdır. Təkcə «Şüəra» surəsində beş dəfə buna işarə olunmuşdur.

Daha sonra isə deyir: «və hum muhtədun» «Onlar düz yolda olanlardırlar» (Onların dəvətindən də doğru yolda olmaları başa düşülür ).

Əgər bir insan camaatı düz yola dəvət edə və camaat onun dəvətinə mənfi cavab verərsə bunun səbəbi, ya o yolun üzgün olmaması, ya da dəvət edən insanların şəxsi mənfəət güdməsidir. Bu da camaatın nifrətinə səbəb olur. Ancaq bir dəvətdə bu iki səbəbin heç biri olmazsa, daha o dəvətdə şübhə yeri qalarmı?

Həbibi-Nəccar bu dəlili dedikdən sonra peyğəmbərlərin dəvətinin haqq olduğunu sübut etmək üçün daha bir dəlil və sübut gətirir. Bu dəlildə peyğəmbərlərin dəvətinin əsas hissəsi olan «Tövhid»ə işarə edərək deyir: «Mən nə üçün məni yaradan Allaha itaət etməyim?»

Bütün nemətləri xəlq edib onları məxluqlara əta edən Allahın itaət edilməyə ləyaqəti var. Əlindən heç nə gəlməyən bütlərin isə bir zərrə belə itaət olunmağa ləyaqətləri yoxdur. İnsanın fitrəti onu dəyərsiz məxluqatı yox, öz xaliqini ibadət etməyə çağırır. Mən bu dəvəti necə qəbul etməyim? Bu incəliyi «məni yaradan» (fətərəni) sözündən də ələ gətirmək olar.

Diqqəti cəlb edən məsələ budur ki, Həbibi-Nəccar müşriklərə belə xitab etmir:

«Nə üçün sizi yaradan Allaha itaət etməyəsiniz». Əksinə o öz xitabında deyir: «Mən nə üçün məni yaradan Allaha itaət etməyim». Onun bu sözlərinin müşriklərdə əsər etməsinə görə özünə xitab edir.

Bunun ardınca müşriklərə xəbərdarlıq edərək deyir: «Və iləyhi turcəun» «Siz ona tərəf qayıdacaqsınız».

Bununla demək istəyir ki, Allah təkcə bu dünyada deyil, o biri dünyada da (axirətdə) sizinlə olacaq. Buna görə də həm bu dünyanızınvə həm də axirətinizin işləri Onun əlində olan Allaha itaət edin.

Həbibi-Nəccar üçüncü sübut və dəlilində bütlərdən söhbət etmiş, onların məbudluğunu tənqid edərək Allahın həqiqi məbud olmasını isbat edir. Quran bu məsələni belə izah edir:

«Allahdan başqa tanrılar seçim bir halda ki, Rəhman (Allah) mənə bir zərər yetirmək istəyəndə onların şəfaətinin mənə bir xeyri olmaz və mənə nicat verə bilməzlər».

Bu ayədə də o özünə xitab edir və bununla da onlara bildirir ki, həqiqi məbud hansıdır.

Bu ayədə müşriklərin bütlərə ibadət ibadət etməsinin əsas bəhanəsinə işarə olunur. Müşriklər deyrdilər: «Biz bütlərə ona görə ibadət edirik ki, onlar qiyamət günündə bizə şəfaət edəcəklər. Həbibi-Nəccar isə onların bəhanəsinin müqabilində belə cavab verir: Nə şəfaət? Hansı kömək, hansı nicat? Onların özünün sizin köməyinizə ehtiyacı var. Onlar çətinlikdə sizin hansı işinizi həll edə bilirlər?

«Rəhman» sözündə Allahın rəhmətinin geniş olması, bütün nemətlərin Onun tərəfindən gəlməsi və bunun özü ibadətdə tövhidə dəlil olmasından əlavə daha bir incəlik var. O incəlik də budur ki, Rəhman Allah heç kimə zərər və ziyan yetirmək istəmir. Ancaq insan Allahın dediklərini yerinə yetirməməkdə öz həddini aşarsa onda Allahın qəzəbinə rastlaşacaqdır.

Daha sonra bu mücahid və mömin insan öz dediklərini təkidləndirmək üçün əlavə edib deyir: «Əgər mən bu bütlərə sitayiş edib onları Allah-a şərik tutsam onda mən açıq bir azğınlığın içərisində olaram.»

Ağıllı və dərrakəli bir insanın dərrakəsiz bütlərin qarşısıida diz çöküb onları yeri-göyü yaradan Allaha şərik qərar verməsindən də açıq və aşkar azğınlıq olarmı?

Bu mübariz və mücahid kişi öz sözlərini deyib təbliğ etdikdən sonra camaatın arasında uca səslə dedi:

«Mən sizin Rəbbinizə inandım»

«Məni dinləyin» «fəsməi» və bunu da bilin ki, mən bu peyğəmbərlərin dəvətini qəbul edirəm.

Bundan qabaqkı ayələrdə aydın olur ki, «məni dinləyin» və «mən sizin Rəbbinizə iman gətirdim» cümlələrində xitab orada yaşayan müşriklərədir. «Sizin Rəbbinizə» ibarəsindən məqsədelə Rəhman Allahın özüdür və ayənin mənasında heç bir dəyişiklik yoxdur. (Çünki onlar müşrik də olsalar yenə də həqiqi Rəbbləri bütün yeri-göyü yaradan Allahdır). Necə ki, Quranın bir çox ayələrində belə ifadələr gəlmişdir. (Yunus sur: ayə3 və 32.Hud sur. Ayə 3 və 52. Nəhl sur. Ayə24. Kəf sur . ayə 29 və s...)

Ola bilər bəziləri desin ki Həbibi-Nəccar öz qövmünə xitab edərək deyir:

«Mən sizin Rəbbinizə inandım». Cümləsinin mənası isə budur ki mən də sizin kimi bütlərə inandım. Bunun ardınca gələn «məni dinləyin» cümləsinin mənası isə budur ki, siz mənə qulaq asın və mən inandığıma sizdə inanın. Necə ki, indiyə qədər siz də elə bütlərə inanmısınız. Elə bu yolunuzu da davam edin.

Buna görə də bəzi təfsirçilər bu ehtimalın qarşısını almıq üçün demişlər ki, bu ayələrdə olunan xitablar müşriklərə yox, Allahın göndərdiyi peyğəmbərlərədir. Onda ayənin mənası mənası belə olar: «Mən sizin Rəbbinizə inandım» (Yəni siz camaatı Allaha itaət etməyə dəvvət edirsiniz, mən də bu dəvəti qəbul edib siz deyən Allaha iman gətirdim).» «Sizin Rəbbiniz» və «məni dinləyin» cümlələri də bunu sübutdur. Ancaq ayəni bu cür təfsir etmək üçün əldə heç bir sübut yoxdur.

«Məni dinləyin» ibarəti də müşriklərə xitabdır. Ona görə ki, bu mömin kişi onlara onun öz dəvətini qəbul etmək üçün «məni dinləyin» deyir. Necə ki, Fironun yaxın adamlarından biri mömin olduqdan sonra onlara dedi: «Ey mənim tayfam! Mənim ardımca gəlin, sizi düzgün yola hidayət edim»

(Ğafir.38).

İndi görək bu müşrik qövm və tayfa ona nə cavab verdilər? Ona qarşı hansı ziddiyyət göstərdilər? Quranda bu barədə açıq-ışkar bir şey deyilməmişdir. Ancaq sonrakı ayələrin ləhnində belə aydın olur ki, müşriklər onun əleyhinə qalxıb onu şəhid etdilər .

Onun həyəcanla, möhkəm dəlillər və incəliklərlə dediyi bu sözlər bütpərəst və müşrik insanlara və onların çirkin qəlblərindəki heç bir təsir bağışlamadı. Əksinə onları daha da nifrətləndirdi. Onların onun əleyhinə qiyam edib şəhid olmasına səbəb oldu. Onlar son dərəcə düşmənçilik və rəhimsizcəsinə bu şücaətli və mömin kişinin canına qəsd etdilər. Ona o qədər daş vurdular ki, taqətdən düşüb yerə uzanaraq şəhid oldu. Ölən zamana qədər bu sözləri təkrar edirdi :

«İlahi! Mənim tayfamı özün hidayət et. Onlar nə etdiklərini anlamırlar». (Qurtəbi təfsiri).

Başqa bir rəvayətə görə onu ayaqlarının altına salıb o qədər təpiklədilər ki, ruhu bədənindən çıxdı. (Məcməül-bəyan, Tibyan, Əbül Fütühi Razi təfsirləri).

«Quran» bu həqiqəti çox gözəl və üstübağlı bir cümlə ilə bəyan edərək buyurur: «Qiləd xülil cənnətə» « Ona cənnətə gir- deyildi».

Bu ifadə «Quran»ın başqa ayələrində Allah yolunda şəhid olanlar üçün işlədilmişdir. Məsələn «Ali-İmran» surəsinin 169-cu ayəsində Allah buyurur:

«Allahın yolunda öldürülənləri ölü sanma; onları diridirlər və Rəbblərinin yanında onlara ruzi verilir».

Diqqəti cəlb edən budur ki, bu ifadə Həbibi-Həccarın şəhid olmasından sonra onun çox az müddətdə Behişdə girməsini açıqlayır. Onun şəhadətilə Behiştə girməsi arasında fasilə o qədər az olub ki, «Quran» onun şəhid olmasının əvəzinə Behiştə girməsini bəyan edir (Elə bil bu iş bir göz qırpımında baş vermiş, Həbib-Nəccar şəhid olduqdan dərhal sonra Behiştə girmişdir). Səadətin və əbədi Behiştin yolu şəhidlər üçün çox yaxındır .

Məlum olduğu kimi burada məqsəd Bərzəx aləminin Behiştidir. Ona görə ki, həm «Quran» ayələrində, həm də rəvayət və hədislərdə göstərilmişdir ki, əbədi Behişt qiyamətdə möminlərə nəsib olacaq. Necə ki əbədi Cəhənnəm də qiyamətdə günahkarlara nəsib olacaq. Bununla da məlum olur ki, bərzəx aləmində də əbədi Cənnət və Cəhənnəm kimi nümunə olan Cənnət və Cəhənnəm vardır. Necə ki, Həzrəti Əli (ə) qəbir barəsində belə buyurmuşdur:

«Qəbr ya Cənnətin bağlarından biridir, (əgər mömin qəbri olarsa ) ya da Cəhənnəm quyularından biri (əgər pis insanın qəbri olarsa )».

Bəzi təfsirçilər ehtimal vermişlər ki, bu cümlə («Behiştə daxil ol» cümləsi ) qiyamət günündə ona deyiləcək xitaba işarədir. Bu isə ayənin zahirindən başa düşülən məna ilə uyğun gəlmir .

Beləliklə də onun pak ruhu asimanlara, Allah rəhməti və Behişt nemətlərinin yanına uçdu. Orada isə onun arzusu yalnız bu idi:

«Dedi: -Kaş mənim tayfam Rəbbimin məni bağışladığını və əzizlənənlər zümrəsinə daxil olduğumu biləydi.»

Ey kaş, onların gözləri dünyanın maddiyyatı və hicabları (örtükləri) ilə tutulmayaydı. Ey kaş, onların gözləri həqiqəti görə biləydi. Kaş onlar bu pərdənin arxasında olanları görəydilər. Kaş Allahın bu qədər rəhmətini, nemətini və əzizləməsini görüb başa düşəydilər ki, onların mənə qarşı göstərdiyi haqsızlıqlar müqabilində Allah məni necə əzizləyir. Amma əfsuslar olsun ki, …

İslam Peyğəmbərindən olan hədisdə deyilir:

«Bu mömin kişi həm sağlığında və həm də şəhadətindən sonra tayfasının xeyrini və hidayət olmalarını istəyirdi .»

Həbibi-Nəccar əvvəl Allahın rəhmətini, sonra isə Onun əzizlənməsini qeyd edir. Bunun səbəbi odur ki, insan gərək əvvəl Allahın rəhmət suyu ilə çirkinliklərdən təmizlənsin, bundan sonra əzizlənənlər zümrəsinə qoşulsun.

Burada daha bir mətləb diqqəti cəlb edir. O da budur ki, Allahın əzizləməsinin bir çox bəndələrə nəsib olmasına və eləcə də «təqva» ilə «əzizləmək» həmişə bir-birinin yanında gəlməsinə baxmayaraq əsas əzizlənmə «Quran»da iki dəstə üçün qeyd edilmişdir. Birinci dəstə «Allahın müqəddəs mələkləri»dir. «Quran» bu barədə buyurur:

«Bəlkə onlar əziz bəndələrdirlər. Sözdə Onu ötməyib Onun əmrilə işləyirlər» («Ənbiya»-26, 27). İkinci dəstə isə «imanı kamil olan insanlar»dırlar. «Quran» bu insanları « müxəlləsin» imanı kamil olan insanlar adlandırmış və belə buyurmuşdur:

«Onlar Cənnətlərdə əzizlənənlərdir» («Məaric», 35).

Bunlar hamısı Həbibi-Nəccarın başına gələn hadisələr idi. O, öz vəzifəsini mərdliklə yerinə yetirib Allah göndərən peyğəmbərlərin vurğunu olmuşdur. Nəhayət, şəhadət şərbətini dadaraq Allahın rəhmətinə qovuşdu .

İndi görək bu zalım tayfa Həbibi-Nəccarı öldürdükdən sonra daha hansı cinayətlərə əl atdı?

«Quran»da Həbibi-Nəccarın dastanı deyildikdən sonra Əntakiyyəyə göndərilən üç Peyğəmbərin başına gələn hadisələr barədə heç bir söz deyilməmişdir . Ancaq təfsirçilərdən bəziləri yazmışlar ki, o zalım və müşrik tayfa Həbib-Nəccarı şəhid etdikdən sonra o üç peyğəmbəri də qətlə yetirdi. Təfsirçilərdən başqa bir qrupu isə deyir ki, o mömin kişi peyğəmbərlərin onların əleyhinə hazırlanmış təxribatdan yaxa qurtarmasına görə müşriklərin nəzərini özünə cəlb etmişdi. Onlar belə güman edirlər ki, bu yolla peyğəmbərlər sakit bir yerə qaçıb gedə bilərdilər. Ancaq bu hadisədən sonra o tayfaya acınacaqlı bir əzabın nazil olması birinci təfsirin ayə ilə uyğun gəlməsini göstərir. Buna baxmayaraq ki, «o kişinin ölmündən sonra» nazil olunan əzab ifadəsi ikinci təfsiri düzgün qələmə verir. (Diqqət edin ).

Siz Əntakiyyə camaatının Peyğəmbərlərə qarşı müxalifətini gördünüz . İndi görək bu şəhərin əhalisinin aqibəti necə oldu ?

«Quran» bu barədə buyurur:

«Ondan sonra onun qövmünün üstünə göydən heç bir qoşun göndərmədik, heç göndərəcək də deyildik».

Bizim bu işlərə (göydən qoşun göndərmək kimi işlərə) ehtiyacımız yoxdur. Təkcə bir işarə ilə bir anın içində onların hamısını məhv edərik.

Sonra buyurur:

«(Ancaq onlara) təkcə bir qorxunc bağırtı kifayyət oldu; dərhal hamısı öldü».

Sonra buyurur:

«(Ancaq onlar) təkcə bir qorxunc bağırtı kifayyət oldu; dərhal hamısı öldü».

O bağırtı nəyin səs idi? Hər şeyi lərzəyə gətirən, bütün binaları viran edən və müşrikləri qorxudan məhv edən bu nərə və bağırtı ildirim səsi idimi? Yoxsa hamıını ölüm vadisinə çəkən bu səs şiddətli bir zəlzələnin təsirindən əmələ gələn səs idi ?

Bu səsin hansı səs olduğu məlum deyil. Ancaq bu məlumdur ki, o səs bir anda olub keçmiş, bütün səsləri batıran və hər şeyi hərəkətsiz edən bir səs olmuşdur. Budur mərhəmətli Allahın qüdrəti və budur zalım və kafir tayfanın aqibəti!

Bu hissənin axırıncı ayəsində gözəl bir ləhn ilə müşriklərin peyğəmbərlərlə rəftarını bəyan edilərək deyilir:

«Vay olsun bu bəndələrə ki, onlara istehza etmədikləri bir peyğəmbər göndərilmədi» (Yəni bütün peyğəmbərləri istehza etdilər ).

Vay olsun Allah rəhmətinin qapılarını üzlərinə bağlayanlara! Vay olsun hidayət çırağlarını söndürənlərə !

Vay olsun onlara! Onlar peyğəmbərlərin dəvətini qəbul etməməklə kifayətlənməyib üstəlik onlara istehza edərək qətlə yetirdilər, bir halda ki, onlar özlərindən qabaqkı müşriklərin acınacıqlı aqibətini öz gözləri ilə görmüş, və ya tarixin səhifələrində oxumuşlar. Ancaq bunların heç birindən ibrət almamış, onların düçar olduğu aqibətə düçar olmuşlar.

Bu sözlərin hamısı Allahın dedikləridir. Ona görə ki, bu ayələr hamısı Onun tərəfindən nazil olmuşdur. «Vay olsun onlara» (batini narahatçılıq mənasınadır) cümləsi insanın əlindən gəlməyən işlərin edilməməsinə görə Allahın narahat olması deyildir. Bunun heç mənası da olmaz. Necə ki «qəzəb» in Həqiqi mənası Allah barəsində heç bir məna vermir. Cümlənin həqiqi mənası budur ki, bu müşriklərin vəziyyəti elə idi ki, kim onların bu vəziyyətini görsəydi narahat olardı. Ona görə ki, onları hidayət etmək üçün göndərilən Peyğəmbərlərin dəvətinə baxmayaraq onlar yenə də öz azğınlıqlarında qaldılar.

«Allah bəndələri» («ibad») sözünü deməkdə isə məqsəd budur ki, bu bəndələrin (müşriklər) Allah nemətləri içərisində qərq olmalarına baxmayaraq yenə də bu cür cinayətlərə əl atmaları çox təəccüblüdür.

İncəliklər .

1. «Əntakiyyə» peyğəmbərlərinin dastanı .

Əntakiyyə Şamın ən qədim şəhərlərindən biri olmuşdur. Bəzilərinin dediyinə görə bura İsanın (ə) miladından üç yüz il öncə bərpa edilmişdir. Qədim zamanlarda bu şəhər sərvət, elm və ticarət zənginliyi ilə məşhur olmuş və Roma imperiyasının üç əsas şəhərlərindən biri hesab olunurdu.

Əntakiyyə Hələb şəhərindən 100 kilometrdən az, İskəndəriyyə şəhərindən isə təxminən 60 kilometr uzaqlıqda yerləşir.

Bu şəhər ikinci xəlifənin (Ömərin) dövründə «Əbu Übeydə Cərrah»ın başçılığı ilə fəth olmuş və Romalıların müstəmləkəsindən azad olmuşdur. Oranın əhalisi məsihi olduğuna görə müsəlmanlara ildə müəyyən məbləğdə pul ödəmək (cizyə vermək) şərtilə öz dinlərində qalmışlar.

Birinci dünya müharibəsindən sonra bu şəhər fransızların müstəmləkəsinə çevrildi. Fransızlar Şamdan çıxıb gedən zaman Əntakiyyə camaatını onlarla bir dində olan Türkiyənin ixtiyarına verdilər. Bunun da səbəbi o idi ki, fransızlar Şamdan çıxıb getdikdən sonra oranın əhalisinə bir zərər dəyməsini istəmirdilər. Bu səbəbdən Əntakiyyəni Türkiyəyə verdilər.

Əntakiyyə məsihilər üçün Beytül-müqəddəsdən sonra ikinci məzhəbi şəhər hesab olunurdu. Necə ki, Mədinə müsəlmanlar üçün Məkkədən sonra ikinci məzhəbi şəhərdir. Beytül-müqəddəs həzrəti İsa (ə)-ın dəvətinin başladığı yerdir. Ona iman gətirənlərdən bir neçəsi oradan Əntakiyyəyə hicrət etdilər .

Daha sonra Pavel və Bornaba da oraya gedib həzrəti Məsihin dinini təbliğ etməyə başladılar. Beləliklə də həzrəti İsa (ə)-ın dini dünyada tanınmış bir dinə çevrildi. Buna görə də bu şəhər barədə (xüsusən Yasin surəsində) söhbət açılmışdır.

(Pavel məsihiyyətin ən məşhur təbliğçilərindən biri idi. O, İsa (ə)-dan sonra bu dini genişləndirmək üçün əlindən gələn səyləri etmişdir. Bornaba isə Pavel və Markın ən yaxın dostlarından idi. Onun əsil adı Yusif olmuş və məşhur bir «İncil» də yazmışdır. Həmin «İncil»də İslam Peyğəmbərinin gəlişindən xəbərlər verilir . Lakin məsihilər onu qeyri-qanuni hesab edirlər və deyirlər ki, bir müsəlman tərəfindən yazılmışdır).

Böyük təfsirçi olan Təbərsi «Məcməül-bəyan»təfsirində belə deyir:

Həzrəti İsa(ə) öz dinini təbliğ etmək üçün həvarilərdən (İsa Peyğəmbərin şagirdlərindən) iki nəfərini Əntakiyyəyə göndərdi. Onlar şəhərə yaxınlaşdıqda orada qoyun otaran qoca bir kişi gördülər. O kişi «Yasin» surəsində haqqında söhbət gedən Həbibi-Nəccar idi. Həvarilər ona salam verdilər. O, salamın cavabını verib onlardan kim olduqlarını soruşdu. Onlar cavab verdilər: «Biz İsanın göndərdiyi təbliğçilərik. Gəlmişik sizi bütlərə itaət etməkdən çəkindirib Rəhman Allaha ibadət etməyə dəvət edək».

Qoca kişi soruşdu: -«Sizin möcüzəniz varmı?» «Onlar bəli deyə cavab verdilər.» «Biz anadangəlmə korları və alalıq xəstəliyinə tutulanları Allahın izni ilə sağaldırıq.

Qoca kişi dedi: -«Mənim illərlə yataq xəstəsi bir övladım var.»

Onlar dedilər: -«Gəl, sənin evinə gedib ona bir nəzər salaq.»

Qoca onları da götürüb evinə gəldi. Həvarilərdən biri onun övladının bədəninə əlini sürtən kimi xəstə Allahın izni ilə şəfa tapdı. Bu xəbər bütün şəhərə yayıldı. Bundan sonra onlar bir çox xəstələrə də şəfa verdilər.

Şəhərin bütpərəst bir padşahı var idi. Həvarilərin xəbəri ona çatdıqda dərhal onları hüzuruna çağırtdırıb soruşdu:- «Siz kimsiniz?» Onlar cavabında dedilər:-«Biz İsanın göndərdiyi təbliğçilərik.» Biz səni və sənin rəiyyətini eşitməyi və görməyi bacarmayan bütlərin itaətindən çəkindirib həm eşidən və həm də görən Allaha ibadət etməyə dəvət edirik.

Padşah soruşdu: - Bizim Allahlarımızdan başqa da Allah var?

Cavab verdilər: «Bəli. Səni və sənin məbudlarını yaradan Allah bütün yeri-göyü yaradandır.»

Padşah dedi: - «Qalxın. Mən sizin barənizdə fikirləşərəm (Bununla onları hədələyirdi). Sonra isə camaat bazarda onları tutub döydülər.

Ancaq başqa bir rəvayətdə belə deyilir. Həvarilər padşahın əlinə düşmədilər. Bir müddət həmin şəhərdə qaldılar. Bir gün padşah sarayından çıxanda onların təkbir («Allahu əkbər» ) səsini eşidib hirsləndi. Onların hərəsinə yüz şallaq vurdurub zindana atdırdı.

İsa (ə) elə ki, gördü göndərdiyi iki nəfəri dandılar, həvarilərin böyüyü olan Şəmunu onların dalınca göndərdi.

Şəmun naməlum şəxs kimi şəhərə daxil oldu. O, özünü şahın yaxın adamlarına dost kimi qələmə verdi. Onun bu işi şahın ətrafındakılarının xoşuna gəldi. Onlar bu məsələni şaha çatdırdıqda şah da onu öz sarayına dəvət edib yanında saxladı.

Günlərin birində Şəmun dedi:- «Şah sağ olsun mən eşitmişəm ki, iki nəfər sənin zindanında əsirdi. Onlar səni başqa bir dinə dəvət etdikdə sən onları cəzalandırmısan. Heç onların nə dediyinə qulaq asdın?»

Şah dedi:-«Hirsimdən heç onlara qulaq da asmadım?»

Şəmun şaha dedi: - Əgər məsləhət görürürsünüzsə onları çağırtdırıb bir az dinləyək. Görək nə deyirlər?

Şah onun sözünü qəbul edib həvariləri çağırtdırdı. Şəmun (elə bil ki, heç onları tanımırdı) onlardan soruşdu:-«Sizi kim bura göndərib?»

Həvarilər:-«Biz bütün şeyləri» yaradan və şəriki olmayan Allahın elçiləriyiyik.

Şəmun:-«Möcüzəniz nədir?»

Həvarilər:-«Sən nə istəsən.»

Şah əmr etdi ki, kor qul gətirsinlər. Həvarilər onu Allahın izni ilə sağaltdılar. Bu zaman Şəmun sözə başlayaraq şaha dedi:-«Əgər sən öz məbudlarından bu işi (korun sağaltmasını ) istəsəydin onların buna qüdrəti çatardı?»

Şah dedi:-«Səndən nə gizlin, bizim sitayiş etdiyimiz Allahların nə bir ziyanı var, nə də bir xeyri. Sonra şah üzünü həvarilərə tutaraq dedi:-«Əgər sizin Allah ölünü dirildə bilsə biz Ona və sizə iman gətirərik.» Həvarilər cavab verdilər ki, bizim Allah hər şeyə qadirdir. Şah dedi:-«Burada yeddi gün bundan qabaq ölmüş bir meyit var. Atası səfərdə olduğu üçün hələ dəfn olunmayıb. Gözləyirik ki, atası səfərdən qayıtsın. Ölünü gətirdilər. O iki həvari açıqcasına, Şəmun isə ürəyində dua edirdi. Birdən ölü hərəkətə gəlib ayağa qalxdı. Allahın iznilə dilə gəlib dedi:-«Mən yeddi gündür ki, ölmüşəm. Cəhənnəm odunu öz gözlərimlə görmüşəm. Sizə xəbərdarlıq edirəm ki, tək olan Allaha iman gətirin.»

Padşah çox təəccübləndi. Şəmun bunların padşaha təsir etdiyini gördükdə ondan iman gətirməsini istədi. Şah tək olan Allaha iman gətirdi. Camaat da ona qoşuldu. Buna baxmayaraq bir dəstə öz müşrikliyində qaldı.

Bu rəvayətə oxşar daha bir rəvayət Əyyaşi təfsirində İmam Baqir (ə) və İmam Sadiq (ə) dan söylənilmişdir. Baxmayaraq ki, aralarında bəzi fərq var.

Əvvəlki ayələrin zahirindən belə başa düşülür ki, həmin şəhərin əhalisi iman gətirməmişdi. Məhz buna görə, «Quran»nın buyurduğu kimi onlar dəhşətli bir bağırtı ilə məhv oldular (Əgər iman gətirsəydilər bəlkə belə olmazdı).

Ola bilsin ki, bu rəvayətlərdə rəvayət söyləyənlər tərəfdən anlaşılmazlıq olub.

Daha nəzərə çarpan məsələ bu elçilərin «Quran»da «mursəlun» adlandırılmasıdır. Burdan belə aydın olur ki, onlar həzrəti İsanın (ə) yox, Allahın öz elçiləri olmuşlar. Bundan əlavə şəhər əhalisi onlara «siz də bizim kimi adi bəşərsiniz və Allah heç bir şey nazil etməmişdir» deyirdi.

Belə ifadələr də «Quran»da yalnız peyğəmbərlər haqqında işlənmişdi. Ola bilər deyilsin ki, peyğəmbərlərin göndərdikləri elçilər də elə Allahın öz elçiləridir. Bu nəzəriyyə isə həqiqətlə bir o qədər uyğun deyildir.

2.Bu dastanda olan örnəklər.

Bu dastan yuxarıda qeyd etdiyimiz ayələrdən çoxlu örnəklər var. Bunlar aşağıdakılardır:

1)Mömin şəxslər Allah yolunda tək olmalarından heç vaxt qorxmurlar. Necə ki, Həbibi-Nəccar şəhər əhalisinin müqabilində tək olmasından vəhşətə gəlmədi. Həzrəti Əli(ə) bu barədə buyurur:

«Ey camaat! Hidayət yolunda camaatın azlığına görə vəhşət etməyin!» (Nəhcül bəlaqə. 201-ci xütbə)

2) Mömin həmişə camaatı düz yola dəvət edir və onların azğın yolda olmalarından əziyyət çəkir. Hətta şəhid olduqdan sonra da arzu edir ki, kaş başqaları onun məqamını görüb iman gətirəydilər.

3) Peyğəmbər lərin dəvətinin mənasının məfhumunun özündən başa düşülür ki, onlar düz yolda olmuşlar.

4) Camaatı Allah yoluna dəvət etməkdə gərək heç bir mənfəət güdülməsin. Əgər belə olarsa bu dəvət müsbət təsir edəcək.

5) Azğınlıqlar bəzi vaxtlar məxfi və gizlin, bəzi vaxlar isə aşkar olur. Bütpərəstlik və müşriklik isə azğınlığın aydın-aşkar nümunələrindəndir.

6) Haqq yolunda çalışan insanlar həmişə həqiqətə, azğınlar isə güman və həqiqətə uyğun olmayan şeylərə arxalanırlar.

7) Bütün bədbəxtçiliklərin əsas səbəbi insanın özüdür.

8) İsrafçılıq bir çox bədbəxtçiliklərə səbəb olur.

9) Peyğəmbər lərin və onların yolunu davam edənlərin vəzifəsi açıq-aşkar təbliğ etməkdir. İstər camaat qəbul etsin, istərsə də etməsin.

10) Cəmiyyətin çoxluğu zəfər çalmanın əsas səbəblərindəndir. «Və əzzəznahuma bisalisin».

11) Allah zalımları həlak etmək üçün qeybdən qoşun göndərmir. Təkcə bir işarə ilə onların hamısını məhv edir.

12) Şəhid olmaqla Behiştə girmək arasında heç bir an belə fasilə yoxdur. Şəhid yerə düşməzdən qabaq hurinin qolları üstünə düşür.

13) Allah insanı əzizləməzdən qabaq onun günahlarını bağışlayır, sonra isə onu əzizlənənlər zümrəsinə daxil edir.

14) Düşmənin müxalifətindən gərək qorxu insana yol tapmaya. Ona görə ki, insan həmişə bu yolda təbliğ edəcək. Əgər bu müxalifət nəticəsində qorxu insana yol taparsa onda insan öz təbliğində müvəffəq olmayacaq.

İnsan düşmənçilik və təkəbbürlüyün səbəbinə hidayət qapılarını öz üzünə bağlayır və hidayət yolunun günəş kimi parlaq olan həqiqətini görmür. Daha bundan böyük bədbəxtlik olarmı?

15) Peyğəmbərlərə hamıdan qabaq məzlum insanlar iman gətirmişdir.

16) Bu insanlar (məzlumlar) öz yollarında heç vaxt yorulmur və bu yolda çalışmaqlarının həddi-hüdudu yoxdur.

17) Təbliğ etməyin yollarını Peyğəmbərlərdən öyrənmək olar. Onlar bu yolda təsir edən bütün vasitə və taktikalardan istifadə etmişlər. Yuxarıda qeyd olunan ayə və rəvayətlərdə bunlardan nümunələr müşahidə olunur.

2-Bərzəx aləminin mükafat və əzabı.

Yuxarıdakı ayələrdə bəyan olurdu ki, Həbibi-Nəccar şəhid olduqdan sonra Cənnətə girdi. Həbibi-Nəccarın ilə həmişə bir arzusu var idi, ki, kaş tayfası onun bu vəziyyətindən xəbərdar olaydı. Məlumdur ki, bu ayə də digər Cənnətə gedən şəhidlərə aid olan ayələr əbədi Cənnətdən yox Bərzəx aləminin Cənnətindən danışır. Buna görə ki, Quran ayələrindən istifadə olunur ki, əbədi cənnətə giriş qiyamət günü və hesab-kitab aparıldıqdan sonra olacaq.

Buradan məlum olur ki, Bərzəx aləmində də Cənnət və Cəhənnəm var. Şəhidlər bu Cənnətdən bəhrələnir, günahkarlar isə Fironun nəsli kimi Cəhənnəmin əzabından dadırlar. Bunu nəzərə almaqla «merac» rəvayətlərində gəldiyi kimi Cənnət və Cəhənnəm barədə deyilən bir çox rəvayətlərin mənası aydın olur.

3-Ümmətlərin qabaqcılları.

«Sələbi» təfsirində Peyğəmbərdən belə rəvayət olunur:

«Ümmətlərin qabaqcıl insanları üç nəfərdir. Onlar bir an belə Allah-dan qafil olmamışlar. Birinci həzrəti Əli (ə), ikinci Həbibi-Nəccar, üçüncüsü isə Fironun yaxın qohumlarından olan mömin kişidir. Onlar öz dövrlərinin Peyğəmbərlərini sidq qəlbdən qəbul etmişlər. Həzrəti Əli (ə) isə onların ən üstünüdür.» («Məcməül-bəyan», «Əl-mizan» və «Nurus-sələqəyn» təfsirləri)

Bu hədis «Durrul-mənsur» təfsirində başqa bir ibarət ilə Peyğəmbərdən rəvayət olunmuşdur:

«Öz dövrünün peyğəmbərini sidq qəlbdən qəbul edən üç nəfərdir. «Ey mənim tayfam! Peyğəmbərlərə itaət edin» deyən Həbibi-Nəccar, (Fironun adamları Musanı öldürmək istəyən zaman onlara xitab edib) «Allah mənim Rəbbimdir deyən adamı öldürmək istəyirsiniz?» deyən Hizqil və onların hamısından üstün və fəzilətli olan Əli (ə)».