Tərcümə :

Onların övladlarını yüklə dolu olan gəminin içərisində daşıdığımız da onlar üçün bir nişanədir (41). onlar üçün minməyə gəmiyə oxşar başqa şeylər yaratdıq (42). Əgər istəsəydik , onları batırıb , boğardıq . Bu vəziyyətdə onların köməyinə gələn olar , çarə tapa bilərdilər (43). Məgər bizim rəhmətimiz olsaydı ölüm zamanına qədər bu rəhmətdən faydalanaydılar (44).

Təfsir :

Gəmilərin dənizdə üzməsi də bir nişanədir.

Bəzi təfsirçilər indi bəhs edəcəyimiz ayələrin birincisini «Yasin» surəsinin ən çətin və qarışıq ayələrindən hesab etmişlər. Ancaq bu ayəni əvvəlki ayələrlə əlaqəli şəkildə nəzərdən keçirdikdə məlum olur ki, bu ayədə heç bir çətinlik və qarışıqlıq yoxdur. Çünki ötən ayələrdə Günəş, Ay, gündüz, gecə həmçinin yer və onun bərəkətlərinin Allahın ayət və nişanələri olmasından söhbət açılmışdır. İndi bəhs edəcəyimiz ayələrdə isə yenə də dəniz və onda olan nemətlər, yəni gəmilərin suda hərəkətindən söhbət açılmışdır.

Bundan əlavə bu gəmilərin ucu-bucağı olmayan okeanlarda hərəkət etməsi ulduz və planetlərin geniş fəzada hərəkətinə bənzəyir. Deməli, bu ayənin ötən ayələrlə məna cəhətdən əlaqəsi vardır.

Əvvəlinci ayədə deyilir:

«Onların övladlarını yük ilə dolu olan gəminin içində daşıdığımız da onlar üçün bir nişanədir».

Ötən ayələrdə dediyimiz kimi «onlar» cəm şəxs əvəzliyi təkcə Məkkə müşriklərinə yox, bütün insanlara aiddir.

«Zürriyyət» sözü Rağibi İsfahaninin «Müfrədat» kitabında dediyinə əsasən insanın kiçik övladlarına deyilir. Bəzi hallarda isə böyük övladlar haqqında da bu söz işlədilir. Bu söz həm tək şəkildə, həm də cəm şəkildə işlənilir.

Ayədə deyilir: «Biz onların övladlarını (yaxud kiçik övladlarını ) gəmilərə mindirib istədikləri yerə aparırıq». Ayədə bu övladların valideynlərindən söhbət olunmamışdır. Səbəbi də budur ki, kiçiklərin nəqliyyat vasitəsinə ehtiyacları daha çoxdur. Ancaq böyüklər gəmi olmasa da bir vasitə ilə öz məqsədlərinə çata bilərlər. Bundan əlavə bu cür demək onların valideynlərinin diqqətini daha çox cəlb edir.

«Məşhun» (yüklə dolu olan) deməkdə məqsəd isə budur ki, onların özündən başqa bir ticarət və lazım olduqları mallarını da gəmiyə mindirib aparırıq.

Bəzi təfsirçilər bu ayədə deyilən gəmini Nuh Peyğəmbər in gəmisi və «zürriyyət»sözünün əcdad mənasına təfsir etmişlər. Ancaq bu təfsir bir o qədər də ayə ilə uyğun gəlmir.

Ümumiyyətlə, nəqliyyat vasitələrindən ən əsasından biri olan gəmilərin suda hərəkəti, gəminin hazırlanmasında rolu olan materialların xüsusiyyəti, küləklərin xüsusiyyəti (yelkənli gəmilərdə), buxar qüvvəsi (motorlu gəmilərdə ) və atom enerjisi (atomla işləyən gəmilərdə) hamısı Allahın nişanə və ayətlərindəndir.

Nəqliyyat vasitəsinin təkcə gəmiyə xüsuslanmaması üçün sonrakı ayədə deyilir:

«Və onlar üçün minməyə gəmiyə oxşar şeylər də yaratdıq».

Bu minik vasitələri istər quruda olsun, istərsə də havada insanları və onların yüklərini istədikləri yerə aparır.

Bəziləri bu minik vasitəsini «səhra gəmisi» yəni dəvəyə, bəziləri isə təyyarə və fəza gəmisinə təfsir etmişlər («xələqna» yəni « biz onları yaratdıq» deməyin mənası budur ki, bu minik vasitələrinin materiallarını yaratdıq. Baxmayaraq ki, onda hələ bu nəqliyyat vasitələri kəşf olunmamışdı).

Həqiqətdə isə ayənin mənası geniş və ümumidir. Bu nəqliyyat vasitələrinin hamısına və eləcə də bundan sonra kəşf olunacaq minik vasitələrinə şamil olur.

Ola bilər deyilsin ki, «Quran»ın neçə yerində «ənam» yəni heyvanlar gəmi sözü ilə yanaşı gəlmişdir. Məsələn «Zuxruf» surəsinin 12-ci ayəsində deyilir:

«Sizin üçün gəmilərdən, heyvanlardan minik üçün minik vasitəsi xəlq etdi». Yaxud Ğafur surəsinin 80-ci ayəsində gəlmişdir:

«Onlar (heyvanlara) və gəmilərə minə bilərsiniz». Bundan da nəticə çıxarmaq olar ki, «Yasin» surəsinin 42-ci ayəsindəki başqa minik vasitələri heyvanlardır.

Ancaq bu ayələrin indiki ayə ilə ziddiyyəti yoxdur və bu ayə yenə də öz ümumiliyində qalır və bütün nəqliyyat vasitələrinə aid olur.

Sonrakı ayə bu böyük nemətin qədrini bilmək üçün deyir:

«Əgər istəsək onları batırıb, boğarıq. Bu vəziyyətdə nə onların köməyinə gələn, olar, nə də bir çarə tapa bilərlər».

Böyük bir dalğa vasitəsilə onların gəmisini batıra bilərik. Yaxud gəmilərini burulğana salıb dənizin dibinə batırarıq. Və ya tufana əmr edərik onların gəmisini bir saman çöpü kimi qaldırıb dalğaların arasına atsın. Əgər istəsək suyun və eləcə də küləyin xasiyyətini dəyişib hər şeyi bir-birinə qatarıq. Bunların hamısını edən bizik. Bizik ki, bu dünyaya nizam-intizam bağışlayırıq. Hərdən bu hadisələrdən bəzilərinin baş verməsi də ona görədir ki, əllərində olan nemətin qədrini bilsinlər. Çünki insan nemətin qədrini əlindən getdikdən sonra bilir.

«Sərix» sözünün kökü «sarix», leksik mənası «köməkçi» və «dada yetişən»dir.

«Yunqəzun» sözünün kökü isə «inqaz»dır. Leksik mənası «kömək etmək» və «nicat vermək»dir.

Bəhs etdiyimiz hissənin axırıncı ayəsində bu məsələni tamamlamaq üçün deyilir:

«Məgər bizim rəhmətimiz olsaydı və ölüm zamanına qədər bu rəhmətdən faydalanaydılar.

Həqiqətən, onlar belə vəziyyətdə nicat tapa bilməzdi və heç kim onların harayına cavab verməzdi. Təkcə bizim rəhmətimiz onların başı üstündə əsərək onlara nicat verdi.

«Hiyn» sözü vaxt mənasındadır. Ayədə də bu sözlə insan ömrünün sonuna işarə olunmuşdur. Bəziləri isə bu sözü dünyanın axırına təfsir etmişlər.

Doğrudan da insan gəmiyə mindikdə bu ayənin mənasını çox yaxşı başa düşür və anlayır ki, dünyanın böyük gəmiləri dənizin ləpələrinin və eləcə də okeanlarda olan tufanların müqabilində saman çöpü kimi bir şeydir. Allah-ın lütüf və mərhəmətindən başqa heç bir qüvvə onlara nicat verə bilməz.

Allah bu incə yolla, yəni ölümlə həyat arasında olan cığırla öz qüdrətini insanlara göstərir. Ola bilsin ki, yolunu azanlar bunu görüb düz yola, Allah yoluna qayıdalar.