Tərcümə :

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir . Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz ! (54)

Cənnət əhli bu gün keflə , əyləncə ilə məşğuldur (55).

Onlar ( mömin kişilər ) zövcələri kölgəliklərdə ( yumşaq ) taxtlara söykənmişlər (56).

Orada onlar üçün ( hər cür ) meyvə istədikləri hər şey vardır (57).

Rəhimli Allah - dan ( onlara ) « salam » deyiləcəkdir .

Təfsir :

Behiştdəkilər maddi və mənəvi nemətlər içərisində qərq olurlar.

Bu ayədə hesab-kitabın necə olması barədə söhbət olunmamışdır. Saleh möminlər və bədbəxt kafirlərin aqibəti açıqlanaraq deyilir:

«Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcək» Nə bir nəfərin savabından azalacaq və nə də başqa birinin günahına əlavə ediləcək. İynə ucu qədər də zülm olunmayacaq.

Daha sonra isə deyilir:

«Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəkisiniz.

Bu ayənin əsas mənası budur ki, siz ancaq öz əməllərinizin əvəzində mükafatlanacaqsınız. Bundan da yaxşı ədalət olar bilərmi?

Başqa sözlə desək bu dünyada görülən əməllər (istər yaxşı əməl olsun, istərsə də pis) hamısı sizinlə birgə olacaq. Həmin əməllər sizin qarşınızda cilvələnəcəklər. Haqq-kitab zamanı və ondan sonra yenə də özünüzlə olacaqlar. Bir nəfərin əməllərinin nəticəsi onun özünə vermək ədalətin əksinədimi? İnsanın əməllərini onun önündə cilvələndirib onunla yanaşı qoymaq zülümdürmü?

Məlum olur ki, orada zülmün heç bir mənası yoxdur. Bu dünyada insanlar arasında bəzi vaxtlar ədalət, bəzi vaxlar isə zülm olursa buna görədir ki, insanların hər kəsin əməlinin nəticəsini onun özünə təhvil verməyə qüdrətləri çatmır.

Bəzi təfsirçilər demşlər ki, bu ayə ancaq kafirlər haqqındadır. Onlar ancaq öz günahları qədər cəzalandırılacaqlar. Möminlərə isə aid deyil. Çünki Allah onlara əməllərindən çox lütf edəcəkdir.

Ancaq bir incəliyə diqqət etdikdə bu təfsirdə olan anlaşılmazlıq aydınlaşır. O incəlik də budur ki, ayədə söhbət yaxşı və pis mükafatla təltif olunmağın ədalət üzündən olmasından və hər kəsin ləyaqəti olan qədər öz əməlinin nəticəsini almaqdan gedir. Ola bilər Allah Öz rəhmətindən möminlərə əməllərinin nəticəsindən min qat artıq lütf edə. Bunun ayənin mənası ilə heç bir müxalifəti yoxdur. Bu «təfəzzül» yəni ləyaqət və haqqından artıq lütf etməkdir. Ayədə deyilən isə «istihqaq», yəni hər kəsə öz haqqını verməkdir.

Bundan sonra möminlərə əta olunan bəzi Behişt nemətlərini, hər şeydən qabaq isə onların rahat olmalarını bəyan edir:

«Cənnət əhli bütün narahatedici məsələləri yaddan çıxarıb kefə, əyləncəyə məşğuldur».

«Şuğul» sözü insan üçün baş verən və insanın fikrini özünə cəlb edən hadisəyə deyilir. İstər bu hadisə insanı xoşhal etsin istərsə də qəmgin. Ancaq bu sözün ardınca «fakihun»sözünün gəlməsindən məlum olur ki, onların başı yaxşı və gözəl işlərə qarışmışdır. Çünki, «fakihun» sözü xoşhal, gülərüz və təbəssümlü mənasındadır. Onların başı elə qarışmışdır ki, narahatedici işlərin hamısını unutmuşlar. O qədər xoşhaldırlar ki, qəmginlik onlara təsir edə bilməyəcək. Hətta qiyamətin vəhşətini də unudacaqlar. Əgər bu vəhşəti yaddan çıxarmasalarhəmişə qəmgin və narahat olarlar. Çünki o səhnə elə bir səhnədir ki, hər vaxt insanın yadına düşəndə onu vahiməyə salır. Behiştin əyləncələri isə bu səhnəni də insanın yadından çıxarıb, insanın bütün fikrini özünə cəlb edir.

Nemətlərin əsası oan və bütün nemətlərdən istifadə etməyi imkan verən əsayiş (rahatlıq) nemətini bəyan etdikdən sonra digər nemətləri sadalayaraq deyir:

«Onlar (mömin kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər».

«Əzvac» sözünün mənası behişt xanımları, yaxud dünyadakı, möminə xanımlardır. Təfsirçilər bir qrupu demişlər ki, «əzvac»dan məqsəd eynitipli və həmtay olan insanlara deyilir. (Necə ki, «Saffat» surəsinin 22-ci ayəsində deyilir: (Allah mələklərə belə buyuracaqdır) «Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini».

Ancaq bu təfsir ayənin zahir ilə uyğun gəlmir. Çünki «əraik» «ərikə» sözünün cəmi və təfsirçilərin və lüğət əhlinin dediyinə görə gəlin otağında olan taxta deyilir. (Deməli «əzvac» dan məqsəd xanımlardır. İstər Behişt xanımları olsun istərsə də dünyadakı möminə xanımlar).

«Zilal» kölgəliklər mənasındadır və Behişt ağaclarının kölgəsidir. Bu taxtlar da həmən kölgəliklərin arasında qurulmuşdur. Ola bilər bu kölgəliklər Behiştdəki qəsirlərin kölgələridir. Buradan məlum olur ki, orada da günəş istisi vardır ancaq onun heç bir əzab-əziyyəti olmayacaq. Onlar bu kölgəliklər arasında xüsusi əyləncə ilə məşğul olacaqlar.

«Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.

Quranın digər ayələrindən məlum olur ik, Behiştdəki yeməklər təkcə meyvə deyil. Ancaq bu ayədən belə istifadə olunur ki, o yeməklərin ən ləzətlisi meyvədir. Ancaq oranın meyvələri bu dünyanını meyvələrindən çox fərqlidir və həddən aptıq ləzətlidir. Hətta bu dünyada da yemək tanıyanlar tərəfindən isbat olunmuşdur ki, meyvə yeməklərin ən yaxşısıdır.

«Yəddəun» sözü «diayəh» sözündən götürülmüş və istəmək mənasındadır. Yəni onlar nə istəyib nəyi arzu etsələr, hazır olacaq. Bütün arzuları həyata keçəcəkdir.

Mərhum Təbərsi «Məcməul– Bəyan»təfsirində deyir: «Ərəblər «diayəh» sözünü təmənna və arzu etmək mənasına işlədirlər. Məsələn deyilir: «Udu ələyyə ma şitə». Yəni məndən istədiyini arzu et»

Beləliklə də insanın fikrinə nə gəlsə, hansı nemətlərdən istəsələr orada hazır olacaq və Allah Öz qonaqlarını yuxarı səviyyədə qarşılayacaqdır.

İndi söhbət edəcəyimiz ayədə isə «mənəvi» nemətlərdən söz açılmışdır. Ayədə deyilir: «Rəhim Allahdan onlara «salam» deyiləcəkdir.

Allahın ruhu hərəkətə gətirən, məhəbbətlə dolu olan, insan ruhunu özünə cəlb edən və insana mənəviyyat bağışlayan bu salam nidasını heç bir maddi nemətlə dəyişmək və müqayisə etmək olmaz. Həqiqətən «məhbub»un nidasını eşitmək özü də məhəbbət, lütf və mərhəmətlə qarışıq olan bir nida Behiştdəkiləri sevincə elə qərq edəcək ki həmin sevincin bir anı bütün dünya və dünyada nə varsa hamısından üstündür.

İslamın əziz peyğəmbəri həzrəti Muhamməd (s)-dən belə bir rəvayət oxuyuruq: «Behiştdəkilər, nemətlər içərisində qərq olduqları zaman onların başı üstündə bir nur görünəcək. Bu nur Allahın nurudur. Bu zaman onlara xitab olunaraq deyiləcək: Salam olsun sizə ey Behişt əhli! Bu isə «Quran»da gələn ifadədir:

Allahın lütf və mərhəməti onları elə cəzb edəcək ki, Allahdan başqa hər şeyi yaddan çıxaracaqlar. Hətta bu zaman behiştin maddi nemətləri də onlarınt yadından çıxacaqdır. Belə bir halda Cənnətin bütün qapılarından mələklər daxil olaraq «salam olsun sizə» deyəcəklər».

Doğrudan da «məhbub»un cazibəsi və Onun lütfünü görmək o qədər əziz və ləzzətlidir ki, onun bir anını belə dünyanın bütün nemətlərilə müqayisə etmək olmaz. Bu görüşün aşiqləri belədirlər ki, əgər bu eşq bir anonlardan ayrılsa onların yaşayış və həyatı puç olar. Həzrəti Əli (ə) bu barədə buyurur:

«Əgər bir an Onun lütfündən uzaq düşsəm canım çıxar». (Ruhul-məani. 7-ci cild. Səh.-416)

Ən maraqlı isə budur ki, Behiştdəkilərə verilən bu salam bir başa Allah-ın Özü tərəfindəndir və arada heç bir vasitə yoxdur. Allahdan olan bir salamdır. Özü də elə bir salamdır ki, Onun xüsusi rəhmindən, yəni Rəhimlik məqamından nəşələnir və Onun bütün lütf və mərhəməti bu salamda cəm olmuşdur. Nə gözəl nemətdir?!

Bir incəlik :

Behiştdəkilərə verilən salamların növləri.

Behişt «Darüs-səlam» yəni «Salam evi» və «Əmin-amanlıq yurdu» adlanır. Necə ki, Yunus surəsinin 25-ci ayəsində oxuyuruq:

«Allah (bəndələrini) salam evi və əmin-amanlıq yurduna (Cənnətə) dəvət edir və istədiyini doğru yola salır».

Bu yerin sakinləri olan Cənnət əhlinə Behiştin qapılarından girən vaxtda bəzi vaxtlar mələklər salam deyəcəklər.

«(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun (sizə nəsib olan) aqibəti (Cənnət) nə gözəldir!»- deyəcəklər». (Rəd surəsi 24-cü ayə). Bəzi vaxtlar «Əraf əhli» (savabları və günahları bərabər olub Cənnətə ən son daxil olacaq bir dəstə) onlara salam verəcəklər: (Əraf əhli) Cənnətdəkilərə «sizə salam olsun» deyə müraciət edəcəklər» (Əraf surəsi 46-cı ayə).

Bəzi vaxtlar Behiştə girdikdən sonra, bəzi vaxtlar isə ölüm mələkləri onların canını alan zaman onlara salam verəcəklər: «O kəslər ki, mələklər onların canını pak olduqları halda alıb: - «Sizə salam olsun!» Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!- deyərlər» (Nəhl surəsi.32-ci ayə.)

Bəzi vaxtlar Cənnət əhli bir-birinə salam verəcəklər: Onların bir-birinə günaydınlıq verməsi: «Salam!» - demək olacaqdır.» (İbrahim surəsi. 23-cü ayə)

Ancaq bunların hamısındanüstün və yaxşısı Allahın salamıdır.

Ümumiyyətlə, «Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz ancaq «salam» və yenə də «salam olacaqdır». (Vaqiəh surəsi. 25-26-cı ayələr).

Bu salam təkcə dillə deyilən salam deyil. İnsanın ruhunu aram və insanda nüfuz edən bir salamdır.