Tərcümə :

O yaradan ki , sizin üçün yaşıl ağacdan ( Ərəbistanda bitən « Mərx » « İfar » ağaclarından ) od əmələ gətirdi . Budur , siz indi ondan ( o iki ağacı bir - birinə sürtməklə ) od yandırırsınız (80).

Təfsir :

Enerjilərin qiyaməti (qayıdışı).

Ötən ayələrdə məad barədə bir neçə sübutlar gətirilmişdir. İndiki və digər üç ayələrdə bu məsələyə daha çox təkid edərək bu məsələ üçün üç və ya dörd misal (sübut) gətirir.

Ayədə deyilir:

«O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən «Mərx» və İfar» ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız».

Nə gözəl ifadədir! Nə qədər çox diqqət olunsa bir o qədər çox mənalar anlaşılır.

Quranın əksər ayələri bir neçə mənaya malikdirlər. Bu mənalardan bəziləri aşağı və sadə səthdə avam camaat üçündür. Başqa bir məna isə orta səviyyədə xüsusi sətihdə olan insanlar üçündür. Digər mənanın səthi isə çox əla səviyyədə və həddən artıq yuxarı tərzdə olan insanlar üçündür. Eyni zamanda bu mənaların bir-biri ilə heç bir ziddiyyəti və müxalifəti yoxdur. Sadəcə olaraq bu mənalar bir ifadə və ibarədə cəm olmuşlar.

Bu ayə də həmən ayələrdəndir və bir neçə mənası vardır.

Ayə üçün ən sadə olan və təfsirçilərin bir çoxunun qeyd etdiyi təfsir budur: Qədim zamanlarda ərəblər od yandırmaq üçün Ərəbistanda bitən «Mərx» və «İfar» adlı xüsusi ağəclardan istifadə edirlərmiş.

«Mərx» və «İfar» ağaclarının budaqlarından götürüb, Mərxin budağını alta qoyaraq İfarın budağını onun üstünə sürtüb od ələ gətirirdilər. Bu ağaclardan qığılcım çıxardı. Həqiqətdə bu budaqlar bu günkü zəmanədə olan kibriti əvəz edirdi.

Quran buyurur: «Bu cür yaşıl ağacdan sizin üçün od yaradan Allah-ın ölülərə həyat libası geydirməyə də qüdrəti var».

«Su» və «od» biri-birinin ziddinə olan iki şeydirlər (Sudan məqsəd yaşıl ağacın tərkibində olan sudur. Ağac suyun sayəsində göyərir. Göyərmiş ağacda suyun olmasına baxmayaraq Allah ondan od da çıxardır). Bir-biri ilə zidd olan bu iki şeyi bir yerə yığa bilən Allah-ın «həyat»ı «ölüm»ün və «ölüm»ü də «həyat»ın kənarında qərar verməyə qüdrəti var.

Eşq olsun o yaradana ki, «od»u «su»yun və «su»yu da «od»un qəlbində saxlamışdır. Deməli, belə qüdrətə malik olan Allah üçün ölüləri diriltmək heç də çətin iş deyil.

Əgər bu təfsirdən bir addım irəli getsək daha dəqiq təfsirlə üzləşəcəyik. O təfsir də budur ki: Ağacdan od əmələ gəlməsi təkcə «Mərx» və «İfar» ağaclarına məxsus deyildir. Bu xüsusiyyət bütün ağaclara və hətta bütün cisimlərə aiddir. (Lakin «Mərx» və «İfar» ağacları bu xüsusiyyətə daha çox malikdirlər).

Qısa sözlə desək, bütün ağacların budaqları (çubuqları) əgər möhkəm bir-birinə dəyərsə bu sürtünmənin (dəymənin) nəticəsində qığılcım əmələ cələrək od alovlanacaq. Hətta yaşıl ağaclar da bu xüsusiyyətdədirlər.

Məhz bu səbəbdən bəzi vaxtlar meşələrdə baş verən yanğınların səbəbi bu cür sürtünmələr olur. Bunun səbəbi möhkəm küləklərin əsməli nəticəsində budaqlar bir-birinə dəyir və bunun nəticəsində də qığılcım əmələ gəlir. Bu qığılcım quru yarpaqların arasına düşərək böyük bir yanğına səbəb olur. Bu od budaqların bir-birinə sürtünməsi ilə əmələ gəlir. Bu od bütün cisimlərin zərrələri arasında pünhan olmuş oddur. Bu od budaqlar (və ya digər cisimlər) bir-birinə dəydikdə özünü büruzə verir. Beləliklə də «Uca Tanrı» göy ağacdan od əmələ gətirir.

Bu geniş təfsir xilqətdə şəkki olan insanların gözünü bir qədər açır və «bəqa»nı (vücudu) «fəna» da (yoxluqda) daha aşkar edir.

Ancaq bu təfsirdən də bir addım irəli getdikdə daha dəqiq və çox yuxarı səviyyədə olan bir təfsirlə rastlaşırıq. Bu təfsir bu günkü elmlərin inkişafı sayəsində irəli çıxmışdır. Biz bu təfsirin adını «enerjilərin qiyaməti» adlandırmışıq.

Bu təfsirin izahı:

Bitkilərin ən əsas işlərindən biri havadan karbon alıb «sellüloza» xaric etməkdir. (Sellüloza=sellulose. Kimyəvi camid bir maddədir. İyi və dadı yoxdur. Ağ rəngdə olur. Sənayedə bundan kağız, süni ipək və partlayıcı maddələr hazırlamaq üçün istifadə olunur. Onun əsas hissəsini karbon oksigen və hidrogen təşkil edir).

Bəs bu selluloza necəələ gəlir?

Ağaclar və bitkilər havadan «karbon» qazının alaraq onu həll edirlər. Onun oksigenini buraxıb karbonu özündə saxlayırlar. Bu qazı su ilə qarışdırıb ağacların budağını göyərdirlər.

Diqqət cəlb edən məsələ budur ki, təbii elmlərin verdiyi göstəricilərə əsasən hər hansı bir kimyəvi reaksiya baş verdikdə bu reaksiya, ya kənardan özünə bir enerji cəzb etməlidir ya da özündən bir enerjini xaric və azad etməlidir.

Deməli, ağaclar havadan karbonu aldıqda bu qanuna əsasən qıraqdan olan bir enerjiyə ehtiyacları vardır. Ağaclar günəşin nur və istiliyindən fəal bir enerji kimi istifadə edirlər.

Beləliklə də çubuq və budaqlar cücərib böyüdükdə günəş enerjisinin bir miqdarı həmən budaqların daxilində qalır. Bu çubuqlar yandırılan zaman onun içində olan enerji azad olur. Çünki bu budağın içindəki karbon qazı havanın oksigen qazı ilə birləşib yenidən karbon qazı əmələ gətirir. Bu zaman da oksigen və hidrogen (bir az su) azazd olur.

Bu elmi ifadələrdən ötüb keçdikdə bu nur və hərarət barədə ğsadə bir mətləbə yetişirik. O mətləb budur ki, kəndlilərin evindəki sobada, ya kürsülərdə yanan odun və ya kömürlərin istiliyi günəşdən alınan enerjidir. Bu odun və ya kömürlər neçə illərlə nurunu özündən yığıb toplamış, indi isə (yanan zaman) bir ömür günəşdən qəbul etdiyi enerjini əsigəmədən büruzə verir.

Bu isə «yer kürəsində olan bütün enerjilərin mənbəyi günəşdir» cümləsinə bir nümunədir.

Bu vasitə ilə biz «enerjilərin qiyaməti» ilə üzləşirik. Bu təfsirin (enerjilərin qiyamət və qayıdışı) mənası budur ki, bu dünyanın fəzasına dolan və ağacların yarpaq və budaqlarını göyərdən günəş enerjisi heç də itib aradan getmir. Əksinə bu enerji surətinin dəyişir və bizim gözümüzdən uzaq düşərək ağacların yarpaq, budaq və çubuqlarında pünhan olurlar. Elə ki günəş enerjisini özündə saxlamış qurur çubuğa od yetişir, dərhal günəş enerjisinin qiyaməti başlayır. Çubuqda olan bütün enerji geri qayıdaraq qırağa çıxır. Hətta enerjinin bir zərrəsi də çubuğun daxilində qalmır.

Yəqin ki, bu təfsir «Quran»ın təzə nazil olunduğu dövrdə camaat üçün məlum olmamışdı. Əlbəttə bu təfsirin o vaxtı camaat üçün naməlum qalması ayəyə haç bir xələl yetirmir.

Ona görə ki, bundan qabaq dediyimiz kimi bir ayənin bir neçə mənası ola bilər (bu ayənin də bir neçə mənası var) və bu mənalar müxtəlif səviyyədə müxtəlif dəstə və istedadlar üçündür. Bir vaxt var idi ki bu ayədən bir şey başaş düşülürdü (yalnız birinci təfsir), biz isə bundan əlavə başqa bir şey də başa düşürük (ikinci və üçüncü təfsirləri). Ola bilsin bizdən sonrakı nəsillər bizdən artıq mənalar ələ gətirsinlər. Eyni zamanda bu mənalar bir-biri ilə müvafiq gəlir və ayənin mənasında cəm olurlar.

İncəliklər :

1-Nə üçün məhz göy ağac?

Ola bilər biri soruşsun ki, nə üçün Quran məhz «göy ağac» (şəcərul əxzər) sözündən istifadə etmişdir? Halbuki göy və yaş ağacı yandırmaq müşkül işdir. Yaxşı olardı ki, göy ağac sözünün əvəzinə «quru ağac və ya çubuq» (şəcərul yasib) sözündən istifadə edilərdi.

Bunun cavabı budur ki, təkcə yaşıl ağaclar karbonu alıb günəş enerjisini yığıb saxlamaq xüsusiyyətinə malikdirlər. Qurumuş ağac yüz illərlə də günəş nurunun altında qalsa onun enerjisinə (göy vaxtında topladığı enerjiyə ) heç nə əlavə olunmayacaq. Bütün enerjisini yalnız göy və təzə olan müddətdə toplaya bilər.

Deməli, ancaq göy ağac insanlar üçün od alovlandıra bilər. Nur və istiliyi qurumayınca özlərində saxlaya bilərlər. Elə ki qurudular daha günəş enerjisini özlərində saxlamağa qüdrətləri olmayacaq.

Beləliklə də bu ifadələr həm «enerjilərin qiyaməti və qayıdışı»na işarədir, həm də Quranda olan elmi və həmişəlik bir möcüzəyə.

Bundan əlavə əgər yuxarıda deyilən təfsirlərə nəzər salsaq həmin təfsirlərdə də «şəcərül əxzər» (göy ağac) sözü ayənin mənası ilə münasib gəlir. Çünki göy və təzə ağacın çubuqları möhkəm bir-birinə dəyərsə qığılcımlar əmələ gələr. Bu qığılcım hətta böyük bir yanğına da səbəb ola bilər. Beləliklə də Allahın qüdrət və əzəmətini başa düşüb Onun «od»u suyun, suyu da «od»un qəlbində necə saxlamasını anlayırıq.

2-«Alovlanmaq»la «alovlandırmağ»ın fərqi.

Ayədə işlənən «tuqidun» sözünün kökü «vüqud»dür. «Vüqud» sözünün leksik mənası od və atəşin yanmasıdır. «İyqad» sözünün kökü «vəqud»dur. Bu sözün leksik mənası isə od yandırmaqdır. «Vəqud» sözünün mənası isə od qalamaq üçün istifadə olunan odundur.

1.Beləliklə, «fəiza əntum minhu tuqidun» (budur, siz indi ondan od yandırırsınız) cümləsi od yandırmaq üçün yığılan odunlara işarədir.

2.«Quran»da deyilir: «Sizin üçün göy ağacdan od yaradan (siz də həmin oddan istifadə edirsiniz) Allah ölüləri yenidən həyata qaytara bilər». (Allah demir ki, siz odu alovlandırırsınız. Odu Allah Özü alovlandırır, siz də ondan istifadə edirsiniz). Bu təfsir enerjilərin qiyaməti ilə də uyğun gəlir.

Ağacların budaqları ilə od qalamaq bizim fikrimizcə çox sadə bir işdir. Ancaq bir az diqqət etsək, od qalamağın çox incə və dəqiq iş olduğunu aşkar edərik. Çünki ağacın tərkibini əsasən su, daha sonra torpaq və onda olan maddələr təşkil edir. Bu maddələrin (suyun və torpağın) heç birinin yanmaq xüsusiyyəti yoxdur. (Ancaq buna baxmayaraq ağac yenə də yanır).

Gör Allah insan həyatında böyük rol oynayan və enerji istehsal edən su, torpağı, havanı necə əzəmətlə yaratmışdır!