Bunu onların həyati yaradıcılıqlarında, rəvayətlərində, tövsiyə və nəsihətlərində, səhabələrinə, tələbələrinə və bütün müsəlmanlara verdikləri tə᾽limatlarında açıqca görmək olar. Imam Cə᾽fər Sadiq (ə) babası həzrət Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«Ey insanlar! Siz müvəqqəti bir evdəsiniz və elə bir dəvəyə minmisiniz ki, sizi sür᾽ətlə aparır. Görürsünüz ki, gecə-gündüz, günəş və ay (öz hərəkət və fırlanmaları ilə) bütün təzə şeyləri köhnəldir və hər bir uzaqlığı yaxınlaşdırırlar. Verilən və᾽dlərin hamısını (bir-bir) gətirib çatdırırlar. Bəs (bu) uzaq səfər üçün tədarük görün».

Rəvayət edən deyir:

O halda Miqdad ibni Әsvəd qalxıb dedi: Ey Allahın Peyğəmbəri (s)! (Buyurduğunuz) bu keçici ev nədir? Peyğəmbər (s) cavabında buyurdu:

Bu (dünyadır) ki, səfər cehizini hazırlayıb, köç etmək evidir. Bəs fitnələr qaranlıq gecə parçaları kimi sizə gölgə saldığı vaxt Qur᾽ana üz tutub, ondan yapışın, çünki Qur᾽an şəfaəti qəbul olan bir şəfaətçi və şikayəti qəbul olan bir şikayətçidir. Kim onu öz qarşısında (yol göstərən) qərar versə, onu cənnətə aparar və kim onu arxada tutsa, onu cəhənnəmə sövq edər. Qur᾽an ən yaxşı bir yola hidayət edən dəlildir. O bir kitabdır ki, onda (həqiqətlər) yazılaraq bəyan edilmişdir. O ciddi və qəti bir kitabdır, əyləncə və zarafat kitabı deyildir. Onun bir zahiri və bir batini vardır. Zahiri hökmdür, batini isə elm, zahiri gözəldir, batini isə dərin. Onun ulduzları vardır. O ulduzların da ulduzları vardır. [Bu ifadədə bir neçə ehtimal verilir: 1) Ola bilər ki, məqsəd Qur᾽anın ayələridir ki, bə᾽zisi bə᾽zilərini izah edir. 2) Ola bilər ki, məqsəd Qur᾽anın ayələri və hədisləridir ki, Qur᾽anı izah edir. 3) Ola bilər ki, məqsəd Qur᾽an və imamlardır ki, Qur᾽anın təfsirçiləri və həqiqi yozucularıdırlar.]

O Qur᾽anın təəccüb doğuran işləri saysız-hesabsız və qəribəlikləri isə köhnəlməzdir. O Qur᾽anda hidayət çıraqları və hikmət məş᾽əlləri vardır. Qur᾽an, onun sifətlərini tanıyan adamlar üçün mə᾽rifət yoludur. Demək (hər bir inamlı şəxs) onun xüsusiyyət və keyfiyyətlərini bilmək gərəkdir ki, bununla həlak olmaqdan nicat tapa və bəlalardan qurtara. Şübhəsiz, düşünmək bəsirətli qəlbin həyatıdır, necə ki, qaranlıqda olan adam nur ilə yol gedər...». [«Üsuli-kafi» (2-ci cild, səh. 598) Kitabu fəzil-Qur᾽an.]

Imam Sadiqdən (ə) belə nəql edilmişdir:

«Qur᾽anı əzbərləyib ona əməl edən şəxs, Allahın yaxın mələkləri ilə məşhur olar.» [«Üsuli kafi» (2-ci cild, səh. 603)].

Imam Zeynəl-abidin (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir:

«Әgər Allah bir adama Qur᾽an ne᾽mətini (Qur᾽an öyrənməyi və ona əməl etməyi) versə və o adam başqa bir adama daha yaxşı bir şey verildiyini güman etsə, onda o şəxs böyük bir şeyi kiçik və kiçik bir şeyi böyük hesab etmiş olar.[«Üsuli kafi» (2-ci cild, səh. 605)].

Imam Baqir (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: «Ey Qur᾽an oxuyanlar! Allahın sizlər üçün verdiyi bu Qur᾽an (ne᾽mət) üçün Allahdan qorxun. (Qiyamət günündə) mən və siz sorğuya tutulacağıq. Məni risalətimin təbliği haqqında və sizi isə öyrəndiyiniz Qur᾽an və mənim sünnəm (dediklərim və elədiklərim) haqqında sorğuya tutacaqlar.» [«Üsuli kafi» (2-ci cild, səh. 606)].

Imam Sadiqdən (ə) nəql edilmişdir:

«Mö᾽min adama layiq olan iş budur ki, ölümündən qabaq Qur᾽anı öyrənsin və ya onu öyrənmək halında olsun.» [«Üsuli-kafi» (2-ci cild, səh. 607)].

Yenə imam Sadiqdən (ə) belə rəvayət edilmişdir:

«Qur᾽an Allahın məxluqatı ilə olan əhdi-peymanıdır. Şübhəsiz, hər bir müsəlmana layiq olan iş budur ki, Allahın əhdinə baxsın və hər gün ondan əlli ayə oxusun.» [«Üsuli-kafi» (2-ci cild, səh.609)].

Aşağıdakı rəvayətlər də imam Sadiqdən (ə) nəql edilmişdir:

«Üç şey Allah-taalaya şikayət edər: 1. Xarab olan məscid ki, onun əhli onda namaz qılmayalar. 2. Cahillər içərisində qalan alim. 3. Divara asılıb, üstünə toz qonan və oxunulmayan Qur᾽an.» [«Üsuli-kafi» (2-ci cild, səh.613)].

«Şübhəsiz, Qur᾽an ölməz və diridir. O Qur᾽an gecə-gündüz və günəş-ay cərəyan edən kimi cərəyan edər. Bizim əvvəlimiz (Qur᾽an ilə) birlikdə olduğu kimi, axırımız da onunla bərabər olar.»

Həzrət Әmirəl-mö᾽minin Әli ibni Әbi Talibdən (ə) belə rəvayət edilmişdir:

«Sonra ona (Məhmmədə (s)) kitab nazil etdi! Kitab (Qur᾽an) işıqları sönməyən bir nurdur. Alovları azalmayan bir çıraqdır. Elə bir yol ki, işığı zülmətə dönməz. Dəlil və bürhanı rədd edilməyən bir fürqandır (haqqı batildən ayıran). Sütunları yıxılmayan bir bina, xəstəliklərdən çəkinməyən bir şəfadır. Köməkləri məğlub edilməz, izzət vasitəsi və tərəfdarları tək qalmayan bir həqiqətdir. O, (Qur᾽an) imanın mə᾽dəni və mərkəzi, elmin və biliyin qaynaqları və dənizləridir. Әdalətin bağları və çeşmələri, islamın əsas damları və binasıdır. Həqiqət və ədalətin vadiləri və düzənlikləri və su götürənlərin suyunu tükəndirə bilməyən bir dəryadır. Su götürmək onun azalmasına səbəb olmayan bir qaynaqdır, gələnlərə nə qədər su verilərsə, yenə də qurtarmaq bilməyən bir yerdir. Yolçuların yolu itirmədikləri mənzillər, yol gedənlərin gözündən yayınmayan nişanələrdir. Elə yüksəklikləri vardır ki, hər istəyən o ucalıqlardan keçə bilməz.

Allah onu (Qur᾽anı) alimlərin susuzluğunu aradan aparmaq vasitəsi, fəqihlərin qəlblərinin baharı və saleh insnlara yol göstərmə vasitəsi qərar vermişdir. Elə bir dərmandır ki, ondan sonra dərd olmaz və elə bir nurdur ki, yapışılacaq halqası möhkəm və elə bir sığınacaqdır ki, ona bir şey nüfuz edə bilməz. Ona dost olana izzət və ona daxil olan kimsəyə təhlükəsizlik vasitəsidir. Ona inananlara yol göstərən və ona mənsub olanlara üzr vasitəsi olar. Onunla danışanın dəlil və bürhanı və onunla (düşmənə qarşı) vuruşanın şahididir. Onunla sübut gətirənə qələbə qazandırır və ona əməl edənləri qoruyar. Onu icra edəni özü ilə daşıyar. Kim onu özünə nişanə etsə, onu hidayət edər və onu vücuduna alanın olar. Qur᾽an başa düşənlərə və dərk edənlərə elm və bilikdir. Ondan rəvayət edənə hədis, söz və onunla mühakimə edənə hökmdür.» [«Nəhcül-bəlağə», (198-ci xütbə)].

Bəli, budur Qur᾽anın Әhli-beyt (ə) məktəbində qiymət və dəyəri, Qur᾽anın əhəmiyyəti və onun həyati rolu. Biz bu əhəmiyyət və həyati rolu Qur᾽anın bir cümləsində öz əksini tapdığını görürük:

«Həqiqətən bu Qur ᾽an ən sağlam və ən doğru yola hidayət edir.» (Әsra surəsi, 9-cu ayə).

Qur᾽an ümmətin əsas qanunu, elm və hidayət qaynağı, mə᾽rifət və mədəniyyət me᾽yarıdır. Yalnız, düşüncə və anlayış vasitəsi olan Qur᾽anla insan həyatının nizama salınması üçün elmi bir qanun hazırlamaq olar.

QUR ᾽ANI ANLAMAQ VӘ ONU TӘFSİR ETMӘK ÜÇÜN ӘSASLI QAYDALAR

Biz əvvəldə qeyd etmişdik ki, Qur᾽an Әhli-beyt (ə) nöqteyi-nəzrindən əbədi bir kitab hesab olunur və ona təhrif əli yetişə bilməz və Qur᾽an ilahi qanunların qaynağı olaraq əbədi yaşyacaqdır. Qur᾽an şəriət hökmlərinin kökü və mənbəyidir. Hətta, hədislərin və doğru və ya səhv olduğunu və ümumiyyətlə hər bir şeyin doğruluğunu Qur᾽anla müəyyənləşdirmək lazımdır. Bu mövzuda həzrət Peyğəmbərdən (s) belə rəvayət edilmişdir.

«Məndən (Peyğəmbər) sizə bir hədis gəlib çatsa, siz onu Allahın kitabı ilə yoxlayın, Qur᾽anla müvafiq olanı qəbul edin və müxalif olanı vurun divara (rədd edin).» [Təbəri, «Məcməül-bəyan» təfsirinin müqəddiməsindən (1-ci cild, səh.13)].

Bütün bunlardan sonra, bu nəticəyə yetişirik ki, bu əsas və islami üslub müsəlmanlara, o cümlədən elm və mə᾽rifət əhlinə Qur᾽anı necə anlayacaqlarını aşkar və müəyyən edir, Qur᾽anın ayələri ilə necə davranacaqlarını onlara göstərir.

Qur᾽anı başa düşmək və onu təfsir, tə᾽vil etmək çox mühüm bir məsələdir. Çünki, düşüncə sağlamlığı, islami inamın və əqidənin doğruluğu ona bağlıdır. Ona görə də Qur᾽anı başa düşən, şəriət və əqidə qaynaqlarını ələ gətirmək, ictimai, siyasi, iqtisadi, tərbiyəvi, hüquqi və sairə qanunları Qur᾽andan və şəriət mənbələrindən çıxarmaqda hər hansı əyinti və qüsurun üz verməsi, müsəlmanların səhv etmələrinə və yoldan çıxmalarına və nəhayət onların parçalanıb ayrılmaqlarına, islami dəyərlərin və paklıqların aradan getməsinə səbəb olar.

Bu mühüm və əsaslı mətləbin önündə hər şeydən əvvəl «təfsir» və «tə᾽vil» arasındakı fərqi izah etmək lazımdır. Lüğət yazanlar «təfsir» sözünün tə᾽rifini belə izah etmişlər: «Təfsir» - sözün mə᾽nasını kəşf edib, onu aşkar etməkdir.

«Tə᾽vil» kəlməsinin mə᾽nası isə belə izah edilmişdir: «Tə᾽vil» - sözün iki ehtimaldan birisinin layiqli bilinməsidir. Qur᾽anın zahiri ilə müvafiq olmaq şərtiylə.

Әhməd Riza, təfsiri belə izah edir: «Təfsir» «fəssərə» fe᾽lindən alınmışdır və mə᾽nası da «meydana çıxmaq» və ya «aşkar olmaq»dır. Әslində isə bu söz, aşkarlıq mə᾽nasında olan «səfr» sözündən alınmışdır. Məsələn, ərəb dilində sübh vaxtı aşkar olan zamana və yaxud qadın üzünü aşkar edəndə ona «səfr» deyərlər.

Mərhum şeyx Təbərsi də məşhur «Məcməül-bəyan» təfsirində «təfsir» və «tə᾽vil» kəlmələrini belə izah edir: «Təfsir» sözü çətin bir kəlmənin məqsədini izah etməkdir. «Tə᾽vil» də iki ehtimaldan birini kəlamın zahiri ilə müvafiq olmaq şərtilə təsdiq etməkdir. Ayrı ifadə ilə təfsir, bəyan etmək mə᾽nasındadır.» [«Məcməül-bəyan» (1-ci cild, səh.1)]

Әbül-Әbbas Mübərrəd belə deyir: «Təfsir» və «tə᾽vil» sözlərinin mə᾽nası birdir. Bə᾽ziləri deyiblər ki, «təfsir» bir şeyin üstündə örtüyün götürülməsi və «tə᾽vil», məqsədə nail olmağa və bir şeyin sona çatmasına deyərlər.