İslam ümmətinin vəhdəti islam dinin ciddi əhəmiyyət verdiyi məsələlərdən biridir. Onun qorunub davam etməsi üçün xüsusi proqramlar tökmüşdür. Onlardan biri də camaat namazıdır.

Camaat namazında xüsusi şərtlərə malik olanlardan biri camaatın qabağında dayanır, başqaları isə münəzzəm cərgələrlə onun arxasında dayanıb onunla həmahəng surətdə namaz qılır.

Bu dəstənin əvvəlində dayanana imam camaat, onun ardında dayanıb namaz qılanlara isə məmum deyilir.

Camaat namazının əhəmiyyəti

Rəvayətlərdə camaat namazının çoxlu savab və mükafatı qeyd olunur, əhkam məsələlərinin bəzilərinə diqqət yetirməklə bu ibadətin əhəmiyyətini başa düşürük. Burada onların bəzilərini qeyd edirik:

1-Camaat namazında iştirak etmək hər kəs, xüsusilə məscidə qonşu olanlar üçün müstəhəbdir.

2-Müstəhəbdir ki, insan namazı camaatla qılmaq üçün gözləsin.

3-Camaat namazı əvvəl vaxtda qılınmasa belə, əvvəl vaxtda qılınan fürada namazdan daha yaxşıdır.

4-Qısa və müxtəsər şəkildə qılınan camaat namazı uzun-uzadı qılınan fürada namazdan daha yaxşıdır.

5-İnsanın heç bir üzrü olmadan camaat namazını tərk etməsi layiq deyildir.

6-Etinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyildir.

Camaat namazının şərtləri

Camaat namazı bərqərar olunan zaman aşağıdakı şərtlərə riayət edilməlidir:

1-Məmum imamdan qabaq dayanmamalıdır və ehtiyat vacib budur ki, bir qədər arxada dayansın.

2-İmamın dayandığı yer, məmumların dayandığı yerdən uca olmamalıdır.

3-İmam ilə məmumun arasındakı fasilə, eləcə də cərgələrin arasındakı fasilə çox olmamalıdır.

4-İmamla məmumun, eləcə də cərgələrin arasında divar, pərdə və hasar kimi şeylər maneə olmamalıdır. Amma qadınlarla kişilərin arasında pərdə asılmasının eybi yoxdur.

İmam camaat həddi - büluğa çatmış , adil olmalı namazı düzgün qıla bilməlidir .

Camaat namazına qoşulmaq (iqtida etmək)

Hər rəkətdə yalnız qiraətlə ruku arasında imama iqtida etmək olar. Deməli əgər bir kəs imam camaatın rukusuna çatmasa, sonrakı rəkətdə iqtida etməlidir. Əgər imamın yalnız rukusuna da çatsa, bir rəkət hesab olunur.

Camaat namazına qoşulmağın müxtəlif vəziyyətləri

Birinci rəkətdə

1- Qiraət əsnasında : Məmum Həmd surəni oxumur , sair əməlləri imam camaatla birlikdə yerinə yetirir .

2- R u kuda : rukunu və sair əməlləri imam camaatla birlikdə yerinə yetirir.

İkinci rəkətdə

1- Qiraət əsnasında : Məmum Həmd və surəni oxumur, o, imamla birlikdə qunutu, rukunu və səcdəni yerinə yetirməlidir. İmam camaat təşəhhüd deyən zaman ehtiyat vacibə görə yarı qalxmış vəziyyətdə oturmalıdır. Əgər namaz iki rəkətlidirsə, digər bir rəkəti təklikdə qılmalı, namazı tamamlamalıdır. Əgər namaz üç, ya dörd rəkətlidirsə, ikinci rəkətdə (bu imam camaatın üçüncü rəkətidir) Həmd-surəni oxuyacaq (imam camaat hətta təsbihatı oxusa belə) və imam camaat üçüncü rəkəti qurtarıb dördüncü rəkət üçün qalxmaq istədikdə məmum iki səcdədən sonra təşəhhüd oxuyub sonra qalxmalı, üçüncü rəkətin qiraətini oxumalı və namazın axrıncı rəkətində – imam camaatın təşəhhüd və salamla namazı qurtardığı vaxt bir rəkət də əlavə etməlidir.

2- R u kuda : Rukunu imam camaatla birlikdə, sair əməlləri isə qeyd olunduğu kimi yerinə yetirir.

Üçüncü rəkətdə

1- Qiraət əsnasında : Bildiyiniz kimi əgər insan iqtida etsə Həmd-surə, yaxud təkcə Həmdi oxumaq qədər vaxt varsa iqtida etməlidir, bu zaman Həmdi və surəni, yaxud təklikdə Həmdi oxumalıdır. Əgər vaxt olmadığını bilirsə ehtiyat vacibə görə gözləməli, imam rukuya getdikdən sonra iqtida eləməlidir.

2- R u kuda : Əgər rukuda iqtida edərsə, onu imamla birlikdə yerinə yetirir, o rəkət üçün Həmd surə saqit olur. Namazın sair əməllərini əvvəldə qeyd olunduğu kimi yerinə yetirir.

Dördüncü rəkətdə

1- Qiraət əsnasında : Üçüncü rəkətdə iqtida etməyin hökmünə malikdir. İmam camaat namazın axırıncı rəkətində təşəhhüd və salam üçün oturduğu zaman məmun həm qalxaraq namazı təklikdə qıla bilər, həm də yarı oturan vəziyyətdə qalxaraq imam camaatın təşəhhüd salamını gözləyər və daha sonra ayağa qalxa bilər.

2- R u kuda : Rukunu və səcdələri imamla qılır (imam camaatın dördüncü rəkəti və məmumun birinci rəkətidir) namazın sair əməllərini qeyd olunduğu kimi yerinə yetirir.