1-Əgər imam camaat gündəlik namazlardan birini qılırsa, gündəlik namazlardan hər birini ona iqtida edərək qılmaq olar. Deməli əgər imam əsr namazını qılırsa məmum zöhr namazını ona iqtida edə bilər, yaxud əgər məmum zöhr namazını qıldıqdan sonra camaat namazı bərqərar olsa, əsr namazını imamın zöhr namazına iqtida edə bilər.

2-Məmum özünün qəza namazlarını imamın əda namazına iqtida edə bilər. Hətta əgər gündəlik namazlardan başqasının qəzası olsa belə. Məsələn imam camaat zöhr namazını qılırsa, o sübh namazının qəzasını iqtida edə bilər.

3-Camaat namazı aşağısı iki nəfərin vasitəsilə bərqərar olur: biri imam, digəri isə məmum. Amma cümə, qurban və fitr bayramları namazı bundan istisna olunur.

4-Yağış istənilməsi üçün olan istisqa namazından başqa heç bir müstəhəbb namazını camaat namazı şəklində qılmaq olmaz.

Camaat namazında məmumun vəzifəsi

1-Məmum təkbirətul-ehramı imamdan qabaq deməməlidir, hətta ehtiyat vacibə görə imamın təkbiri tamam olmamış təkbir deməməlidir.

2-Məmum Həmd və surədən başqa namazın hər bir şeyini özü oxumalıdır, amma əgər onun birinci, yaxud ikinci rəkəti imamın üçüncü və ya dördüncü rəkəti ilə eyni olsa, Həmd və surəni oxumalıdır.

Camaat namazında məmumun imama necə tabe olması :

a) Oxumalılarda: məsələn Həmd-surədə, zikr və təşəhhüddə imamdan qabağa keçmək və ya arxada qalmağın eybi yoxdur, yalnız təkbirətul-ehram istisnadır.

b) Əməllərdə, o cümlədən ruku kimi. Rukudan və səcdədən qalxmaqda imamdan qabağa keçmək caiz deyildir, yəni imamdan əvvəl rukuya getmək və ya qalxmaq, səcdəyə getmək və ya qalxmaq caiz deyildir. Amma çox olmadığı təqdirdə geri qalmağın işkalı yoxdur.

Bir məsələ:

Əgər imam camaat rukuda olan zaman iqtida eləsə, aşağıdakı hallardan bir neçəsi mümkündür:

  • İmam camaatın rukusunun zikri tamam olduqdan sonra rukuya getsə: onun camaat namazı səhihdir.
  • Ruku həddinə çatan zaman imamın rukusunun zikri tamam olur, lakin hələ rukudadır: namazı camaatla səhihdir.
  • Rukuya gedir, lakin imamın rukusuna da çatmır: namazı fürada şəkildə səhihdir və onu tamamlamalıdır.

Camaat namazının müstƏhƏbb vƏ mƏkruh ƏmƏllƏrindƏn bƏzilƏri

1-İmam camaatın cərgələrin ortasında dayanması, həmçinin elm, kamal, təqva əhlinin birinci cərgədə dayanmaları müstəhəbdir.

2-Camaat namazının cərgələrinin münəzzəm olması, bir cərgədə dayananların arasından fasilə düşməməsi müstəhəbdir.

3- Cərgələrdə yer olduğu surətdə insanın təklikdə dayanması məkruhdur.

4-Məmumun namazının zikrlərini imamın eşidəcəyi təqdirdə qılması məkruhdur.