Musanın (ə) əhvalatına başlamazdan əvvəl Bəni-İsrailin Misir dövlətindəki vəziyyətinə nəzər salmaq lazımdır. Bu araşdırmada onların qibtilər və zəmanələrinin Fir'onu tərəfindən mə'ruz qaldıqları işgəncələrdən xəbərdar olacaq, daha sonra Musa (ə) və Harun (ə) şərhi-halını bəyan edəcəyik. Əvvəlki bəhslərdə qeyd etdiymiz kimi qardaşları Yusifi (ə) tanıdıqdan sonra onlara Kən'ana qayıtma əmrini verdi və onlardan öz ailələrini onun yanına gətirmələrini istədi. Bu əmrdən sonra Yəqub (ə) öz ailəsi ilə Misirə gəldi. Yusif (ə) o zamanın Misir padşahından- Fir'ondan Casan torpaqlarının onlara verilməsini istədi. Casan qoyun və dəvələr üçün otlaq yeri idi. Onlar həmin ərazilərdə məskunlaşdılar. Bəziləri demişlər ki, Yusifin bu istəyinin səbəbi Yəqub (ə) övladlarını mümkün qədər bütpərəst dinində olan Misir əhalisindən uzaq etmək olmuşdur. O hər yolla çalışırdı ki, təkallahlıq əqidəsi onlarda qalsın. Yəqub (ə) öz övladları ilə o məntəqəyə gedərək Misir dövlətində yeni həyata başladılar. İsrail xanədanının sayı (Tövratda deyildiyinə görə) yetmiş nəfər idi. Onların sayı get-gedə artır, yeni evladlar dünyaya gəlirdi. Belə vəziyyət (orada qalmaları) on yeddi il davam etdi. Nəhayət, Yəqub (ə) dünyadan getdi. Vəsiyyətənə görə onun cənazəsini Fələstinə aparıb orada dəfn etdilər. Yəqub (ə) dünyadan getdikdən sonra İsrail övladları Yusifin (ə) başçılığı altında öz şad və xürrəm həyatlarına davam etdilər. Yusif (ə) o zaman Misir xalqının nəzərində ən sevimli şəxs idi. Övladlarının sayının artması nəticəsində böyük bir tayfaya çevrilərək ətrafdakı torpaqların çox hissəsini ələ keçirdilər. Bu əzəmət və rahatlıq çox çəkmədi. Yəqubun (ə) vəfatından (müxtəlif rəvayətlər görə iyirmi, yaxud otuz ildən) sonra Yusif (ə) dünyadan getdi. Tədrici olaraq Fir'onlar tərəfindən zillət və əzaba düşməyə başladılar İsrail övladlarının çoxalmaları. Yusifdən (ə) sonra iş başına gəlmiş Misir padşahını vəhşətə saldı. Tövratda deyildiyi kimi, onların Misirin düşmənləri ilə birləşərək qiyam etmələrindən qorxuya düşdülər. Elə bu səbəbdən də onlara əzab-əziyyət verir, öldürməyə və pərakəndə salmağa başladılar. Onlara hər cür təhqir və əzabı rəva gördülər. Xüsusilə də Musanın zamanında dünyaya gəlmiş Fir'on hamıdan artıq onlara zülm edirdi: övladlarını qətlə yetirir, onların nəslini yer üzündən kəsmək istəyirdi. Fir'on bütün çətin işləri o cümlədən hamballıq, bənnalıq, süpürgəçilik və s. kimi işləri onlara verilməsini, tapşırmışdı. Onların üstündə mə'mur qoymuşdu ki, bir an belə işsiz dayanmamalarını və istirahət etməsinlər. Dükan-bazara lazım olanları, xidmətçiləri İsrail övladlarından seçirdilər. Torpaqları əkinə hazırlamaq üçün onların kişi və qadınlarından istifadə edirdilər. Şah saraylarının və əhalinin evlərinin qorunması və təhlükəsizliyi onların öhdəsində idi. Bütün təmizlik işləri onların vəzifəsinə çevrilmişdi. Bir sözlə, bütün çətin və alçaldıcı işlər onlara həvalə edilmişdi.

Qur'ani-Kərim "Bəqərə", "Əraf", "İbrahim" kimi surələrdə Bəni-İsrailə verilən nemətləri sadalayarkən onların acınacaqlı vəziyyətinə də işarə etmişdir. "Bəqərə" surəsində onlara əta edilən ikinci neməti acınacaqlı vəziyyətdən nicat tapmalarını açıqlayıb buyurur: ("Bəqərə" surəsi, 49-№u ayə).

"Yadınıza salın o zamanı ki, biz sizi Fir`onlardan nicat verdik ki, sizi ağır işgəncəyə düçar etmişdilər. Oğlanlarınızı öldürür, qadın və qızlarınızı diri saxlayırdılar. Bu işdə pərvərdigarınızdan böyük imtahan vardı."

"Qisəs" surəsində Fir`onun Bəni-İsrailə verdiyi işgəncə və rəva gördüyü ehtiramsızlıqlara işarə edib buyurur: ("Qisəs" surəsi, 3-№Ї ayə).

"Həqiqtən Fir`on o yerlərdə ağalıq edir və xalqı firqələrə çevirmişdi. Bir dəstəsini xar edir və oğlanlarını öldürür, qadın və qızlarını diri saxlayırdı. Həqiqətdə o, fəsad edənlərdən idi."

Fir'onun bu tələbkarlıqlardan məqsədi nə idi ?

Fir'onun Bəni İsrailə bu qədər zülm etməsinin səbəbi barəsində ixtilaf vardır. Təkcə bunu tam əminliklə qeyd etmək olar ki, bunun səbəbi onların çoxalması nəticəsində Fir'onun devrilməsi qorxusu idi. Fir'on onların çoxalaraq Misir dövlətini onun əlindən alacaqlarından qorxurdu. Bu mətləbi Qur'ani-Kərimin "Qisəs" surəsindən başa düşmək olar. Orada yuxarıda qeyd olunan ayənin ardınca buyurur: -" Biz iradə etdik ki, onları, zəif olduqları yerdə minnət qoyaraq rəhbər qərar verək, onları (Fir'on torpaqlarının və mallarının) varisi edək, o torpaqlarda qüdrəti onlara verək və qorxduqları şeyləri Fir'on, Haman və onların qoşunlarına göstərək. (Yəni Fir'on və onun ardıcıllarına, işlərin onların əlində olmayacağını göstərək.) Əgər Biz istəsək bütün çətinlik, işgəncə, əzab-əziyyət, qətl, diri-diri torpağa basdırılma və s. baxmayaraq onları nəhayətdə qorxduqları şeyə düçar edərik. Hökumət və qüdrətlərini Yəqubun (ə) övladları olan Bəni-İsrailin əli ilə dağıdacağıq. Baxmayaraq ki, bundan qabaq onları olmazın əzabları ilə xar edirdilər.

Bəzi təfsir və tarix alimlərinin dediyinə görə, Bəni-İsrail körpələrinin qətlə yetirilməsinin səbəbi onun gördüyü yuxu idi. Onlar deyirlər: -"Fir`on bir gecə yuxuda gördü ki, Beytül-Müqəddəs tərəfdən bir atəş gələrək misirlilərin və qibtilərin evini yandırdı. Atəş hər yeri yandırıb viran etdi, amma Bəni-İsrailə heç nə olmadı. Səhər ayıldıqda yuxusunu münəccimlərə, cadugərlərə və tə`birçilərə danışdı və onlardan yuxusunu açıqlamalarını istədi. Onlar dedilər: -"İsrail övladlarından bir uşaq dünyaya gələcəkdir ki, sənin səltənətin onun əli ilə viran olacaqdır. O, səni və sənin ardıcıllarını bu torpaqdan qovacaqdır. Artıq onun dünyaya gəlişi yaxındır.

Fir'on bu sözü eşitdikdə Misir ölkəsini uşaq götürənlərini bir yerə yığıb onlara hökm verdi ki, Bəni-İsraildən doğulan hər bir oğlan uşağının öldürsünlər. Bu işi görmək üçün xüsusi məmurlar da tə'yin etdi".

Bəziləri deyir ki, Fir'on belə bir yuxu görməmişdi. Amma Həzrət Musanın (ə) doğum zamanı çatdıqda münəccimlər Fir'ona xəbər verib dedilər: -"Biz öz elmimizlə bu nəticəyə çatmışıq ki, Bəni-İsraildən bir uşaq doğulacaq və sənə qalib gələcək, sənin səltənətini viran edəcəkdir. İndi onun doğum vaxtı yaxınlaşmışdır. Bu sözü eşidən Fir'on bəni İsraildən doğulan bütün oğlan uşaqlarının başının kəsilməsinə əmr verdi.

İbn Abbasdan nəql olunan rəvayətə görə Bəni-İsrail tayfası Misirdə çoxaldığı zaman tüğyan edib günah işlər görməyə başladılar. Onların yaxşıları da pislərə qoşuldu, əmr be məruf və nəhy əz münkər tərk olundu. Allah-taala qibtiləri onlara müsəllət edərək, onlara ağır əzab verdi.

İş nə ilə nəticələndi?

Bəni-İsrail övladlarının başının kəsilməsi ağlagəlməz bir həddə çatdı. Bu zaman Misir başçıları və Fir'onun yaxın adamları onun yanına gəlib dedilər: -"İş belə davam etsə Bəni-İsrail övladlarının başının kəsilməsi və qocalarının ölməsi ilə onların kişiləri tamamilə məhv olacaq və nəsilləri kəsiləcəkdir, nəticədə onların gördükləri işlər bizim öhdəmizə düşəcəkdir. Yaxşı olar ki, bu barədə başqa fikir edəsən. Fir'on vəziyyəti belə gördükdə uşaqların bir il öldürülüb növbəti ildə diri saxlanılması hökmünü verdi. Harun uşaqların öldürülmədiyi ildə, Musa isə oğlan uşaqlarının başının kəsildiyi ildə anadan oldu.

Səduqun İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə o Həzrət buyurur: -"Fir`on öz səltənətinin Musanın əli ilə viran olacağı xəbərini eşitdikdə, kahin və münəccimləri çağırtdırıb Musanın nəsəbini onlardan soruşdu və onun Bəni-İsraildən olacağını bildi. Əmr etdi ki, Bəni-İsrailin hamilə qadınlarının qarınlarını yırtaraq körpələrini qətlə yetirsinlər. Bu yolla iyirmi mindən artıq körpəni həlak etdilər. Amma Allahın istəyi Musanı qorumaq olduğu üçün, onu öldürə bilmədi.

Vəhb ibn Münnəbinin dediyinə görə, Musanı ələ keçirmək üçün yetmiş min uşağın başını kəsdilər.

Allah ı n ist ə yi

Amma Allahın iradə və istəyi Musanın dünyaya gəlib boya-başa çatması, kamala yetişməsi idi. Məhz onun əli ilə zülm görmüş həmin xalqı Fir'ona qalib etmək istəyirdi. Onların törətdiyi cinayətlərə və icad etdikləri çətinliklərə baxmayaraq, Allah o həzrətin nütfəsini atası İmrandan anasının rəhiminə köçürdü, hamiləlik dövrü sona çatdıqdan sonra onu dünyaya gətirdi. Allahın təqdiri ilə, o həzrət elə Fir'onun qucağında böyüdü.

Əbdül-Vəhhab Nəccar özünün "Qisəsül-Ənbiya" kitabında yazır: -"İmran (Musanın atası) Lavinin qızı Yukabidlə ailə qurdu. Allah bu evlənmədən Harun və Musanı ona verdi. Amma bəziləri bu mətləbi inkar edib deyirlər: -"Bibi ilə evlənmə bütün millətlərdə haram olmuşdur və Yukabid Lavinin nəvələrindəndir."

Hər halda bəzi tarixçilər Musanın nütfəsinin bağlanmasını belə yazmışlar: -"Münəccimlər Fir`ona xəbər verib dedilər: -"Sənin həlakətin, Bəni-İsraildən olan bir kəsin əli ilə olacaq ki, onun nütfəsi filan gecə bağlanacaqdır. Fir`onun əmri ilə həmin gecə Bəni-İsrail kişilərini arvadlarından ayırdılar.

Musanın atası İmran Bəni-İsraildən olmasına baxmayaraq, Fir'on hökumətində işləyirdi, onun yaxın adamlarından idi. O gecə Fir'onun sarayından gözətçilik etmə əmrini aldı. Gecə yarısı İmran arvadının onun yanına gəlməsini gördü. Hər ikisində əlaqədə olma istəyi yarandı və ilahi istək öz işini gördü. Musanın nütfəsi elə Fir'onun sarayının yanındaca bağlandı.

İmran Fir'onun qorxduğu işin elə onun vasitəsilə baş verdiyini hiss etdikdə, bu gecənin əhvalatını gizlətməyi öz arvadına tapşırdı və hadisənin sonrasını Allahın öhdəsinə qoydu.

Sabahı gün münəccimlər Fir'ona bütün ciddi nəzarətlərə baxmayaraq, həmin nütfənin Bəni-İsraildə bağlandığını bildirib dedilər: -"Çox çəkməyəcək ki, həmin uşaq dünyaya gələcəkdir."

Fir'on işi belə gördükdə Bəni-İsraildən dünyaya gələcək hər bir oğlan uşğınının qətlə yetirilməsini əmr etdi. Bu işə xüsusi adamlar təyin etdi. Uşaq götürənlərə də bu işi onlara xəbər verməsini tapşırdı.

Mərhum Səduq İmam Baqirdən (ə) rəvayət edir: -"Fir`on Bəni-İsrail övladlarının ölüm hökmünü verdikdən sonra onların kişiləri bir-birinə dedilər: -"Oğlan uşaqlarını öldürüb qızları diri saxlayacaqlarsa, onda biz də qadınlarımızdan çəkinib onlara yaxın düşməyəcəyik. Amma Musanın atası İmran dedi: -"Bu işi görməyin! Qadınlarınızla yaxınlıq edin. Çünki Allahın işi həyata keçəcəkdir. Müşriklər bunu istəməsələr də". Bu vaxt üzünü Allahın dərgahına tutub dedi: -"Pərvərdigara, başqaları qadını ilə yaxınlıq etməyi özünə haram etsə də, mən özümə haram etməyəcəm. Başqaları onu tərk etsə də, mən tərk etməyəcəyəm." Bunun ardınca Musanın anası ilə yaxınlıq etdi və o qadın Musaya hamilə oldu".

Musan ı n ( ə ) vilad ə ti

Bəli, Molla Calələddinin sözü ilə desək Fir'on və onun ardıcıllarının acığına İmranın arvadı hamilə oldu.

Günlər keçir Bəni-İsraili Fir'onun zülmündən xilas edəcək şəxsin- Musanın viladəti yaxınlaşırdı. Həzrət Məhdi (ə.c) rəvayətlərinə müvafiq olaraq Yukabidin hamiləlik dövründə də onun hamilə olması zahirdə bilinmədi. Musanın (ə) dünyaya gəldiyi günə qədər bir kəs o qadının hamilə olmasını bilmədi.

Vəhb ibn Münəbbihdən nəql olunmuşdur ki, Musanın (ə) doğum ili çatdıqda Fir'on uşaq götürənlərə tapşırdı ki, bütün qadınları yoxlasınlar ki, onlardan hansının hamilə olmasını öyrənsinlər. Amma Allahın istəyi ilə Musanın anasında heç bir hamiləlik əsər-əlaməti zahir olmadı. Nə qarnı qabağa çıxdı, nə də rəngi dəyişdi, döşlərinə də süd gəlmədi. Elə buna görə də uşaq götürənlər ona heç bir söz demədilər. Musa (ə) dünyaya gəldiyi gecə bacısı Məryəmdən başqa heç kəs bunu bilmədi.

Səduqun nəql etdiyi rəvayətdə belə deyilir: -"Fir`on Musanın anası üçün xüsusi uşaq götürən nəzarətçi təyin etdi. O, hamilə olduqdan sonra rənginin gün-gündən saralmasının və arıqlamasının gördükdə, uşaq götürən ona dedi: -"Qızım, nəyə görə gündən-günə rəngin saralır, ətin əriyib gedir?

Musanın anası cavabında dedi: -"Axı mən uşaq dünyaya gətirsəm onu öldürəcəklər!"

Onun bətnində olan körpənin məhəbbəti qabilənin (uşaq götürənin) qəlbinə düşmüşdü, bu səbəbdən dedi: -"Qəm yemə, mən onun viladətini gizli saxlayacağam!"

Bəzi tarixçilər Əbdül-Vəhhab Nəccarın "Qisəsül-Ənbiya"da dediyi kimi, demişlər: -"Musa (ə) üç ay anasının yanında qaldı. Bu vaxt anası sirrin açılmasından qorxaraq Allah taalanın əmri ilə onu sandığa qoyub dəryaya atdı.

Mübarək "Taha" surəsində Mütəal Allah Musaya əta etdiyi nemətlərə işarə etdikdə buyurur: -"Sənə digər bir dəfə minnət qoyduq. Anana vəhy edərək "onu tabuta (sandıqçaya) qoyub dəryaya at" (dedik), dərya onu sahilə çıxarsın. Mənim və onun düşməni (onu) götürsün... ("Taha" surəsi, ayə 34-41)

Musanın anası Allahın əmrinə əsasən, sandıq hazırlamağa başladı. Bəzi rəvayətlərə əsasən, sandığın necə düzəldilməsini də Allah ona vəhy etmişdi. Bəzi tarixçilərin qeydinə görə bu işdə əslən "qibti" olan "Həzqil", ya "Həzbil"dən adlı dülgər kömək aldı. O, "qibti" olmasına baxmayaraq, tək olan Allaha inanırdı. Sandıq hazır olduqdan sonra Musanı pambıq və parçaya büküb sandığa qoydu, sandığın kənarlarını qırladı. Daha sonra bəzilərinin dediyinə görə, gecə ikən Nil çayının kənarına gəlib onu suya atdı.

Küləyin əsməsi nəticəsində yaranan ləpələr sandığı öz qoynuna aldı. Musanın anası ağlar halda bu mənzərəyə tamaşa edirdi. Rəvayətdə gəldiyi kimi, haldan gedib çığırmaq istədikdə, Allah, onun qəlbinə aramlıq əta etdi və o, özünü saxladı.

Musa ( ə ) Fir ' onun evind ə

Nilin coşğun dalğaları sandığı özü ilə apardı. Musanın anası Allahın ona vəhy edib övladını ona qaytaracağına arxalanaraq qəlbi aram halda evə qayıtdı. İbn Əsir "Kamil"də deyir: -"Üç gün keçmədi ki, övladını görməklə ananın gözləri işıqlandı."

Qur'ani-Kərim "Qisəs" surəsində qısa şəkildə buyurur: -"Fir'onun ailəsi onu (sudan) götürdü ki, onların düşməni və qəm-qüssələrinin səbəbi oldu. Həqiqətən Fir'on, Haman və onların qoşunları xətakarlar idilər." ("Qisəs" surəsi, ayə 7)

Səduqun İmam Baqirdən (ə) nəql etdiyi rəvayətdə belə buyurur: -"Fir`onun arvadı Bəni-İsrail qəbiləsindən olan saleh bir qadın idi. O günlər bahar fəslinə təsadüf etdiyi üçün o Fir`ondan Nilin kənarında onun üçün çadır qurmasını istədi. Fir`on əmr verərək həm özü və həm də onun üçün Nilin kənarında çadır qurulmasını tapşırdı. Nilə tamaşa etdiyi zaman gözü dalğaların üstündə gedən sandığa düşdü. Fir`onun arvadı kənizlərinə və yaxınlarına dedi: -"Mənim suyun üzərində gördüyümü siz də görmürsüzmü? Dedilər: -"Ey möhtərəm xanım, biz də suyun üzündə bir şey görürük". Sonra qabağa gəlib sandığı tutdular. Sandığı açanda gözəl üzlü bir körpə gördülər. Elə ilk baxışdan o uşağın məhəbbəti Fir`onun xanımının qəlbinə düşdü. Onu qucağına alaraq dedi: -"Bu mənim oğlumdur."

Təbəri və ibn Əsirin dediyinə görə, Nil çayı sandığı Fir'onun evlərinə qədər gətirərək oradakı ağacların arasına saldı. Fir'onun arvadı -Asiyanın kənizləri çimmək (üzmək) üçün ora getmişdilər. Bu zaman sandığı görüb Asiyanın yanına gətirdilər. Onlar güman edirdilər ki, onun içində var-dövlət vardır. Sandığı açdıqları zaman Asiyanı gözü uşağa sataşdı, onun məhəbbəti qəlbinə düşdü. Uşağı Fir'onun yanına gətirib xahiş etdi ki, onu öldürməyib övladlığa götürsün. Bu iki tarixçi əhvalatın davamında deyirlər: -"Uşağın Musa adlandırılmasının səbəbi budur ki, "mu" ibri dilində "su" "sa" isə ağac mə'nasındadır. O, su və ağac arasından götürüldüyünə görə Musa adlandırmışlar. Bu mə'nanı mərhum şeyx Səduq "İləluş-şəraye" kitabında Müqatil İbn Suleymandan rəvayət etmişdir.

"İsbatul-vəsiyyə"də deyilir: -"Musanın anası uşağa dayəlik etmək üçün Fir`onun sarayına gəldi. Uşağı qucağına götürdüyü zaman ixtiyarsız olaraq dedi: -"Anan sənə qurban, ey Musa!" Bu sözü eşidən Fir`on bərk qəzəbləndi, o qadının uşağın anası olduğunu başa düşdü. Amma Allah bu sözlərlə onu dilə gətirdi. O, dedi: -"Onun sudan tutulmasını eşitdiyim üçün bu adla adlandırdım." Bu sözü eşidən Fir`onun qəzəbi soyudu və dedi: -"Bəli, biz də onu Musa adlandıracağıq." Bu rəvayətdən aydın olur ki, onun adı qabaqcadan qoyulubmuş. Bu söz daha düzgün və həqiqətə yaxındır (Ən yaxşısını Allah Özü bilir).

Bəli, Allahın təqdiri Musanı, onun ən böyük düşməni, minlərlə məsum uşağın qatili və minlərlə hamilə qadının qarnını yırtan adamın evinə daxil etdi. Allahın Asiyənin qəlbinə saldığı məhəbbətə görə, o uşağın tərbiyəsinə başladı. Qur'ani-Kərim çox incə və gözəl bəyanla buyurur: -"Fir'onun xanədanı onu (sudan) götürdülər ki, düşmənləri və qəm-qüssələrinin səbəbi olsun..." ("Qisəs" surəsi, ayə7- 8)

Yəni onlar bundan qafil idilər ki, sudan tutduqları o uşaq onların ən böyük düşməni zülm saraylarını dağıdan və Bəni-İsrailə onların zülmündən nicat verəcək adam olacaqdır.

Qur'ani-Kərim Fir'onun arvadı Asiyənin dilindən nəql edərək buyurur: -"Musanı Fir'onun yanına gətirdiyi zaman dedi: -"Bu uşaq həm mənim və həm də sənin gözümüzün nurudur. Onu öldürməyin. Ola bilsin bizə xeyri dəyə, yaxud onu övladlığa götürək. Və onların xəbəri yox idi..." Yəni bu uşağın axtardıqları həmin şəxs olmasını bilmirdilər. Başqa bir hədisdə belə deyilir: -"Asiyə Fir'ona : "Mənim və sənin gözümüzün nurudur" -dediyi zaman Fir'on ona belə cavab vermişdi: -"Bu sənin gözünün nurudur, mənimsə ona heç bir ehtiyacım yoxdur." Peyğəmbəri Əkrəm (s) buyurur: -"And olsun Allaha, əgər Fir'on da Asiyə kimi bu cümləyə etiraf edib onu öz gözünün nuru saysaydı, Mütəal Allah onu da Musanın əli ilə -Asiyəni hidayət etdiyi kimi- hidayət edərdi...

Ayədən mə'lum olan başqa bir mətləb Fir'on və Asiyənin sonsuz olması məsələsidir. Tarixçilər və təfsirçilər də bu mətləbə təkid edirlər. Fir'on və Asiyə Musanı görən kimi mehrini ona salıb övladlığa götürdülər. Amma Tövratda Fir'onun bir qızı olması və Musanın sudan götürməsinə işarə olunmuşdur. Bəziləri ehtimal vermişlər ki, o Musanın zəmanəsində yaşayan Fir'onun arvadı Yusifin zəmanəsində olan Fir'onla qohum imiş.

İbn Abbasdan belə nəql olmuşdur: -"Fir`onun çox sevdiyi yeganə bir qızı var idi. O ağır "bərəs" xəstəliyinə tutulmuşdu. Həkimlər və sehrkalar müalicə yolunu təkcə dəryaya düşmüş uşağın ağız suyunu şəfa demişdilər. Onun ağız suyunu bu qızın bədəninə sürtməklə xəstəliyi sağalacaqdır."

Bunun ardınca Fir'onun qızının Nilin sahilinə gəlməsi və Musanı sudan götürməsini qeyd edərək deyir: -"Fir'onun qızı o uşağın ağız suyunu bədəninə sürtüb sağaldı, bu da onun uşağa mehr-məhəbbət göstərməsinə səbəb oldu. Bunu görən Asiyə vasitəçilik edərək Fir'onu onu öldürmək fikrindən daşındırdı. (Allah daha yaxşı bilir)..."

Allah Musan ı anas ı na qaytar ı r

Anası Musanı dəryaya atdıqdan sonra evə qayıtdı. Amma bir an belə öz əziz balasını yaddan çıxarda bilmirdi. Zehninə cürbəcür fikirlər gəlirdi. Sanki hər an: "uşağımın başına nə gəldi"- deyib fikirləşirdi. Görəsən indi balam haradadır? Nəhəng balıqlara yem olmuyub ki?! Yoxsa hələ də dalğaların qoynunda üzür?! Qayalara dəyib dağılmamışdır ki? Amma Allahın ruhoxşayan və`dəsi yadına düşəndə ürəyində arxayınlıq hiss edirdi. Beləliklə, təkcə oğlu ilə görüşəcək vaxtı düşünürdü. Bu müddətdə gördüyü yeganə iş qızı Məryəmə dediyi: -"Qardaşını axtar gör, başına nə gəlmişdir!" - sözü idi.

Məryəm axtarış apardıqda onun Fir'onun ailəsi tərəfindən sudan çıxarılmasını öyrəndi və bildi ki, uşaq hal-hazırda Fir'onun evindədir. Bir az da soraqlaşdıqdan sonra Allah onun məhəbbətini Fir'onun zövcəsinin qəlbinə salmasını bildi. Və bunu da öyrəndi ki indi uşağa sud vermək üçün dayə bir axtarırlar, gətirilən qadınların heç birinin döşünü qəbul etməmişdi. Fir'onun arvadı durmadan ona süd verə biləcək qadını axtarırdı.

Mütəal Allah bu mövzunu Musaya mərhəmət etdiyi nemətlər sırasında xatırlayıb buyurur: -"Süd verən qadınları qabaqcadan ona haram etdik." ("Qisəs" surəsi, ayə 11.)Bacısı dedi: -"İstəyirsinizsə, ona baxmaq üçün bir ailəni sizə göstərim.

Bəli, Asiyə dərin məhəbbət bəslədiyi bu uşaq üçün dayə axtarmağa başladı. Amma Musa nədənsə gətirilən heç bir dayənin döşünü almadı. Bunu görən Asiyə çox narahat olub qəm-qüssəyə daldı. Arvadının qəm-qüssədən əzab çəkən Fir'on dayə axtarmaq üçün hərtərəfə adam saldı. Uşaqları öldürülmüş südlü qadının çoxluğuna baxmayaraq (onların uşaqları Fir'onun əmri ilə öldürülmüşdü) uşaq heç birinin döşünü almadı.

Səduqun İmam Baqirdən (ə) nəql etdiyi rəvayətə əsasən Musanın bacısı Fir'onun evinə gəlib dedi: -"Eşitmişəm, uşağınızın tərbiyəsi üçün dayə axtarırsınız. Mən pak bir qadın tanıyıram ki, sizin uşağınızı layiqincə tərbiyə edə bilər! Məmurlar Fir'onun arvadının xəbərdar etdilər. O, qızı saraya gətirməyi əmr etdi. Qız saraya daxil olduqda ondan soruşdu: -"Ay qız, hansı ailədənsən?" Cavab verib dedi: -"Bəni-İsraildən".

Fir'onun arvadı dedi: -"Ay qız, çıx get bizim sənə ehtiyacımız yoxdur!"

Oradakı qadınlar ona dedilər: -"İcazə ver, o qadını gətirsinlər, görək uşaq onun döşlərini qəbul edəcək ya yox?"

Fir'onun arvadı dedi: -"Siz elə bilirsiniz ki, uşaq onun döşlərini qəbul etdikdə, Fir'on Bəni-İsraildən olan bir uşağı elə həmin tayfadan olan bir qadına tapşırıb onu öz evinə apararaq onu böyütməsinə icazə verəcək? Yox, Fir'on heç vaxt belə bir işə razı olmaz".

Qadınlar təkid etdikdə Fir'onun arvadı qıza dedi: -"Get o qadını gətir".

Qız anasının yanına gəlib onu Fir'onun sarayına apardı. Musanı ona verdikdə döşünü onun ağzına yaxınlaşdırdı. Uşaq həvəslə süd əmməyə başladı. Bu hadisəni müşahidə edən dedi: -"Uşağın üçün dayə tapmışam ki, döşlərini ağzına alıb süd əmir!"

Fir'on dedi: -"Bu uşaq hansı ailədəndir?"

Dedi: -"Bəni İsraildən"

Fir'on dedi: -"Həm uşağın, həm də dayənin Bəni-İsraildən olması mümkün deyildir!

Arvadı çox israrla xahiş edərək axırda onu razı sala bildi. O cümlədən, dedi: -"Bu uşağın sənin üçün heç bir qorxusu yoxdur. Digər tərəfdən də o sənin uşağındır. Sənin tərbiyən və əmrin altında böyüyəcəkdir."

Fir'on qəbul etdi. Beləliklə, mehriban Allah uşağı öz anasına qaytardı. Ana tam rahatlıqla uşağını böyüdüb tərbiyə etməyə başladı.

Allah təala Musanın uşaqlıq dövründə baş verən əhvalatların axırında buyurur: -"Biz onu anasına qaytardıq ki, gözləri şad olub qəm yeməsin. Bilsin ki, Allahın vədəsi haqdır, amma camaatın çoxu (bu həqiqəti) bilmirlər."

Musanın anası uşağını evinə aparır...

Tarixçilər deyirlər: -"Fir`onun arvadı uşağın (həqiqi anasından) süd əmməsini gördükdə, Fir`ondan o qadının dayə olmasına razılıq alıb onun üçün aylıq maaş təyin etdirdi. Qadına dedi ki, sarayda qalsın. Amma Musanın anası uşağı qucağına alıb Allahın vədəsinə arxayın olduğu üçün sarayda qalmaqdan boyun qaçıraraq dedi: -"Mənim ailəm və uşağım vardır. Bircə bu uşağın tərbiyəsinə görə mən onları ata bilmərəm. Əgər istəsəniz mən bu uşağı evimə aparıb, orada ona süd verər və tərbiyəsi ilə məşğul olaram".

Fir'onun arvadı razı oldu. Beləliklə, Musanın anası əziz balasını evinə apararaq arxayınlıqla onun tərbiyəsi ilə məşğul oldu. Yuxarıda qeyd etdiyimiz kimi, uşağı sandığa qoyub Nilə atdığı vaxtdan Fir'onun evində qucağına alana qədər cəmi üç gün çəkmişdi.

Günlər, aylar ötdükcə Musa (ə) anasının nəvazişləri altında böyüyür, öz ailəsini sevincə qərq edirdi. Südəmərlik dövrü bitdikdən sonra onu Fir'onun evinə qaytardılar. Sözsüz bu müddət ərzində (tarixdə bu müddətin nə qədər olması dəqiq qeyd olunmayıb) Fir'onun arvadının istəyi ilə uşağı vaxtaşırı Fir'onun evinə aparır və onlar uşağı görürdülər.

Fir ' onun evin ə qay ı tma

Musa yenidən Fir'onun sarayına qədəm qoydu, uşaqlıq dövranını özünün ən böyük düşməninin himayəsi altında və ən gözəl ne'mətlərlə keçirməyə başladı. Fir'onun evində baş verən ən böyük hadisələrdən biri (bütün tarixçilərin və o cümlədən mötəbər olmayan rəvayətlərin qeyd etdiyi kimi) odur ki, bir gün Musa Fir'onun qucağında (və ya da qarşısında) oynayırdı. Birdən əlini atıb Fir'onun qalın saqqalını yoldu. Bəzilərinin dediyinə görə, əlinə ağac götürüb oynadığı zaman qəfildən onu yuxarı qaldırdı və Fir'onun başına vurdu. Fir'on acıqlanaraq dedi: -"Bu uşaq mənim düşmənimdir və məni öldürmək istəyir!" Bunu deyib uşaqların başını kəsən qatilin dalınca adam göndərib uşağı ona vermək istədi. Bu vaxt Fir'onun arvadı irəli gəlib dedi: -"O uşaqdır, başa düşmür. Mənim sözümün düzlüyünü bilmək istəyirsənsə onun qarşısına bir qab xurma (bəzilərinin də dediyinə görə yaqut) bir qabda qızardılmış od qoyaq. Əgər xurmanı götürsə deməli başa düşür. Bu halda onu öldürərsən. Yox, əgər isti odu götürsə, onda uşaqdır və heç nə başa düşmür".

Fir'on qəbul edərək bir qab xurma, bir qab da od gətirməyi əmr etdi. Xurma və odu onun qabağına qoydular. Musa xurmanı (ya yaqutu) götürmək istədikdə Cəbrayıl (ə) özünü yetirərək onun əlini oda tərəf apardı. Musa od parçasını əlinə götürüb ağzına qoydu. Dili yandığından tez onu yerə atdı. Bunu görən Fir'on onu öldürmək fikrindən daşındı. Bu tarixçilərinf dediyinə görə bu iş Musanın dilində pəltəklik yaranmasına səbəb oldu. Elə buna görə də Allah tərəfindən Fir'onu hidayət etməyə məmur olduğu zaman Allaha ərz edib dedi: -"Vəzlul uqdətən min lisani!" Yəni Pərvərdigara, dilimin düyününü aç! ("Taha" surəsi, ayə 27).

Amma bu əhvalat daha çox əfsanəyə oxşayır, onu təsdiqləyəcək mötəbər bir rəvayət də yoxdur. Bəziləri onu yəhudilər tərəfindən düzəldilməsini demişlər. Bu şərif ayənin də yuxarıda qeyd olunan mə'nanı ifadələməsi məlum deyildir. Çünki onun təfsiri sonrakı ayədə Musanın dili ilə deyilir: -"Yəfqəhu qəvli" Yəni dilimi aç ki, sözümü yaxşı başa düşsünlər. (Həqiqəti təkcə Allah bilir).

Hər halda, Musa uşaqlıq dövrünü Fir'onun evində başa vurdu, cavanlıq həddinə çatıb kamala yetişdi. Allah taala ona elm və hikmət öyrətdi. Yaxşılığının əvəzini Allahdan belə aldı. Bu lütfü "Qisəs" surəsində belə buyurur: -"Və (Musa) qüvvətə (və rüşdə) yetişib kamil olduqda ona hikmət və elm verdik. Yalnız (yaxşı) əməl sahiblərini belə mükafatlandırırıq." ("Qisəs" surəsi, ayə 13).

B ə ni - İ srailin g ö z ü bir xilaskar ı n yoluna dikilmi ş di

Keçən bəhslərdə qeyd etdiyimiz kimi, Fir'on və qibtilər Bəni-İsrailin yaşayışını çətinliyə salaraq onlara olmazın əzabları verir, oğlanlarını öldürüb qızlarını diri saxlayır, ən çətin və şəxsiyyəti sındıran işləri onlara tapşırırdılar. Onlara nəzarət etmək üçün ən kobud və sərt əxlaqlı məmurlar seçmişdilər. Kiçik bir səhlənkarlıq gördükdə güclü zərbələri ilə onları tənbih edirdilər. İsrail övladlarının onların yanında heç bir dəyər və hörməti yox idi, heç bir hüquqa da malik deyildilər.

Bəni-İsrail bütün bu çətinliklərə dözürdülər, ən çətin hallarda sapınacaqları bir kəs yox idi. Ümidləri təkcə əvvəlki peyğəmbərin vədə verdiyi xilaskara dikilmişdi. Peyğəmbərlər onlara vədə verib demişdilər: -"İşləriniz çətinliyə düşəndə və fir'onların zülmünə mə'ruz qaldığınız zaman Allah sizə Lavinin övladlarından olan Musa ibn İmranın əli ilə nicat verəcədir".

Mərhum Səduq İmam Sadiqdən (ə) belə rəvayət edir: -"Yusifin ölümü yaxınlaşdıqda Yəqubun övladlarını bir yerə yığıb (onlar səksən kişidən ibarət idilər) dedi: -"Tezliklə qibtilər qalib gələrək sizə hökumət edəcək, sizi işgəncə və əzaba salacaqlar. O zaman Allah Lavi ibni Yəqubun övladlarından olan Musa ibni İmranın əli ilə sizə nicat verəcəkdir. O uca boylu, enli kürək və buruq saçdır. Elə buna görə də israilli kişi oğlunun adını İmran, o, da öz oğlunu Musa adlandırdı.

Beşinci imam buyurur: -"Musa dünyaya gələnə qədər əlli nəfər yalandan özlərini vədəsi verilmiş Musa ibn İmran adlandırdılar."

Başqa bir hədisdə dördüncü imam Rəsuli Əkrəmdən (s) rəvayət edir ki, Yusifin ölümü çatdığı vaxt öz ardıcılları və ailəsini bir yerə yığıb, Allaha həmd və səna etdikdən sonra onları qarşıda gözləyən əzabdan agah etdi və dedi: -"Sizin üçün çox böyük bir çətinlik yaranacaq: kişilərinizi öldürüb, hamilə qadınlarınızın qarnını yırtacaq və uşaqlarınızın başını kəsəcəklər, nəhayət Allah haqqı Lavi ibni Yəqubun övladlarından olan naibin vasitəsi ilə zahir edəcəkdir. O, enli kürək və uca boyludur. Onun xüsusiyyətlərini yaxşı yadda saxlamamalarını tövsiyə etdi.

Qaib olma dövrü və Bəni-İsrailin çətin günləri başladı. Dörd yüz il Musanın gəlişini gözlədir. Nəhayət onun viladət müjdəsi və zühurunun əlamətləri görsəndi.

İmam Baqir (ə) bir hədisdə buyurur: -"Bəni-İsrail aylı bir gecədə evdən çıxaraq keçmiş elmlərdən xəbərdar olan bir kişinin yanına gəlib dedilər: -"Biz gələcək barədə olan xəbərləri eşidib rahatlıq tapırıq. Biz bundan sonra nə qədər intizar çəkib yol gözləməliyik? Nə qədər bəlalar içində yaşamalıyıq?" Qoca dedi: -"Allaha and olsun! Allah təala Lavi ibni Yəqubun övladlarından olan Musa ibn İmranı göndərənə qədər siz bu çətinliklərdən əzab çəkəcəksiniz. O, uca boylu və buruqsaç bir oğlandır".

Elə bu söhbət əsnasında Musa dəvəyə minmiş halda gəldi. Kişi başını qaldırdı. Musanın barəsində eşitdiyi nişanələrdən onu tanıyıb dedi: -"Adın nədir?" Dedi: -"Musa" Qoca kişi soruşdu: -"Kimin oğlusan?"

Musa dedi: -"İmranın oğluyam"

Kişi tez yerindən qalxıb onun əlini öpdü. Bəni-İsrail də onun ayaqlarını öpərək onu tanıdılar və Musanın ardıcıllarına çevrildilər.

Bu hadisədən bir müddət keçdi. Musa hələ də məxfi həyatına davam edirdi. Amma Bəni-İsraildən olan bir kişi ilə qibti bir kişinin dalaşması onun üzə çıxmasına səbəb oldu.

Allah bunun əhvalatını "Qisəs" surəsində bəyan etmişdir.

Musanın Misirdən çıxmasına bais olan hadisə

Qur'ani-Kərim Musanın hicrət səbəbini israilli kişi ilə Qibtinin əhvalatını xülasə olaraq belə bəyan edir: "Musa heç kimin xəbəri olmadan şəhərə gəldi. Bu zaman iki kişinin dava etdiyini müşahidə etdi. Onlardan biri Musanın ardıcıllarından, digəri isə düşmənlərindən idi. Onun ardıcıllarından olan kişi Musanı köməyə çağırdı. Musa gəlib ona (düşməninə) bir yumruq vurmaqla onu öldürdü. Musa dedi: -"Bu Şeytanın işidir. Həqiqətən də o yoldan çıxaran, aşkar düşməndir." Sonra əlavə edərək dedi: -"Pərvərdigara, özümə zülm etdim, məni bağışla!" Allah onu bağışladı. (Çünki) o, bağışlayan və rəhimlidir. Musa dedi: -"Pərvərdigara, mənə əta etdiyin ne'mətin qarşısında zalimlərə arxa olmayacağıq. Həmin gecəni qorxu ilə sübhə çıxdı. Qəflətən dünən ondan kömək istəmiş kişi yenə də onu köməyə çağırdı. Musa ona dedi: -"Həqiqətən də, sən aşkar haqdan çıxmısan." Hər ikisinə (bu kişiyə və düşməni olana) əl qaldırmaq istədikdə o kişi dedi: -"Məni öldürmək istəyirsən? Dünən də birini öldürmüsən! Sən deyəsən burada zülm edib zalım olmaq istəyirsən. Heç kəsi islah etmək istəmirsən." ("Qisəs" surəsi, ayə 14-19)

Bu Qur'ani-Kərimin xülasə nəql etdiyi hadisədir. Bunun bəzi yerlərinin peyğəmbərə məxsus olan "ismət və məsumluqla" düz gəlmədiyi üçün tənqidçilərin etirazına səbəb olmuşdur. Təfsirçilər bu barədə şərhlər vermiş, rəvayətlərdə isə onun üçün müxtəlif mə'nalar qeyd olunmuşdur. Biz də öz növbəmizdə bu hadisəni rəvayət və tarix əsasında, olunan iradlara cavab verərək nəql edirik. Lazım olduqda, bəzi izahları da qeyd edəcəyik.

Tarixçilərin dediyindən məlum olduğu kimi, Bəni-İsrail onlara qabaqcadan verilmiş müjdələrə əsasən, Musadakı əlamətləri gördükdə başa düşdülər ki, artıq bədbəxtçiliklərinin sonu çatmışdır, Allah təala Fir'onun evində böyümüş həmin qüdrətli cavanın əli ilə, onlara qibtilərin və Fir'onların zülmündən nicat verəcəkdir. Elə buna görə də hər zaman onu görsəydilər hörmət edir, öz bədbəxtçiliklərindən ona şikayət edirdilər. O həzrət də fürsət yaranan kimi, onlarla görüşür, gələcəyə ümidlə baxmağı tövsiyə edirdi. Bəzən də imkan daxilində onların xeyrinə bə'zi işlər də görür, bacardığı qədər zülmü onlardan uzaqlaşdırırdı.

Bir gün heç kimin xəbəri olmadan, Fir'onun məmurlarından gizlin şəkildə Misir, ya bəzilərinin dediyinə görə, Fir'onun dövlətinin mərkəzi olan "Mənəf" şəhərinə ("Qisəs" surəsi 14-19-cu ayələr) daxil oldu. Şəhərdə gəzərək zillət çəkmiş Bəni-İsrailin və öz ardıcıllarının vəziyyəti ilə tanış olmaq istədi. Bu zaman Bəni-İsraildən olan bir kişinin bir qibti ilə dalaşdığını gördü. Qibti Bəni-İsraildən olan kişiyə zorla bir iş gördürmək istəyir, o da öz növbəsində bu işdən imtina edirdi. Beləliklə, işləri dava-dalaşa çəkmişdi. Bəli-İsraildən olan kişinin gözü Musaya sataşdıqda ondan kömək istədi. Musa münasib vaxtda Fir'onun əleyhinə qiyam edəcəyi üçün bu münaqişəyə başlanmağı məsləhət görmürdü. O, heç bir xeyri olmayan bu davadan narahat olub dedi: -"Haza min əməliş şeytan, innəhu əduvvun muzillun mubin" Yəni, sizin bu əməliniz şeytan işidir. O, aşkar (dünyada haqq dinin irəliləməsi üçün) gümrah edicidir. Ya da onun məqsədi bu idi ki, qibtinin onu zorla işə məcbur edərək zülm etməsi, şeytanın işi idi. Bu sözün ardınca israilli kişinin köməyinə gedib qitbiyə bir yumruq vurdu.

Zərbədən qibtinin öldüyünü gördükdə üzünü Allahın dərgahına tutub dedi: - "Pərvərdigara, mən özümə zülm etdim. Sən məni bağışla." Allah da onu bağışladı. Özünə zülm etmək dedikdə məqsədi bu idi ki, Mən Bəni-İsrailin zülmə mə`ruz qalanlarından müdafiə edib haqqı aşkar etməkdə tələsdim. Qibtilərin əlində tez bir zamanda giriftar olmağıma şərait yaratdı. Beləliklə öz məqsədimi həyata keçirməkdə özüm üçün çətinliklər yaratdım. İndi Sən, mənə kömək et, bu əhvalatı Fir`on və qibtilərdən gizli saxla.

Ya da imam Rzadan (ə) nəql olunan rəvayətə görə məqsədi bu idi: -"Pərvərdigara! Bu şəhərə gəlməyimlə və bu hadisənin baş verməsilə özümü qibtilər tərəfindən təhlükəyə salmış və özümə zülm etmişəm. İndi Sən məni öz düşmənlərindən gizlət. Onlar məni tapa bilməyib, qibtini öldürdüyümə görə məndən qisas almasınlar. Sözün qısası, o həzrətin hədəfi Allahdan kömək istəmək idi. Onun məqsədi, "Pərvərdigara, mən günah etmişəm və məni bağışla!" demək deyildi. Bu sözün şahidi Allah təalanın buyurduğu bir cümlədir ki, onun ardınca deyir: ("Qisəs" surəsi, ayə 15-17)

Musa dedi:

-"Pərvərdigara, mənə verdiyin nemətlərə görə mən zalimləri müdafiə etməyəcəyəm".

Əgər Musanın (ə) işi günah olsaydı bu sözü deməzdi. Hər halda Musa (ə) o gecəni qorxu içində və nigarançılıqla keçirdi.Çünki o kişinin qətl xəbəri hər yerə yayılmışdı. Bəzilərinin dediyinə görə, o, Fir'onun xüsusi çörək bişirəni idi. Camaat onun Bəni-İsraildən bir n&#