Tərcümə :
Bu , sizə vəd olunan Cəhənnimdir ! (63) Kafir olduğunuza görə bu gün ora girib yanın ! (64)
Bu gün ( Allaha and olsun ki , biz müşrik , kafir deyildik – dediklərinə görə ) onların ağızlarını möhürləyirik .
Etdikləri əməllər ( qazandıqları günahlar ) barəsində onların əlləri Bizimlə danışar , ayaqları isə şəhadət verər .(65)
Əgər istəsəydik , ( dünyada ) gözlərini büsbütün kor edərdik ( onları zahiri gözdəndə məhrum edərdik ) və onlar ( adətən etdikləri ) yolda bir - birini ötməyə çalışardılar . Amma ( belə bir vəziyyətdə yolu ) necə görə bilərdilər ? ( Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik . Onlar Allahın qüdrət əlamətlərini görür , bununla belə öz pis yollarını tutub gedirlər . Beləliklə , onlar iman gətirmədilər ki , gətirmədilər ) (66).
Əgər istəsəydik , onları lap yerlərindəcə elə bir kökə , elə bir şəkilə salardıq ki , nə irəli , nə də geri gedə bilərdilər . ( Kafirləri topal edər , meymuna , donuza , daşa döndərərdik . Və ya onları evlərinin içində həlak edərdik , heç təpənə dəbilməzdilər .) (67)
Hər kəsə uzun ömür versək , onu xilqətcə dəyişib tərsinə çevirərik ( qüvvəsini alar , gözünün nurunu aparar , hafizəsini zəiflədib bildiklərini unutdurar , özünü də uşaq kimi edərdik ). Məgər ( kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu ) dərk etməzlərmi ? (68).
Təfsir :
Dilin fəaliyyətdən düşüb bədən üzvlərinin şahid olacağı gün.
Ötən ayələrdə Allahın günahkar və kafirləri danlamasından söhbət olundu. İndi bəhs edəcəyimiz ayəldərdə də bu danlaqdan söhbət açılacaq.
Qiyamət günü kafir və günahkarlar Cəhənnəm od və şöləsinin qarşısında durarkən onlara xitab olunaraq deyiləcək: «Bu, sizə vəd olunan Cəhənnəmdir».
Peyğəmbərlər ardıcıl olaraq, biri o birisindən sonra gələrək sizi belə gün, belə oddan, atəşdən xəbərdar etdilər. Ancaq siz onların hamısına rişxənd edib etinasızlıq göstərdiniz.
«Kafir olduğunuza görə bu gün ora girib yanın!»
Sonrakı ayədə qiyamət günündə şahid olanlardan söhbət açılır. Bu şahidlər heç də kənar və yad deyillər. Əksinə həmin şahidlər insanın öz bədən üzvləridir. Bu şahidlikdən sonra insan üçün heç bir bəhanə qalmır. Ayədə deyilir:
«Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyərik. Etdikləri əməllər (qazandıqları günahlar) haqqında onların əlləri Bizimlə (dilə gəlib) danışar, ayaqları isə şəhadət verər.
Qiyamət günü artıq bədən üzvləri insanın sözünə qulaq asmayıb, öz hesab-kitabını verəcək və Allah təalaya təslim olacaqlar. Həqiqətlərə şəhadət verəcəklər. Nə gözəl məhkəmədir! Bu məhkəmənin şahidləri insanın öz bədən üzvləri olacaq. Bütün elədikləri günahları iqrar edəcəklər.
Ola bilər, bədən üzvlərinin şahid olması buna görədir ki, qiyamətdə kafir və müşriklərə «sizin günahlarınızın cəzası Cəhənnəmdir» deyildikdə onlar bu məhkəmənin dünya məhkəmələri kimi olduğunu zənn edərək etdikləri günahları inkar etmək istəyəcəklər. Ancaq bu zaman bədən üzvləri dilə gələrək insanın əleyhinə çıxış edəcəklər. İnsanı vəhşət bürüyəcək təəccüb edəcək və bütün bəhanələr kəsiləcəkdir.
Təfsirçilər bədən üzvlərini necə danışacağı barədə müxtəlif təfsirlər vermişlər. O cümlədən:
a) Allah qiyamət günü bütün bədən üzvlərinə danışıq qabiliyyəti verəcək. Onlar dilə gələrək hər şeyi düzünə deyəcəklər. Əlbəttə burada təəccüblü bir şey yoxdur. Çünki bir tikə ət parçasına (dilə və yaxud beyinə) danışıq qabiliyyəti verən Allah digər əzalara da bu qabiliyyəti verə bilər.
b) Bədən üzvləri heç bir şeyi dərk etmirlər, ancaq Allah onları danışmağa məcbur edəcək. Onlar da məcbur qalıb düzünü deyəcəklər.
v) Bədən üzvlərinin ömür boyu gördükləri əməllərin hamısı onların yanında olacaq və heç bir əməl yaddan çıxmayacaq.
Hər şeyin aşkar olacağı gündə (qiyamətdə) bu əməllər əldə, ayaqda və digər üzvlərdə zahir olacaq. Bu da bir növ şahidlikdir.
Sonuncu təfsir həyatımızda işlənilən bəzi cümlələrə bənzəyir. Məsələn deyilir: «Əynukə təşhədu bisihrik» «Gözünüzdən yuxusuzluq tökülür» və ya «Əlhiytanu təbki əla sahibid-dar» «Evin divarları ev sahibinin halına ağlayır».
Deməli, qiyamət günündə bədən üzvlərinin şəhadət verməsində şəkk-şübhə yoxdur. Bədən üzvləri hamısı birlikdə bir əmələ şəhadət verəcəklər, yoxsa hər üzv öz gördüyü əmələ? Ayələrdən belə başa düşülür ki, hər üzv öz elədiyi əmələ şəhadət verəcəkdir. Məhz bu səbəbdən Quranın digər ayələrində qulaq, göz və başqa üzvlərin şəhadət verməsindən söhbət açılmışdır. Məsələn «Fussilət» surəsinin 20-ci ayəsində deyilir:
«Nəhayət, onlar Cəhənnəmə gəldikdə də qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir».
Və ya «Nur» surəsinin 24-cü ayəsində deyilir:
«Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər».
Bəzi ayələrdə isə deyilir: «Onların ağızlarına möhür vuracağıq (və danışmağa qüdrətləri olmayacaqdır)».
Bu ayələr arasındakı fərqin səbəbi ola bilər bu olsun ki, əvvəl insanın dili möhürlənəcək. Digər üzvlər dilə gəlib şəhadət verdikdən sonra dil də məcbur olub həqiqəti iqrar və etiraf edəcək.
Başqa bir ehtimal budur ki, dilin qiyamət günü danışmasından məqsəd adi danışıq deyil, digər üzvlərin danışması kimi bir danışıqdır.
Bədən üzvlərinin şəhadət verməsi barədə sonuncu mətləb budur ki, bu üzüvlər kafir və günahkarların barəsində (əleyhinə) şəhadət verəcəklər və bu məsələ möminlərə aid deyil. İmam Baqir (ə) bu barədə buyurur:
«Möminin bədən üzvləri heç vaxt onun əleyhinə şəhadət verməyəcəklər. Bədən üzvləri Allahın əzabına düçar olanların (kafir və günahkarlar) əleyhinə şahid duracaqlar. Möminin nameyi – əmal onun sağ əlinə veriləcək (özü də onu oxuyacaq) Allah isə bu barədə buyurur: - Nameyi – əmalı sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çəyirdəyinin yarıdığındakı tel) qədərdə haqsızlıq edilməz. (İsra surəsi. 71-ci ayə).
Sonrakı ayədə Allah bu əzablardan bir neçəsinə işarə edir. Elə bir əzab ki, ola bilər Allah bu dünyada da insanı bu əzablara düçar və mübtəla edə. Allah buyurur: «Əgər istəsydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışırdılar. Amma (belə bir vəziyyətdə yolu necə görə bilərdilər? (Lakin biz onları dünyada belə bir korluğa mütəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər)».
Onlar öz evlərinin yoldunu tapa bilmirdilər. Həqiqət yolunu necə tapa bilərdilər?
Sonrakı ayədə isə belə deyilir:
«Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə, elə bir şəkilə salardıq ki, nə irəli nə də geri gedə bilərdilər.
«Fəstəbəqus – sirat» cümləsi həmişə getdikləri yolda bir-birbirindən qabağa getmək mənasınadır. Ola bilər yoldan azmaq və onu tapa bilməmək mənasına da olsun. Çünki lüğət alimləri demişlər: «fəstəbəqus – sirat» cümləminin mənası «cavəzuhu və tərəkuhu hətta zəlulu» yəni « yoldan döndülər və azğınlaşdılar» mənasınadır.
Ümumiyyətlə, bu ayədə deyilən əzabların hamısı dünyəvi əzablardır. Allah kafirləri qorxudaraq öz əməllərindən çəkinmələrini istəyir. Düzdür O, kafirləri dünyada bu əzablara düçar etməyib. Səbəbi də budur ki, ola bilər bəlkə onlar qəflət yuxusundan oyanıb hidayət yolunu tapdılar.
Başqa bir ehtimal budur ki, bu ayə qiyamət əzablarına işarədir. Həqiqətdə ötən ayələrdə deyilən əzablərın ardıdır. Allah qiyamət günü onların gözlərini tutaraq onları Cənnətin yolunu görməkdən məhrum edəcək. Bundan əlavə onrarı ruhsuz və cansız mücəssəmələrə çevirəcək. Belə olan halda artıq onlar nə irəli, nə də geryə hərəkət edə biləcəklər.
Ancaq təfsirçilərdən əksəri birinci təfsiri qəbul etmişlər.
Bu hissənin sonuncu ayəsində insanın ömrünün axırındakı cismi və əqli zəifliyinə işarə olunur. Bununla da Allah istəyir hidayət yolunu seçmədiklərinə görə bəhanələr gətirənlərə xəbərdarlıq etsin, həm də öz səhvlərini ömrün az olmasına bəhanə edənlərə cavab versin. Bundan əlavə bu ayə məada bir dəlildir. Necə ki, Allah qüvvətli və nəhəng bir insanı zəiflədib kiçik bir uşaq gününə salmağa qüdrəti var eləcə də qiyamətdə ölü insanları diriltməyə qüdrəti var. Ayədə deyilir:
«Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərdik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allah-ın hərşeyə qadir olduğunu) dərk etməzlərmi?
«Nunəkkishu» sözünün kökü «itənkis», leksik mənası isə bir şeyi tərsinə çevirməkdir. Elə çevirmə ki, baş ayağın yerinə, ayaq da başın yeriinə gəlib çıxar. Bundan məqsəd insanı uşaqlıq dövrünə qaytarmaqdır.
İnsan yaranışının əvvəlində (ana bətnindhə olarkən) zəif ğir məxluqdur. Yavaş-yavaş təkamülə tərəf qədəm götürür. Günü-gündən inkişaf edir. Doğulduqdan sonra da öz təkamülünə tərəf atdığı addımlara davavm edir. İlahi istedadları ardıcıl olaraq çiçəklənirlər. Cavanlıq dövrünə, sonra isə cismin ən son dövrünə qədəm qoyur. Bu mərhələdə ola bilər ruhla cisim bir-birindən ayrıla. Ruh öz hərəkətində daha da irəli gedə, cisim isə yavaş-yavaş geriyə qayıda. Bir müddətdən sonra əql də geriləməyə başlayır. Hərəkətlər, düşüncələr hətta bəhanələr də uşaq hərəkəti, uşaq düşüncəsi və uşaq gətirən bəhanələrdən olur. Cisim və bədən də uşaq bədəni kimi zəifləyir. Ancaq bir fərq var ki, bu uşaqlıq hərəkətləri uşaqlarda şirin, cazibəli görünür və onların həyatının çiçəklənməsinə işarədir, lakin həmən hərəkətlər qocalmış bir insanda xoşa gəlməz və nalayiqdir. Ola bilər nifrətə də səbə ola.
Doğrudan da insanın qabaqda elə günləri var ki, o günlərə dözüb səbir etmək çox çətindir.
Qurani-Məcid bu məsələyə «Həcc» surəsinin 5-ci ayəsində toxunaraq buyurur:
İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayar, sora sizə (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz–qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (Hətta ailə üzvlərini belə tanıya bilməzlər).
Məhz bu səbədən bəzi rəvayətlərdə 70 yaşlı insanlar «əsirullahi fil-ərz», yəni Allahın yerdəki əsirləri adlandırılmışdır.
«Əfəla yəqilun» cümləsi isə çox diqqətli bir xəbərdarlıqdır. Bu cümlə xəbərdarlıq edərək bildirir ki, ey insanlar! Sizin bu qüdrət və bacarığınız sizin özünüzün olsaydı onu çətinliklə sizdən alardıq. İndi ki, Biz asanlıqla bu qüdrəti sizin əlinizdən alırıq deməli deməli bu qüdrət sizin özünüzün deyil. Allah tərəfindən bir əmanət olaraq sizlərə verilmşdir və istənilən zamanda da təhvil alınacaqdır. Bunu da bilməlisiniz ki, sizin başınızın üzərinədə hər şeyə qadir olanğir «əl» vardır.
Nə qədər ki, bu mərhələyə çatmamısınız özünüzü düzəldin. Gülüstanınızın gülləri solmamış, bu güllərdən bacardığınız qədər yığın. Axirət dünyasının uzun yolu üçün özünüzə azuqə yığın. Qocaldıqdan sonra əlinizdən heç bir şey gəlməyəcəkdir.
İslam peyğəmbəri həzrəti Muhamməd(s. ə. v. v.) həzrət Əbuzərə belə bir tövsiyə edir:
«Beş şeyin beş şeydən qabaq qədrini bil. Cavanlığının qocalmamışdan, sağlamlığının xəstələnməmişdən, ehtiyacsızlığının möhtac olmamışdan, xətircamlığının giriftarçılıqdan və sağlığının ölməmişdən qabaq qədrini bil».
Şair bu məzmunda belə bir şer deyir: Bir cavan qocaya belə dedi:
Qocalığınla güzəranın necədir?
Dedi bu çox gizli bir sirrdir
Bunu qocalmamışdan qabaq başa düşməzsən
Sən öz qüdrətindən kimə deyirsən
Mənim qüdrətsizlik dövrümdən nə soruşursan?
Mən əlimdən müftə verdiyim bahalı sərvəti
Sən çalış müftə əlindən vermə.