1 . Ələm müctəhidi tanımağın yolları :

  • İnsanın özü bir şəxsin ələm olmasına yəqinlik və ya xatircəmlik tapsın. Məsələn, özü bu sahədə mütəxəssis olub ələm müctəhidi tanıya bilsin.
  • Ələm müctəhidi başqalarından seçə bilən iki adil və alim şəxs hər hansı bir müctəhidin ələm olmasını təsdiq etsinlər.
  • Bir müctəhidin ələm olması camaat arasında o qədər məşhur olsun ki, insan üçün yəqinlik, yaxud xatircəmlik hasil olsun.

2. Müctəhidin fətvasını əldə etməyin yolları:

  • Müctehidin özündən eşitmək;
  • İki, yaxud bir nəfər adil şəxsdən eşitmək;
  • İnsanın etibar etdiyi bir nəfərdən eşitmək;
  • Müctehidin risaləsində hökmü görməklə;

3-Əgər bir məsələdə ələm müctehidin fətvası olmasa, müqəllid həmin məsələdə fətvası olan digər bir müctehidə müraciət edə bilər, vacib ehtiyata görə fətvasına rücu etdiyi müctehid sair müctehidlərdən ələm olmalıdır.

4-Əgər müctehidin hər hansı bir məsələdəki fətvası dəyişsə, onun yeni fətvasına əməl olunmalıdır və əvvəlki fətvasında qalmaq caiz deyildir.

5- İnsanın çox zaman qarşılaşdığı və ehtiyac duyulan hökmləri öyrənməsi vacibdir.

Mükəlləf

Əhkama əməl etməsi vacib olan şəxsə mükəlləf deyilir.Mükəlləfin iki şərti vardır: aqilbaliğ olmaq.

Aqil – yəni əqli cəhətdən sağlam olan insan. Deməli ruhi xəstələr istisnadırlar.

Baliğ – yəni həddi-buluğa yetişmiş insan. Deməli uşaqlar baliğ deyillər.

H əddi-büluğ yaşı

Oğlanlar 15 yaşlarını və qızlar isə 9 yaşlarıni tamamladıqda həddi buluğa yetişirlər. Bundan sonra onlar bütün şərii vəzifələrinə əməl etməlidirlər. Lakin bu yaşdan az olan uşaqlar əgər namaz kimi yaxşı işləri düzgün şəkildə yerinə yetiriblərsə onun savabını alacaqlar. Ancaq diqqət etməliyik ki, təyin olunan yaş hədləri mütləq qəməri təqvimi ilə hesablanır. Çünki, hər bir qəməri ili şəmsi ilindən on gün və on səkkiz saat azdır. Yəni hər bir qəməri il 354 gün və altı saatdan ibarətdir.

Deməli 9 il şəmsi ilindən 96 gün 18 saat azaldılsa, qəməri ililə 9 il və 15 il şəmsi ilindən 161 gün 6 saat azaldılsa, qəməri illə 15 il hasil olur.

Vacib ehtiyatla müstəhəbb ehtiyat arasındakı fərq :

Ehtiyat müstəhəbb –fətva ilə yanaşı olan ehtiyatdır. Yəni o məsələdə müctəhid nəzərini açıqladıqdan sonra ehtiyat yolunu da göstərir. Müstəhəbb ehtiyatda müqəllid ya həmin ehtiyata, yaxud onunla yanaşı fətvaya əməl etməlidir. Həmin məsələdə başqa müctehidə müraciət edə bilməz. Bu məsələdəki kimi:

Əgər şəxs paltarının və ya bədəninin nəcis olmasını bilməsə və namazdan sonra anlasa,namazı düzdür. Amma ehtiyat budur ki, əgər vaxt varsa namazını təkrar qılsın.

Ehtiyat vacib –fətva olmayan ehtiyatdır.

Ehtiyat vacibdə müqəllid həm həmin ehtiyata əməl edə bilər, həm də başqa müctehidin fətvasına müraciət edə bilər. Bu məsələdəki kimi: Ehtiyata əsasən təzə (göy) olan üzüm ağacının yarpağına səcdə olunmasın.