Əvvəlki dərsdə bəyan olundu ki, aləmdə bir neçə şey istisna olmaqla hər bir şey pakdır, lakin pak şeylər də nəcis şeylərə toxunmaqla nəcis ola bilər, o zaman ki, onlardan biri (pak şey, yaxud nəcis şey) rütubətin birindən digərinə keçə biləcəyi tərzdə yaş olsa.
1-Əgər pak şey nəcis bir şeyə toxunsa və onlardan biri rütubətin birindən digərinə sirayət edə biləcəyi tərzdə yaş olsa pak şey də nəcis olur.
2-Aşağıdakı hallarda paklığa hökm olunur:
* Pak şeylə nəcis şeyin bir-birinə toxunub-toxunmamasını bilməsə;
* Pak və nəcis şeyin yaş olub-olmamasını bilməsə;
* Rütubətin birindən digərinə sirayət edib-etməməsini bilməsə;
Bir neçə məsələ:
1-Nəcis bir şeyin yeyilməsi və ya içilməsi haramdır.
2-Əgər insan bir şəxsin nəcis şey yediyini, yaxud nəcis libasda namaz qıldığını görsə, ona deməsi lazım (vacib) deyildir.
3-İnsan pak bir şeyin nəcis olub-olmamadığında şəkk etsə pakdır, o şeyin nəcis və ya pak olmasını başa düşə bilərsə belə bu barədə axtarış axtarması da lazım deyildir. Hətta o şeyin nəcis və ya pak olduğunu anlamaq iqtidarında olsa da belə.
Mütəhhirat (pak edicilər)
Nəcis şeylər necə pak olur ?
Zatən nəcis olmayan bütün nəcis şeylər paklanır. Pakedicilər aşağıdakılardan ibarətdir:
1-Su;
2-Torpaq;
3-Günəş;
4-İslam;
5-Nəcasətin aradan qaldırılması;
Su nəcis şeylərin çoxunu paklayır, onun müxtəlif qismləri vardır ki, onları tanınması bununla əlaqədar məsələlərin daha yaxşı öyrənməsinə kömək edir.
Muzaf su : Muzaf su ya bir şeydən alınan (alma və qarpız suyu kimi) və ya bir şeylə qarışaraq artıq kürr su deyilməyən sudur (şərbət kimi şeylər).
Mütləq su : Muzaf su olmayan sulara mütləq su deyilir.
Muzaf suyun hökmləri
1-Nəcis bir şeyi paklamır (mütəhhiratdan deyildir).
2-Nəcasətə toxunduqda özü də nəcis olur, hətta nəcasət az olsa və suyun iyi, dadı və rəngi dəyişməsə belə;
3-Onunla dəstəmaz və qüsl düzgün deyildir.
Mütləq suyun qismləri
Su ya yerdən qaynayır;
Yaxud səmadan yağır;
Yaxud da nə yerdən qaynayır, nə də göydən yağır.
Göydən yağan suya yağış deyilir.
Yerdən qaynayan su əgər cərəyanda olsa ona cari (axar) su deyilir, əgər cərəyanda olmasa ona quyu suyu deyilir.
Yerdən qaynamayan, göydən yağmayan suya “ rakid” su deyilir.
Əgər rakid suyun miqdarı çox olsa kürr, az olsa qəlil su adlanır.
Kürr suyun miqdarı
Həcmi : 42,875 qarış: eni, uzunluğu və hündürlüyünün hər biri heç olmazsa üç qarış yarım olan qaba tökülərək onu dolduran su kürr miqdarındadır.
Çəkisi : 377, 419 kloqram.
Qəlil suyun miqdarı :
Kürrdən az olan su qəlildir.
Çirklilikləri və nəcasəti yalnız mütləq su pak edir. Muzaf suyun çirkli bir şeyi təmizləməsi mümkündür, lakin nəcis şeyi heç vaxt pak etməz.
Gələn dərsdə mütləq suların hökmləri, onlarla nəcis şeyləri necə paklamağı öyrənəcəyik.