Q əlil su:
1-Qəlil su nəcasətə toxunmaqla nəcis olur (yəni nəcis bir şeyin üstünə tökülsə, yaxud nəcis şey ona dəysə).
2-Əgər kürr, yaxud cari (axar) su nəcis olmuş qəlil suya birləşib onunla qarışsa nəcis su paklanır (məsələn: nəcis olmuş qabdakı qəlil su kürr mənbəyinə birləşən kranta birləşdirilsə və suyu onun üzərinə açıb onunla qarışdırsalar).
Kürr, cari və quyu sularının hökmləri
1-Qəlil sudan başqa mütləq suların bütün qismləri nəcasətin iy, dad və rəngini özünə almayınca pakdır. Əgər su, nəcasətə toxunmaq nəticəsində onun iyini və yaxud dadını özünə götürsə nəcis olur. (Buna əsasən bu hökmdə cari su, quyu suyu, kürr suyu, hətta yağış suyu da müştərəkdir.)
2-Kürr mənbəyinə birləşən Böyük binaların su boruları kürr suyunun hökmündədir.
Yağış suyunun bəzi xüsusiyyətləri
1-Əgər yağış üzərində nəcasətin eyni olmayan nəcis bir şeyin üstünə bir dəfə yağsa, o şey paklanar.
2-Əgər yağış nəcis paltar və fərşin (xalça, palaz) üzərinə yağsa paklanar və onu sıxmaq vacib deyildir.
3-Əgər yağış nəcis olmuş torpağın üstünə yağsa pak olar.
4-Əgər yağış suyu bir yerdə toplansa, kürrdən az olsa belə yağış yağan müddətdə nəcis şeyi onda yusalar, nəcasətin iyi, dadı və yaxud rəngini özünə götürməyincə pakdır.
Sularda şəkkin hökmləri
1-Kürr miqdarında olub-olmaması məlum olmayan bir qədər su nəcasətə toxunmaqla nəcis olmur, lakin kürr suyunun sair hökmlərinə malik deyildir.
2-Əvvəllər kürr suyu miqdarında olan, sonra isə qəlil su olub-olmamasında şəkk edilən su kürr su hökmünə malikdir.
3-Pak və ya nəcis olması məlum olmayan su pakdır.
4-Əvvəllər pak olan, sonradan nəcis olub-olmamasında şəkk edilən su pak hökmündədir.
5-Əvvəllər nəcis olan, sonra isə pak olub-olmaması məlum olmayan su nəcis su hökmündədir.
6-Əvvəllər mütləq olub sonradan muzafa çevrilib-çevrilmədiyi məlum olmayan su mütləq su hökmündədir.
Nəcis şeylərin su ilə paklanma qaydası
Həyat mayası olan su bir çox nəcasətləri paklayır. O pak edicilərdən sayılır və gündəlik onunla əlaqədar çoxlu məsələlər qarşıya çıxır.
İndi isə nəcis şeylərin su ilə necə paklanmasını öyrənirik.
Nəcis şeyin paklanması :
İzah :
a ) Nəcis şeyləri paklamaq üçün əvvəlcə onun üzərində olan nəcasətin eyni aradan qaldırılmalı, sonra yuxarıdakı cədvəldə qeyd olunan miqdarda suya çəkilməlidir. Məsələn: nəcis qab, nəcasət aradan qaldırıldıqdan sonra kürr suda bir dəfə yuyulsa kifayətdir.
b ) Suyu özünə çəkən və sıxılmağa qadir olan palaz, paltar, libas və onun kimi şeylər qəlil su ilə paklandıqda hər dəfə yuyulduqdan sonra daxilində olan suyun çıxması üçün sıxılmalı, yaxud başqa bir yolla onun suyu götürülməlidir. Kürr və cari suda da vacib ehtiyata görə su onun daxilini əhatə etməlidir.
c ) Nəcis şeylərin paklanmasının hökmlərində axar və quyu suyu kürr suyu kimidir.
Nəcis olmuş qabı aşağıdakı yolla paklamaq olar:
Kürr su ilə : O qabı kürr suya bir dəfə batırıb çıxartmaqla;
Qəlil su ilə : Onu üç dəfə su ilə doldurub boşaltmaq, yaxud üç dəfə bir miqdar suyu onun içinə töküb elə hərəkət etdirmək lazımdır ki, nəcis olmuş yerlərə çatsın və bundan sonra çölə töksünlər.