Bəzi vaxtlar namaz üçün (dəstəmazala yerinə yetirilməli olan hər bir iş üçün) qüsl etmək lazım gəlir. Yəni Allahın əmrinə itaət etmək üçün bədənin hər bir yeri yuyulmalıdır. İndi isə qüslun harada vacib olması və onun necə alınmasını bəyan edirik:
Qüslün tərif və qismlərini bəyan etdikdən sonra vacib qüsüllərin hər birinə aid olan məsələləri araşdırırıq.
cƏnabƏt qüslu
1-İnsan necə cünub olur?
2-Əgər məni öz yerindən hərəkət etsə, lakin çölə gəlməsə cənabətə səbəb olmaz.
3-Məninin xaric olduğunu bilən, yaxud xaric olan mayenin məni olduğunu bilən şəxs cünubdur və qüsl etməlidir.
4-Bir şəxs özündən xaric olan mayenin məni olub-olmamasını bilməsə, bu yaşlıq məninin əlamətlərinə malik olduqda cünubdur və bu haldan başqa hallarda cənabət hökmünə malik deyildir.
5-Məninin əlamətləri:
* Şəhvətlə çölə gəlsin;
* Təzyiqlə və sıçrayışla gəlsin;
* Çölə gəldikdən sonra bədən süstləşsin.
Buna əsasən bir nəfərdən bir su xaric olsa və o, onun məni olub-olmamasını bilməsə, sayılan işarələrin hamısına malik olsa cünubdur, əks halda cünub olmur. Hətta əgər bu əlamətlərdən biri mövcud olmasa belə. Qadın və xəstə şəxslər bu hökmdən istisnadır, onlarda bir nişanə – yəni məninin şəhvətlə çölə gəlməsi kifayətdir.
6-Müstəhəbdir ki, insan məni çölə gəldikdən sonra bövl etsin. Əgər bövl etməsə və qüsuldan sonra məni, yoxsa başqa bir rütubət olduğunu bilmədiyi bir rütubət xaric olsa məni hökmündədir.
cünub şƏxsƏ haram olan şeylƏr
* Bədənin hər hansı bir yerini Quranın yazılarına, Allahın adına və vacib ehtiyata görə peyğəmbərlərin, imamların və həzrəti Zəhranın (ə) adına vurmaq.
* Hətta bir qapısından daxil olub, digər qapısından çıxmaqla olsa belə, “Məscidul-həram”a və “Peyğəmbər” (s) məscidinə getmək.
* Sair məscidlərdə dayanmaq.
* Hətta məscidin çöl tərəfindən olsa belə bir şeyi məscidin içərisinə qoymaq.
* Vacib səcdəsi olan surələri oxumaq, hətta onun bir hərfi olsa belə.
*İmamların (əleyhimus-salam) hərəmində dayanmaq (ehtiyat vacibə görə).
Quranın səcdə olan surələri
*34-cü surə – “Səcdə” surəsi;
*41-ci surə – “Fussilət” surəsi;
*53-cü surə – “Nəcm” surəsi;
*96-cı surə – “Ələq” surəsi;
3-Əgər cünub olan şəxs məscidin bir qapısından daxil olub digər qapısından çıxsa (arada dayanmadan keçsə), eybi yoxdur. Amma “Məscidul-həram” və “Məscidun-Nəbi”də məscidin içindən keçmək də caiz deyil.
4-Əgər bir şəxs öz evində (həmçinin müəssisədə, yaxud idarədə) müəyyən bir yeri namaz üçün qərar versə, məscid hökmünə malik deyil.