1-Məkkədə yerləşən və Məscidul-həramda qərarlaşan Kəbə evi qiblədir.

2-Məkkədən kənarda, ondan uzaqda olan şəxs “üzü qibləyə dayanıb namaz qılır” - deyilə biləcək qədər üzü qibləyə dayansa, kifayətdir.

Namazda bədəni örtmək

Namaza başlamazdan əvvəl diqqət yetirilməli olan məsələlərdən biri də geyim məsələsidir. İndi geyimin miqdarını və onun şərtlərini bəyan edirik.

Geyimin miqdarı:

1-Kişilərdə: gərək övrətlərini örtsünlər, daha yaxşı olar ki, göbəkdən dizə qədər örtsünlər.

2-Qadınlar: Bütün bədənlərini örtməlidirlər, yalnız aşağıdakı yerlərdən başqa:

* Əlləri – biləyə qədər;

* Ayaqları – topuğa qədər;

* Üzünün dəstəmazda yuyulduğu miqdarı;

3-Qadınlar üçün əllərini, ayaqlarını və üzlərini əvvəlki məsələdə deyilən qədər örtmələri namazda vacib deyil. Ama onun örtülməsinin də eybi yoxdur.

4-Namaz qılanın paltarı aşağıdakı şərtlərə malik olmalıdır:

* Pak olmalıdır (nəcis olmamalıdır);

* Mübah olmalıdır (qəsbi olmamalıdır);

* Murdar olmuş heyvanın, məsələn islam şəriətinə uyğun olaraq kəsilməyə heyvanın hissələrindən olmamalıdır. Hətta qayış və papaq belə;

* Əti haram olan heyvandan olmamalıdır. Məsələn pələng, yaxud donuz dərisindən hazırlanmamalıdır;

* Namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızılla toxunulan olmamalıdır;

Yuxarıdakı şəraitdə ən çox insanların qarşısına çıxması mümkün olan birinci şərtdir. Çünki qəsbi və murdarın cinsindən olan paltarla namaz qılan çox nadir hallarda olur. Buna görə də birinci şərtin izahına başlayırıq.

Qeyd olunmalıdır ki, paltardan əlavə namaz qılanın bədəni də pak olmalıdır.

Aşağıdakı hallarda nəcis bədən, yaxud paltarla namaz qılmaq batildir:

* Qəsdən nəcis paltarla, yaxud bədənlə namaz qılsa, yəni bədən və ya paltarının nəcis olduğunu bilə-bilə həmin halda namaz qılarsa.

* Məsələni öyrənməkdə səhlənkarlıq etsə və məsələni bilmədiyinə görə nəcis paltar və libasla namaz qılmış olsa.

* Bədən və ya paltarın nəcis olduğunu bilirmiş, lakin namaz vaxtı bunu unutmuş və onunla namaz qılmışsa.

Aşağıdakı hallarda nəcis paltar və ya libasla namaz qıldıqda səhihdir

* Bədənin, yaxud paltarın nəcis olmasını bilməsə və namazdan sonra başa düşsə;

* Bədənində olan yara vasitəsilə bədəni, yaxud paltarı nəcis olsa və onu suya çəkmək, yaxud dəyişmək çətin olsa;

* Namaz qılanın paltarı və ya bədəni nəcis qana bulaşmış olsa, lakin onun həcmi dirhəmdən azdırsa;

* Nəcis paltar və ya bədənlə namaz qılmağa məcbur olsa. Məsələn onu paklamağa suyu olmasa;

Bir neçə məsələ:

Əgər namaz qılanın əlcək, corab kimi kiçik paltarları nəcis olsa, yaxud kiçik nəcis dəsmal onun cibində olsa, amma o, murdar olmuş heyvanın hissələrindən, yaxud əti haram olan heyvanlardan olmasa işkalı yoxdur.

2-Namazda əba və ağ paltar geyinmək, paltarların ən yaxşısını geymək, gözəl ətirdən istifadə etmək, əqiq üzük taxmaq müstəhəbdir.

3-Qara, çirkli və dar paltar, üstündə şəkil olan paltarı geymək və paltarın namaz üstündə düymələrin açıq olması məkruhdur.