İnsanın namaz qıldığı yer aşağıdakı şərtlərə malik olmalıdır :
* Mübah olmalıdır (qəsbi olmamalıdır);
* Hərəkətsiz olmalıdır (hərəkətdə olan avtomobil kimi olmamalıdır);
* Onun qiyam, rüku və səcdələrini səhih şəkildə yerinə yetirmək üçün dar və onun tavanı alçaq olmamalıdır.
* Səcdə halında alnını qoyduğu yer pak olmalıdır.
* Namaz qılınan yer nəcisdirsə, namaz qılanın bədəninə, yaxud paltarına sirayət edə biləcək tərzdə rütubətli olmamalıdır.
* Alnını qoyduğu yer (səcdə halında) dizlərinin yerindən və ehtiyat vacibə görə ayağının barmaqlarının yerindən dörd bağlı barmaq alçaq və ya uca olmamalıdır.
Namaz qılanın yerinin hökmləri
1-Qəsbi yerdə (məsələn ev sahibinin icazəsi olmadan daxil olduğu evdə) namaz qılmaq batildir.
2-Çarəsizlik halında hərəkət edən şeyin üzərində, məsələn qatarda və təyyarədə, eləcə də tavanı alçaq, yaxud yeri dar (səngər kimi) və kələ-kötür olan yerlərdə namaz qılmağın eybi yoxdur.
3-İnsan ədəb qaydalarına riayət edərək Peyğəmbərin (s) və imamların (ə) qəbirlərinin qabağında (arxası o qəbrə tərəf) namaz qılmamalıdır.
4-İnsanın namazı məsciddə qılması müstəhəbdir və islamda bu məsələ barəsində çoxlu tövsiyələr edilmişdir.
5-Məsciddə çox hazır olmaq və namaz qılmanın əhəmiyyəti barədə:
- Məscidə çox getmək müstəhəbdir;
- Çox namaz qılanı olmayan məscidə getmək müstəhəbdir;
- Məscidin qonşularının üzürlü səbəbi olmasa, məsciddən başqa yerdə namaz qılmamalı;
- Müstəhəbdir ki, insan məscidə getməyən şəxs ilə:
Yemək yeməsin, işlərində onunla məşvərət etməsin, onun qonşusu olmasın, ondan qız alıb qız verməsin.
NAMAZ ÜÇÜN HAZIRLIQ
Dəstəmaz , qüsl , təyəmmüm , namazın vaxtı , geyimi və məkanı öyrəndikdən sonra indi də namaz qılmanı öyrənməyə başlayaq .
Azan və iqamə
1-Namaz qılan şəxsin, gündəlik namazlardan qabaq əvvəlcə azanı, ondan sonra iqaməni deyib sonra namaza başlaması müstəhəbidir.
AZAN :
Allahu əkbər (4 dəfə).
Əşhədu əl-la ilahə illəllah (2 dəfə).
Əşhədu ən-nə Muhəmmədən Rəsuləllah (2 dəfə).
Əşhədu ən-nə Əliyyən vəliyyullah (2 dəfə).
Həyyə ələs-səlat (2 dəfə).
Həyyə ələl-fəlah (2 dəfə).
Həyyə əla xəyril-əməl (2 dəfə).
Allahu əkbər (2 dəfə).
La ilahə illəl-lah (2 dəfə).
İQAMƏ :
Allahu əkbər (2 dəfə).
Əşhədu əl-la ilahə illəllah (2 dəfə).
Əşhədu ən-nə Muhəmmədən Rəsuləllah (2 dəfə).
Əşhədu ən-nə Əliyyən vəliyyullah (2 dəfə).
Həyyə ələs-səlat (2 dəfə).
Həyyə ələl-fəlah (2 dəfə).
Həyyə əla xəyril-əməl (2 dəfə).
Qəd qamətis-səlat (2 dəfə).
Allahu əkbər (2 dəfə).
La ilahə illəl-lah (1 dəfə).
2-«Əşhədu ənnə Əliyyən vəliyyullah» cümləsi azan və iqamənin tərkib hissəsi deyildir. Lakin -«Əşhədü ənnə Muhəmmədən rəsulullah» cümləsindən sonra Allaha yaxınlaşmaq qəsdi ilə deyilsin.
Azan və iqamənin hökmləri:
1-Azan və iqamə namaz vaxtı daxil olduqdan sonra deyilməlidir. Əgər ondan əvvəl deyilərsə, batildir.
2-İqamə azandan sonra deyilməlidir, əgər ondan əvvəl deyilərsə, səhih olmaz.
3-Azan və iqamənin cümlələri arasında çox fasilə salınmamalıdır. Əgər onların arasında adi normadan artıq fasilə salınsa, yenidən (əvvəldən) deyilməlidir.
4-Əgər camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla namaz qılan şəxs öz namazları üçün azan və iqamə deməməlidir.
5-Müstəhəbb namazlarda azan və iqamə yoxdur.
6-Övladın dünyaya gəldiyi ilk gündə onun sağ qulağına azan, sol qulağına isə iqamə deyilməsi müstəhəbdir.
7-Azan demək üçün təyin olunan şəxsin ədalətli, vaxtı tanıyan və səsinin uca olması müstəhəbdir.