Qiraət

Gündəlik vacib namazların birinci və ikinci rəkətində əvvəlcə həmd, ondan sonra bütöv bir surə oxunmalıdır. Üçüncü və dördüncü rəkətlərində isə ya təkcə həmd surəsi, ya da üç dəfə təsbihati ərbəə oxunmalıdır. Əgər bir dəfə də oxunsa kifayətdir.

Həmd ( Fatihə ) surəsi

Bismillahir - rəhmanir - rəhim

«Əl-həmdu lil-lahi rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmid-din. İyyakə nə-budu və iyyakə nəstəin. İhdinəs-siratəl mustəqim. Siratəl-ləzinə ən-əmtə əleyhim. Ğəyril məğzubi əleyhim vələz-zallin».

Birinci və ikinci rəkətində Həmddən sonra bütöv başqa bir surə oxunmalıdır. Məsələn: Tövhid surəsi.

Tövhid ( İxlas ) surəsi

Bismillahir - rəhmanir - rəhim

«Qul huvəl-lahu əhəd. Allahus-səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd».

Namazın üçüncü və dördüncü rəkətlərində isə ya təkcə həmd surəsi, ya da üç dəfə təsbihati ərbəə oxunmalıdır. Əgər bir dəfə də oxunsa kifayətdir.

Təsbihati ərbəə :

“Subhanəllahi vəlhəmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbər.”

Qiraətin hökmləri

1-Namazın üçüncü və dördüncü rəkətinin qiraəti astadan oxunmalıdır. Lakin birinci və ikinci rəkətlərdə həmd surənin hökmü aşağıdakı kimidir:

2-Əgər namazı ucadan qılmalı olduğu yerdə qəsdən astadan, yaxud astadan qılmalı olduğu yerdə qəsdən ucadan qılarsa, namaz batildir. Amma əgər unutqanlıq, yaxud məsələni bilməməzlik üzündən olsa səhihdir.

3-Əgər həmd-surəni oxuyarkən səhv etdiyini anlayarsa (məsələn ucadan qılmalı olduğu yerdə astadan qıldığını bilsə), qıldığı hissələri yenidən oxuması lazım deyil.

4-İnsan namazı öyrənməli, onu səhv qılmamalıdır. Ümumiyyətlə səhih şəkildə öyrənə bilməyən şəxs necə bacarırsa o cür də qılmalıdır. Müstəhəbb ehtiyat budur ki, namazı camaatla qılsın.

5-Əgər insan bir kəlməni səhih hesab edir, məsələn təşəhhüddəki “əbduhu” kəlməsini “əbdəhu” olduğunu hesab edir və namazda da belə oxuyurdusa, sonra səhv oxuduğunu bilsə namazı yenidən qılması lazım deyil.

6-Aşağıdakı hallarda namaz qılan şəxs birinci və ikinci rəkətdə surəni oxumamalı yalnız “Həmd” ilə kifayətlənməlidir:

a) Namazın vaxtı az olsa;

b) Surəni oxumamağa məcbur olsa, məsələn surəni oxuyacağı təqdirdə oğru, yaxud yırtıcı heyvan, yaxud başqa bir şey ona xəsarət vuracaqsa;

7-Vaxtın azlığı şəraitində təsbihati ərbəəni bir dəfə demək lazımdır.

Qiraətin bəzi müstəhəbbləri

1-Birinci rəkətdə “Həmd”dən qabaq “Əuzu billahi minəş-şəytanir-rəcim” demək;

2-Zöhr və əsr namazının birinci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rəhim”i ucadan demək;

3-Həmd-surəni (ayələrini) bir-birindən fasiləli demək və hər bir ayənin axırında vəqf etmək, yəni onun axırını sonrakı ayənin əvvəlinə birləşdirməmək;

4-Həmd və surəni oxuyan zaman onun mənalarına diqqət yetirmək;

5-Bütün namazların birinci rəkətində “İnna ənzəlna”, ikinci rəkətində isə “Qul huvəllahu əhəd” surəsini oxumaq.

Zikr

Rüku və səcdənin vaciblərindən biri zikr, yəni “Subhanəllah”, yaxud “Əllahu əkbər” kimi zikrləri deməkdir. Bunun əlavə şərti sonradan qeyd olunacaq.