R uku

1-Namaz qılan şəxs hər rəkətdə, qiraətdən sonra əllərini dizinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ ruku deyilir.

Rukunun zikri

Rukuda hər hansı zikr deyilsə kifayətdir, lakin vacib ehtiyat budur ki, üç dəfə “Subhənəllah”, ya bir dəfə “Subhanə rəbbiəl-əzimi və bihəmdih”dən az olmasın.

Rukuda bədənin aram olması

1-Rukuda vacib zikr deyilən zaman bədən aram olmalıdır.

2-Əgər ruku miqdarına əyilməzdən və bədəni aram olmazdan qabaq qəsdən rukunun zikrini desə, namazı batildir.

3-Əgər vacib zikrin tamam olmasından qabaq qəsdən rukudan qalxsa, namazı batildir.

Rukudan sonra qalxmaq və bədənin hərəkətsiz olması

Rukunun zikri tamam olduqdan sonra qalxmaq və bədən hərəkətsiz, aram olduqdan sonra səcdəyə getmək lazımdır. Əgər qalxmazdan əvvəl, yaxud bədən aramlaşmamışdan qabaq qəsdən səcdəyə getsə namazı batildir.

Adi qaydada ruku edə bilməyən şəxsin vəzifəsi

1-Tam ruku miqdarında əyilə bilməyən bir şəxs bacardığı qədər əyilməlidir;

2-Ümumiyyətlə əyilə bilməyən şəxs, oturan halda ruku etməlidir;

3-Oturan halda ruku edə bilməyən şəxs ayaq üstə namaz qılmalı və ruku üçün başı ilə işarə etməlidir.

Rukunun bəzi müstəhəbləri

1-Rukunun zikrini 3, 5, 7, hətta daha artıq təkrarlamaq müstəhəbdir;

2-Rukuya getməzdən əvvəl düz dayandığı halda təkbir deməsi müstəhəbdir;

3-Ruku halında iki ayaqların arasına (yerə) baxmaq müstəhəbdir;

4-Rukunun zikrindən əvvəl, yaxud sonra salavat göndərmək müstəhəbdir;

5-Rukudan sonra ayağa qalxıb bədən aram olduqdan sonra “Səmiəllahu limən həmidəh” demək müstəhəbdir.

Səcdələr

1-Namaz qılan şəxs müstəhəbb və vacib namazlarının hər rəkətində iki səcdəni yerinə yetirməlidir.

2-Səcdə belədir ki, namaz qılan şəxs alnını, iki əlinin içini, dizlərini və ayağının baş barmaqlarının ucunu torpağa qoysun.