Quranın vacib səcdələri

1-Quranın dörd surəsində səcdə ayəsi vardır, belə ki, insan əgər o ayəni oxusa, yaxud başqası oxuyan zaman ona qulaq assa, o ayə tamam olduqdan sonra dərhal səcdə etməlidir.

2-Quranın vacib səcdəsi olan surələr aşağıdakılardır:

1-32-ci surə – “Səcdə” surəsinin 15-ci ayəsi;

2-41-ci surə – “Fussilət” surəsinin 37-ci ayəsi;

3-53-cü surə – “Nəcm” surəsinin axırıncı ayəsi;

4-96-cı surə – “Ələq” surəsinin axırıncı ayəsi;

3-Əgər bu səcdəni unutsa, hər vaxt yadına düşsə, gərək səcdə etsin.

4-Əgər səcdə ayəsini maqnitafon lentindən eşitsə, səcdə etməsi vacib deyil.

5-Əgər səcdə ayəsinin mikrofondan, yaxud televizordan və ya radiodan eşitsə, əgər insanın səsini çatdırırsa və lent yazısından istifadə olunmursa, yəni səsin efirə buraxıldığı zaman bir şəxs ayəni oxuyursa və bununla da onun səsini başqa yerə çatdırırsa, səcdə etmək vacibdir.

6-Bu ayələr üçün səcdə edilən zaman alnı yeyilən və geyilən şeylərin üstünə qoyub səcdə etmək olmaz, lakin səcdənin sair şərtlərini riayət etmək vacib deyil.

7-Bu səcdədə zikr demək vacib deyil, müstəhəbdir.

8-Təşəhhüd

-Vacib namazların ikinci rəkətində və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədən hərəkətsiz olduğu zaman təşəhhüd, yəni aşağıdakı kəlmələr deyilməlidir:

Əşhədu əlla ilahə illəllah , vəhdəhu la şərikə ləh , əşhədu ənnə Muhəmmədən əbduhu rəsuluh . Əllahummə səlli əla Muhəmmədin ali Muhəmməd

9-Salam

1-Hər namazın axırıncı rəkətində təşəhhüddən sonra salam demək və namazı sona çatdırmaq lazımdır.

2-Namazın vacib miqdarı aşağıdakı iki cümlədir:

* Əssəlamu əl ə yna əla ibadillahissalihin ;

* Əssəlamu ələykum rəhmətullahi bərəkatuh ;

3-Bu iki salamdan əvvəl aşağıdakı cümləni demək müstəhəbdir:

* Əssəlamu ələykə əyyuhən - Nəbiyyu rəhmətullahi bərəkatuh .

Və yaxşı olar ki, hər üçünü də desin.

10-Tərtib

Namaz bu tərtiblə (ardıcıllıqla) qılınmalıdır: Təkbirətul-ehram, qiraət, ruku, səcdə, ikinci rəkətdə səcdədən sonra təşəhhüd oxumaq və axırıncı rəkətdə təşəhhüddən sonra salam vermək;

11- Muvalat

1-Muvalat dedikdə namazın hissələrinin bir-birinin ardınca yerinə yetirilməsi və onların arasında fasilə salınmaması nəzərdə tutulur.

2-Əgər namazın hissələri arasında “namaz qılır” deyilməyəcək qədər fasilə salınsa, namazı batildir.

3-Ruku və səcdələri uzatmaq və böyük surələr oxumaq muvalatı pozmur.

Qunut:

1-Namazın ikinci rəkətindəki həmd və surədən sonra və rukudan əvvəl qunut tutmaq, yəni əlləri qaldırıb üzün qarşısında saxlamaq və zikr və ya dua etmək müstəhəbdir.

2-Qunutda hər bir zikr, hətta bir dəfə “subhanəllah” deyilsə belə kifayətdir. Aşağıdakı duanı da oxumaq olar:

Rəbbəna atina fiddunya həsənətən fil - axirəti həsənətən qina əzabənnar .”

Namazın təqibatı

Namaz bəhsində təqibat dedikdə, namazın salamından sonra zikr, dua və Quran oxumaq nəzərdə tutulur.

1-Yaxşı olar ki, insan təqibat halında üzü qibləyə olsun;

2-Təqibatın ərəbcə olması vacib deyil, lakin yaxşı olar ki, dua kitablarında göstəriş verilən şeylər oxunsun;

3-Həzrəti Zəhra (ə)-ın təsbihini demək, yəni 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “Əlhəmdu lillah”, 33 dəfə “Subhanəllah” demək müstəhbdir.