Müsəlmanların həftəlik yığıncaqlarından biri cümə namazıdır. Namaz qılanlar cümə günündə zöhr namazının yerinə cümə namazı qıla bilərlər.

Cümə namazının əhəmiyyəti

Mərhum imam Xomeyni cümə namazının əhəmiyyəti barəsində belə yazır: «Cümə namazı və onun iki xütbəsi həcc, qurban və fitr bayramları namazı kimi müsəlmanların böyük mərasimlərindəndir, lakin çox təəssüflə, müsəlmanlar bu ibadətin mühüm siyasi vəzifələrindən qafildirlər, halbuki insan İslamın siyasi, ictimai və iqtisadi məsələlərinə azacıq diqqət yetirməklə anlayır ki, İslam siyasət dinidir və dini siyasətdən ayrı hesab edənlər nə İslamı, nə də siyasəti başa düşməyən nadanlardır».

Cümə namazının qılınma qaydası

Vacibləri

Cümə namazı sübh namazı kimi iki rəkətdir, lakin onun iki xütbəsi vardır ki, imam cümənin vasitəsilə namazdan qabaq söylənilir.

Müstəhəbləri

1-Həmd və surənin uca səslə (imam cümənin vasitəsilə) oxunması;

2-Birinci rəkətdə Həmd surəsindən sonra “Cümə” surəsinin oxunması (imam cümə tərəfindən);

3-İkinci rəkətdə Həmddən sonra “Münafiqun” surəsini oxumaq (imam cümənin vasitəsilə);

4-İki qunut tutma: biri birinci rəkətdə rukudan əvvəl, digəri isə ikinci rəkətdə rukudan sonra.

Cümə namazının şərtləri

1-Camaat namazında riayət olunmalı şərtlərin hamısı cümə namazında da şərtdir.

2-Cümə namazı camaat şəklində qılınmalıdır və fürada səhih deyildir.

3-Cümə namazının təşkil olunması üçün lazım olan ən aşağı say beş nəfərdir: biri imam, dördü isə məmum.

4-İki cümə namazı qılınan yer arasında ən aşağısı bir fərsəx fasilə olmalıdır.

Xütbələri oxuyarkən imam cümənin vəzifələri

1-Allaha Həmd səna etmək;

2-Peyğəmbəri Əkrəm (s)-ə və müsəlmanların imamlarına salavat göndərmək;

3-İnsanları Allah qarşısında təqvalı olmağa, günahlardan çəkinməyə tövsiyə etmək;

4-Quranın kiçik surələrindən birini oxumaq;

5-Allahdan mömin kişi və qadınlar üçün bağışlanmaq diləmək.

Yaxşı olar ki, aşağıdakı mətləbləri də bəyan etsin:

1-Müsəlmanların dünya və axirət həyatında ehtiyac olduğu şeyləri;

2-Camaatı dünyada baş verən, müsəlmanların xeyrinə və ya zərərinə olan işlərdən agah etmək;

3-Müsəlmanların istiqlaliyyət və azadlığı yolunda rol oynayan iqtisadi və siyasi məsələləri, eləcə də onların sair millətlərlə davranış tərzi;

4-Müsəlmanları, zalım və istismarçı dövlətlərin onların iqtisadi və siyasi işlərinə dəxalətindən agah etmək.

Cümə namazı qılanların vəzifəsi

1-Vacib ehtiyata əsasən xütbələrə qulaq asmalıdır;

2-Müstəhəbb ehtiyata görə danışmaqdan çəkinməlidir, əgər danışmaları xütbələrin faydasının aradan getməsinə və ya onların qulaq asmamasına səbəb olarsa tərk olunması vacibdir.

3-Ehtiyat müstəhəbb budur ki, xütbə deyilən zaman dinləyicilər üzlərini imam cüməyə tərəf tutub otursunlar, namazda icazə verilən miqdardan artıq o tərəfə bu tərəfə baxmasınlar.

Bayram namazı

«Qurban» və «Fitr» bayramlarına məxsus namazları qılmaq müstəhəbdir.

BAYRAM namazının vaxtı

1-Bayram namazının vaxtı günəş çıxandan zöhrə qədərdir.

2-Müstəhəbdir ki, Qurban bayramı namazını gün qalxandan sonra qılsınlar.

3-Müstəhəbdir ki, Fitr bayramında gün qalxandan sonra iftar edib, fitrə zəkatını versinlər, sonra namaz qılsınlar.

Bayram namazının qılınma qaydası

Qurban və Fitr bayram namazı iki rəkətdir və doqquz qunutu vardır, aşağıdakı şəkildə qılınır:

* Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir demək, hər təkbirdən sonra bir qunut tutmaq və beşinci qunutdan sonra digər bir təkbir deyib ruku və səcdəni yerinə yetirmək lazımdır.

* İkinci rəkətdə Həmd və surədən sonra dörd təkbir deyib hər təkbirdən sonra bir qunut tutmaq, dördüncü qunutdan sonra digər bir təkbir deyərək ruku, səcdə, təşəhhüd və salamı deyərək namazı sona çatdırmaq lazımdır.

* Bayram namazının qunutunda hər dua və zikr oxunsa kifayətdir, lakin yaxşı olar ki, savab ümidi ilə aşağıdakı dua oxunsun:

Allahummə əhləl - kibriyai vəl - əzəməti əh l əl - cudi vəl - cəbərut . əhləl - əfvi vər - rəhməti əhlət - təqva vəl - məğfirəti əsəlukə bi həqqi hazəl - yovm . Əlləzi cəəltəhu lil - musliminə iyda . li Muhəmmədin səlləllahu ələyhi alihi zuxrən şərəfən kəramətən məzida . Ən tusəlliyə əla Muhəmmədin Ali - Muhəmməd ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən Alə Muhəmməd . ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən Alə Muhəmməd . Sələvatukə ələyhi ələyhim . Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs - salihun , əuzu bikə mimməstəazə minhu ibadukəl - muxləsun .”