v Sübh azanına qədər cənabətli qalmaq :

Əgər cünub şəxs sübh azanına qədər qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu təqdirdə təyəmmüm etməsə, bəzi hallarda orucu batil olur. O cümlədən:

1-Əgər sübh azanına qədər qəsdən qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm etmək olduğu halda təyəmmüm etməsə:

* Ramazan günlərində və qəza orucunda: orucu batildir.

* Qalan günlərdə: orucu səhihdir.

2-Əgər qüslu, yaxud təyəmmümü unutsa, bir, yaxud bir neçə gündən sonra yadına düşsə:

* Ramazan ayının günlərində: o günləri qəza etməlidir .

* Ramazan ayının qəzasını tutduğu günlərin orucunda: vacib ehtiyata görə o günləri qəza etməlidir.

* Ramazan ayından və onun qəzasından başqa oruclarda, məsələn nəzr və kəffarə orucu kimi: orucu səhihdir.

3-Əgər oruc tutan şəxs yuxuda cünub olsa, dərhal qüsl etməsi vacib deyildir və orucu səhihdir.

4-Əgər Ramazan ayının gecəsində cünub olan şəxs sübh azanından qabaq qüsl etmək üçün oyanmayacağını bilirsə yatmamalıdır, əgər yatsa və oyanmasa orucu batildir.

Oruc tutana məkruh olan işlər

1-Zəifliyə səbəb olan işlər görmək, məsələn qan vermək;

2-Ətirli gülləri, bitkiləri iyləmək (ətir vurmaq məkruh deyil);

3-Bədənində olan paltarı islatmaq;

4-Yaş çubuqla dişləri qurdalamaq, yaxud misvak vurmaq.

Orucun qəza və kəffarəsi

* Orucun qəzası

Əgər bir şəxs orucu vaxtında tutmasa onun qəzasını başqa gündə tutmalıdır. Vaxtı keçəndən sonra yerinə yetirilən oruca qəza orucu deyilir.

* Orucun kəffarəsi

Kəffarə – orucu batil etmək üçün təyin olunan cərimədir və aşağıdakılardan ibarətdir:

* Bir qul azad etmək;

* Otuz bir günü ardıcıl tutulmaq şərtilə iki ay oruc tutmaq;

* 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə bir müdd təam vermək.

Kəffarə vacib olan bir şəxs bu işlərdən birini görməlidir. Müasir dövrdə fiqhi mənada olan qul tapılmadığından ikinci və ya üçüncü işləri görməlidir. Əgər bunların heç biri müyəssər olmazsa, bacardığı qədər fəqirlərə təam verməlidir. Əgər ümumiyyətlə təam verə bilməsə istiğfar etməlidir.

Aşağıdakı hallarda orucun qəzası vacibdir , lakin kəffarəsi yoxdur :

1-Qəsdən qusarsa;

2-Ramazan ayında cənabət qüslnu unudub, cənabət halında bir və ya bir neçə gün oruc tutarsa;

3-Ramazan ayında sübh olub-olmaması barədə axtarış aparmadan orucu batil edən işlərdən görərsə, məsələn su içsə daha sonra sübh olduğu məlum olsa;

4-”Sübh olmayıbdır” deyən bir şəxsin sözünə əsasən orucu batil edən bir iş görə və sonra sübh olması məlum olsa;

* Əgər oruc tutan şəxs Ramazan ayının orucunu tutmasa, yaxud onu qəsdən batil etsə, qəza və kəffarə vacib olar.


XXXIV DƏRS

Orucun qəza və kəffarəsinin hökmləri

1-Orucun qəzasını dərhal tutmaq vacib deyil, lakin ehtiyat vacibə görə sonrakı ilin Ramazan ayına qədər tutulmalıdır.

2-Əgər bir neçə Ramazan ayının qəzası olsa, hansını əvvəldə tutsa eybi yoxdur. Lakin əgər axrıncı Ramazan ayının orucunun qəzasının vaxtı azalsa, məsələn axrıncı Ramazan ayından on gün qəzası olsa və Ramazan ayına da on gün qalmış olsa əvvəlcə onun qəzasını tutmalıdır.

3-İnsan kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməməlidir, amma onu dərhal yerinə yetirməsi vacib deyil.

4-Əgər insana kəffarə vacib olsa və bir neçə il üstündən keçsə və onu yerinə yetirməsə ona heç bir şey əlavə edilmir.

5-Əgər səfər kimi üzürlü səbəblərə görə oruc tutmasa və Ramazan ayından sonra üzrü aradan qalxsa, sonrakı ilin Ramazan ayına qədər onun qəzalarını qəsdən tutmazsa qəzasından əlavə hər gün üçün bir müdd təam da fəqirə verməlidir.

6-Əgər oruc tutan şəxs haram bir işlə, məsələn istimna ilə orucu batil edərsə, ehtiyat vacibə görə cəm kəffarəsi verməlidir. Yəni bir qul azad etməli, iki ay oruc tutmalı və 60 fəqirə təam verməlidir. Əgər hər üçü mümkün olmazsa, mümkün olanını yerinə yetirməlidir.

Aşağıdakı hallarda qəza vacibdir , kəffarə :

1-Həddi-büluğa çatmamışdan qabaq tutmadığı oruclar;

2-Təzə müsəlman olan şəxsin kafirlik halında tutmadığı oruclar; yəni bir kafir müsəlman olsa keçmişdəki oruclarının qəzası vacib deyildir.

3-Qocalığa görə Ramazan ayında oruc tuta bilməyən Ramazan ayından sonra da onun qəzasını da tuta bilməyən bir şəxsə oruc tutmaq çətindirsə, hər gün üçün bir müdd təam fəqirə verməlidir.

Ata-ananın orucunun qəzası

Atanın vəfatından sonra onların böyük oğlu qəzaya getmiş namaz və oruclarını yerinə yetirməlidir. Ehtiyat müstəhəbb budur ki, ananın da qəza oruc-namazlarını yerinə yetirsin.

Müsafirin orucu

Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir o səfərdə oruc tutmamalıdır, lakin onun qəzasını sonradan tutmalıdır. Namazını bütöv qılan müsafir, məsələn peşəsi səfər olan şəxs, səfərdə oruc tutmalıdır.

Səfər edən şəxsin orucunun hökmləri

Diqqət: Ramazan ayında səfərə getməyin işkalı yoxdur, amma əgər orucdan boyun qaçırmaq üçün olarsa, məkruhdur.

FİTRƏ ZƏKATI

Hər kəs mübarək Ramazan ayı sona çatdıqdan sonra – Fitr bayramı günündə öz malının bir miqdarını fitrə zəkatı adı ilə fəqirə verməlidir.

FİTRƏ ZƏKATININ MİQDARI

Şəxsin özü və onun çörək yeyəni olan şəxslərin hər biri üçün, məsələn, həyat yoldaşı, övlad və s. bir sa (təqribən 3 kilo).

FİTRƏ ZƏKATININ NÖVÜ

Fitrə zəkatı buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi şeylərdən olmalıdır. Həmçinin əgər bunlardan birinin pulunu versə kifayətdir.