Böyük Allah insanların istifadə etməsi üçün gözəl təbiət, heyvanlar, meyvələr və göyərtiləri onların ixtiyarında qoymuşdur ki, yeyib-içmək, geymək, yaşamaq və sair ehtiyacları üçün onlardan istifadə etsinlər. Lakin insanların canının, sağlamlığının və ruhunun qorunması, nəslin artırılması və başqalarının hüququna ehtiram qoyulması üçün müəyyən qayda-qanunlar qərar vermişdir ki, bu dərsədə yeməlilər və içməlilərlə əlaqədar onların bəzilərini qeyd edirik.
· Bitki mənşəli yeməklər
Bütün meyvələr və göyərtilər halaldır, yalnız insanın bədəni üçün zərəri olanlar haramdır.
· Heyvan mənşəli yeməklər
Bir neçə məsələ :
1-Bütün yırtıcıların əti haramdır, hətta yırtıcılıq baxımından tülkü kimi zəif olsalar belə;
2-Dovşan ətini yemək haramdır;
3-Bütün həşərat növləri haramdır.
· Quşlar
*Aşağıdakı quşların əti halaldır:
* Bütün göyərçin növləri (qumru da bir növ göyərçin sayılır);
* Bütün sərçə növləri (bülbül də sərçə növündən sayılır);
* Toyuq və xoruz;
Aşağıdakı quşların əti haramdır :
* Yarasa;
* Tovuz;
* Qarğa;
* Şahin kimi caynağı olan bütün quşlar;
Bir neçə məsələ :
1-Qaranquşun və şanapipiyin ətini yemək məkruhdur.
2-Əti halal olan quşların və ev toyuğunun yumurtası halal, əti haram olan quşların yumurtası isə haramdır.
3-Çəyirtkə uçanlardandır və əti halaldır.
· Su heyvanları
1-Dəniz heyvanlarından yalnız pulcuğu olan balıq və bəzi dəniz quşlarının əti halaldır.
2-Dəniz çəyirtkəsi və uçanlardan sayılan meyqu (krevet) əti halaldır.
Bir neçə məsələ :
1-Palçıq (torpaq) yemək haramdır;
2-Xəstəlikdən şəfa tapmaq məqsədi ilə Həzrəti Seyyidüş-şühədanın (ə) türbətindən azacıq yeməyin işkalı yoxdur.
3-Nəcis şeyi yemək və içmək haramdır.
4-İnsan üçün zərərli olan şeyi yemək haramdır, məsələn yağlı yeməyin zərərli olduğu bir xəstənin yağlı yemək yeməsi haramdır.
5-Dörd ayaqlı heyvanların toxumunu (xayasını) yemək haramdır.
6-Şərab və insanı məst edən sair mayelərin içilməsi haramdır.
7-Hər bir müsəlmana, aclıqdan, yaxud susuzluqdan ölüm ayağında olan bir müsəlmana çörək və su verib onu ölümdən xilas etmək vacibdir.
Yemək yeməyin adabı
Müstəhəbb əməllər :
1-Yeməkdən qabaq və sonra əlləri yumaq;
2-Yeməyə başlayanda “bismillah”, qurtaranda “əlhəmdu lillah” demək;
3-Yeməyi sağ əllə yemək;
4-Tikələri kiçik götürmək;
5-Yeməyi yaxşı çeynəmək;
6-Meyvəni yeməzdən əvvəl su ilə yumaq;
7-Süfrədə bir neçə nəfər olarsa, hər kəs öz qabağındakı yeməkdən yesin;
8-Ev sahibi hamıdan əvvəl yeməyə başlayıb, hamıdan sonra əlini çəksin;
Məkruhlar :
1-Tox halda yemək;
2-Çox yemək;
3-Yemək yeyən zaman başqalarının üzünə baxmaq;
4-Xörəyi yandıra-yandıra yemək;
5-Yediyi yeməyi üfürmək;
6-Çörəyi bıçaqla kəsmək;
7-Çörəyi yemək qabının altına qoymaq;
8-Meyvəni tamamilə yeməzdən əvvəl atmaq.
Su içməyin qaydaları
Müstəhəbbat :
1-Gündüzlər ayaq üstə içmək;
2-Su içməzdən əvvəl “bismillah”, axırda isə “əlhəmdu lillah” demək;
3-Suyu üç dəfəyə içmək;
4-Su içəndən sonra imam Hüseyn (ə) və onun ailəsini, köməkçilərini yad edib, onun qatillərinə lənət göndərmək.
Məkruhlar :
1-Həddindən artıq çox su içmək;
2-Yağlı yeməkdən sonra su içmək;
3-Suyu sol əllə içmək;
4-Gecə ayaq üstə su içmək.