Məscidin hökmləri
Bu işlər məsciddə haramdır :
- Məscid qızılla zinətləndirilməməli;
- Əgər məscid xarab olsa da belə, onu satmaq;
- Məscidin nəcislənməsi. Əgər nəcis olarsa dərhal paklanılmalıdır.
- Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə.
Məscidlə bağlı bu işlər müstəhəbdir :
- Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq;
- Məscidin işığını yandırmaq;
- Məscidi təmizləmək;
- Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq;
- Məsciddən çıxanda əvvəl sol ayaqla çölə çıxmaq;
- Məsciddə məscidə ehtiram (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq.
- Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək;
Məsciddə aşağıdakı işlər məkruhdur:
- Minarələri məscidin banından artıq qaldırmaq;
- Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək;
- Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq;
- Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).
- Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur.);
- Məsciddə alış-verişlə məşğul olmaq;
- Dünya işləri barəsində söhbət etmək;
- Soğan və ya sarmısaq yedikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi.
QURANIN HÖKMLƏRİ
1-Quran hər zaman gərək pak və təmiz olsun. Quranın xətt və vərəqini murdarlamaq haramdır. Əgər nəcis olarsa onu dərhal paklamaq gərəkdir.
2-Əgər Quranın üz cildi nəcis olarsa və Qurana hörmətsizlik olarsa onu suya çəkmək lazımdır.
Quranın xətlərinə toxunmaq
1-Dəstəmazı olmayan kəsə bədəninin hər hansı hissəsini Quranın yazısına toxundurması haramdır.
2-Bütün bu məqamlarda Quranın yazısına dəstəmazsız toxunmaq haram sayılır:
* Quranın yazısında ayələrlə kəlmələr, hərflər və hətta hərəkələr arasında bir fərq yoxdur.
* Quranın üzərinə yazıldığı şey kağız olsun ya torpaq, divar olsun ya parça heç bir fərqi yoxdur.
* Quranın yazısında fərqi yoxdur qələmlə, tabaşirlə yazılmış olsun ya mətbədə çap olunsun, ya da ki, başqa bir şeylə.
* Quranın yazısı Quran kitabında olmasa da ona toxunmaq olmaz. Belə ki, əgər Quranın bir ayəsi başqa bir kitablarda olsa da, onun bir kəlməsi bir kağızın üzərində olsa və hətta Quran səhifəsinin ya da üzərində ayə olan başqa kitab səhifəsinin cırılmışına da dəstəmazsız toxunmaq haramdır.
3-Aşağıdakı hallar Quran yazısına toxunmaq hesab olunmadığından haram deyildir:
* Ona şüşə ya plastik arxasından toxunmaq;
* Quran vərəqinə, cildinə və ətrafına toxunmaq;
* Quranın tərcüməsi hər dildə olursa-olsun. Lakin Allah ismi hər dildə olursa-olsun dəstəmazsız toxunmaq haramdır. Məsələn: Xuda, (farsca) Ğmerti (gürcücə).
4-Quranla qeyri Quran arasında müştərək olan «Momin», «Əlləzinə» kimi kəlmələri yazan əgər Quran sözləri niyyəti ilə yazsa ona da dəstəmazsız toxunmaq haram olur.
5-Quran xətlərinə cənabətli olanın toxunması da haramdır.
6-Cənabətli şəxs Quranın səcdə ayələri olan surələrini də oxumamalıdır. (Bu haqda daha geniş şəkildə 10-cu dərsdə keçdik).
7-Cünub şəxsə Quranla bağlı bu işlər məkruhdur:
* Vacib səcdəsi olmayan surələrin yeddi ayəsindən artıq oxumaq;
* Bədəninin bir hissəsini Quran xətlərinin arasına, cild və ətrafına vurmaq;
* Quranı üzərində saxlamaq;
* Quranı üzərində gəzdirmək, oxumaq, yazmaq və haşiyəsinə toxunmaq üçün dəstəmaz almaq müstəhəbdir.
Salam etmənin hökmləri
1-Başqasına salam vermək müstəhəbb, salamın cavabını vermək isə vacibdir.
2-Namaz qılan halda olan kəsə salam vermək məkruhdur.
3-Namaz qılana salam verilsə onun cavabında salam verən kimi deməlidir: yəni «Salam» ya «Salam əleykə».
4-Namaz qılan kəs kimsəyə salam verə bilməz.
5-Salamın cavabını dərhal vermək lazımdır. Təxirə salan günah etmişdir.
6-Əgər hər iki nəfər eyni zamanda bir-birinə salam versə, gərək onlardan hər biri digərinə salamın cavabını bildirsin.
7-Kafirə salam vermək məkruhdur. Əgər o bir müsəlmana salam versə, vacib ehtiyata görə cavabında desin: «Əleykə» ya təkcə «salam».
Salam vermənin adabı
1-Müstəhəbdir:
* Minikdə olan piyadaya;
* Ayaq üstə olan oturana;
* Az qruppa çox qrupa (kütləyə);
* Kiçik böyüyə salam versin.
2-Namazdan qeyri halda müstəhəbdir salamın cavabını ondan yaxşı versin, əgər bir kəs desə: «Salam əleykum» müstəhəbdir cavabında deyilsin: Salam əleykum və rəhmətullah».
3-Kişinin qadına, xüsusilə də gənc xanıma salam verməsi məkruhdur.