1. İslamın əməli proqramlarının beş nümunəsini bəyan edin.
2. Mütləq və muzaf suyun fərqi nədir?
3. Qan ilə nəcis olmuş paltarı az su ilə necə pak etmək olar?
4. Dəstəmazın əməllərini ardıcıllıqla deyin?
5. Qadınla kişi arasında müştərək olan qüsullar hansılardır?
6. Namaz qılanın paltarının şərtlərini sayın.
7. Namazı pozan şeylər hansılardır?
8. Bir yerin vətən olmasının meyarını bəyan edin.
9. Bu günlərdə oruc tutmağın hökmü nədir:
Məhərrəmin onu, Zil-həccənin onu, Zil-həccənin 9-u, Fərvərdinin biri, Şəvvalın biri.
10. Ramazan ayının qəza orucunun vaxtını bəyan edin.
11. Xums hansı yerlərdə sərf olunmalıdır?
12. Zəkat bölməsində nisab dedikdə məqsəd nədir?
13. Əmr be məruf və nəhy əz münkər nə vaxt vacib olur?
14. Alverin haram olduğu yerlərdən beşini yazın.
15. Sələmi izah edin və ona üç misal vurun.
16. Borcla əmanətin fərqi nədir?
17. Sədəqəni geri almanın hökmü nədir?
18. Qadınlardan neçəsi kişilərə məhrəmdir?
19. Əhli heyvanlardan hansının əti haramdır?
20. Yemək yeməyin müstəhəbb və məkruhlarından beşini bəyan edin.
21. Quranla bağlı hansı işlər haramdır?
22. Qəsbi izah edin və hüquq qəsbinə iki misal vurun.