Namaz qılmaq üçün yəni, Allah-Təalanın müqəddəs dərgahı qarşısında dayanıb bəndəlik və pərəstiş etməkdən ötrü müqəddimə olaraq bir sıra işlər görülməzsə, namaz düz deyildir:

1)Təharət

2)Vaxt (zaman)

3)Libas

4)Məkan

5)Qiblə

Bu müqəddimələrin hər biri haqda müfəssəl olaraq qeyd olunacaq.

1.TƏHARƏT

Namaz qılan şəxs namaz qılarkən pak olmalıdır. Yəni namazı dəstəmaz, qüsul və ya təyəmmümlə qılmalı, libası pak olmalıdır.

NƏCASƏT

Nəcasat neçə şeydir:

Birinci və ikinci: Əti haram və qanı atıcı olan heyvanların bövl (sidik) və ğaiti (nəcis). Qanı atıcı o deməkdir ki, damarı kəsəndə qan sıçrayır. Məsələn, pişik, tülkü, dovşan və s. Və həmçinin nəcis yeməklə əti haram olmuş heyvan və quşun da bövl və ğaiti nəcisdir. Bövlün məxrəci yalnız su ilə pak olur. Ğaitin məxrəcini isə su və ya üç parça daş və ya bu kimi vasitələrlə pak etmək olar. Əgər ğaitin məxrəci həddindən artıq bulaşarsa, onu yalnız su ilə pak etmək olar. Bunu da qeyd etmək lazımdır ki, əgər ğaitin məxrəci üç parça daşla təmizlənməzsə, əlavə daş parçalarından istifadə edib məxrəci paklaşdırmaq lazımdır.

Üçüncü: Qanı atıcı olan heyvanın leşi. İstər halal ətli olsun, istərsə də haram. Amma tük, dırnaq, yun kimi ruhu olmayan üzvlər pakdır.

Dördüncü: Qanı atıcı olan heyvanın qanı. İstər əti halal olsun, istərsə də haram.

Beş və altıncı: Quruda yaşayan it və donuz. Bu heyvanların bütün əzaları, hətta tükləri belə nəcisdir.

Yeddinci: Şərab və zatən maye olan hər hansı bir məstedici.

Səkkizinci: Arpa suyu (pivə)