İslamın firuiddin bölməsində vacib əməllərdən biri də oruc tutmaqdır. Həddi-buluğa çatmış hər bir şəxsə Ramazan ayında oruc tutmaq vacibdir. Yəni, Allah əmrinə itaət etməkdən ötrü sübh azanından şam azanınadək orucu batil edən şeylərdən çəkinməlidir.

Orucun növləri

Oruc 4 növdür : Vacib , Haram , Məkruh Müstəhəb .

1. Vacib oruclar :

  • Ramazan ayının orucu; (30 və ya 29 gün).
  • Qəza orucu; (Neçə gün olsa, o qədər).
  • Kəffarə orucu; (1-günə 60 gün).
  • Nəzir orucu; (Neçə gün nəzir etsə).
  • Vəfat edən atanın qəza orucu; (Bu böyük oğula vacibdir).

2. Haram oruclar :

  • Fitr bayramı günü tutulan oruc;
  • Qurban bayramı günü tutulan oruc;

3. Məkruh oruc :

  • Aşura günündə tutulan oruc.

4. Müstəhəb oruclar :

  • Haram və məkruh orucların günlərini çıxmaqla ilin bütün günlərində oruc tutmaq müstəhəbdir.
  • Cümə axşamı və cümə günlərinin orucu;
  • Bir neçə dini bayram günləri; o cümlədən: Məbəs, Qədir-xum, Peyğəmbərin mövlud günü.
  • Rəcəb və Şaban ayının bütün günləri.

ORUC TUTAN 9 ŞEYDƏN UZAQ OLMALIDIR

Bunlar orucu pozur

1) Yemək və içmək; (bilərəkdən hər hansı bir qidanı qəbul etmək).

2) Cima (cinsi əlaqə); (istər kişi istərsə də qadının cinsi əlaqədə olması).

3) İstimna (anonizm); (hər hansı usulla olursa olsun cinsiyyət mayesinin (spermanın) xaric edilməsi).

4) Qatı tozun boğaza yetişməsi; (və eləcə də tüstünü udmaq).

5) Başı suya batırmaq; (Əgər tamamilə bir dəfəyə batırarsa).

6) Sübh namazına qədər cənabət, heyz, və nifas halında qalmaq.

7) İmalə (klizma); (axıcı, maye şeylərlə bədənə imalə etdirmək).

8) Qusmaq; (Qəsdən qusarsa).

9) Allah, Peyğəmbər (s) və imamların adından yalan demək, Bilərəkdən Quran ayələrini səhv oxumaq, yalan hədislər söyləmək.

Diqqət: Müalicə üçün vurulan qan iynəsi, bədəni qüvvətləndirən iynələr. Məsələn, tibbi qida kimi damara vurulan (qlukoza) iynələri, sistem iynələr və s.), bunlar da orucu pozarlar. Lakin ağrı kəsici, və yaranı qurutmaq üçün vurulan iynələr batil etməz.