Dünya malından şəxsi qazancının illik xərcindən artıq qalan hissəsinin beşdə birinin yarısını (müctehidin əli və yə göstərişi ilə) seyyidə və qalan hissəsini isə imama (qeybdə olduğu dövrdə) müctehidə) verməlidir.

Allah-taala xums haqqında olan hökmü Quranda, «Ənfal» surəsinin 41-ci ayəsində buyurmuşdur.

XUMS 7 şeyə vacibdir

1. Qazanc mənfəətinə; (halal yolla əldə edilən məvacib)

2. Mədənə;

3. Xəzinəyə;

4. Harama qarışmış halal mala;

5. Dənizin dibindən çıxarılan cəvahirata;

6. Müharibə qənimətlərinə;

7. Zimmi Kafirin (müsəlman ölkəsində yaşayan kafir) müsəlmandan aldığı torpağa.

Diqqət : qədər ki , müsəlman malının ( xums düşərsə ) xumsunu verməyib malından istifadə edə bilməz .