Yəni peyğəmbər və məsum imamların əmri ilə İslam düşmənlərinin əleyhinə mübarizəyə qalxmaq deməkdir.

Cihad özü iki hissədən ibarətdir:

1) İBTİDAİ CİHAD

2) MÜDAFİƏ CİHADI

İbtidai cihad yalnız Peyğəmbər və məsum imamların göstərişi ilə kafir ölkələrini islama dəvət etmək və onların şərrini İslamdan və müsəlmanlardan uzaqlaşdırmaq üçün aparılan cihaddır. Bunun şərti Peyğəmbər (s) və ya məsum imamların (ə) şəxsən hüzuru və göstərişi ilə aparılmasından ibarətdir. Hazırkı dövrdə Peyğəmbər (s) həyatda olmadığından və 12-ci imam (ə) qeybdə olduğuna görə İbtidai cihad vacib deyildir.

Müdafiə cihadı: hər hansı bir ölkə tərəfindən müsəlmanlara hücum olduğu təqdirdə, müsəlmanın canı, malı, namusu, dini və vətəni təhlükəyə düşərsə, onları müdafiə etmək vacibdir.

Bu barədə Quranda oxuyuruq: «(Ey möminlər!) ağırlı yüngüllü halda hamınız cihada qalıxıb malınız canınızla Allah yolunda vuruşun! Əgər bilsəniz bu sizin üçün daha çox xeyirlidir!». ( Tövbə - 41).