İqrarın əhəmiyyəti
Tapdalanıb məhv olmaqla üzləşən hüquqların dirilməsində iqrarın cəmiyyət üçün əhəmiyyətinin bəyana ehtiyacı yoxdur. Çünki məhkəmə orqanının səyləri və əziyyətindən sonra dəlil və sübutları tapmaq, güman və təxminlə yerinə yetirdiyi işi iqrar ən asan və aydın yolla iki kəlmə ilə yerinə yetirir.
İqrarın fərdi baxımdan da İslamda çoxlu əhəmiyyəti vardır. Çünki elə bir instinktdən qaynaqlanır ki, İslamın bütün səyləri onu diriltmək və işə salmağa sərf olunur və o, insanın haqqsevərlik qərizəsidir ki, nəfsə qul olmanın müqabilində dayanmışdır.
Allah-Təala öz kəlamında İslam ardıcıllarına xitab edərək buyurur:
«Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin.» (Nisa surəsi, ayə 135)
Və Peyğəmbər-əkrəm (s) buyurur:
«Öz zərərinizə olsa da, haqqı deyin.» (Biharul-ənvar, c.74, səh.)
İQRARIN MƏNA VƏ ŞƏRTLƏRİ
Şəriətdə iqrar elə bir sözdür ki, başqasının haqqını deyənin özünə isbat edir: «Mən filankəsə min manat borcluyam»- demə kimi. İqrar edəndə həddi-buluğ, ağıl və ixtiyar şərtdir və buna əsasən, uşaq, dəli, məst, huşsuz, yuxuda olan və məcbur edilmiş şəxsin iqrarı düzgün deyil.