Müqəddəs İslam şəriətində istisna hallardan başqa yeməli və içməli şeylər halaldır. İstisnalardan bəzisi Allahın kitabında, bəzisi isə Peyğəmbər-əkrəmin (s) şəriətində bəyan olunmuşdur.

Yeyilməsi və içilməsi haram olan adı çəkilən istisna hallar iki növdə məhdudlaşdırılmışdır: canlı və cansız.

BİRİNCİ NÖV: HEYVANLAR

Onlar üç qismdirlər: dəniz, səhra heyvanları və quşlar.

Dəniz heyvanları: Suda yaşayan heyvanlardan yalnız su quşları və pulcuqlu balıqlar halaldır. Qalanı isə –ilan balığı, nərə balığı, tısba­ğa, su iti, delfin və digərlərinin əti haramdır.

Səhra heyvanları: Səhra heyvanları iki qismdirlər: əhliləşmiş və vəhşi.

Əhliləşmiş hevanlardan qoyun, keçi, inək və dəvənin əti halal, həmçinin at, qatır və ulaq halal olsa da, onların ətini yemək məkruhdur. İt, pişik əti isə haramdır.

Vəhşi heyvanlardan qoç, dağ keçisi, zebr, ceyranın əti halaldır, qalanları, yəni şir, pələng, canavar, tülkü, çaqqal, dovşan kimi yırtıcı və dırnaqlı olanların əti haramdır.

Quşlar: Çinədanı olan, uçanda qanad çalan və caynağı olmayan quşlar, o cümlədən ev quşları, göyərçin, qumru və turacın əti halaldır, qalanları isə haramdır. Çəyirtkəinin xüsusi növünün əti halaldır.

Qeyd: Adı çəkilən heyvanların əti qurban kəsilməsi ilə şərtlənməlidir.

İKİNCİ NÖV: CANSIZ ƏŞYALAR

Həyatı olmayan şeylər iki qismdir: cism və mayelər

Cismlər

Hər heyanın leşini, istər halal olsun, istər haram - yemək haramdır və həmçinin, əti haram olan heyvanların nəcisi və onunla qarışmış qida məhsulları haramdır.

2. Torpaq

Öldürücü zəhərlər

İnsanın iyrəndiyi şeylər: əti halal olan heyvanın nəcisi, onun burun suyu, bağırsağının daxilində olan şey və əti halal olan heyvanın bədən üzvlərindən on beşi haramdır.

MAYELƏR

Hansı növdən olsa, məst edici içkiləri - az olsa belə - içmək haramdır.

Donuz, pişik və it kimi əti haram olan heyvanların südü.

Sıçrayan qanı olan heyvanın qanı.

Nəcis mayeləri, qanı sıçrayan heyvanın bövl və sperması kimi.

Nəcislərdən biri tökülmüş mayelər

Qeyd: Haram yeməli və içməlilər ehtiyac duyulmayanda haramdır. Əgər haram yeməkdən yeməsə, acından öləcəksə, ya xəstəliyə tutulacaqsa, xəstəliyini şiddətlənməsindən qorxarsa, halaldır. Həmçinin, səfərdə zəiflik üzündən geri qalıb həlak olacağını bilən kəslərin adı çəkilən haram yeməli və içməlilərdən ehtiyacı aradan qaldıracaq həddə istifadəsi cayizdir.

Bura oğurluq, ya İslam hökumətində qiyam üçün vətənindən çıxan kəslərin ehtiyacı daxil deyil.

MÜHÜM QEYD

Gigiyenaya riayət insanın ilkin vəzifələrindən biridir ki, hər bir insan ən az diqqət və öz fitri şüuru ilə bunu dərk edir.

Yeməlilər və içməlilərin gigiyenaya təsiri də çox aydın və aşkardır. Bundan əlavə, onun ruhiyyə və əxlaqında, həmçinin, insanın ictimai münasibətlərində təsirləri vardır.

Bizim şübhəmiz yoxdur ki, məst adamın ruhi vəziyyəti ağlı başında olanla eyni deyil və onların ictimai yolu da eyni olmur. Yaxud, özünü iyrənc şeylər yeməyə və içməyə adət etdirən kəsin fərdi və ictimai həyatında göstərəcəyi təsir şüurlu adamlar üçün dözülməzdir.

Buna görə insan öz fitrəti ilə anlayır ki, öz yeməyində az-çox məhdudiyyət qoymalıdır. Hər yeməlini yeməyib, hər içməlini içməməli, nəhayət, hər udulanı udmamalıdır.

Allah-Təala aşkar şəkildə öz sözündə deyir ki, Yer üzündə hər şeyi insan üçün yaratmış, özününsə insan və insanın həyati zərurətlərinə ehtiyacı yoxdur. Öz yaratdıqlarının xeyir və ziyanını hamıdan yaxşı bilir və görür. İnsanın xeyir və səadəti məqsədilə yeməli və içməlilərdən bəzisini halal, bəzilərini haram buyurmuşdur.

Bu haramlardan bəzilərinin haram edilməsinin hikməti sadə və saf idraka malik olan kəs üçün aydındır. Bəziləri isə tədricən elmi bəhslər yolu ilə aydınlaşır. Amma bəzisinin haram edilməsinin hikməti indiyə kimi bizim əlimizə gəlib çatmamışdır. Demək olmaz ki, bunlar heç vaxt aydın olmayacaq, əgər olmasa belə, hikmət və məsləhətsiz olmasını demək düzgün deyil. Bu qaydalar sonsuz bir elmin müqəddəs sahəsindən qaynaqlanır. Biz vücudumuzun dar­lığı, ya elmimizin azlığı üzündən onları dərk etməkdən aciziksə, demək lazımdır ki, ən təsirli və ən yaxşı məsləhət və hikmətə malikdir.