Əgər iki nəfər bir evdə, ya başqa bir mülkdə şərik olsalar, onlardan biri öz payını üçüncü şəxsə satmaq istəsə, o biri şərikin haqqı vardır ki, həmin müqavilə və qiymətlə onun payını götürsün və bu haqqa «şüfə» deyirlər.

Aydındır ki, bu haqq İslamda şərikliyin nizamlanması, şəriklərin qarşısıına çıxan zərərləri aradan qaldırmaq üçündür. Çünki çox olur ki, mülkün yeni şəriki şüfə sahibi olanşərikin zərərinə tamamlanır. Ya, zövqlərin müxtəlifliyi bir sıra ixtilaf və keşməkeşlərə səbəb olur, ya da mülkiyyətdə azadlıq şüfə sahibi olan şərik üçün faydalara, satan şərik üçünsə zərərlərə gətirib çıxarır.

Şüfə ev, torpaq, bostan və digər daşınmaz əmlakda sabitdir, daşınan mallara isə aid deyil.

BOŞ YERLƏRİN

ABADLAŞDIRILMASI

İstifadəsiz yerlərin abad edilməsi (istər heç vaxt abad olmayan torpaq olsun, istərsə də, bir zaman abad olmuş, lakin əhalinin köçməsi nəticəsində viran qalmış yerlər, çəmənlik və qamışlıq və s.) İslamda yaxşı işlərdən biri sayılır, mülkiyyət səbəblərindən biri olmaqdan əlavə, axirət savabına da səbəb olur.

Peyğəmbər-əkrəmdən (s) nəql olunur:

«Kim şoranlığı abad etsə, həmin torpaq ona aid olur.»

(Vəsailüş-şiə, c.25, səh.412, hədis 5)

İmam Sadiqdən (ə) nəql olunur:

«Torpağı dirildib abadlaşdıranların üstünlüyə haqqı vardır və həmin torpaq onlara məxsusdur.»

İslamda şoran torpaqlar Allah, peyğəmbər və imamlarındır (yəni İslam hökumətinə aiddir).

Ölü torpaqları aşağıdakı şərtlərlə abad edib maliki olmaq olar. Əgər bir neçə nəfər sahib olmaq istəsə, ilk addım atanın üstünlük haqqı vardır.

İmam, ya onun naibinin izni.

Başqası əvvəldə onu daş düzməklə əhatəyə almasın və ya buna oxşar işlər etməsin.

Başqalarının mülkünün həndəvərində olmasın, çay, quyuların ətrafı, əkinlərin sərhəddi kimi

Dağıdılmış məscidlər, ya vəqflər kimi azad yerlər, küçə və yollar kimi müsəlmanların ümumi malı olmasın.

Qeyd: Təmir və abad etmək ümumi bir məhfumdur. Buna əsasən, adi adamlar deyir: «Bir şəxs filan yeri abad etdi.» O yer ona məxsusdur. Əlbəttə, abad etmək də müxtəlif məqsədlər üçün ola bilər. Necə ki, əkinçilikdə şumlamaqla, binalarda divar çəkməklə olur.

Aşkar olan, hamının onları qazmadan istifadə edə bildiyi mədənlərdən hamının ehtiyacı miqdarında bəhrələnməsi cayizdir. Əgər onlardan istifadənin qazmaq, istixrac və digər texniki fəaliyyətlərə ehtiyacı olsa (qızıl, miss və başqa mədənlər), kim çıxartmaq üçün əziyyət çəkibsə, maliki o olacaq.

Böyük çaylar müsəlmanlar arasında müştərəkdir. Həmçinin, dağlardan axan çaylar, qar və yağış suyuna kim daha yaxındırsa, qabağa düşmə haqqı vardır.