İlahi peyğəmbərlərdən biri də Huddur. Yüksək mə'nəvi dərəcə və insana məxsus olan gözəl əxlaqdan əlavə nəslinin kökü və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından ayırırdı. Allah taala bütün zahiri və mə'nəvi üstünlüyü, kamilliyi onda toplamışdı.

Allah taalanın Qur'anda buyurduğu "Hud" və onun inadkar qövmünün arasında gedən söhbətlərdən başa düşmək olar ki, o, azğın, nadan və cahil qövmü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və onlara dözərək səbr etmişdir. Deyilir ki, bunun misli ilahi peyğəmbərlər arasında görünməmişdir.

Hud qırx yaşına yetişdikdə Allah tərəfindən öz qövmünü tovhidə, yeganəpərəstliyə, rəzilə sifətlərdən çəkinməyə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa də'vət etməyə əmr olundu.

Bə'zilərinin dediyinə görə Hudun qövmü on üç qəbilə idi ki, nəsilləri Ad ibni Ovs ibni İrəm ibni Sam ibni Nuha çatırdı (elə buna görə də Ad qövmü adını almışdı). Bu qövmün camaatı varlı, cismi qüvvəli və uzun ömürlü idilər ki, sərvətləri başlarından aşırdı. Onların ölkələri Əhqaf idi və Ərəbistan yarımadasının cənub-qərbində Yəmən və Həzrəmutun, ya Yəmən və Möhrənin arasında yerləşirdi. Onların çoxlu münbit torpaqları, yaşıllıqlar və su ilə zəngin ölkələri var idi. Öz qonşuları arasında misli olmayan bir yer kimi tanınırdı. Yazılanlara görə onların bədənləri o qədər qüvvətli idi ki, çox böyük daş parçalarını dağlardan endirib, onu yerdə sütün kimi basdırıb üstündə evlər tikirdilər. Rəvayətlərdə onların boylarını xurma ağaclarına oxşadılır və adi ömürləri isə 400-500 il olması qeyd olunur.

Çoxlu sərvət, uzun ömür və qol gücü onların qəflət yuxusuna dalmağa və dünyadan xəbərsiz olmağa gətirib çıxarmışdı. Bəlkə də zülm və tüğyana səbəb olmuşdu. Qur'anın dediyinə görə özlərindən güclüsünü tanımırdılar "... və dedilər: -Bizdən daha qüvvətli kim ola bilər? Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?!..." ("Füssilət" surəsi, ayə 15)

İctimai təbəqələr arasında fasilə çox idi. Hər kimin gücü və sərvəti çox olsaydı özündən zəifə zülm edirdi. Daha çox mal-dövlət toplamaq üçün onlardan alət kimi istifadə edirdilər. Bu qədər Allah inayət edən ne'mət və qüdrətə görə Allaha şükür və təşəkkür etmək, saleh bəndələrdən olmaq əvəzinə öz zülm, itaətsizlik, tüğyan və təkəbbürçülüklərini daha da artırırdılar.

Tədricən ən böyük günaha əl atdılar. Bütpərəstlikdən qalmış zehni qalıqlara əsasən büt düzəltməyə başladılar və onlara ibadət etdilər. Beləliklə bəşəriyyətin ən böyük süqutuna səbəb oldular.

Elə bu zaman idi ki, Allah taala onların özlərindən mədəniyyət və ən'ənələrindən agah olan Hudu düz yola hidayət etmək üçün onlara göndərdi. Bununla öz istək və risalətini onlara çatdırmış olsun.

Hud peyğəmbər sair peyğəmbərlər kimi, öz də'vətini yeganə Allaha pərəstiş və cansız bütlərin müqabilində diz çökməkdən çəkindirməklə başladı. Onlara dedi: -"Ey camaat, yeganə olan Allaha ibadət edin ki, Ondan başqa heç bir mə'bud yoxdur." Bu ilahi də'vətin ardınca sair peyğəmbərlər kimi onlara xatırlatdı: Mən sizdən bunun müqabilində heç bir əcr və muzd istəmirəm. Mənim mükafatım ancaq yaradan Allaha aiddir. Niyə təfəkkür etmirsiniz?! Bilin ki, mən mal-dövlət toplamaq, vəzifəyə sahibi olmaq və başqa-başqa maddi xeyirlərə nail olmaq üçün təbliğə məşğul deyiləm. Ancaq xeyirxahlıq və vəzifə üzündən sizi bütpərəstlikdən çəkindirərək, Allahı tanımağa də'vət edirəm. Mən Allahın risalətlərini sizə çatdıran və e'tibar olunası xeyirxah bir peyğəmbərəm.

"Ey camaat! Artıq Allahdan qorxun və mənə itaət edin (mənim sözlərimi eşidin). Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne'mətləri) sizə əta etdi. Sizə heyvanlar, oğul-uşaq, bağlar və çeşmələr verdi. Mən böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!" ("Şüəra" surəsi, ayə 131-135)

Amma mütəkəbbir camaat Hudun xeyirxahcasına dediyi sözlərdən itaət etmək əvəzinə dedilər: -"Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik). Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir!" ( "Şüəra surəsi, ayə 136-137) (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir.)

HUDUN CAMAATDAN ÇƏ KD İ Y İ Ə ZAB - Ə Z İ YY Ə TL Ə R

Hud ilk dəfə müşrik və bütpərəst camaat arasında çıxış edib onları təkallahlığa də'vət edəndə ona dedilər:

-"Ey Hud, sən bizim yanımızda e'tibar olunası adamsan!" Hud dedi:

-"Mən Allahın peyğəmbəri və sizin üçün göndərilmişəm. Bütlərə ibadət edib, baş əyməkdən əl çəkin!" Bu sözləri ondan eşidəndən sonra durub ona tərəf hucum gətirdilər. Onu o qədər döydülər ki, huşsuz halda yerə yıxıldı və bir gecə-gündüz bu vəziyyətdə qaldı. Huşu gələrkən dedi:

-"Pərvərdigara, mən öz vəzifəmi yerinə yetirdim və camaatın da mənlə olan rəftarını gördün." Bu an Cəbrail nazil olub ərz etdi: -"Ey Hud, Allah taala səni işinə davam etməyi əmr edir və yorğunluq bu işdə sənə qələbə çalmasın. Allah söz verib ki, onların qəlblərinə elə bir qorxu salsın ki, artıq sənə əziyyət etməyə və yaxud döyməyə qüdrətləri çatmasın."

Hud ayağa qalxıb yenidən ikinci dəfə camaatın arasına gedib dedi:

-"Siz yer üzündə zülmə və Allaha qarşı üsyana əl atmısınız. Fitnə-fəsad hədsiz dərəcədə artmışdır. Camaat gördülər Hud yenə də onları öyüd-nəsihət edir." Dedilər:

-"Ey Hud, sən gəl, bu işdən əl çək! Bu dəfə səni elə döyərik ki, birinci dəfə döyülməyini yaddan çıxararsan." Hud dedi:

-"Siz bu sözlərdən əl çəkin! Allaha tərəf qayıdın və onun dərgahına tövbə edin. Camaat yenə də onu döymək istəyirdilər. Ondan qorxduqları üçün hamılıqla birlikdə onu döyməyə irəli gəldilər. Amma Hud elə fəryad çəkdi ki, hamı qaçmağa üz döndərdilər." Hud onlara dedi:

-"Ey camaat, doğrudan da siz Nuhun tayfası kimi küfr və naşükürlükdə həddi aşmısınız. Siz Nuhun tayfası kimi qarğışa layiqsiniz. Mən də gərək sizə qarğış edəm." Dedilər:

-"Ey Hud, Nuhun qövmünün Allahları gücsüz və əllərindən heç bir iş gəlmirdi. Amma bizim Allahlar güclü, qüdrətlidirlər. Biz özümüz də çox qüvvəli insanlarıq. Sən bizi Nuhun qövmü ilə bir eləmə."

Huda deyilən xoşagəlməz sözlərdən biri də bu idi: -"Biz səni səfeh adam bilirik və sənin sözlərinin yalan olduğunu zənn edirik." Hud dedi:

-"Ey camaat, mən səfeh deyiləm, bəlkə aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərəm. Ey camaat, Rəbbinizdən bağışlan­mağınızı diləyin, sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim də'vətimdən və imandan) günahkar olaraq üz çevirməyin!" ("Hud" surəsi, ayə 5).

AD Q Ö VM Ü N Ü N T Ö R Ə TD İ Y İ Ə M Ə LL Ə R

Qur'an ayələri və Hudun onları danlamasından mə'lum olur ki, Ad qövmü nə qədər pis əməllərə sahib idilər. Məsələn: Hündür yerlərdə, dağların zirvələrində heç bir ehtiyacları olmadan binalar ucaldırdılar. Ancaq başqalarına iftixar etmək və ya əylənmək üçün tikirdilər. Buna görə də Hud onları danlayaraq deyirdi: -"Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?" ("Şüəra" surəsi, ayə 128)

"Məcməül-bəyan" təfsirində gəlmişdir ki, Ad qövmü göyərçinləri saxlamaq və onlarla əylənmək üçün hündür qüllələr tikirdilər. Buna görə də Hud onları pisləyirdi.

Bundan əlavə onlar heç vaxt ölüm fikrində olmurdular, çünki çox möhkəm hündür və bərk daşlardan saraylar tikirdilər.

Hud onlara deyirdi:

-"Siz çox möhkəm binalar tikirsiniz, elə bil ki, əbədi olaraq orada qalacaqsınız. Əgər bu az ölüm və yaşayışın axirəti barəsində fikirləşsəydiniz heç vaxt bu qədər möhkəm binalar tikməzdiniz."

Başqa bir misal olaraq Hud onlara deyərdi: -"Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onu vəhşicəsinə döyüb öldürürsünüz)." ("Şüəra" surəsi, ayə 130) Yə'ni əgər istəyirsiniz bir nəfəri etdiyi günaha görə danlayasınız onu ölənə qədər döyüb əzab-əziyyət verirsiniz. Daha qısa desək, siz hər iki tərəfdən həm şəhvət, həm də qəzəb həddinizi aşmısınız və insanlıq xəttini tapdalayıb keçmisiniz.

Onun ardınca Allahın onlara əta etdiyi ne'mətləri sadalayır, Bəlkə bu hədsiz ne'mətləri xatırlamaqla öz çirkin əməllərindən əl çəksinlər və Allahı, Onun böyük cəza vermə gününü (Qiyamət günü) yada salsınlar. Amma ilahi peyğəmbərin isti, ürəyəyatan, məhəbbətlə deyilən nəsihətləri o daşdan bərk ürəklərə tə'sir edə bilmədi, əksinə onlar peyğəmbəri yalançı adlandıraraq dedilər: -(Biz əzab edilməyəcəyik.) "Bizə öyüd-nəsihət versən də, verməsən də bizim üçün eynidir (dinimizdən dönən deyilik)." ("Şüəra" surəsi, ayə 13). Allah taala camaatın onu təkzib etməsi və faydalı öyüd-nəhisətlərini eşitməməsinin ardınca buyurur: -"Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik, Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədilər." ("Şüəra" surəsi, ayə 139)

AD Ö LK Ə S İ ND Ə Q Ə H Ə TL İ K

Tarixçilər yazırlar ki, Ad qövmü Hudu təkzibetmə nəticəsində dörd il qəhətliklə üzləşməli oldular. Bə'ziləri yüz il, ya yeddi il olmasını yazırlar.

Bulaqlar qurudu, göylər öz yağış rəhmətini kəsdilər. İnsanlar su əldə etmək üçün böyük çətinliklərə düşdülər və dərin quyular qazmağa məcbur oldular. Yenə də su kifayət qədər əldə edə bilmirdilər və yaşayış get-gedə çətinləşirdi. Bununla Hud haqq dini təbliğ etmək üçün yeni fürsət əldə etdi. (Yuxarıda işarə olundu) Onlara və'də verdi ki, əgər iman gətirsəniz Allah taala göyləri sizin üçün yağdıracaq və qüvvətinizi daha da artıracaq. Amma yenə də başa düşmədilər və küfr, şirk, bütpərəstlikdən əl çəkmədilər.

Hudu öz istəyində həddən artıq israr etdiyini gördükdə dedilər: -"Ey Hud! Sən bizə aşkar bir mö'cüzə ilə (dəlillə) gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq." ("Hud" surəsi, ayə 53) Yavaş-yavaş ona ihanət edib məsxərəyə qoymağa başladılar və dedilər: -"Biz ancaq bunu deyirik ki, bə'zi tanrılarımız (onları tanımağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur." ("Hud" surəsi, ayə 54) Sənin zehnin zədələnmiş və ağlını əldən vermisən. Sonra daha da əlavə edərək dedilər: -"Sən bizə yalnız yeganə Allaha ibadət etməyimiz və atalarımızın tanıdıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğrudanışanlardansansa bizi qorxutduğun (təhdid etdiyin əzabı) bir gətir görək. (Hud) onlara belə dedi: -Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki, Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu mən də sizinlə bərabər gözləyənlərdənəm." ("Ə'raf" surəsi, ayə 70 və 71)

"Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"("Hud" surəsi, ayə 57)Özünüz-özünüzə zərər yetirmisiniz və səadət karvanından geri qalıb bədbəxt olmusunuz.

Ə ZABIN BA Ş LANMASI

Hud peyğəmbər uzun müddət öz qövmünün arasında qalaraq Allahın şəriətini təbliğ etdi. Bə'ziləri bu müddəti 760 il yazıblar. Halbuki bu fikir düz nəzərə çarpmır. Amma bunu demək olar ki, qövmündən çox az miqdarda iman gətirdilər. Onlar da Samın övladlarından idilər. Nəhayət əzaba düçar oldular və Allah taala Sərsər və Əqim küləklərinə onları məhv etməyi əmr etdi.

Bütün tayfa qəhətlik üz verdiyindən yağış gözləyirdilər. Bə'ziləri yazırlar ki, hətta bir qrupunu Məkkəyə Allahın evinin yanında yağış üçün dua etməyə göndərmişdilər. Amma bundan xəbərsiz idilər ki, qəhətlik Allahın qəzəbi onların bütpərəstliyi, Onun işlərində şərik qoşmaları və haqq də'vəti qəbul etməmələrindən irəli gəlirdi. Bəli, qürur və təkəbbür bə'zən insanları elə bir bədbəxtçiliyə düçar edir ki, hətta Allahın göndərdiyi saleh bəndələrin sözlərini eşitmək belə istəmirlər. Eyni halda özlərini Allah dərgahının ən abırlı bəndələri sanırlar. Bunun kimi nümunələr tarixdə çoxdur. Beləliklə, günlərin bir günü gördülər ki, uzaqdan böyük qara buludlar onlara tərəf hərəkətdədir. Elə güman etdilər ki, bu yağışla dolu buludlardır, indicə onlara çoxlu yağış yağacaq və sevincək qışqıraraq dedilər:

-"Bu bizə çoxlu rəhmət, yağış gətirən buludlardır. Amma bilmirdilər ki, bulud şəklinə düşüb onlara tərəf gələn Allahın dəhşətli əzabıdır." Buna görə də Hud onlara xatırladaraq dedi:

-"Xeyr, bu sizin səbirsizliklə gözlədiyiniz əzabdır. Bu bir küləkdir ki, onun əzabı çox dərdlidir. Elə bir küləkdir ki, qabağına çıxanı məhv edib aparacaq."

Birdən külək əsməyə başladı. Qur'an bu küləyin bir neçə xasiyyətini zikr etmişdir:

1. "Əqim" külək, yə'ni sonsuz, doğmaz. Əqim (ərəb sözü olub, sonsuz qadına, ya nəsli artmayan kişiyə deyilir) adlandırılmasının səbəbi bu idi ki, bu külək şər və əzabdan başqa bir şey özü ilə gətirmirdi. Necə ki, dünyanı vəsf edəndə deyirlər: -"Əqim dünya", yə'ni elə bir dünya ki, heç kəsə heç nə vermir. Mümkündür ərəb ədəbiyyatında "fəil" "fail" mə`nasına olsun, yə'ni əqim aqim mə'nasınadır. Yə'ni elə bir külək ki, nə ağacları tozlandırır, nə havanı saflaşdırır, nə də heyvanlara faydası var, bəlkə nəyə yetişsə onu qurudub məhv edir.

2. "Sərsər" küləyi. Onun üçün müxtəlif mə'nalar yazırlar. Məsələn, deyirlər soyuq külək mə'nasındadır və bir neçə hədisdə də bu mə'naya gəlmişdir. Amma lüğət əhlinin (lüğət yazanlar) bə'zisi şiddətlə əsən küləyə deyildiyini yazırlar.

3. "Atiyə" küləyi. Yə'ni tüğyan və fəğan edən külək. Rəvayətdə onun tüğyan və fəğan etməsi üçün zərif bir ifadə gəlmişdir. Orada deyilir ki, küləyin ixtiyarı (Allahın yer üzündə) mə'mur və onu qoruyanlarının əlindən çıxdı və həddən artıq bərk əsməyə başladı. Mə'murlar qorxuya düşərək Allaha ərz etdilər:

-"Biz, günahsız bəndələrin də həlak olmasından qorxuruq. Allah taala, Cəbraildən yerə enib onun artığını qaytarmasını istədi."

Elə bir külək ki, onda dərdli əzab vardır. "(Ə'raf" surəsi, ayə 24)

Küləyin şiddəti həddən artıq idi. Elə ki, o qüvvətli, ucaboylu insanları yerindən qopardıb oyan bu yana atırdı. Həmçinin xurma ağaclarını da kökündən qoparıb o tərəf, bu tərəfə aparıb yerə çırpırdı. Qabağına çıxan hər bir şeyi məhv edirdi. Hər bir şeyə yetişcək onu çürümüş sümük kimi üyüdüb una döndərirdi. Nəhayət sağlam bir şey qoymadı. İnsan, heyvan, ağac və hündür-hündür binaları yerlə yeksan oldular.

Deyilən külək yeddi gecə və səkkiz gündüz ardıcıl şəkildə həmən şiddət və soyuqluqla əsdi. Hamını cansız heykəllərə döndərmişdi.

Vəhb ibni Münəbbihdən nəql olunur ki, ərəblərin "Əyyamül-əcus" (qoca qarı günləri) dediyi günlər həmən bu yeddi gecə və səkkiz gündüzdür. Bu günlərə "Əcus" (qoca qarı) adı verilmişdir, çünki bir qoca qarı, küləyin şiddət və soyuğundan qorxaraq balaca bir mağarada gizlənmişdir. Amma külək və onun soyuğu onu da yaxaladı. Nəhayət səkkizinci gün canını əldən verdi.

Belə olan halda Hud və onun tabeçiləri çox hündür olmayan divarla hasarlanmış bir yerdə toplaşmışdılar. Şiddətli külək o yerə yetişəndə öz sür'ətini azaldır və nəsim külək şəklinə düşürdü. Belə külək onların üz-gözlərini nəvaziş edir, havanı saflaşdırır və ruhlarına ləzzət bəxş edirdi.

Doğrudanda Hud qövmünün bütpərəstləri və o həzrətin düşmənləri üçün çox dəhşətli günlər idi. Çox çəkmədi ki, düzəltdikləri cansız heykəllər qurumuş ağacın gövdəsi tək yerə düşdü, evləri, abadlıqları xarabalıqlara çevrildi. Yaşıl bağlar, münbit torpaqlar və çox sayda əhalidən addan savayı bir şey qalmadı.

Rəvayətlərə əsasən sümükləri, anbara yığılmış malları, hətta qalmış xarabalıqlar belə yavaş-yavaş Əhqaf çölünün qumları altında dəfn olunurdu. İndi daha onlardan yer üzündə əsər-əlamət qalmamışdır.

Əlavə edək ki, bu ancaq Allahın onlara dadızdırdığı dünyanın xaredici əzabı idi. Amma axirət əzabı daha dəhşətli, daha qorxulu və daha çətindir. Beləliklə həyat səhifələri dünyanın lə'nəti və axirətin əzabı ilə bağlandı və əbədi olaraq ilahi rəhmətdən uzaq oldular.

Qur'an "Əhqaf" surəsində Ad qövmünün hekayətini söyləyəndən sonra Məkkənin müşriklərinə və Rəsuli Əkrəm (s)-in düşmənlərinə xitab edərək buyurur: -"And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə də gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onlar istehza etdikləri (əzaba) düçar oldular." ("Əhqaf" surəsi, ayə 26) "Fussilət" surəsində yenə də onlar haqqında buyurur: -"(Ey peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de:

-"Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, vahiməli bir əzabla qorxuduram!" ("Fussilət" surəsi, ayə 13)

H Ə LAK Ə TD Ə N SONRA HUDUN S Ə RG Ü Z ƏŞ TL Ə R İ

Qeyd etdiyimiz kimi, Hud peyğəmbər həlakətdən sonra Həzrəmuta gəldi. Yaxınlıqda Teyrim adlı bir şəhərdə məskunlaşdı. Ömrünün qalan hissəsini orada keçirdi və 807 yaşında dünyanı tərk edərək Həzrəmutda dəfn olundu. Başqa rəvayətə görə həlakətdən sonra öz səhabələri ilə birlikdə Məkkəyə getdilər və orada fani dünyanı vida edərək Hicri-İsmaildə dəfn olundu. Amma birinci fikir həqiqətə daha yaxındır. Əmirəl-mö'minin Əli (ə)-dan nəql olunan bir hədisdə deyilir ki, Hud həzrətlərinin qəbri Həzrəmutda qırmızı qumlardan olan təpədə yerləşir. Başqa bir hədisdə deyilir ki, orada bir mağara vardır və həzrətin nə'şi o mağarada bir daşın arasındadır.

Təbərsi "İhticac" kitabında nəql edir ki, Mənsur Dəvanin "Qəsrül-ibadi" deyilən bir yerdə bir quyu qazılmasını əmr etdi və bu işi Yəqtinə (Əli ibni Yəqtinin atası) tapşırdı. Yəqtin ora gedərək bir müddət quyu qazmaqla məşğul oldu. Amma bir damcı da su çıxmadı. Beləliklə Mənsur dari-fənanı vida etdi və Mehdi Abbasi iş başına keçdi. Yəqtin bu əhvalatı ona danışdı. Mehdi Abbasi o quyunu suya çatana qədər qazmağı əmr etdi. Yəqtin də bu işi öz qardaşı Əbu Musaya tapşırdı. Yenə də quyunu qazmağa başladılar. Birdən quyuda bir dəlik əmələ gəldi və oradan külək əsməyə başladı. Bu xəbəri Əbu Musaya çatdırdılar. O, dedi: -Məni quyunun dibinə salın! Dibə çatanda oradan külək əsən bir dəlik gördü. Ora qulaq asıb gördü ki, dəlikdən daha bərk külək səsi gəlir. Dəliyi insan girə bilən qədər böyütməyi əmr etdi. Sonra iki nəfəri kəndirlə dəliyin daxilinə göndərdilər. O iki nəfər aşağı endilər. Bir neçə saatdan sonra kəndiri tərpətdilər. Onları yuxarı çəkdilər və onlardan nə gördüklərini soruşdular. Dedilər ki, çox əcib-qərib şeylər müşahidə etdik. Kişilər, qadınlar, evlər, qablar, ev əşyaları və s. şeylər hamılıqla birlikdə heykəllərə dönmüşdülər. Kişi və qadınlar bir yerə yığışıb oturmuşdular. Bə'ziləri isə yatmışdılar və əyinlərindəki paltarlar çürümüşdü. Onlara əl vurduqda un kimi üyüyüb tökülürdülər.

Əbu Musa əhvalatı Mehdiyə yazdı. O, da Mədinəyə bir məktub yollayaraq İmam Musa ibni Cəfər (ə)-dan Bağdada təşrif gətirməsini istədi. Mövzunu həzrətə çatdırdılar. İmam ağlayaraq buyurdu: -Buna Allahın qəzəb etdiyi və evlərini başlarına tökdüyü Ad qövmünün qalıqlarıdır. Onlar Əshabi-Əhqafdırlar. Mehdi soruşdu:

-"Əhqaf nədir?" İmam buyurdu:

-"Qumlar."