Yəqubun (ələyhis-salam) adı Qur'ani-Kərimdə İbrahim Xəlilin əhvalatından əlavə daha çox Yusif surəsində və o həzrətin əhvalatı əsnasında qeyd olunmuşdur. Ayrılıqda o həzrətdən az ad aparılmışdı, xüsusilə də onun "Labanın" qızları ilə evlənməsi barədə ki, tarixdə icmalən, bəzi yerlərdə təfsilatı ilə gəlmişdir, heç bir şey deyilməmişdir. Yalnız bəzi təfsirçilər "Nisa" surəsinin 23-cü ayəsində iki bacı ilə eyni zamanda evlənmənin haram olması barədədir və bu hökm İslamda nazil olub İslamdan əvvəl caiz olduğunu bildirir və bu Yəqubun "Labanın" qızları ilə evlənməsinə işarə etdiyini deyiblər. Bunun şərhi gələcək.
Peyğəmbərin (s) və imamların (ələyhis-salam) rəvayətlərində də bu barədə bir söz deyilməyib və yaxud bizim əlimizə yetişməyib. Odur ki, bu xüsusiyyətdə qeyd olunanları bizim yanımızda möhkəm sənədi və etibarı yoxdur.
Amma Qur'ani-Kərimdə Yəqubun barəsində deyilənlərin biri Yəqubun bir sıra yeyintiləri özünə haram etməsidir və bu əsnada Allah taala İsrail ləqəbini ona verdi. Digəri isə həzrətin ölüm yatağında olarkən öz oğlanlarına etdiyi vəsiyyətdir. Başqa bir yerdə isə onun adı ya İbrahim və İshaqın ardınca, ya öz oğlanları ilə birlikdə və yaxud Yusif və onun qardaşlarının əhvalatında deyilib.
Y Ə qubun ö z ü n Ə haram etdiyi ş eyl Ə r
v Ə İ srailin m Ə ' nas ı
İlk mövzu "Ali-İmran" surəsinin 93-cü ayəsində belə bəyan olmuşdur:
"Tövrat nazil olmazdan əvvəl İsrailin özü özünə haram etdiyindən başqa bütün yeyintilər İsrail övladlarına halal idi."
Yəqubun özü haram etdiyi və sonra Tövratın halal etdiyi şeyin nə olduğu barədə ixtilaf vardır. Təfsirçilərin çoxu demişdir: -"Yəqub (ələyhis-salam) "İrqun-nisa" xəstəliyinə mübtəla olmuşdu, bundan şəfa tapmaq üçün nəzir etdi ki, əgər Allah ona şəfa versə ən sevimli yeməklərindən biri olan dəvə ətini daha yeməsin.
Kuleyninin "Kafi" kitabında, Əli ibni İbrahimin və Əyyaşın öz təfsirlərində İmam Sadiqdən (ələyhis-salam) rəvayət nəql etmişdilər ki, həzrət belə buyurub: -"İsrail hər vaxt dəvə əti yeyirdisə qabırğa və bel ağrısına mübtəla olurdular. Odur ki, dəvə ətini özünə haram etdi."
Yəqubun ləqəbi "İsrailin" mə`nasında da ixtilaf vardır. Təbəri bir fərziyyə nəql edərək onu "seyr" sözündən tutulduğunu bildirib demişdir: -"Yəqub qardaşı Eys ilə ixtilaf etdikdən sonra Fələstindən qaçıb Fidan Aram şəhərinə tərəfə yola düşdü. Odur ki, gecələr yol gedib, gündüzlər gizləndiyi üçün "İsrail" adlandı."
Mərhum Səduq "İləluş-şəraye" kitabında Kəbul-Əhbardan nəql edərək demişdir: -"Yəqubun İsrail adlanmasının səbəbi budur ki, Yəqub Beytul-Müqəddəsdə xidmət edirdi. Hamıdan əvvəl ora daxil olur və hamıdan sonra oradan çıxardı. Oranın işığını o yandırardı. Amma səhər gəldikdə işıqların söndüyünü görürdü. Nəhayət bir gecə Beytul-Müqəddəs məscidində gecələdiyi zaman bir də onu gördü ki, cinlərdən biri gəlib işığı söndürdü. Yəqub qalxıb cini tutdu. Cin belə gördükdə onu tutub məscidin sutununa bağlayıb əsir etdi. Səhər olduqda camaat onu əsir və bağlı gördülər. O cinin adı "İl" olduğu üçün onun adını "İsrail" (İli əsir edən) qoydular."
Amma o kitabda İmam Sadiqdən (ələyhis-salam) nəql etmişdir ki, həzrət buyurub: -"İsrailin mə`nası Əbdullahdır (Allahın bəndəsi), çünki "İsra" "əbd" (bəndə), "İl" isə Allah taalanın adıdır."
Başqa rəvayətdə isə buyurur: -"İsra" "qüvvə" deməkdir. "İl" də Allahın adıdır və "İsrail" yəni "Allahın qüvvəsi". "Məanil-əxbar" kitabında da bu iki mə`na qeyd olunmuşdur. Mərhum Təbərsi "Məcməul-bəyan" təfsirində deyir: "İsrailul-llah" yəni Allahın xalis bəndəsi.
Y Ə qubun ö l ü m zaman ı ö z o ğ lanlar ı il Ə s ö hb Ə ti
Yəqubun xüsusi həyatına dair Qur'ani-Kərimdə gəlmiş daha bir başqa mövzu onun öz oğlanlarına ölüm ayağında etdiyi vəsiyyətidir. "Bəqərə" surəsində buyurur: -"İbrahim öz oğlanlarına vəsiyyət etdi. Yəqub da öz oğlanlarına vəsiyyət edərək (dedi:) Ey oğlanlarım! Allah bu dini sizin üçün seçdi. Odur ki, yalnız müsəlman halında ölün." Məgər siz o zaman var idiniz ki, Yəqubun ölümü yetişdikdə öz oğlanlarına dedi: -"Məndən sonra nəyə ibadət edəcəksiniz?" Dedilər: -"Sənin Allahına və ataların İbrahim, İsmail və İshaqın Allahına. Yeganə Allaha ibadət edib və onun fərmanına təslim olacağıq". ("Bəqərə" surəsi, ayə 132-133).
Təfsirçilərin dediyinə əsaslanaraq bu ayələrdən belə məlum olur ki, İbrahimin və övladlarının gətirdiyi haqq və doğru din İslam dini idi. Odur ki, yəhudilərin həzrət Yəquba nisbət verib oğlanlarına həmişə yəhud dinində qalmağı vəsiyyət etməsini lazım bilməsini demələri yalnız bir töhmətdir. Həzrət belə bir sözü öz oğlanlarına deməmişdir.
Amma həzrət Yusifin ayrılığı və digər övladlarının həsəd etməsi ilə üzləşməsi və bunun ardınca baş vermiş əhvalat bundan sonrakı bölmədə, Yusif peyğəmbərə aid fəsildə gələcək.
Amma tarixdə və Tövratda Yəqubun xüsusi həyatına dair və bəzi rəvayətlərdə də gəlmiş mövzular bunlardır:
1- Yəqub adlanmasının səbəbi
Təbəri, İbn Əsir və bəzi təfsirçilər Sudey və İbni Abbas və başqalarından nəql edirlər ki, Yəqub və qardaşı Eys əkiz dünyaya gəlmişdilər. Bununla belə ki, Yəqub Eysdən böyük idi, amma Eys ondan tez dünyaya gəlib. Səbəbi də bu olub ki, onlar ana bətnindən çıxarkən bir-biri ilə müzakirə edərək hər biri, digərindən tez çıxmaq istədi. Nəhayət Eys Yəquba dedi: -"Allaha and olsun əgər sən məndən tez çıxsan ananın bətnində qalıb onu həlak edəcəyəm. Odur ki, Yəqub dala çəkildi və Eys birinci çıxdı. Yəqubdan qabaq çıxdı, Yəquba da Yəqub dedilər, çünki dünyaya gələrkən Eysin dabanını (ərəbcə ona "əqəb" deyilir) tutmuşdu.
Bu hədisi onlar yazıb, Tövratda da bu məzmuna yaxın nəql olmuşdur.
Amma şiənin rəvayətlərində Səduq "İləluş-şəraye" və "Məanil-əxbar" kitablarında imam Sadiqdən (ələyhis-salam) bir hədis nəql edib, amma onların ana bətnində müzakirələri Yəqubun Eysin dabanından tutması və Eysin ona dediyi sözlərdən heç bir əsər-əlamət yoxdur. Ancaq Yəqubun Yəqub adlanmasının səbəbi barədə buyurur: "Yəqub və Eys əkiz idilər və birinci Eys dünyaya gəlmişdir. Sonra Yəqub və buna görədə Yəqub (arxadan gələn) adlandırdılar, çünki qardaşı Eysin ardınca dünyaya gəldi".
Zahirən bunu deməyə ehtiyac yoxdur ki, Səduqun rəvayəti bu barədə hər cəhətdən üstün və qəbul etməyə daha ləyaqətlidir, onların nəql etdiyi rəvayətdə olan nöqsanlardan, eyiblərdən xalidir. Burada Eysin adı bir çox tarixdə sin hərfi ilə qeyd olunub, bəzilərində isə "Eysu" yəni sin hərfindən sonra vav hərfi də vardır. Bu da Təbərinin və İbn Əsirin Eysin Eys adlanması üçün nəql etdikləri səbəblə uyğun gəlmir. Allah daha yaxşısını bilir.
2-Yəqubla Eysin ixtilafı
Yuxarıda qeyd olunan kitablarda icmal-təfsillə daha başqa bir məsələ budur:
Yəqub anası "Rəfəqənin" yanında Eysdən daha sevimli idi. Rəfəqə onu Eysdən daha çox sevirdi. İshaq isə Eysi Yəqubdan çox istəyirdi. Eys ovçu idi, çöldə yaşayan heyvanları övlayırdı. İshaq ömrünün axırında gözlərinin görmə qabiliyyətini əldən vermişdi. Bir gün bədəni tüklü olan oğlu Eysə dedi: -"Mənim üçün ov etdiyin ətdən bir yemək hazırla gətir, mənim haqqımda atamın elədiyi duanı sənin üçün edim. Eys ov etmək üçün evdən çıxıb getdi. İshaqın sözünü eşitmiş anası Rəfəqə, Yəqubu çox istədiyi üçün İshaqın duasının onun halına şamil olmasını istədi. Odur ki, Yəqubun yanına gəlib Eysin əksinə olaraq onun bədənində tük olmadığına görə ona dedi: -"Qalx bir qoyun kəs, ətini kabab edərək dərisini də geyinib apar atanın yanına və de ki, mən oğlun Eysəm! Yəqub da belə etdi, İshaqın yanına gəlib dedi: -"Atacan ye!" İshaq soruşdu: -"Sən kimsən?" Yəqub dedi: -"Mən oğlun Eysəm." İshaq əlini onun başına, bədəninə çəkib dedi: -"Bədən Eysin bədənidir, amma sənin qoxun Yəqubun qoxusudur. Yanında dayanmış anası dərhal dedi: -"Oğlun Eysdir, onun üçün dua et." İshaq dedi: -"Yeməyi yaxın gətir." Yəqub yeməyi İshaqın yanına apardı. Yeməyi yedikdən sonra ona dedi: -"İrəli gəl." Yəqub irəli gəldi. İshaq onun barəsində dua edib Allahdan peyğəmbərləri, padşahları onun nütfəsində qərar verməsini dilədi. Bu duadan sonra Yəqub atasının yanından çıxdı. Çox çəkmədi ki, Eys gəlib atasına dedi: -"İstədiyin ovu sənin üçün gətirmişəm!" İshaq dedi: -"Oğlum! Qardaşın Yəqub səndən qabağa düşdü."
Bu hadisə səbəb oldu ki, Eys ona qəzəblənsin və onu öldürəcəyinə and içdi. İshaq ona dedi: -"Oğlum! Bir dua da sənin üçün qalıb. İrəli gəl onu da sənin haqqında edim." Eys irəli gəldikdə İshaq onun barəsində dua edib istədi ki, onun nəsli çoxalsın və özlərindən başqası onlara hökmüdar olmasın.
Bu da bir hadisədir ki, onlar Yəqubla Eysin bir-birləri ilə ixtilafı barədə nəql ediblər. Amma belə bir məsələyə rast gəlməmişəm və belə nəzərə çarpır ki, bu məsələ yəhud alimlərinin qoşub düzəltdikləri israiliyyatdandır (əfsanələrindən). Onların və hal-hazırda olan Tövratın vasitəsilə tarixçilərin əlinə düşüb. Çünki İshaq və Yəqub kimi peyğəmbərlərdən belə bir nalayiq iş uzaqdır. Qur'ani-Kərim onların müqəddəs məqamlarını belə məsələlərdən pak bilib şahid olaraq təkcə "Sad" surəsində buyurduğu kifayətdir.
"Bizim bəndələrimiz İbrahim, İshaq və Yəqubu yad et ki, qüdrət və bəsirət sahibi idilər. Biz axirət evini xatırlamağı onlara xas etdik, həqiqətən onlar bizim yanımızda seçilmiş və xeyirxahlardır".("Sad" surəsi, ayə 45-47).
3- Yəqubun Labanın qızları ilə evlənməsi
Yuxarıda qeyd olunan kitablarda Yəqubun (ələyhis-salam) dayısı Labanın qızları "Liya" (ya "Liyəh") və "Rahil" ilə evlənməsini belə nəql edirlər;
Yuxarıda deyildiyi tədbir nəticəsində Yəqub atasının duasını öz halına aid etdi. Eys də and içdi ki, onu bu işinə görə öldürsün. Anası Rəfəqə Yəqubun Eysin əliylə qətlə yetməsindən qorxub Yəquba dedi: -"Dayın Labanın yanına get!" Yəqub anasının bu göstərişini yerinə yetirmək və dayısı Labanı görmək üçün "Fidan Aram" şəhərinə tərəfə yola düşdü. Yəqub Eysin qorxusundan gecələr yol gedib gündüzlər gizlənərək, gəlib "Fidan Arama" yetişdi. Yəqub Labanın qızı ilə evlənmək istəyirdi. Labanın "Liya" və "Rahil" adlı iki qızı var idi. Liya Rahildən böyük idi. Amma Yəqub Rahili istəyirdi. Dayısı Labanın yanına elçiliyə getdikdə müəyyən bir zamanadək qoyunlarını otarmaq şərtilə onunla razılaşdı.
Müəyyən zaman gəlib yetişdikdən sonra öz böyük qızı Liyanı ona verdikdə Yəqub ona dedi: -"Mən Rahili istəyirdim." Laban cavabında dedi: -"Bizim adət-ənənəmiz belədir ki, böyük qız qala-qala kiçik qızı ərə vermərik. İndi etdiyin qədər bizim üçün çobanlıq et, Rahili də verim sənə."
Yəqub yenidən müəyyən qədər Laban üçün çobanlıq etdi ki, Rahili də ona versin.
Təbəri, İbn Əsir və bəzi təfsirçilər deyiblər: -"Eyni zamanda iki bacı ilə evlənmək o zamanda caiz və halal idi. "Nisa" surəsindəki;
"İki bacını bir yerə yığmayın (eyni zamanda ikisi ilə evlənməyin) keçmişdə olan müstəsnadır" ayəsi Yəqubun bu əhvalatına aiddir.
Yəqubi öz tarixində bu əhvalatı belə nəql edir: İshaq Yəquba dedi: -"Allah səni öz peyğəmbəri edib, sənin övladlarını da peyğəmbər edəcək və xeyir-bərəkəti səndə qərar vermişdir. Sonra ona göstəriş verdi ki, Şamda yerləşən "Fidan Aram" şəhərinə getsin. Yəqub atasının göstərişi ilə "Fidan Aram" şəhərinə gəldi. Orada qoyunlarla quyu başında dayanıb qoyunlara su vermək istəyən bir qadını gördü. Amma quyunun ağzında bir böyük daş var idi ki, bir neçə kişi gücü lazım idi. Yəqub o qadından soruşdu: -"Sən kimsən?" Dedi: "Mən "Liya" Labanın qızıyam". Laban Yəqubun dayısı idi.
Yəqub bunu eşitdikdə irəli gəlib daşı quyunun ağzından çəkib Liyanın qoyunlarını suvardı. Sonra dayısının yanına getdi. Laban həmin qızını Yəquba ərə verdi. Yəqub dedi: -"Mənim nişanlım onun bacısı Rahil idi?" Laban dedi: -"Bu böyük idi, mən Rahili də sənə ərə verəcəyəm." Sonra hər ikisini də ona verdi.
Bunların sözünün müqabilində bir dəstənin əqidəsi budur ki, Yəqub Rahili Liya dünyadan köçəndən sonra almışdı və iki bacını bir yerə yığmamışdı. Bu nəzəri şiənin böyük təfsirçisi Təbərsi "Məcməul-bəyan" təfsirində bəyənmişdir və "Nisa" surəsinin ayəsini cahiliyyət zamanın camaatına aid bilmişdir ki, eyni zamanda iki bacı ilə evlənirdilər. Bu fərziyyə daha düz nəzərə çarpır. Allah daha yaxşısını bilir.
Hər halda tarixçilər Liyanın da, Rahilin də kənizi var idi ki, onları da Yəquba bağışladığını yazırlar. Liyanın kənizinin adı "Zülfa" və Rahilin kənizinin adı "Bülha" idi. Yəqub bu dörd qadından on iki oğul atası oldu.
Liyadan olan uşaqlar; 1. Rubil - bəzilərinin dediyinə əsasən Rubin. 2. Şəm'un. 3. Lavi. 4. Yəhuda. 5. Yəşcər-Yəyşakir. 6. Riyalun - (ya Zebolon).
Rahildən olanlar; 7. Yusif. 8. Benyamin.
Bülhadan olanlar; 9. Dan. 10. Nəftali.
Zülfadan olanlar; 11. Cad. 12 Əşir.
Benyamindən başqa Yəqubun bütün övladları Fidan Aram şəhərində anadan olmuşdur. Təkcə Benyamin Yəqub Fələstinə gəldikdən sonra dünyaya gəlmişdir. Bunların müqabilində Məs'udi "İsbatul-vəsiyyə"də Yəqubun on iki oğlunun Liya və Rahildən olduqlarını bildirib və onların kənizlərindən heç bir söz deməyib.
Yəqub bir neçə il Fidan Aramda dayısının yanında qalıb qoyunçuluqla məşğul olub çoxlu qoyun, mal-dövlət sahibi olub Şama, Fələstinə qayıtmaq istədi. Amma qardaşı Eysdən qorxurdu ki, onu öldürüb, əzab-əziyyət edər. Odur ki, Məs'udinin dediyinə əsasən, əvvəlcədən Eys üçün hədiyyə göndərdi. "Murucuz-zəhəb" kitabında deyir: -"Yəqubun 5500 baş qoyunu var idi. Bu niyyətlə onların onda bir hissəsini qardaşı üçün göndərdi və qardaşına bir məktub da yazdı. O məktubun bir cümləsi bu idi: -"Əbdukə Yə`qub" - "Sənin qulun Yəqubdan." Təbəri deyir: -"Öz çobanlarına tapşırdı ki, əgər biri gəlib sizdən soruşsa ki, siz kimsiniz? Deyin: -"Biz Eysin bəndəsi olan Yəqubun çobanlarıyıq."
O tərəfdən də Eys öz qoşunu ilə Yəqubu qətlə yetirmək niyyətilə Şamdan çıxmışdı. Amma elə ki, naməni oxudu və Yəqubun hədiyyəsi ona yetişdi, onu öldürməkdən yan keçərək qardaşını çox gözəl surətdə qarşıladı. Yəqub Kənanda olduğu müddətdə ona heç bir əzab-əziyyət vermədi.
Amma Yəqubun şərhi-halının davamını gələn bölmədə oğlu Yusifin əhvalatında oxuyacaqsınız.
Y Ə qubun v Ə fat ı
Yəqub bundan sonra gələn şərhlə həyatda çəkdiyi bir çox əzab-əziyyət, qəm-qüssədən sonra 140 yaşında və ya bəzilərinin dediyinə əsasən 147 yaşında Misirdə dünyasını dəyişdi. Ölüm zamanı Yusifə vəsiyyət etdi ki, cənazəsini Fələstinə aparıb atası və cəddi İshaqın (ələyhis-salam) və İbrahimin (ələyhis-salam) yanında dəfn etsin. Yusif də vəsiyyətinə əməl edib onun vəfatından sonra cənazəsini Şama aparıb İbrahimin, İshaqın məzarının kənarında dəfn etdi.
Təbərsi Məcməul-bəyan təfsirində İbni İshaqdan rəvayət edir ki, Yəqubun cənazəsini abnus-sac ağacından düzəldilmiş tabuta qoyub Beytul-Müqəddəsə apardılar və tabutu Beytul-Müqəddəsə daxil olan gün Eysin dünyadan gedən gününə təsadüf etmişdir. Odur ki, onların hər ikisini bir qəbrə qoydular. Elə buna görə də yəhudilər öz ölülərini Beytul-Müqəddəsə aparırlar.
Çünki Yəqubla Eys bir dünyaya gəlib və bir də dünyadan köçüblər, odur ki, onların dünyada ömrü eyni olub. Sonra deyir: -"Onlar dünyadan köçərkən 147 yaşları olub."
Məsudi "İsbatul-vəsiyyə" kitabında deyib: -"Yəqub vəfat etdikdən sonra Yusif qırx gün əzadarlıq etdi. Bu müddətdə Yəqubun oğlanları, Misirin böyükləri cənazəni Fələstinə aparmaq tədarükünü görürdülər. Qırx gündən sonra onu Fələstinə apardılar. Onu İbrahimin məzarının yanında dəfn etmək istədikdə Eys gəlib Yəqubun cənazəsini dəfn etməyə mane oldu. Bu vaxt onun güclü, qüvvəli oğlu Şəm'un irəli gəlib Eysə hücum edərək onu qətlə yetirdi. Bu səbəb oldu ki, Yəqubla Eys birlikdə, bir-birinin kənarında dəfn olunsunlar.
Tarixçilərin dediyi kimi və Təbərsi də bu əhvalatın ardınca yazır: "Yusif öz atasını dəfn etmək üçün Fələstinə gəldi və onu Beytul-Müqəddəsdə dəfn etdikdən sonra yenidən Misirə qayıtdı."
Yəqubi deyir: -"Yəqubun ölümü gəlib yetişdikdə oğlanlarını və nəvələrini bir yerə toplayıb onların barəsində dua edib hər tək-təkinə xüsusi sifariş etdi. Özünə xas olan qılıncını, kamanını Yusifə bağışlayıb ona sifariş etdi ki, onun cənazəsini Beytul-Müqəddəsə aparıb İbrahim və İshaqın məzarlarının kənarında dəfn etsin. Yəqub dünyasını dəyişdikdən sonra yetmiş gün onun üçün əzadarlıq etdilər. Sonra Yusif və onun Misirdəki nökərləri cənazəsini Fələstinə aparıb İbrahim və İshaqın məzarının kənarında dəfn edib yenidən Misirə qayıtdılar."