İMAMƏT MƏSƏLƏSİ

VAXTDAN BAŞLANDI ?

Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin. Bu dəstə «sünni» və ya «sünnə» adlanır.

İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə «İmamiyyə» və ya «şiə» adlanır.

Bu bəhsləri irəli sürməkdə məqsədimiz məsələni əqli və tarixi dəlillərlə sübuta yetirmək və ona aid Quran ayələri və peyğəmbərin hədislərini şahid gətirməkdir. Ancaq bu bəhslərə başlamazdan qabaq bir neçə məsələni nəzərinizə çatdırmağı lazım bilirik.

1) İmamət məsələsi araya ixtilaf salırmı?

Bəzi insanlar var ki, imamət məsələsi barədə söhbət araya gəldikdə deyirlər, bu gün bu məsələnin yeri deyil. İndi müsəlmanları birləşdirib vəhdət (birlik) yaratmaq lazımdır. Peyğəmbərin canişini barədə söz-söhbət araya ixtilaf salır. İxtilaf və təfriqə yaradan məsələləri kənara qoyub ümumi çətinliklərimizin həlli ilə məşğul olmalıyıq.

Bu, tamamilə səhv bir fikirdir. Çünki birincisi, ixtilaf və təfriqə yaradan yalnız məntiqsiz və əsassız söhbətlərdir. Məntiqlə, sübutla, dəlillə deyilən sözlər heç bir ixtilafa səbəb olmur. Əksinə, arada olan ixtilafları azaldır və müştərək cəhətləri qüvvətləndirir. Mən özüm Ərəbistana ziyarətə gedərkən orada olan sünni məzhəbinin alimləri ilə görüşüb bəhslər etmişəm. Həm onlar, həm də mən bu bəhslərin heç bir ixtilafa səbəb olmadığını, eyni zamanda arada yaxınlıq yaratdığını hiss edirik. Bu bəhslər aradakı ixtilafları imkan dairəsində aradan qaldırır, bir-birimizə olan kin-kudrəti səmimiyyətə çevirirdi.

Ən əsası və başlıcası budur ki, bu cür bəhs və müzakirələr iki məzhəb arasındakı müştərək cəhətlərin həddən artıq çox olduğunu aşkar edir. Biz müsəlmanlar (şiə və sünni) bu müştərək cəhətlərlə düşmənlərimizin qarşısında durub onların cavabını verə bilərik.1

Sünnilərin özü dörd firqəyə bölünmüşlər: hənəfilər, hənbəlilər, şafeilər və malikilər. Bu dörd firqənin olması heç də onların təfriqələrinə səbəb olmamışdır. Əgər sünnilər şiə məzhəbini bir məzhəb kimi qəbul etsələr, bir çox ixtilaflara son qoyular. Necə ki, son zamanlarda sünni məzhəbinin böyük müftisi, əl-Əzhər universitetinin rektoru Şeyx Şəltun İslamda böyük bir addım atmış və sünnilər arasında şiə məzhəbini müsəlmanlar üçün rəsmi olaraq beşinci məzhəb elan etimişdir. Onun bu işi iki məzhəb arasında böyük dostluq və qardaşlığa səbəb olmuşdur.

İkincisi, bizim əqidəmizə görə, İslamın qayda-qanunu hər məzhəbində kamildir. Bütün məzhəblərə hörmət etməyimizlə bərabər bu əqidədəyik ki, həqiqi İslamı hansı cəhətdən olursa olsun, yalnız şiə məzhəbi düzgün tanıtdıra bilər. Nəyə görə bu məktəb və məzhəbi məntiq əsasında və qənaətbəxş olan dəlillərlə öz övladlarımıza öyrətmək? Əgər bu işi görməsək, qətiyyətlə deyə bilərəm ki, övladlarımıza xəyanət etmiş olarıq.

Biz yəqin bilirik ki, peyğəmbər(s) özündən sonra camaata başçılıq etmək üçün canişin təyin edib. Bu məsələni məntiqi sübutlarla araşdırmağın nə eybi var? Ancaq bu araşdırmalar elə olmalıdır ki, başqalarının məzhəbinə hörmətsizlik olmasın.

Üçüncüsü, İslam düşmənləri müsəlmanların vəhdət və birliyini aradan qaldırmaq üçün sünnilərin yanında şiələrə, şiələrin yanında da sünnilərə o qədər töhmətlər, iftiralar yağdırmışlar ki, bəzi ölkələrdə bu, iki məzhəbi bir-birindən uzaq salmış və onları bir-birinə düşmən etmişdir. Əgər biz imamət məsələsini yuxarıda dediyimiz kimi, yəni, məntiqi sübutlarla irəli sürsək, şiə məzhəbinin təkid etdiyi məsələləri Quran və peyğəmbər sünnəsi ilə sübut etsək, məlum olar ki, bu təbliğatın hamısı yalan olmuş və yalnız arada ixtilaf salmaq üçün bu söhbətləri quraşdırmışlar.

Misal üçün, mənim heç vaxt yadımdan çıxmaz ki, Ərəbistana etdiyim səfərlərin birində Səudiyyə Ərəbistanın böyük din alimlərindən biri mənə dedi: «Eşitmişəm, siz (şiələr) bizim Qurandan fərqlənən başqa Quran çap edirsiniz». Mən təəcüblə ona dedim: «Əziz qardaşım! Bu məsələnin doğru olub-olmadığını öyrənmək elə də çətin iş deyil. Mən sizi dəvət edirəm, şəxsən özünüz və ya nümayəndəniz həcc ziyarətindən sonra heç bir yerə xəbər vermədən bizim ölkəyə gedək. Bütün məscidlərdə, evlərdə Quran var. Hansı məscidə, yaxud evə istəsəniz, gedib bir Quran götürüb baxaq. Görün, bizim ölkənin (çap etdiyi) Quranında bir fərq varmı? Onların nöqtəsində belə bir fərq ola bilməz.

Mənim bu səmimi və sübutla etdiyim söhbət onun səhvini özünə anlatdı.

Bunları deməkdə məqsəd imamətə dair bəhslərin (yuxarıda dediyimiz kimi) İslam cəmiyyətini möhkəmlətdiyini, bir çox həqiqətləri kəşf etdiyini və aradakı ixtilafları azaltdığını bildirməkdir.

2) İmamət nədir ?

«İmam» sözü, adından məlum olduğu kimi, müsəlmanların rəhbər, başçı və liderinə deyilir. Şiə əqidəsinə görə məsum imam o şəxsə deyilir ki, o, hər cəhətdən Peyğəmbər(s)-in canişinidir. Peyğəmbərlərlə imanın təkcə bir fərqi var ki, peyğəmbər yeni şəriət və din gətirmiş, imam isə həmin şəriətin gözətçisidir. Peyğəmbərə vəhy nazil olur, imama isə vəhy nazil olmur. İmam öz təlimatını peyğəmbərdən alır və böyük elmə malikdir.

Şiələrin nəzərincə, məsum imam İslama rəhbərlik etməklə yanaşı, müsəlmanların maddi və mənəvi, zahiri və batini, bir sözlə, bütün cəhətlərdən rəhbəri və başçısıdır. İslam qayda-qanunlarını qoruyub saxlamaq onun borcudur və o, Allahın seçilmiş bəndəsidir. Sünni qardaşlar isə, imaməti bu cür şərh etmirlər. Onların fikrincə imamət təkcə islami hökumətə başçılıq etmək deməkdir. Başqa sözlə desək, xəlifələri (hər hansı xəlifə olursa, olsun) hansı zamanda olursa, olsun, müsəlmanların rəhbəri və peyğəmbərin canişini bilirlər.

Gələn dərslərdə isbat edəcəyik ki, hər zaman yer üzündə məsum bir peyğəmbər və ya imam olmalıdır. Belələklə də o, dini qoruyaraq haqqı tələb edənlərə başçılıq edəcək. Əgər bir zaman gözlərdən qeyb olsa, bu da Allahın məsləhəti ilədir. Belə bir zamanda isə din alimləri onun işini öz öhdələrinə götürüb onun ardıcılları olurlar.

İmamlığın fƏlsƏfƏsi

Peyğəmbərlərin lazımlığı barədə gətirdiyimiz sübutlar peyğəmbərdən sonra imamın lazımlığını da bizim üçün bir qədər aydınlaşdırıb. Çünki onların (peyğəmbərlərin və imamların) bəzi işləri eynidir. Lakin yenə də bəzi məsələlərin açıqlanmasını lazım bilirik.

1) İlahi rəhbərlərin ( imamların ) himayəsində mənəvi təkamül .

Hər şeydən əvvəl, dünyanın yaraşıq və bəzəyi olan yaranışının hədəfi ardınca gedirik. Bu hədəf Allaha, kamala, mənəvi təkamülə yetişməkdə çox məsafələr, uzun-uzadı yollar qət etmişdir. Şübhəsiz ki, bu yolu məsum bir imamın başçılığı olmadan qət etmək olmaz. Bu məsafəni arxada qoymaq üçün mütləq Allah tərəfindən təyin edilmiş bir müəllimə ehtiyacı var.

Düzdür, Allah insana ağıl, düşüncə, dərrakə, vicdan vermiş, onun üçün səmavi kitablar göndərmişdir. Bununla belə, yenə də ola bilər ki, insan öz yolunu tapmaqda səhv etsin. Məsum bir imamın olması isə bu səhvin qarşısını mümkün qədər alır. Beləliklə də, «imamın vücudu insan yaranışının hədəfini təkmil edir.» Əqidə kitablarında bu ifadəni «lütf qaydası» adlandırılar. Lütf qaydası o deməkdir ki, hikmətli Allah insanı yaranışının hədəfinə yetirmək üçün onun üçün hər cür şərait hazırlamışdır. O cümlədən, insanlar üçün peyğəmbərlər göndərmiş və imamlar təyin etmişdir. Əgər belə olmazsa, Allahın hikməti ilə uyğun olmaz. (Diqqət olunsun).

2) Səmavi şəriətləri qorumaq

Bildiyimiz kimi, ilahi şəriətlər peyğəmbərlərin qəlblərinə nazil olan zaman yağış suyu kimi şəffaf və ruhu yandırandılar. Lakin həmin pak şəriətlər çirkin mühitə, bacarıqsız qəlblərə daxil olan zaman çirklənir və yavaş-yavaş öz paklıqlarını itirirlər. İnsanlar (nahaq insanlar) bu şəriətlərin paklığını yox etmək üçün mövhumat və fanatik fikirləri ona qatırlar. Belə olduqda bu şəriətlərin nə bir cazibəsi olur, nə də tərbiyəsi. Bunun qarşısını almaq üçün məsum bir rəhbər şəriət və din proqramlarını gözləməlidir. Bu yolla bütün mövhumat, fanatikalar və yalan əqidələrin qarşısı alınır. Əgər bir şəriət bu cür gözətçidən məhrum olarsa, o tez bir zamanda öz paklığını itirəcək.

Məhz bu mənaya işarə edərək Həzrət Əli(ə) Nəchul-bəlağədə buyurur: «Yer üzü istər aşkarda olsun, istər gizlin, heç bir vaxt ilahi bir rəhbərsiz olmayıb ( olmayacaq). Bununla da,Allahın aşkar dəlil sübutlarının (şəriətinin) aradan çıxmasının qarşısıalınır (Nəhcül-bəlağə, qısa sözlər, 147-ci cümlə). Bu baxımdan imamın qəlbi içində sənədlər saxlanan etibarlı sandığa bənzəyir. Bu yolla bu sənədlər həmişə olduğu kimi qalır.Bu da imamın mövcudluğunun fəlsəfəsindən biridir.

3) Ümmətə siyasi-ictimai rəhbərlik

Şübhəsiz ki, heç bir dəstə ictimai nizam- intizam və başda qüdrətli bir rəhbər olmadan öz ehtiyacını ödəyə bilməz. Elə buna görə də, qədim zamanlardan indiyədək bütün millətlər özlərinə rəhbər təyin etmişlər. Bu rəhbərlər bəzən saleh və xeyirxah insanlar, əksər hallarda isə xudbin və ləyaqətsiz şəxslər olmuşlar. Tarix dəfələrlə göstərmişdir ki, Müaviyə, Yezid kimi zalım şəxsiyyətlər camaatın rəhbərə olan ehtiyacından istifadə edərək özlərini güclə camaata rəhbər etmişlər. Bu, işin yalnız bir tərəfidir. Digər tərəfdən, insan özünün mənəvi təkamül hədəfinə nail olmaq üçün bu yolu tək başına yox, camaatla birgə getməlidir. Çünki bir nəfərin fikri, cismi, maddi və mənəvi qüvvəsi camaatın qüvvəsindən dəfələrlə azdır. (Cəsarətlə demək olar ki, bir nəfərin qüvvəsi cəmiyyətin qüvvəsinin yanında heçdir.) Buna görə, cəmiyyətə düzgün nizam-intizam hakim olmalıdır. Bu hakimiyyət haqsızlıqlarla mübarizə, bütün camaatın hüququna riayət, mühitdə bu hədəfə yetişmək üçün cəmiyyəti səfərbər etməli və böyük hədəflərə nail olmaq üçün proqramlar hazırlamalıdır.

4) Höccətin tamamlanmasına olan ehtiyac

İmamın mövcudluğu onun ətrafındakı möminlərin ondan bəhrələnməsi və öz hədəflərinə çatmaları üçün ondan istifadə etmələrindən əlavə, onların əksinə hərəkət edənlərə höccəti tamamlayır. Bu yolla onlara verilən əzab vədləri sübutsuz olmur və bəhanə üçün heç bir yer qalmır. Bir sözlə, imamın mövcudluğu haqq dəlillərini kifayət qədər bəyan edir, xəbərsizləri xəbərdar edir, xəbərdarlara isə xatircəmlik verir.

5 ) İmam Allah lütfünün böyük vasitəçisidir

Alimlərin bir çoxu (hədislərdən istifadə edərək) insanlar arasında peyğəmbər və imamın yerini insan bədənində ürəyin yerinə bənzədirlər. Bildiyimiz kimi, ürək döyündükdə bütün damarlara qan ötürərək bütün hüceyrələri qidalandırır. Məsum imamın insanların başçısı olub Allah lütfünün nazil olmasına səbəb olduğunu, eləcə də hər bir insanın bu vasitəçi ilə əlaqədə olub öz lütfünü mənimsədiyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, ürək insan vücuduna lazım olduğu kimi, imam da insanlara lazımdır. (Diqqətli olun.)

Bunu da bilin ki, peyğəmbər və imamın özünün heç bir şeyi yoxdur ki, camaata versinlər, hər nələri varsa, hamısı Allahındır. Necə ki, qəlb Allah lütfünün bədən üçün vasitəçisidir, eləcə də peyğəmbər və imam insanlar üçün Allah lütfünün vasitəçisidirlər.

İmamın xüsusi şƏraiti sifƏtlƏri

Bu bəhsi başlamazdan qabaq bir məsələni bilməliyik. O məsələ budur: Qurani-Məciddən məlum olur ki, imamət məqamı bir şəxsin çata biləcəyi ən yüksək məqamdır. Hətta nübuvvət məqamından da üstündür. Çünki İbrahim peyğəmbərin əhvalatında deyilir:«İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm» dedi. İbrahim isə «nəslimdən necədeyə soruşdu. Allah (onun cavabında): «(Sənin nəslindən olan) Zalımlar mənim imamlıq rütbəmə nail ola bilməzlərbuyurdu (Bəqərə, 124). Beləliklə də, İbrahim(ə) nübuvət, peyğəmbərlik məqamına çatdıqdan və Allahın imtahanlarından başı uca çıxdıqdan sonra imamət məqamına nail olur və camaatın zahiri, batini, maddi və mənəvi rəhbərçiliyini öhdəsinə götürür.

İslam peyğəmbəri də nübuvvət məqamından əlavə camaatın rəhbərliyini (imaməti) də öhdəsinə götürmüşdü. Digər tərəfdən, bilirik ki, bir məqama nail olmaq üçün lazım olan şərait, sifət və xüsusiyyətlər həmin məqama münasib və uyğun olmalıdır. Yəni, məqam və rütbə nə qədər uca və məsuliyyətlər nə qədər ağır olarsa, lazım olan xüsusiyyətlər də bir o qədər çətin olacaqdır. Məsələn, İslamda məhkəmə işi aparan hakim və ya camaat namazına başçılıq edən şəxs ədalətli olmalıdır. Bir məhkəmə işi aparmaq və ya bir neçə rükət camaat namazı qılmaq üçün ədalət lazımdırsa, görün o böyüklükdə imamət məqamını öhdəsinə götürən şəxs hansı xüsusiyyətlərə malik olmadıdır?

Bu baxımdan imam olan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1) Günah səhvdən məsum olmaq

İmam da peyğəmbər kimi məsum olmalıdır. Əks təqdirdə camaatın etimadını qazana bilməz və onlara rəhbər, örnək, nümunə ola bilməz. İmam camaatın qəlbində rəğbət qazanmalıdır. Dediyi sözləri camaat sorğu-sualsız qəbul etməlidir. Günah işlətmiş şəxs heç vaxt camaatın rəğbətini qazana bilməz. Özünün gündəlik işlərində səhvə yol verən şəxs cəmiyyətin işlərini səhvsiz necə qabağa apara bilər? Camaat onun dediklərini sorğu-sualsız necə qəbul edər?

Şübhəsiz ki, peyğəmbər məsum olmalıdır və buna heç kimin şəkki yoxdur. İmam da yuxarıda dediyimizə əsasən məsum olmalıdır.

Bu məsələni başqa bir yolla da isbat etmək olar. O da ötən dərslərdə dediyimz «lütf qaydası» dır. Peyğəmbər və imamın varlığı bu qaydaya əsasən olduğu kimi, məsumluğu da bu qaydaya əsasəndir. Səbəbi də budur ki, peyğəmbər və imamların qarşıya qoyduğu məqsədlər yalnız məsum olmaqla təmin olunur və ötən dərslərdə peyğəmbər və imamların varlığının fəlsəfəsinə dair dediklərimiz məsumluq şərti ilə kamil olur.

2) Sonsuz elm

İmam da peyğəmbər kimi camaatın elm mənbəyidir. O, dinin əsas və füruatından (fəri2 məsələlər), Quranın zahir və batinindən, peyğəmbərin sünnəsindən və dinə aid olan bütün məsələlərdən xəbərdar olmalıdır. O, şəriətin gözətçisi, camaatın rəhbəridir. Çətin məsələlərlə üzləşdikdə başqalarından kömək istəyən, elmləri İslam cəmiyyətinin ehtiyaclarını ödəməyən insanlar imamət məqamını öhdələrinə götürə bilməzlər. (Heç buna ixtiyarları da çatmır.) Bir sözlə, imam dini məsələləri bütün camaatdan yaxşı bilməlidir. Peyğəmbərin vəfatından sonra əmələ gələn boşluğu doldurmalı və həqiqi İslamı mövhumatdan qoruyub saxlamalıdır.

3) Şücaət

İmam cəmiyyətin ən şücaətli şəxsi olmalıdır. Şücaətsiz rəhbərlik etmək mümkün deyil. İmam şücaətlə çətinliklərin, zalımların, daxili və xarici düşmənlərin qarşısında durmalıdır.

4) Təqva

Dünya malının aşiqi olanlar tez allanırlar. Onların haqq yoldan dönmə ehtimalı böyükdür. Bu cür insanları bəzən dünya malı ilə şirnikdirmək, bəzən də qorxutmaq vasitəsi ilə yoldan çıxarırlar.

İmam dünya malının əsiri yox, əmiri (şah) olmalıdır. O, dünya malına aldanmamalı və İslama zidd olan dəvətlərə uymamalıdır. Buna görə də o, gərək, nəfsə tabe olmasın və dünya malında gözü olmasın.

5) Əxlaqi cazibə

Quran peyğəmbər(s) barədə buyurur: «(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər (Ali-İmran, 159). Camaatla qaba, sərt ürəkli rəftar etmək onların pərakəndəliyinə səbəb olmaqdan əlavə, peyğəmbər və imam üçün böyük bir eybdir. Şübhəsiz ki, onlar bu eybdən uzaqdırlar.

Bu xüsusiyyətlər böyük alimlərin imamlar üçün qeyd etdikləri əsas şərtlərdir. Əlbəttə, bu beş xüsusiyyətdən əlavə şərtlər də var. Lakin bu beş şərt onların ən əsaslardır.

IV dərs

İmamı tƏyin etmƏk kimin öhdƏsindƏdir ?

Müsəlmanların bir dəstəsi (sünnə əhli) deyirlər ki, peyğəmbər dünyasını dəyişən zaman heç bir canişin təyin etməmişdir. Bu iş (xəlifə seçmək) müsəlmanların öz öhdəsindədir. Şuranın rəhbərliyi altında yığışıb özlərinə xəlifə təyin etməlidirlər. Onlar deyirlər ki, bu iş həyata keçdi- ilk dəfə olaraq birinci xəlifə (Əbu Bəkr) müsəlmanlara rəhbərlik etdi. Dünyasını dəyişən zaman şəxsən özü ikinci xəlifəni təyin etdi. İkinci xəlifə də ondan sonrakı xəlifəni təyin etmək üçün altı nəfərdən ibarət olan bir şuranın qurulmasını vəsiyyət etmişdi. O altı nəfər bunlar idi: Əli(ə), Osman, Əbdürrəhman ibn Ofv, Zübeyr, Təlhə və Səd ibn Əbi Vəqqas. Şurada Osman hamıdan çox, yəni Səd ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Ofv və Təlhənin ona verdiyi üç rəy ilə müsəlmanların üçüncü xəlifəsi seçildi. (Bunu da xatırladaq ki, ikinci xəlifə Ömər açıq-aşkar demişdi ki, əgər rəylər bərabər olarsa (Osmanın kürəkəni olan) Əbdürrəhman ibn Ofv olan tərəfin rəyini qəbul edin). Osmanın xilafətinin axır çağlarında camaat müxtəlif səbəblər üzündən onun əleyhinə qiyam edib onu qətlə yetirdiklərinə görə, o, özündən sonrakı xəlifəni təyin edə bilməmişdi. Onun ölümündən sonra camaatın hamısı Həzrət Əli(ə)-a tərəf üz çevrilib ona beyət etdi. Bu beyətdən yalnız Müaviyə boyun qaçırdı. O, üçüncü xəlifə tərəfindən Şam şəhərinə vali təyin edilmişdi. Osmanın ölümündən sonra Müaviyə bilirdi ki, yeni xəlifə (Əli) onu bu məqamında saxlamayacaq. Məhz bu səbəbdən Əli(ə)-a müxalif olduğunu elan etdi və onun bu işi minlərlə günahsız müsəlmanın qanının axıdılması ilə nəticələndi.

İndi bu məsələni (camaatın xəlifə seçməsini) elmi və tarixi yollarla araşdırıb bu barədə olan sualların bir neçəsini oxucuların nəzərinə çatdırırıq.

1. Ümmət peyğəmbərə canişin təyin edə bilərmi ?

Bu sualın cavabı bir o qədər də çətin deyil. Əgər imamət (xilafət) müsəlmanların zahiri rəhbərliyini öhdəyə götürməkdirsə, onda bu işdə camaatın bu rəyi böyük rol oynayır. Yox, əgər imaməti ötən dərslərdə şərh etdiyimiz və Qurandan əldə etdiyimiz mənaya gətirsək, bu təqdirdə imamı, xəlifəni yalnız Allah, ya da peyğəmbər (o da Allahın vəhyi ilə) təyin edə bilər. Çünki imamın bu mənasında sonsuz elmə malik olmaq şərt olunmuşdu. Bu elm səmavi mənbədən nəşələnməlidir, Peyğəmbərin elminə arxalanaraq İslamı qorumalıdır. Yaxud imamın şərtlərindən biri məsumluqdur. Yəni, heç vaxt səhv və günaha yol verməməlidir. O, yalnız məsum olmaqla camaatın zahiri, batini, maddi və mənəvi rəhbərliyini öhdəsinə götürə bilər. Eləcə də məqama nail olmaq üçün təqva, şücaət və s. şərt olunmuşdur. Bu şərtləri bilmək yalnız Allah və peyğəmbərin əlindədir. Kimin məsum olub-olmadığını yalnız Allah bilər, kimin sonsuz elmə, təqvəya, şücaətə malik olduğunu yalnız o bilər.

İmamət və xilafəti yalnız «zahiri rəhbərlik» mənasında şərh edən şəxslər imamətin Qurandakı mənasını dəyişmiş və onun geniş dairəsini məhdudlaşdırmışlar. İmamın şərait və xüsusiyyətlərini tam şəkildə yalnız Allah tanıya bilər. Bu xüsusiyyətlərdən xəbərdar olan yalnız odur.

Peyğəmbərin Allah tərəfindən seçildiyi və camaatın fikrinin bu işdə heç bir rol oynamadığı kimi, imamın seçilməsi də bu cürdür. Peyğəmbər üçün lazım olan xüsusiyyətləri Allahdan başqa heç kimin bilmədiyi kimi, imamında xüsusiyyətlərini ondan başqa heç kim bilmir.

2. Məgər peyğəmbər özünə canişin təyin etmədi ?

İslam dininin ümumdünya və əbədi bir din olduğuna şübhə yoxdur. Quran ayələrinə əsasən, bu dinin xas bir zaman və məkana aid olmadığı anlışılır. Buna da şübhə yoxdur ki, peyğəmbər vəfat edən zaman İslam dini Ərəbistan yarımadasından kənara çıxmamışdı. Digər tərəfdən, peyğəmbərin Məkkədəki 13 il ömrü (peyğəmbər olduqdan sonra) yalnız bütpərəstliklə mübarizə aparmaqla keçmişdi. Ömrünün hicrətdən sonrakı və İslamın təzə-təzə çiçəkləndiyi dövrdəki on ilinin çoxu da müharibələrə sərf olmuşdu. Peyğəmbərin gecə-gündüz İslamı təbliğ etməsinə baxmayaraq, bir çox məsələlərlə yaxından tanış olmağa çox vaxt lazım idi. Buna görə də, bu ağır məsuliyyəti peyğəmbərdən sonra onun özü kimi bir şəxs öz öhdəsinə götürməli idi. Bunlardan əlavə, gələcəyi düşünmək məzhəbin, şəriətin davam etməsi üçün şərait hazırlamaq bütün rəhbərlərin fikrini cəlb edən məsələlərdən idi. Onlar bu məsələləri heç vaxt unutmur və həmişə bu barədə düşünürdülər. Bunlar bir kənara, bəzən peyğəmbər ən sadə işlər üçün də tövsiyələr edir, məsləhətlər verirdi. Onda necə ola bilər ki, özündən sonra bir nəfəri canişin təyin etmək üçün proqram hazırlamasın? Bu üç məsələ açıq-aşkar bildirir ki, peyğəmbər özündən sonra mütləq canişin təyin edib. Gələn dərslərdə (6-cı dərsdə) bu məsələyə dair İslam hədislərini də misal gətirəcəyik. Bu hədislər peyğəmbərin ömr boyu bu məsələdən xəbərsiz olmadığını vurğulayaraq bu işi bir az da açıqlayır. Baxmayaraq ki, peyğəmbərin vəfatından sonra bəzi siyasi qüvvələr camaata peyğəmbərin canişin təyin etmədiyini təlqin edirdilər. Heç inanmaq olarmı ki, bəzi müharibələrdə Mədinə şəhərindən bir neçə günlük kənara çıxmaq istəyən peyğəmbər öz yerində canişin qoyur, lakin ölümündən sonra bir nəfər canişin təyin etmir? Yəni, peyğəmbər(s) camaatı ixtilaflar arasında başsız qoyur, İslamı gələcəkdə tam şəkildə təmin etmək üçün tövsiyələr etmir? Yenicə yaranmış İslam üçün canişin təyin etməmək şübhəsiz ki, onun böyük təhlükələrlə üzləşdirər. Ağıl, düşüncə belə hökm edir ki, İslam peyğəmbəri tərəfindən bu iş (canişin təyin etməmək) qeyri-mümkündür. «Peyğəmbər bu işi camaatın öhdəsinə qoymuşdur» deyənlər heç olmasa, peyğəmbərin dilindən bir sənəd göstəsinlər. Təəsüflər olsun ki, bu şəxslərin heç bir sənəd, sübutları yoxdur.

3. İcma şura

Fərz edək ki, peyğəmbər bu mühüm işi həyata keçirməmiş və özündən sonra canişin təyin etməmişdir. Eyni zamanda, müsəlmanlar özlərinə xəlifə təyin etməlidirlər. Bildiyimiz kimi, «icma» bütün müsəlmanların toplanmasına deyilir. Ancaq birinci xəlifənin seçilməsində bu cür icma toplanmamışdı. Təkcə Mədinə şəhərində olan bir neçə səhabə yığışıb Əbu-Bəkri xəlifə seçmişdilər və digər müsəlman şəhərlərinin, eləcə də Mədinənin özündə Həzrət Əli(ə) və Bəni Haşim qəbiləsinin böyük bir dəstəsi bu icmada iştirak etməmişdilər. Buna əsasən, bu icmanı və onda alınan qərarı qəbul etmək olmaz. Yenə fərz edək ki, bu icma düzgün olub, bəs nə üçün birinci xəlifədən sonra yeni xəlifə təyin etmək üçün icma qurulmadı? Nə üçün birinci xəlifənin özü ikinci xəlifəni təyin etdi? Əgər bu işi bir nəfər görə bilərsə, onda peyğəmbərin səlahiyyəti hamıdan çoxdur.

Bir az irəli getdikdə daha bir müşküllə üzləşirik. O da üçüncü xəlifənin seçilməsidir. Nə üçün ikinci xəlifə camaatın və birinci xəlifənin qoyduğu qanunu pozdu? Yəni, nə icmaya əsaslandı, nə də özü şəxsən üçüncü xəlifəni təyin etdi. O üçüncü xəlifəni təyin etmək üçün altı nəfərdən ibarət şuranın qurulmasını tövsiyə etdi. Əgər bu şura düzgündürsə, bəs nə üçün altı nəfərdən olmalıdır? Nə üçün altı nəfərin arasında üç nəfərin rəyi kifayət etməlidir?

Bunlar İslam tarixində tədqiqatçılar üçün irələ çıxan suallardır. Onların cavabsız qalması isə imamın, xəlifənin təyin edilməsinin camaatın öhdəsində olmadığına sübutdur.

4.Əli(ə) hamıdan ləyaqətli və səlahiyyətli idi.

Yenə təsəvvür edək ki, peyğəmbər özünə canişin təyin etməmiş və bu iş camaatın ixtiyarında olmuşdur. Bəs xəlifə təyin edən zaman insanların ən elmlisini, təqvalısını, şücaətlisini və bir çox xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsi kənara qoyub ondan aşağı səviyyədə olanı xəlifə təyin etmək düzgündürmü?

İslam alimlərinin əksəriyyəti, o cümlədən sünni alimlərinin bir çoxu Həzrət Əli(ə)-ın İslam məsələlərindən hamıdan yaxşı agah olduğunu yazmışlar. Ondan söylənilmiş rəvayət və əsərlər bu iddiaya canlı şahiddirlər. İslam tarixi deyir ki, o, bütün müşkül və çətinliklərdə müsəlmanların arxası olmuşdur. Hətta birinci, ikinci və üçüncü xəlifələr özləri onlardan çətin məsələlər barədə soruşulduqda Həzrət Əli(ə)-a müraciət edərdilər. Onun təqvası, şücaəti, elmi və digər xüsusiyyətləri hamıdan çox idi. Əgər camaat xəlifə seçmək istəyirsə, xilafət məqamına hamıdan çox Əlinin səlahiyyəti var. (Bu bəhslər barədə söhbətlər həddən artıq çoxdur. Onları bu kitaba sığışdırmaq mümkün deyil.)

dərs Quran imamƏt

Quran, bu böyük səmavi kitab hər şeyi aydın şəkildə açıqlamış, hətta imamət məsələsindən də yan keçməmişdir. Bu məsələni müxtəlif yöndən araşdırmışdır.

1.Quran imaməti Allah tərəfindən hesab edir

Ötən dərslərdə dediyimiz kimi, Quran İbrahim peyğəmbərin imamət məqamına nübuvvət məqamına çatdıqdan və bir sıra çətin sınaqlardan keçdikdən sonra yetişdiyini bildirir. Bu məsələ Bəqərə surəsinin 124-cü ayəsində açıqlanmışdır: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «Səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm » deyə buyurdu.

Müxtəlif Quran və tarix nişanələri göstərir ki, İbrahim(ə) imamət məqamına Babil bütpərəstləri ilə mübarizədən, Şama hicrət etdikdən, Kəbə məscidini düzəltdikdən və İsmayılı qurban kəsməyə apardıqdan sonra nail olmuşdur.

Əgər nübuvvət məqamının təyini Allahın ixtiyarındadırsa, ondan dəfələrlə üstün olan imamət məqamı da onun ixtiyarında olmalıdır. İmamət məsələsi camaatın rəyi əsasında təyin olunmuş deyil. Bundan əlavə, Quran özü bu cür ifadə ilə buyurur: «Səni insanlara imam təyin edəcəyəm.» (Deməli, bu iş Allahın ixtiyarındadır.) Quranın digər bir ayəsində Allahın böyük peyğəmbərləri İbrahim, Lut, İshaq və Yaqub barədə bu cür deyilmişdir:«Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik (Ənbiya, 73).

Quranın bir çox başqa ayələrində də bu işin Allah tərəfindən tə