1-Niyyət etmək:Dəstəmaz alıram vacib qürbətən iləllah demək ya qəlbdən keçirtmək. Bu sözün mənası: « Allaha yaxınlaşmaqüçün dəstəmaz alıram» - deməkdir .

2- Üzü yumaq : Üz , alının tük bitən hissəsindən çənəyə qədər həmçinin sağ qulaqla sol qulaq arasında olan yerə qədər yuyulmalıdır . ( Şək .1)

3- Sağ qolu yumaq : Sağ qol , sol əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yuyulmalıdır .

4- Sol qolu yumaq : Sol qol , sağ əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yuyulmalıdır . ( Şək . 2)

5- Başa məsh çəkmək : Sağ əlimizin yaşı ilə başın qabaq hissəsindən alına tərəf əl çəkmək . ( Şək . 3)

6- Sağ ayağa məsh çəkmək : Yaş olan sağ əlimizlə sağ ayaq barmaqlarının ucundan topuq hissəsinədək əl çəkmək .

7- Sol ayağa məsh çəkmək : Yaş olan sol əlimizlə sol ayaq barmaqlarının ucundan topuq hissəsinədək əl çəkmək . ( Şək . 4)

Qeyd etmək lazımdır ki, dəstəmazın məsh olunan əzaları gərək pak və quru olsun.