Elm və elmə yiyələnməyin nə qədər əhəmiyyətli olduğunu bildikdən sonra təhsil və tədris zamanı müəllimlə tələbə arasındakı qarşılıqlı münasibətlərin hansı səviyyədə olması haqda söhbət açmağı daha məqsədə uyğun hesab edirik. İslamın görkəmli alimlərindən olan Şəhid Sani (Allah ona rəhmət etsin) bu münasibətləri üç hissəyə bölür:
1. Müəllimlə tələbə arasındakı qarşılıqlı vəzifələr
2. Müəllimə xas olan vəzifələr.
3. Tələbəyə xas olan vəzifələr.
Şəhid Saninin bu məsələyə olan baxışından istifadə edərək bu və növbəti dərslərimizdə müəllimlə tələbə arasında vəzifələr haqda söhbət açacağıq.
M ÜƏLLİMLƏ TƏLƏBƏ ARASINDA QARŞILIQLI VƏZİFƏLƏR
İstər müəllim, istərsə də tələbə təhsil və tədris zamanı bu altı məsələyə xüsusi diqqət yetirməlidir:
1. Niyy ə t safl ığı .
İslam müsəlmanlara gördükləri bütün işlərin Allah dərgahında qəbul olunması üçün niyyətlərinin saf olmasını və Allaha xatir görmələrini tövsiyə edir. Çünki görülən işlərin puçluğu və ya özünün həqiqi dəyərini tapması niyyətin saf olub-olmamasından asılıdır. Əgər niyyət saf və görülən işlər Allaha xatir və Onun razılığını qazanmaq üçün olarsa, Nəhl surəsinin 96-cı ayəsində deyildiyi kimi qoyduğu tə’sir əbədi olaraq qalacaqdır:
«Sizd ə olan [d ü nya mal ı ] t ü k ə n ə r, Allah d ə rgah ı nda olan [axir ə t ne’m ə tl ə ri] is ə ə b ə didir...»
Bu səbəbdən də ilahi [saf] niyyət dedikdə verdiyi nəticə və dəyərinin Allahdan istənilməsi nəzərdə tutulur. Çünki biz özümüz fani bir varlıq olduğumuz kimi gördüyümüz işlərin də verdiyi nəticələr müvəqqəti və fani olacaqdır.
Qur’ani-kərim Kəhf surəsinin 103-104-cü ayələrində gördükləri işlərdən pis məqsəd daşıyan şəxsləri insanların ən fasid və ziyana uğrayanı adlandırır:
«[Ya Məhəmməd!] De ki: Sizə əməlləri baxımından [axirətdə] ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
O k ə sl ə r ki, onlar ı n d ü nyadak ı z ə hm ə ti bo ş a getmi ş dir. Halbuki onlar yax şı i ş l ə r g ö rd ü kl ə rini [v ə bunun m ü qabilind ə m ü kafata nail olacaqlar ı n ı ] z ə nn edirl ə r».
Başqa bir ayədə həyatlarında axirət dünyasının ne’mətlərini əldə etmək istəyənlər bol-bol ne’mətlər əldə edəcəklərinə, lakin dünyapərəst şəxslərin axirət dünyasında heç nə əldə edə bilməyəcəklərinə işarə olunur:
«Biz axir ə t qazanc ı n ı [savab ı n ı ] ist ə y ə nin qazanc ı n ı art ı rar, d ü nya m ə nf əə tini ist ə y ə n ə d ə ondan ver ə rik. Onun axir ə td ə he ç bir pay ı yoxdur». ( Шura-19.)
«H ə r k ə s fani d ü nyan ı ist ə s ə dil ə diyimiz şə xs ə ist ə diyimiz ne’m ə ti orada tezlikl ə ver ə rik. Sonra is ə [axir ə td ə ] ona C ə h ə nn ə mi m ə sk ə n ed ə rik. O, C ə h ə nn ə m ə q ı nanm ış v ə [Allah ı n m ə rh ə m ə tind ə n] qovulmu ş bir v ə ziyy ə td ə daxil olar».( Ыsra-19.)
Peyğəmbər (s) insanın əməl və rəftarında niyyətin oynadığı rol haqda buyurur:
«Bütün işlərin e’tibar və dəyəri onun niyyətindən asılıdır. Hər bir şəxs əldə etdiyi şeyə hər hansı bir niyyətlə nail olur. Allah və Peyğəmbərin (s) razılığını əldə etmək məqsədilə görülən hər bir iş Allah və Onun Peyğəmbəri tərəfindən qəbul olunar və nəticədə Allaha və Onun Peyğəmbərinə qovuşar. Dünyaya meyl edən şəxslər isə ya dünya malına nail olar və ya onlara nəsib olan şey yalnız həyat yoldaşları olar. Demək, hər bir şəxs nəyi nəzərdə tutmuşsa, ona doğru gedib həmin şeyə nail olar».
Bu səbəbdən də saf niyyətə nail olmaq üçün bütün işlərdə, o cümlədən elmə yiyələndikdə də hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmağı nəzərdə tutmalıyıq ki, gördüyümüz işlərin verdiyi nəticə uzun müddət öz səmərəsini vermiş olsun.
Peyğəmbər (s) bu haqda buyurur:
«Mö’minlərin niyyət əməllərindən daha yaxşıdır [çünki mö’min bir insan hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq niyyətində olar].
N İYYƏT SAFLIĞINA APARAN YOL
Niyyət saflığına nail olmaq üçün hər şeydən əvvəl batini paklığa diqqət yetirmək lazımdır. Allahdan qeyrisinə meyl etməməliyik və bu da yalnız Allaha xalis bəndəlik və ibadət etməklə mümkündür. Zumər surəsinin 2-ci və 3-cü ayələrində bu haqda buyurulur:
«...Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et...!
Bil ki, xalis din [sırf ibadət, təmiz itaət] ancaq Allaha məxsusdur...»
Başqa bir ayədə buyurulur:
«Kitab ə hli yaln ı z ö zl ə rin ə a çı q-ayd ı n d ə lil [Pey ğə mb ə r v ə Qur’an] g ə ldikd ə n sonra [dind ə ] aryr ı l ığ a d üş d ü l ə r [onlardan kimisi Pey ğə mb ə r ə iman g ə tirdi, kimisi onu inkar etdi, kimis i d ə şə kk- şü bh ə i ç ind ə qald ı ].» ( Bяyyinя-4.)
Başqa bir ayədə Allaha yaxınlaşmağın və əbədi səadətə nail olmağın ən başlıca şərti ibadətdə tövhid və saf niyyətli olmaqdır. Saf niyyətli ibadətin sayəsində isə əməli-saleh insanların əbədi Cənnətlə mükafatlandırılacaqları göstərilir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur:
«...Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».
Bunun üçün də təhsildə hər şeydən əvvəl ən başlıca məqsəd Allahın razılığını qazanmaq və dinin inkişafına xidmət etmək olmalıdır. Əks təqdirdə, əldə olunan elmin nəinki heç bir dəyəri olmayacaq, əksinə, insanı əbədi Cəhənnəm əzabına da düçar edəcəkdir.
Peyğəmbər (s) bu mətləbə işarə edərək buyurur:
«Allahın razılığına səbəb olan elmlərdən birini dünyəvi hədəf və məqsədlər üçün öyrənən şəxslər qiyamət günü Cənnətin heç ətrini də duymazlar».
Başqa bir hədisdə buyurur:
«Allahdan qeyrisi üçün və Ondan başqasının istək və razılığına xatir elm öyrənən şəxslər Cəhənnəm oduna düçar olarlar».
Həmçinin buyurur:
«Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və ya camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənən şəxsləri Allah-taala cəhənnəm oduna daxil edər».
«Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənməyin. Elm öyrənməklə Allahın dərgahında olan ne’mətlərə nail olmağa çalışın. Çünki Allah dərgahında olanlar sonsuz və əbədidir. Sadə geyinib gecələri ibadətlə keçirin. Belə etsəniz dünya sakinləri sizləri unutsa da, evlərin zinət və hidayət çırağına çevrilib Allah dərgahında əbədi olaraq şöhrət tapacaqsınız».
«Bu dörd şeyə görə elm öyrənən şəxslər cəhənnəm əzabına düçar olarlar:
1. Alimlərlə mübahisə aparmaq.
2. Nadan və cahillərin qarşısında öyünmək.
3. Camaatın nəzərini özünə cəlb etmək.
4. Yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək.
«Elm artdıqca dünya malına meyl edən şəxslər Allahdan bir o qədər uzaq düşərlər».
Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Elm və var-dövlət əldə etmək istəyənlər doymağın nə olduğunu bilməzlər. Allahın bəxş etdiyi ruziyə qane olanlar daim əmin-amanlıq içində olar, tövbə etməyib daim haram yeyənlər isə özlərini həlak edərlər. Elmi, həqiqi elm sahiblərindən öyrənib ona əməl edənlər uğur qazanar, elmi yalnız dünya məqsədi ilə öyrənənlər isə ondan yalnız dünyada bəhrələnərlər».
İmam Sadiq (ə) bu haqda buyurur:
«Bilin ki, dünya malına meyl edən alimlər dinlərində süstlüyə yol vermişlər. Çünki insan adətən, onu əhatə edən şeyə məhəbbət göstərir». Sonra sözlərinə davam edərək buyurur:
«Allah-taala həzrət Davuda (ə) belə vəhy etdi:
«Dünya malına aldanan alimlərə meyl etmə. Belə olduqda səni Məndən uzaq salarlar. Dünyapərəst alimlər əməli-saleh bəndələrimin var-dövlətlərini qarət etmiş oğrulardır. Onlara verdiyim cəzaların ən yüngülü Mənimlə etdikləri münacatların (duaların) şirinliyini qəlblərindən çıxarmağım olacaqdır».
Həmçinin İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Alimlər dünya malına aludə olmayınca, peyğəmbərlərin əmin olduqları şəxslər hesab olunarlar».
Səhabələr Peyğəmbərdən (s) soruşur: Ya Rəsuləllah! Dünya malına aludə olmaq dedikdə, nəyi nəzərdə tutursunuz? Buyurur:
«Padşah və sultanların getdikləri yolu davam etdirmək. Əgər belə edərlərsə, dininizi qoruyub saxlayasınız deyə, onlardan uzaq olun.
Allahın tükənməz rəhmət və mərhəmətindən bəhrələnmək üçün təhsilin ən başlıca şərtlərindən biri Allahın razılığını əldə etməkdir».
DƏRSİN XÜLASƏSİ
Həyatın bütün sahələrində olduğu kimi, elm və təhsildə də çəkilən zəhmətlər öz bəhrəsini versin deyə, hər şeydən əvvəl Allahın razılığını qazanmalı, istər müəllim, istərsə də şagirdlər bu vacib və olduqca zəruri məsələyə saf niyyətlə yanaşmalıdırlar.
SUAL VƏ TAPŞIRIQLAR
1. Qur’ani-kərim kimlərin daha çox ziyana uğradığını bildirir?
2. Niyyəti necə saflaşdırmaq olar?
3. Peyğəmbər (s) hansı məqsədlər üçün elm öyrənməyi yasaq edir?
4. İmam Sadiq (ə) mö’minlərə hansı alimlərdən uzaq olmağı tövsiyə edir?
5. Həzrət Məhəmməd (s) hansı alimləri peyğəmbərlərin əmin olduqları şəxslər hesab edir?