İnsan övladı yarandığı ilk gündən müqəddəs varlıqlara pərəstiş onun həyatında xüsusi yer tutmuşdur. Hətta eramızdan əvvəl yaşamış insan həyatına nəzər saldıqda belə, elə bir qövm və ya millət tapmaq mümkün deyil ki, hansısa müqəddəs hesab etdiyi varlığa pərəstiş etməmiş olsun. Deməli, pərəstiş olunan şey insanın fitri xüsusiyyətlərindəndir və insan belə bir ehtiyacın tə’min olunması üçün ibadət etmiş və mə’nəvi çətinliklərinin aradan qaldırılmasında hər şeydən uca hesab etdiyi müqəddəs varlığa arxalanmışdır.
Əlbəttə, bir çox cəmiyyətlərdə bə’zilərinin nadanlığı və ya inadkarlığı üzündən müqəddəs ilahi din və ayinlər təhrif edilərək öz həqiqi axarından çıxmış, əsrlər boyu tağut və batil varlıqlara pərəstiş etmişlər.
Dini tə’limlərdən heç bir mə’lumatı olmayan və ucqar bir məntəqədə yaşayan hər hansı bir şəxsin həyatına nəzər salsaq, bu həqiqətin şahidi olacağıq ki, o, özünün mə’nəvi rahatlıq tapması üçün hər şeydən uca və hər şeyə qadir olan müqəddəs bir varlıq axtarır və özünü onun qarşısında son dərəcə kiçik və aciz hesab edir.
Ümumiyyətlə, Allaha pərəstiş və ibadət, haqq olaraq göndərilmiş bütün ilahi peyğəmbərlərin ən başlıca şüarı olmuşdur.
Bu dərsimizdə ibadətin insan həyatında oynadığı rol, ibadətdən məqsəd və onun əhəmiyyəti haqda söhbət açacağıq:
1. Yaradılış və peyğəmbərlərin göndərilməsində ən başlıca məqsəd ibadətdir.
Allah-taala Zariyat surəsinin 56-cı ayəsində buyurur:
«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım».
Mə’lum olduğu kimi, Allahın biz insanların ibadətinə heç bir ehtiyacı yoxdur. Çünki O, hər şeydən ehtiyacsızdır. Zumər surəsinin 7-ci ayəsində bu haqda deyilir:
«...Çünki Allah sizə [sizin ibadətinizə] əsla möhtac deyildir...»
İmam Hüseyn (ə) özünün məşhur Ərəfə duasında buyurur: «İlahi! Sənin zatın o qədər ehtiyacsızdır ki, Səndən Özünə heç bir xeyir dəymir. Elə isə necə ola bilər ki, məndən ehtiyacsız olmayasan?»
Başqa bir ayədə Allah-taala peyğəmbərləri göndərməklə insanların hidayət olunmalarını göstərir:
«Biz h ə r ü mm ə t ə : Allaha ibad ə t edin, ta ğ utdan çə kinin!-dey ə pey ğə mb ə r g ö nd ə rmi ş dik...» ( Nяhl-36.)
Yuxarıda qeyd olunan iki ayədən belə nəticəyə gəlmək olur ki, ibadət və pərəstiş insanın özünə aiddir və onun kamala çatmasında ən başlıca rol oynayır. Çünki insanın kamala çatması Allaha yaxınlaşmasından asılıdır. Bu da yalnız ibadət və pərhizkarlıqla müəyyən olur. Bəqərə surəsinin 21-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız!...»
İmam Sadiq (ə) ibadətin əsas rüknü olan namazın fəziləti haqda buyurur: «Namaz hər bir pərhizkar insanı Allaha yaxınlaşdıran ən gözəl vasitədir».
Deməli, insan ibadətlə təqva və pərhizkarlığa və bunun vasitəsilə Allaha yaxınlaşmağa və nəhayət, bu yolla kamala çatmış olur.
İ BADƏTİN FƏZİLƏTİ
Əli (ə) buyurur: «Pərəstiş zəfər deməkdir».
«İman sahiblərinin üstünlüyü onların ibadətlərindədir».
«Allah-taala sevdiyi bəndələrinə gözəl ibadət ilham edər».
«İbadətin ardıcıllığı səadətə yetişmək əlamətlərindəndir».
«İbadətlə Allaha yaxınlaşmaq kimi, kimsə Ona başqa bir yolla yaxınlaşmamışdır».
İ BADƏTİN ƏSL MAHİYYƏTİ
İmam Rza (ə) buyurur: «Pərəstiş və ibadətin əvvəli Allahı tanımaq, Allahı tanımağın əsas kökləri isə Onun birliyini dərk etməkdir».
İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Sadiq (ə)-dan ibadətin əsl mahiyyəti haqda soruşdum. Buyurdu: «İbadət və bəndəliyin əsl mahiyyəti bu üç şeydən ibarətdir:
1. İnsan, Allahın Onun ixtiyarına qoyduğu şeyləri öz malı hesab etməməlidir, çünki insan heç nəyin həqiqi sahibi deyil və hər şeyi Allahın malı hesab etməlidir. Deməli, onları Allahın ona əmr etdiyi yerlərdə istifadə etməlidir.
2. Öz-özünə çarə və çıxış yolu tapıb müxtəlif tədbirlərə əl atmamalıdır (yə’ni, Allaha təvəkkül edərək Onun qoyduğu qanun çərçivəsində düşünüb-daşınmalıdır).
3. Yalnız Allahın ona əmr etdiyi şeylərlə məşğul və yasaq etdiyi şeylərdən uzaq olmalıdır. Bütün bunlar təqvanın ilk mərhələsidir».
Əli (ə) buyurur: «Bəndəlik beş şeydən ibarətdir:
1. Qarnın boşluğu (az yemək);
2. Qur’an oxumaq;
3. Gecələri ibadətlə keçirmək;
4. Sübh namazlarında Allahla razi-niyaz etmək;
5. İbadət edərək Allahın qorxusundan ağlamaq».
AGAHCAS INA İBADƏT
Peyğəmbər (s) buyurur: «Allahı tanımaq ibadətin başlanğıcıdır».
Əli (ə) buyurur: «Allahı tanıtdırmayan ibadətin heç bir xeyri yoxdur».
«Nəfsinizdə ibadət etdiyiniz şeyə yəqinlik hasil edin ki, sizə xeyir verən varlığa ibadət etmək üçün bədən üzvlərinizi hərəkətə gətirəsiniz».
«Elmsiz və heç bir agahlığı olmayan abidlər, dəyirmanda yerində fırlanan lakin bir addım da olsun irəli getməyən ulağa bənzərlər».
İ BADƏTDƏN MƏQSƏD
Əli (ə) buyurur: «Bə’ziləri savab və cənnət xatirinə ibadət edər, bu, tacir və al-verçilərin ibadətinə bənzər; bə’ziləri cəhənnəm qorxusundan ibadət edər, bu da qul və kölələrin ibadətinə bənzər; bə’ziləri isə Allah şükrünü yerinə yetirmək üçün ibadət edər, bu isə azad insanların ibadətidir».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Camaat Allaha üç cür ibadət edər: Bə’ziləri tamahkar və həris insanlar kimi Allaha savab və Cənnətə xatir ibadət edər, bə’ziləri kölələr tək cəhənnəm odundan qorxaraq ibadət edər. Lakin mən Allaha eşq və məhəbbətlə ibadət edirəm. Bu isə azad və şərəfli insanların ibadətidir. Allah-taala bu haqda buyurur:
«...Bel ə l ə ri o g ü n ü n [qiyam ə t g ü n ü n ü n] d ə h şə tli qorxusundan ə mi n -amanl ı q i ç ind ə olarlar». ( Nяml-89.)
Başqa bir ayədə buyurur:
«[Ya M ə h ə mm ə d!] De ki: Ə g ə r siz Allah ı sevirsinizs ə , m ə nim ard ı mca g ə lin ki, Allah da sizi sevsin v ə g ü nahlar ı n ı z ı ba ğış las ı n...»( Ali-Иmran-31)
Deməli, kim Allahı sevərsə, Allah da onu sevər. Allahın sevdiyi şəxslər isə dünya və axirətdə daim əmin-amanlıq içində olarlar».
İ BADƏTİN NÖVLƏRİ
Peyğəmbər (s) buyurur: «İbadət yetmiş hissədən ibarətdir, onların ən yaxşısı halal qazanc əldə etməkdir».
Əli (ə) buyurur: «İlahi ne’mətlər barədə düşünüb-daşınmaq ən böyük ibadətdir».
«Yerin və göyün sirləri barədə fikirləşmək xalis insanların işidir».
«İbadətin bir növü də çox salam verib mülayim danışmaqdır.»
Peyğəmbər (s) buyurur: «Alimlərə nəzər salmaq özü də bir növ ibadətdir. Ədalətli hakimə nəzər salmaq özü bir ibadətdir, ata-anaya sevgi və mehribanlıqla nəzər salmaq özü bir ibadətdir. Allaha xatir sevdiyin [mö’min] qardaşın üzünə baxmaq da özü bir ibadətdir».
Peyğəmbər (s) buyurur: «Elm məqsədilə evindən çıxan şəxs yiyələndiyi elmin vasitəsilə kimisə haqqa hidayət edərsə, qırx il ibadət edən abidin savabına nail olar».
Dərsimizin sonunda bunu da qeyd edək ki, ibadətə dair müxtəlif bəhsləri təfsilatı ilə bir çox əxlaq kitablarında mütaliə etmək olar. Burada isə yalnız ibadətin əhəmiyyət və dəyəri haqda söhbət açmaqla kifayətlənirik.
DƏRSİN XÜLASƏSİ
Yaradılışdan ən başlıca məqsəd insanın səadət və kamala çatmasıdır və buna da yalnız Allahın razılığını qazanmaqla nail olmaq olar. Allahın Rzasını qazanmaq Onun əmrinə tabe olmaqla müyəssər olduğu üçün islam dinində yaradılışdan ən başlıca məqsəd, ibadət hesab olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Nə üçün Allah-taala Qur’ani-kərimdə ibadəti yaradılışın ən başlıca məqsədi hesab edir?
2. Nəql olunmuş hədis və rəvayətlərə istinad edərək ibadətin insan həyatında oynadığı rolu bəyan edin.
3. Bəndəlik nə deməkdir?
4. Necə ibadət olunmalıdır?
5. İbadətin hansı məqsədlər daşıdığını bəyan edin.
6. İslamda hansı əməllər ibadət sayılır?