Peyğəmbər (s) buyurur: «Allah bütün varlıqlardan üstün olduğu kimi, Qur’an da digər kəlamlardan üstün və fəzilətlidir.»
«Qur’an elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq».
«Ən doğru söz, ən mö’təbər kəlam, hikmətli nəsihətlər və ən gözəl əhvalatlar Allahın kitabındadır.»
Əli (ə) buyurur: «Sizlərə Qur’an oxumağı və Qur’anla yaşamağı tövsiyə edirəm. Onu özünüzə rəhbər və hidayətçi bilin».
«Agah olun ki, kimsə Qur’anı dərk etdikdən sonra yoxsulluğa düçar olmayacaq və Qur’anı dərk etməzdən əvvəl kimsə var-dövlət sahibi olmayacaqdır. Elə isə Qur’andan xəstəlikləriniz üçün şəfa və çətinlikləriniz üçün kömək diləyin. Çünki Qur’an sizin üçün ən böyük dərman və şəfa mənbəyidir. Qarşılaşdığınız bəla və müsibətlər isə küfr, nifaq və haqq yoldan sapınmağınızdır.»
QUR’AN OXUMA ĞIN FƏZİLƏTİ
Peyğəmbər (s) buyurur: «Ümmətimin ən böyük ibadəti onların Qur’an tilavət etmələridir.»
«Qur’an əhli, Allah-taalanın xas bəndələridirlər».
«Dəmir pas atdığı kimi, qəlblər də daşlaşaraq məhv olur». Peyğəmbərdən (s) bundan necə yaxa qurtarmaq haqda soruşduqda buyurur: «Qur’an oxumaq və ölümü xatırlamaqla.»
«Allahla danışmaq istəyirsinizsə, Qur’an oxuyun».
«Sizlərə Qur’an oxumağı tövsiyə edirəm. Çünki Qur’an günahların kəffarəsi və cəhənnəm odundan böyük bir sığınacaqdır.»
«Qur’an oxumaqdan qafil olmayın, çünki Qur’an insanı günah və bütün pisliklərdən uzaq edir».
Əli (ə) buyurur: «Qur’an oxumağa alışan şəxslər, qardaşlarından (mö’min dostlarından) uzaq düşəcəyinə əsla nigaran olmazlar».
«Qur’an oxumaq imanı gücləndirir.»
İmam Cə’fər Sadiq (ə) buyurur: «Hər bir gənc mö’min Qur’an oxumaqla onu ət və qanına çəkir və Allah-taala onu axirətdə Özünün böyük peyğəmbərləri ilə birlikdə sakin edər».
QUR’AN ÖYRƏNMƏYİN FƏZİLƏTİ
Peyğəmbər (s) buyurur: «Həqiqətən Qur’an ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin».
Peyğəmbər (s) Məaz ibn Cəbələ tövsiyə edərək buyurur: «Ey Məaz! Əgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq, qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək, çətinliklərlə qarşılaşdığın zaman öz mövqeyini qoruyub saxlamaq, haqq yoldan uzaq düşdüyün zaman hidayət olmağını istəyirsənsə, Qur’anı öyrən. O, mehriban Allahı yad etməkdə ən gözəl vasitə, Şeytanın müqabilində böyük bir zireh və əməllərin ölçülməsi üçün ən yaxşı me’yardır».
Peyğəmbər (s) buyurur: «Sizlərdən biriniz digərinizə Qur’an ayələrindən birini öyrədərsə, həmin şəxsin ağasına çevrilər. Elə isə onlara qarşı hörmətsizlik etməməli və hüquqlarını taptalamamalıdır. Belə bir kobudluğa yol verən şəxslər sanki islamın dayaqlarından birini viran etmiş olarlar».
«Allahın evlərindən birinə [məscidə] yığışıb Qur’anı öyrənən şəxslərə Allahın rəhmət və bərəkəti nazil olar və mələklər onları əhatə edərək xoş sözlərlə yad edərlər».
«Allah-taala qiyamət günü övladına Qur’an öyrədən şəxslərin boynuna elə bir boyunbağı salar ki, gözəlliyindən məhşərdə hamını heyran edər».
Əli (ə) buyurur: «Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, tərbiyə etmək və Qur’an öyrətməkdən ibarətdir».
«Qur’an oxumağı öyrənin, çünki o, ən gözəl kəlamdır, onun mə’na və məfhumunu dərk edib yaxşıca düşünüb daşının, çünki o, qəlblərə bahar gətirir, ondan şəfa istəyin, çünki o, canların şəfasıdır, onu gözəl oxuyun, çünki orada ən gözəl əhvalatlar söylənilir».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Yaxşı olar ki, mö’minlər dünyalarını dəyişməyənədək Qur’an öyrənsinlər və Qur’an öyrənməklə məşğul ikən dünyalarını dəyişsinlər».
QUR’AN I ƏZBƏRLƏYİB DƏRK ETMƏYİN FƏZİLƏTİ
Peyğəmbər (s) buyurur: «Ümmətimin böyükləri Qur’an oxuyan və gecələrini ibadətlə keçirənlərdir.»
«Qur’an oxuyanlar Cənnət əhlinin arifləri olacaqlar».
«Allah-taala Qur’anı yaşadan qəlblərə əzab verməyəcəkdir.»
«Qur’an əhli Cənnətdə peyğəmbərlərdən sonra sakin olarlar. Elə isə Allahın yanında böyük məqam sahibləri olduqları üçün onların hüquqlarını tapdalamayın.»
«Qur’an bəxş olunan şəxslər, əgər Allahın kiməsə onlara veriləndən daha artığını bəxş etdiyini güman edərsə, ilahi ne’mətlərə təhqir gözü ilə baxmış olarlar».
«Qur’anla yaşamayanlar xaraba evə bənzərlər».
«Qur’ana əməl edən Qur’an hafizləri axirətdə Allahın peyğəmbərləri ilə birgə olarlar».
«İnsanlardan bə’ziləri, başqaları filan şəxs «Qur’an qarisidir» desinlər deyə, bə’ziləri dünyəvi məqsədlər üçün, bə’ziləri də ömürləri ondan bəhrələnsin deyə, Qur’an oxuyarlar».
QUR’AN IN DİNLƏNİLMƏSİ
Peyğəmbər (s) buyurur:
«Kim Allah aşiqidirsə, Onun kəlamını dinləsin».
«Kim bir ayəyə qulaq asarsa, əməl dəftərinə iki bərabər savab yazılar. Onu dinləyənlər üçün isə məhşər olduqca nurlu olar».
«Qur’an oxuyanlardan dünya, onu dinləyənlərdən isə axirətin dərd və bəlaları dəf olar».
DƏRSİN XÜLASƏSİ
Qur’ani-kərim bəşəriyyətin hidayət və səadətini tə’min edən son ilahi kitabdır. Həqiqi səadətə nail olmaq üçün ayələrin tilavəti ilə yanaşı, onun mə’na və məfhumuna xüsusi diqqət yetirilməlidir. Elə bu səbəbdən də mə’sum imamlardan (ə) nəql olunmuş bir çox rəvayətlərdə Qur’anın tilavətinə böyük diqqət yetirilmiş, onun dünya və axirət əhəmiyyətinə toxunmuşlar.
SUAL VƏ TAPŞIRIQLAR
1. Nəql olunmuş rəvayətlərdə Qur’anın dəyər və əhəmiyyəti haqda nə deyilir?
2. Qur’anın tilavəti nə kimi mə’nəvi nəticələr verir?
3. Qur’anı öyrənib tə’lim etmək nə kimi nəticələr verir?
4. Nəql olunmuş rəvayətlərdə Qur’anı dinləyənlər üçün hansı mükafatlar nəzərdə tutulduğundan danışılır?
QUR’AN IN OXUNUŞ QAYDALARI
Qur’an, Allah kəlamı olduğu üçün bir çox xüsusiyyətləri ilə digər kitablardan fərqlənir. Bu səbəbdən də Qur’an oxuyan hər bir şəxs bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qaydalardan bə’ziləri Qur’ana hörmət və ehtiram, bə’ziləri də qarilərin Qur’anın mə’na və məfhumunu dərk etməsi üçün nəzərdə tutulmuşdur. Bu dərsimizdə onlardan bə’ziləri haqda söhbət açacağıq.
QAR İLƏRİN ƏDƏB QAYDALARI
Yaxşı olar qarilər özlərindən yaşca böyük olan şəxslərə hörmət və ehtiramla yanaşdıqları kimi, Qur’an oxuduqları zaman da təharətə (təmizliyə) tam şəkildə riayət edib dəstəmaz aldıqdan sonra Qur’an oxumağa başlasınlar. İstər ayaq üstə, istərsə də oturduğu vəziyyətdə Qur’anın qarşısında son dərəcə təvazökar olmağa çalışsınlar. Uzanan halda və ya ayaqları uzadan halda, ümumiyyətlə ədəb-ərkandan uzaq olan vəziyyətlərdə Qur’an oxumaqdan çəkinib daim dişlərini yumağa cəhd etsinlər. Peyğəmbər (s) buyurur: «Həqiqətən sizin ağzınız Qur’anın yoludur, onu yumaqla pak saxlayın.»
Q İRAƏT OLUNAN YERLƏR
Hamam, ayaq yolu, ümumiyyətlə hörmətsizliyə səbəb olan yerlərdə Qur’an oxunmamalıdır. Məscid, ziyarətgah və bu kimi müqəddəs yerlərdə isə Qur’an oxunmasına tə’kid olunmuşdur. Eyni zamanda evlərdə də Qur’anın qiraət olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məzmunda Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Evlərinizi Qur’an nuru ilə münəvvər edin, yəhudi və məsihilər kimi kilsə və mə’bədlərdə ibadət edib evlərinizi qəbristanlığa çevirməyin. Qur’an oxunan evlərdə xeyir-bərəkət artar və ev sahibləri səadət və xoşbəxtçilik içində yaşayarlar. Ulduzlar yerə işıq saçdığı kimi, həmin evlər də səma sakinlərinə nur saçar.»
Əli (ə) buyurur: «Qur’an oxunub, Allah zikr olunan evlərdə xeyir-bərəkət artar və mələklərin daimi məskəninə çevrilər. Şeytanlar isə həmin evlərdən uzaq olarlar. Ulduzlar yer sakinlərinə nur saçdığı kimi, Qur’an oxunan evlər də nur kimi işıq saçar. Qur’an oxunmayan evlərdən isə xeyir-bərəkət azalar, mələklər oranı tərk edər, şeytanlar isə oranı özlərinə məskən seçərlər».
Q İRAƏTİN MİQDARI
Nəql olunmuş rəvayətlərdə gün ərzində ən azı əlli ayə oxunulması tövsiyə olunur. İmam Sadiq (ə) buyurur:
«Qur’an, Allahla insanlar arasında bağlanan əhd-peymandır. Bunun üçün də hər bir müsəlman bu əhd-peymana sadiq qalmalı və hər gün ondan əlli ayə oxumalıdır».
Səhabələrdən biri imam Sadiq (ə)-dan soruşur: «Qur’anı bir gündə xətm etmək olarmı?» İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur: «Bir aydan az vaxtda xətm etməyini məsləhət görməzdim».
Təbii ki, Qur’anı bir gün ərzində xətm edən şəxslər onun mə’na və məfhumunu olduğu kimi dərk etməyəcəklər. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Qur’anı üç gündən tez xətm edənlər onu dərk etməyəcəklər.»
Ş EYTANI LƏ’NƏTLƏMƏK VƏ ALLAHIN ADINI ÇƏKMƏK
Qur’an oxunuşunda riayət olunması lazım olan şeylərdən biri də qarinin tilavət etməzdən əvvəl şeytanı lə’nətləyib (əuzu billahi minəşşəytanir-rəcim) Allahın adını çəkməsidir (Bismillahir rəhmanir rəhim). Nəhl surəsinin 98-ci ayəsində deyilir:
«[Ya Məhəmməd!] Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın! [Əuzu billahi minəşşəytanir-rəcim sözlərini de!]»
Şeytanı lə’nətlədikdən sonra isə «bismillahir-rəhmanir-rəhim» deyərək Allahın adı çəkilməlidir. İmam Cə’fər Sadiq (ə) buyurur: «Günah qapılarını şeytanı lə’nətləməklə bağlayın, Allaha itaət qapılarını isə Onun adını zikr etməklə açın.»
T ƏRTİL
Allah-taala Muzzəmmil surəsinin 4-cü ayəsində buyurur:
«...H ə m d ə aramla, a ğı r-a ğı r Qur’an oxu!»
İmam Sadiq (ə)-dan ayənin izahı haqda soruşduqda buyurur: «Əmirəl-mö’minin (ə) bu haqda buyurmuşdur: Yə’ni, Qur’an oxuyarkən şe’r kimi sür’ətlə və qısa ifadələr tək pərakəndə deyil, kəlmələri açıq-aşkar bəyan edin. Daşlaşmış qəlblərinizi Qur’an sədası ilə qorxuya salın və tələm-tələsik surəni başa vurmağa çalışmayın». Yə’ni, Qur’an sür’ətlə oxunmamalı, lazımı yerlərdə dayanılıb mə’na və məfhumuna diqqət yetirilməlidir.
G ÖZƏL AVAZ
Yaxşı olar ki, qarilər Qur’anı gözəl və ürəyə yatımlı səslə oxusunlar. Peyğəmbər (s) buyurur: «Qur’ana gözəl avazla zinət verin».
«Həqiqətən gözəl səs Qur’anın zinətidir».
«Hər şeyin bir zinəti vardır, Qur’anın da zinəti gözəl avazdır».
M ƏLAHƏTLİ SƏS VƏ TƏVAZÖKARLIQ
Yaxşı olar ki, qarilər Qur’an oxuyarkən onun əzəməti qarşısında kiçilib həzin səslə oxusunlar. Belə olduqda ayələrin mə’naları qəlbə daha tez yol tapır və insanın mə’nən saflaşaraq ilahi göstərişlərə tabe olmasına köməklik edir.
Hədid surəsinin 16-cı ayəsində deyilir:
«İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Qur’an] üçün yumşalması vaxtı gəlib çatmadımı?...»
Peyğəmbər (s) buyurur: «Qur’anı həzin səslə oxuyun, çünki o, həzin olaraq nazil olmuşdur».
D ÜŞÜNCƏ
Qarinin üzərinə düşən ən başlıca vəzifələrdən biri də ayələrin mə’na və məfhumunu dərk etməsidir. Çünki Qur’an oxumaqdan əsas məqsəd, əxlaq və hidayət xarakterli ayələrdən düzgün nəticə əldə etmək və onları əməli olaraq həyata keçirməkdir. Bunun üçün də qarilər Qur’an tilavət edərkən ayələrin mə’na və məfhumuna diqqət yetirməli, ayələrin mə’nasını dərk etmədikdə isə təfsir kitablarına və təfsirçilərin irəli sürdükləri fərziyyələrə müraciət etməlidirlər.
Allah-taala Sad surəsinin 29-cu ayəsində buyurur:
«[Ya Peyğəmbər! Bu Qur’an] sənə nazil etdiyimiz mübarək [xeyir-bərəkətli] bir kitabdır ki, [insanlar] onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də [ondan] ibrət alsınlar».
Başqa bir ayədə buyurulur:
«Onlar Qur’an bar ə sind ə d üşü nm ə zl ə rmi? Yoxsa ü r ə kl ə rin ə kilid vurulmu ş dur?...» ( Mяhяmmяd-24.)
Əli (ə) buyurur: «Bilin ki, qiraət edərkən ayələrin mə’na və məfhumunu dərk etmədikdə heç bir xeyir əldə etmək olmaz».
QUR’AN ÜZÜNDƏN OXUNMALIDIR
Qur’an oxuyan hər bir şəxs tilavət etdiyi surə, ayə və yaxud bütün Qur’anı əzbər bilsə belə, yaxşı olar ki, onu əzbərdən deyil, Qur’ana nəzər salaraq oxusun. Belə ki, nəql olunmuş rəvayətlərdə Qur’anın üzündən oxunuşunun özünün ibadət olduğu göstərilir. İmam Cə’fər Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Cə’fər Sadiq (ə)-a dedim: Qur’anı əzbər bilirəm, onu əzbərdən oxusam yaxşı olar, ya üzündən? Buyurdu: «Qur’anı üzündən oxusan, daha yaxşı olar. Məgər bilmirsənmi ki, Qur’ana baxmaq özü bir ibadətdir?!»
DƏRSİN XÜLASƏSİ
Qur’ana hörmət və ehtiram əlaməti olaraq, qarilər Qur’anı tilavət etdiyi zaman bə’zi qayda-qanunlara riayət etməlidirlər. Oxunuş üslubuna, xüsusilə ayələrin mə’na və məfhumuna xüsusi diqqət yetirməlidirlər.
SUAL VƏ TAPŞIRIQLAR
1. Qur’an oxuyan şəxs qiraət zamanı hansı hisslər keçirməlidir?
2. Qur’an hansı yerlərdə oxunmalıdır?
3. Gün ərzində ən azı neçə ayə oxunmalıdır?
4. Tərtil nə deməkdir?
5. Qur’anın mə’na və məfhumunu dərk etməyin əhəmiyyətini bəyan edin.