Bu dərsimizdə hər şeydən əvvəl aşağıdakı suala cavab tapmaq istəyirik: İnsanın Allah dərgahına üz tutub, dua edib ehtiyaclarını diləməsi islam dinində nə kimi əhəmiyyət kəsb edir?

Belə bir tanışlıqdan sonra duanın dəyər və fəziləti haqda söhbət açacaq, daha sonra müqəddəs övliyaların sağ olduqları zaman və dünyalarını dəyişdikdən sonra qəbirlərinin ziyarət olunması haqda danışacağıq.

DUA

Allah dərgahında edilən duaların nə kimi əhəmiyyət kəsb etdiyini bilmək üçün hər şeydən əvvəl bu məzmunda nəql olunmuş bir neçə hədisə diqqət yetirək. Peyğəmbər (s) buyurur: «Dua ibadətin cövhəridir. Onunla kimsə çətinliyə düçar olmur».

Başqa bir hədisdə buyurur: «Duanı tərk etmək Allaha itaətsizlik deməkdir».

Əli (ə) buyurur: «Allah dərgahında gördükləri işlərin ən sevimlisi insanların dua etmələridir.»

İmam Məhəmməd Baqir (ə) buyurur: ««Mənə ibadət etməyi öz qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər» ayəsindən məqsəd ibadətdir və dua ibadətlərin ən yaxşısıdır».

İmam Məhəmməd Baqir (ə)-ın səhabələrindən biri ondan soruşur: «İbadətin daha fəzilətlisi hansıdır?» Buyurur: «Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub ehtiyacların Onun dərgahından dilənilməməsidir.»

Mə’sum imamların (ə) kəlamlarından belə bir qənatə gəlmək olur ki, duanın islam dinində xüsusi yeri vardır. Çünki insan xilqətində olan ilahi istək və iradə onun səadət və kamala çatmasından irəli gəlir. Bu isə yalnız Allaha saf niyyətli ibadətlə mümkündür. Allah-taala Qur’ani-kərimdə buyurur:

«M ə n cinl ə ri v ə insanlar ı yaln ı z M ə n ə ibad ə t etm ə k üçü n yaratd ı m!»

Bir qədər əvvəldə bunun şahidi olduq ki, Peyğəmbər (s) duanı ibadətin cövhəri və islam dininin ayrılmaz bir hissəsi hesab etmişdir.

Ümumiyyətlə, insan kiməsə ehtiyac duyduqda istək və ehtiyaclarını tə’min etmək üçün ona üz tutur, ehtiyac duymadıqda isə təbii ki, ehtiyaclarının tə’min olunması heç bir mə’na kəsb etməyəcəkdir. Bunun üçün də insan bilməlidir ki, o, bir varlıq kimi tamamilə Allaha möhtacdır. Onun ixtiyarında mövcud olan və ehtiyac duyduğu bütün şeylər Allahın əlindədir. Fatir surəsinin 15-ci ayəsində deyilir:

«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tə’rifə layiqdir!...»

İnsan bu həqiqəti dərk etdiyi andan Allaha üz tutur və Ona möhtac olduğunu iqrar edir. Allaha möhtac olduğuna inanmadıqda isə, qürur hissi onu Allaha ibadət etməkdən çəkindirir. Bunun üçün də Allah-taala Ğafir surəsinin 60-cı ayəsində bu kimi şəxslərin Cəhənnəm əzabına düçar olacaqlarını belə bəyan edir:

«Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!»

Yə’ni, əgər Allah dərgahına dua etmirsinizsə, bu, özünüzü Ondan ehtiyacsız hiss etmənizdən irəli gəlir. Buna da səbəb olan sizin qürur və təkəbbürünüzdür.

Allah-taala Qur’ani-kərimin bir çox ayələrində insanların Onun dərgahına üz tutub dua etmələrini əmr edir. Ə’raf surəsinin 56-cı ayəsində deyilir:

«...Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır».

Ğafir surəsinin 14 və 60-cı ayələrində də deyilir:

«...Allaha, dini yaln ı z Ona aid ed ə r ə k ibad ə t edin».

«M ə n ə dua edin, M ə n d ə sizin dualar ı n ı z ı q ə bul edim! [M ə ni ç a ğı r ı n, haray ı n ı za yeti şə r ə m, yaxud yaln ı z M ə n ə ibad ə t edin, sizi m ü kafatland ı raram!] M ə n ə ibad ə t etm ə yi t ə k ə bb ü rl ə rin ə s ığış d ı rmayanl a r C ə h ə nn ə m ə z ə lil olaraq gir ə c ə kl ə r».

Peyğəmbər (s) duanın tərk olunmasını Allaha itaətsizlik hesab edir. Çünki Allah-taala insanları dua etməyə əmr etdikdə onun ibadətlə bərabər olduğunu bildirmiş, əmrə itaətsizliyi isə «təkəbbürlük» adlandırmışdır. Deməli, duanın tərk olunması Allaha itaətsizlik, Onun dərgahına üz tutaraq təvazökarlıqla istək və hacətlərin dilənməsi isə həqiqi itaət nişanələrindəndir. Bu səbəbdən də Allah-taala Özünün yaxşı bəndələrini belə vəsf edir:

«Onlar ibad ə t üçü n yataqlar ı ndan qalxar [gec ə l ə r az yatar], qorxu v ə ü mid i ç ind ə [Allah ı n ə zab ı ndan qorxaraq, m ə rh ə m ə tin ə ü mid b ə sl ə y ə r ə k] R ə bbin ə dua ed ə r...»

Həmçinin Allah-taala həzrət Zəkəriyyə və onun ailəsini belə vəsf edir:

«...R əğ b ə t v ə qorxu il ə [r ə hm ə timiz ə ü mid b ə sl ə yib ə zab ı m ı zdan qorxaraq] Biz ə ibad ə t ed ə rdil ə r. Onlar Biz ə m ü t’i idil ə r». ( Яnbiya-90.)

DUAN IN İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ

Peyğəmbər (s) buyurur: «Dua mö’minin silahı, dinin sütunu, yer və göylərin nurudur».

«Allahın qəza-qədərini duadan savayı heç bir şey qaytarmır».

«Xəstələrinizi sədəqə verməklə sağaldın, dərd-bəlaların qapılarını isə dua etməklə bağlayın».

«Allah dərgahında duadan əziz şey yoxdur».

Əli (ə) buyurur: «Allahın agah bəndələri o kəslərdirlər ki, Allaha çox dua etsinlər».

«Dua, rəhmət qapılarının açarı, zülmət aləminin nurudur».

İmam Sadiq (ə) buyurur: «Dua bütün dərd və bəlaların şəfası olduğu üçün sizlərə bunu tövsiyə edirəm».

Başqa bir hədisdə buyurur: «Dua nizədən daha kəsərlidir».

M ÜQƏDDƏS ÖVLİYALARIN ZİYARƏTİ

İnsanlar özlərinin ictimai həyatlarında vaxtaşırı bir-biri ilə görüşür və səmimi ictimai əlaqələr bərqərar edirlər. Bütün bunlar onların qarşılıqlı dostluq və mehr-məhəbbətindən irəli gəlir. Bir-birinin görüşünə gedən insanlar biri digərinə öz istək və qayğısını bildirir və beləliklə, onların arasında sinfi və ya siyasi, fikir və həmkarlıq münasibətləri bərqərar olur. Eyni zamanda müxtəlif qrup və təşkilatlar halında bir-biri ilə görüşlər keçirir və qarşılıqlı olaraq özlərinin maddi-mə’nəvi ehtiyaclarını tə’min edirlər. Ümumiyyətlə, insanların bir-biri ilə görüş keçirmələri üç əsas məqsəd daşıyır:

1. Məhəbbət, ünsiyyət və dostluq münasibətlərinin genişlənməsi;

2. Fikri, sinfi və sair əlaqələrin bərqərar olunması;

3. Maddi-mə’nəvi faydalar.

Bu kimi əlaqələr din alimləri arasında da mövcuddur, çünki onlar cəmiyyətin dini əsaslarına yiyələnən ən qabaqcıl təbəqədir və belə bir mə’nəvi əlaqə bərqərar olduğu üçün onlar Allaha yaxın olan kəslərdirlər. Camaat onlarla ünsiyyətdə olmaqla dinə olan rəğbət hisslərini və din alimləri ilə yaratdıqları həmrə’yliyi büruzə vermiş və bununla da öz mə’nəvi ehtiyaclarını aradan qaldırmış olurlar.

Bu kimi əlaqələrin bərqərar olunması islam mədəniyyətində «ziyarət» adlanır. Bütün əsr və dövrlərdə din alimlərinin və müqəddəs övliyaların ziyarəti lazım və müstəhəb əməllərdən olsa da Peyğəmbərin (s) və mə’sum imamların (ə) ziyarəti daim daha böyük əhəmiyyət kəsb etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, onların sağlığında yaşayan şəxslər keçirdikləri görüşlərdən mə’nəvi yüksəlişə nail olmuşlar. Sonrakı dövrlərdə yaşayan müsəlmanlara isə bu, onların qəbirlərini ziyarət etməklə müyəssər olmuşdur. Nəql olunmuş bir çox rəvayət və hədislərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu müqəddəs ziyarətgahları ziyarət etmələrinə dəyərli tövsiyələr edilmişdir. Bu məzmunda hədislərin bir qismini nəzərdən keçiririk:

Peyğəmbər (s) buyurur: «Sağlığımda və vəfat etdikdən sonra məni ziyarət edənlərə qiyamət günü şəfaət edərəm».

«Harada olmasına baxmayaraq, kim mənə salam verərsə, mən onun cavabını verərəm. Qəbrimin qarşısında mənə salam verənləri də eşidərəm».

İmam Cə’fər Sadiq (ə) buyurur:

«Sizlərdən həccə gedən hər bir şəxs öz əməllərini bizi [Əhli-beyti] ziyarət etməklə başa vursun. Əgər belə edərsə, Həcc ziyarətini tamamlamış olur.»

Bunun üçün də mö’minlər harada olurlarsa, olsunlar, qəlbən Peyğəmbər (s) və onun mə’sum Əhli-beytinə (ə) bel bağlamalı, onlara olan sevgi və məhəbbətlərini öz sədaqətləri ilə büruzə verməlidirlər. Beləliklə, onlar Allahın ən sevimli övliyalarının sevgi, razılıq və axirət dünyasında verəcəkləri şəfaətə nail olarlar. İlahi övliyalar Allaha hamıdan yaxın və Onun ən sevimli bəndələri olduqları üçün insanlar eyni zamanda onlara təvəssül edərək özlərinin maddi-mə’nəvi ehtiyaclarını da tə’min edə bilərlər.

DƏRSİN XÜLASƏSİ

İnsanın yaradılışından ən başlıca məqsəd, onun kamala çatması olduğu üçün buna yalnız saf niyyətli ibadətlə nail olmaq olar. Dua və Allah dərgahından istək və arzuların dilənməsi ibadətin əsas hissələrindən birini təşkil edir. Bu səbəbdən də dua islam dinində böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Həmçinin, ziyarət yolu ilə Peyğəmbər (s), mə’sum imamlar (ə) və digər övliyalarla mə’nəvi əlaqənin saxlanılması insanın kamala çatmasında başlıca yerlərdən birini tutur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Nəql olunmuş hədis və rəvayətlərdə dua nə üçün ibadətin cövhəri hesab olunur?

2. Istək və ehtiyacların büruzə verilməsinin ibadətlə nə kimi bağlılığı vardır?

3. Nəql olunmuş hədislərə diqqət yetirərək duanın verdiyi nəticələri bəyan edin.

4. İnsanın keçirdiyi görüşlər hansı məqsədlər daşıyır?

5. Müqəddəs övliyaların ziyarət olunması nə kimi fayda verir?