İslam ictimai dindir

İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.

Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır. Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar. Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir.

Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən bir növ narahatçılıq və ümidsizliyə qapanırlar. Bu xüsusiyyəti islam alimləri «kamillik axtaran fitrət» adlanmışlar.

Belə nəzərə çarpır ki, belə bir fitri xüsusiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə bu xüsusiyyətin insan fitrətində mövcud olduğunu e'tiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın səadət və kamala çatması üçün bəşəriyyətə müxtəlif üsul və metodlar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.

İstər ilahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, onların hər biri insanın kamala çatması üçün yalnız öz ideya və amallarının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq insanın xoşbəxt həyat və səadətə necə çatmasındadır. O, buna nail olmaq üçün görəsən hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?

Qeyd etdik ki, insan xoşbəxt həyata meyl etməklə yanaşı bu yüksəlişin heç vaxt sona çatmamasını da arzu edir. Bundan belə bir nəticəyə gəlmək olur ki, insanın arzu etdiyi səadət və xoşbəxt həyat sonsuz xoşbəxtlikdir. Əgər bunu qəbul edəriksə, sözün əsl mə'nasında islam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qəbul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs vücudu və zatıdır. İnsan kamala yalnız o zaman nail ola bilər ki, Allahın razılığını qazanmaqla Ona yaxınlaşmış olsun. Bunun isə yeganə yolu ibadət və ilahi göstərişlərə layiqincə əməl etməkdir.

İslam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. İnsanın daimi istək və ehtiyaclarını tə'min edən yeganə və mütləq varlıq Allahın müqəddəs vücududur. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhv edirlər. Çünki var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. İnsan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər.

Fatir surəsinin 15-ci ayəsində bu haqda deyilir:

«Ey insanlar! Siz Allaha m ö htacs ı n ı z. Allah is ə [he ç n ə y ə , o c ü ml ə d ə n sizin ibad ə tiniz ə ] m ö htac deyil v ə h ə r c ü r şü kr ə , t ə 'rif ə layiqdir! [Onun b ü t ü n i ş l ə ri b ə y ə nil ə ndir]».

İmam Hüseyn (ə) Ərəfə duasında bu mətləbə işarə edərək buyurur: «İlahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?» İmam Hüseyn (ə) bu ifadələri bəyan etməklə Allahın ən kamil varlıq olmasına işarə etmişdir.

Allahdan qeyrisinə üz tutan şəxs sanki puçluğa və faniliyə doğru hərəkət edir və hər şeydən məhrum olur. Allaha üz tutan şəxs isə bütün ehtiyac və nöqsanlarını aradan qaldırmış olur.

Bəs islam dini insanın kamala çatması üçün hansı yolu nəzərdə tutmuşdur?

Bu suala cavab tapmaq üçün Qur'ana müraciət edirik. Kəhf surəsinin 110-cu ayəsində deyilir:

«...Kim R ə bbi il ə qar şı la ş aca ğı na [qiyam ə t g ü n ü dirilib haqq-hesab üçü n Allah ı n h ü zurunda duraca ğı na] ü mid b ə sl ə yirs ə , [yaxud qiyam ə td ə n qorxursa], yax şı i ş g ö rs ü n v ə R ə bbin ə etdiyi ibad ə t ə he ç k ə si şə rik qo ş mas ı n».

Göründüyü kimi bu ayədə Allah-taala insanın dünya və axirət səadətinə qovuşması və Onun razılığını qazanması üçün qarşıya iki əsas şərt qoyur:

1. Əməli-saleh iş görmək;

2. Allahın birliyinə iman gətirib ibadəti saf niyyətlə yerinə yetirmək.

Deyə bilərik ki, islam nöqteyi-nəzərindən insanın kamala çatmasının ən başlıca şərti Allahın razılığını qazanmaq məqsədi ilə ilahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.

İnsan Allahın razılığına və Onun tükənməz maddi və mə'nəvi ne'mətlərinə yalnız ibadət yolu ilə nail ola bilər. İlahi göstərişlərə [istər ibadi olsun, istər qeyri-ibadi] diqqət yetirdikdə bu həqiqətin şahidi oluruq ki, onların əksəriyyətinin insan cəmiyyəti ilə sıx bağlılığı vardır və şəriət hökmlərinin çox az bir qismi ayrı-ayrı fərdlərə aid olur. Başqa sözlə desək islam insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Bu isə heç də o demək deyil ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. İnsan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.

İlahi göstərişlərin bir çoxu ictimai olmaqla yanaşı, kütləvi halda da həyata keçirilir. Hətta «e'tikaf» kimi müstəhəbbi əməl də məscidlərdə müəyyən şərait və qanunlar çərçivəsində cəm halda həyata keçirilir. Buradan ən başlıca məqsəd nəfsin saflaşması və insanın yüksək əxlaqi dəyərlərə yiyələnməsidir. E'tikafın əsas şərtlərindən biri onun ümumi şəkildə məscidlərdə təşkil olunması və oradan yalnız zəruri hallarda çıxılmasıdır. E'tikaf günlərində insan həqiqi səadətə çatmaq üçün öz mə'nəviyyatını saflaşdırır və qarşıdan gələn imtahanlar üçün batini güc toplayır.

Diqqət yetirilsə, mə'lum olar ki, belə bir əxlaqi və mə'nəvi əməlin həyata keçirilməsi yalnız ictimai əlaqələrin bərqərar olunmasından asılıdır. Qeyd etmək lazımdır ki, insanın xudpəsəndlik və pisliklərdən çəkinmə qabiliyyəti cəmiyyət üzvləri ilə ünsiyyətdə olarkən özünü daha da büruzə verir.

Belə bir nəticəyə gəlirik ki, insan öz səadət və xoşbəxtliyinə təklik və guşənişinlikdə deyil, cəmiyyətdə və cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaqla nail ola bilər.

İslamın ictimai məsələlərə yetirdiyi diqqəti nəzərə alaraq, bir neçə ictimai hökm və tövsiyələrə işarə edirik:

CAMAAT NAMAZ I

İlk növbədə belə nəzərə çarpır ki, namaz hər bir şəxsin axirət dünyasına və onun əbədi ne'mətlərinə nail olması üçün üzərinə düşən ən başlıca ibadi vəzifədir. Lakin bilmək lazımdır ki, islamda namazın cəm halda qılınmasına o qədər böyük diqqət yetirilmişdir ki, zəruri hallar istisna olunmaqla, qalan hallarda namazın cəm halda qılınmasının vacib olduğu təsəvvür edilir. Qur'ani-Kərimdə bu haqda deyilir:

«Namaz q ı l ı n, z ə kat verin v ə r ü ku ed ə nl ə rl ə birlikd ə r ü ku edin». (B ə q ə r ə -43)

İslamın əvvəllərində baş verən bütün müharibələrdə düşmənlərin tam nəzarətdə saxlanılması və onların heç bir hərəkətini gözdən qaçırmamaq zərurətinə baxmayaraq, Peyğəmbər (s) namazların cəm halda qılınmasına xüsusi diqqət yetirərdi. Aşura günü imam Hüseyn (ə)-ın çox ağır şəraitdə hər-tərəfli mühasirəyə alındığı səhnə tarixin hamıya bəlli olan səhifələrindəndir. Lakin belə bir ağır şəraitdə imam Hüseyn (ə) zöhr namazını cəm halda qıldı. İmam Hüseyn (ə) və onun arxasında namaz qılanları qorumaq məqsədi ilə Səid ibn Abdullah adlı səhabə çox böyük fədakarlıq göstərib öz bədənini onlara qarşı yönələn oxların qarşısında sipər edərək şəhadət şərbətini içdi.

Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: «Üzürlü hallar istisna olmaqla, qalan hallarda camaatla qılınmayan namazlar [Allah dərgahında qəbul olunmaz]». Bu hədisə istinad etməklə fiqh alimləri öz risalələrində camaat namazına dair ayrıca fəsl ayırmış və üzürlü olmadan camaat namazlarının tərk olunmasını düzgün hesab etməmişlər.

Namazlar fərdi [ayrılıqda] qılındıqda belə, insana öz mö'min qardaşlarını nəzərdə tutması tövsiyə olunur. Belə ki, gündəlik namazlarda dəfələrlə oxunan «həmd» surəsində -«Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» və həmçinin salamlarda - «Salam olsun bizə və əməlisaleh şəxslərə» - cəm şəkilçisindən istifadə olunmuşdur.

C Ü M Ə NAMAZ I

İslam dinində cümə gününün zöhr namazının yerinə tə'yin olunan cümə namazına xüsusi diqqət yetirilmişdir.

Cümə namazı xüsusi şəraitdə, cəm halda qılınır. İmam cümə namaza başlamazdan əvvəl oxuduğu birinci xütbədə cəmiyyəti maraqlandıran günün mühüm məsələlərinə toxunmalı, ictimai problemləri araşdırmalı və eyni zamanda camaatı öhdələrinə düşən vəzifələrlə tanış etməlidir.

XEY İ RL İ İŞ L Ə R Ə D Ə 'V Ə T, P İ S İŞ L Ə RD Ə N ÇƏ K İ ND İ RM Ə K

Allah-taalanın Qur'ani-Kərimdə müsəlman ümmətinə vacib etdiyi məsələlərdən biri də xeyirli işlərə də'vət və pis işlərdən çəkindirməkdir. Ali-İmran surəsinin 110-cu ayəsində bu haqda deyilir:

«[Ey m ü s ə lmanlar!] Siz insanlar üçü n zahir ə çı xar ı lm ış ə n yax şı ü mm ə tsiniz. [Onlara] yax şı i ş l ə r g ö rm ə yi ə mr edir, pis ə m ə ll ə ri qada ğ an edir v ə Allaha inan ı rs ı n ı z...»

Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Lakin yalnız bir şeyi qeyd etmək istəyirik ki, bu zəruri hökmün həyata keçirilməsində ən başlıca məqsəd hər bir fərdin yaşadığı cəmiyyətin əxlaqi dəyərlərə hansı səviyyədə riayət olunmasına nəzarət etməsi və ya başqa sözlə desək, xalq üzərində ictimai nəzarətin bərqərar olunmasıdır. Ümumilikdə götürsək, zəruri hesab olunan bu iki şey ayrı-ayrı fərdlərin və cəmiyyətin islah olunması üçün kütləvi tədbir xarakteri daşıyır.

X Ü MS V Ə Z Ə KAT

İslamın cəmiyyət üçün [maddi vəziyyəti imkan verdiyi təqdirdə] vacib etdiyi şeylərdən biri də xüms və zəkat adlanan vergilərin ödənilməsidir. Belə ki, hər bir müsəlman imkan daxilində malının bir qismini yardım məqsədi ilə ehtiyacı olanlara ayırmalı və onu lazımı şəxslərə çatdırmaq üçün dini hakimin [rəhbərin] ixtiyarına qoymalıdır. Zəkatın ödənilməsi o qədər böyük əhəmiyyət kəsb edir ki, bu hökm Qur'ani-Kərimin bir çox ayələrində namazla birlikdə qeyd olunmuşdur:

«...Namaz q ı l ı n, z ə kat verin v ə r ü ku ed ə nl ə rl ə r ü ku edin!» (B ə q ə r ə -43)

«O k ə sl ə r ki, ə g ə r onlar ı yer ü z ü nd ə yerl əş dirs ə k, [onlara bir yer vers ə k,] namaz q ı lar, z ə kat ver ə r...» (H ə cc-41)

Bəqərə surəsinin 83-cü, Nisa surəsinin 77-ci, Maidə surəsinin 55-ci və bir çox başqa ayələr də həmin məzmuna dəlalət edir.

İslam dininin ictimai yönə malik olan məsələləri təkcə yuxarıda adlarını çəkdiyimiz hökmlərlə bitmir və qeyd olunanlar onların yalnız bir qismi idi. Cihad, yetim və kimsəsizlərə əl tutmaq, məsləhət və müşavirə, ümumi işlərdə qarşılıqlı həmkarlıq, müsəlmanların çətinlikləri ilə maraqlanmaq və bu kimi digər vəzifələri onlara misal çəkmək olar. Bir sözlə, islam dini həmrəylik, öz ardıcıllarını səadət və xoşbəxtliyə çatdıran, insanı yaşadığı cəmiyyətlə sıx ünsiyyət saxlamağa sövq edən bir dindir.

Hər bir müsəlmanın üzərinə düşən fərdi və şər'i vəzifələri yaşadığı cəmiyyətdə ictimai əlaqələr yaratmaqla icra etməsini zəruri və labüd hesab edəriksə, bunu da qəbul etməliyik ki, cəmiyyət üzvləri ilk növbədə bir-birlərinə qarşı tə'yin olunan hüquq və vəzifələrlə tanış olmalı və onlara riayət etməlidirlər. Bununla yanaşı xalq arasında bir sıra əxlaq normaları və ictimai qayda-qanunlar da vardır ki, insani dəyərlərin qorunması, ümumi asayiş və tarazlığın tənzim olunması onlara necə riayət etməkdən asılıdır. Təbiidir ki, bu normalara düzgün yanaşmayan şəxslər cəmiyyətdən uzaqlaşdırılacaq və kimsənin e'timadını qazanmayacaqdır.

Gələcək dərslərdə məhz həmin ictimai qayda-qanunlar haqqında qısa və ümumi şəkildə söhbət açacağıq.