Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.

Peyğəmbər (s) buyurur:

"Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız".

İmam Sadiq (ə) buyurur:

"Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir".

"Bığ tüklərinizi uzatmayın, çünki şeytan oranı özünə sığınacaq edir".

İmam Sadiq (ə) buyurur:

"Bığlarını qısaltmayan kəs bizdən deyildir".

Peyğəmbər (s) buyurur:

"Bığlarınızı qısaldın, saqqalınızı (dibdən) qırxmayın və özünüzü yəhudilərə oxşatmayın".